Kəsəmən — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, Göyçə mahalında, indiki Basarkeçər rayonunda kənd.[2]
Kənd | |
Kəsəmən | |
---|---|
40°17′ şm. e. 45°44′ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Geğarkunik mərzi |
Rayon | Basarkeçər rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 2.050 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili |
|
İrəvan quberniyasının Novobayazid qəzasında kənd adı. Kəsəmən kəndinin ərazisi və yaranma tarixi III–V əsrlərdən 1387-ci ilə qədər Alban türklərinin yaşayış yeri, 1387-ci ildən 1500-cü ilə qədər Qazax mahalının əhalisinin yaylaq və otaraq məskənləri olmuşdur. Nəhayət XVI əsrdə (1500) Qazax mahalının Qıraq Kəsəmən kəndindən Göyçə mahalına gələn Şeşəlilər tayfasının banisi Şeşə Əlinin oğlanları Emin və Səfər qardaşları kəndin himini qoymuşdur. Kəndin relyefi qardaşların çox xoşuna gəldiyi üçün həmin yerləri özlərinə daimi yaşayış məskəni seçmişlər. Kəndin adı yarandığı ilk gündən 1988-ci ilin dekabrına qədər 2 dəfə dəyişdirilmişdir. 1500-cü ildən 1978-ci ilə qədər Kəsəmən, 1978-ci ildən 1988-ci ilin dekabrına qədər Bahar olmuşdur. Kəndin ilk adı Kəsəmən toponimi isə Qazax mahalının Qıraq Kəsəmən kəndinin adı ilə bağlıdır.
Qazaxların Kəsəmən tayfasının adını əks etdirir.
Kənd rayon mərkəzi Basarkeçərdən 15 km məsafədə yerləşir.
25 yanvar 1978-ci ildə kəndin adı Bahar, 19 aprel 1991-ci ildən isə kəndin adı Arpunk qoyulmuşdur.
Rayon mərkəzindən 10 km (avtomobil yolu ilə 15 km) şimalda, dağ ətəyində yerləşir. Qafqazın 5 verstlik xəritəsində[3] qeyd edilmişdir.
Toponim qazax türk tayfasının tirələrindən biri olan kəsəmən etnonimi[4] əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Ermənistan SSR AS RH-nin 27 yanvar 1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Bahar, Ermənistan prezidentinin 19 aprel 1991-ci il fərmanı ilə isə bir daha dəyişdirilib Artunk qoyulub.
Kənddə Alban türklərinin yaşamasından bəhs edən kilsə olmuşdur. Kəndin şimal hissəsində Ocaq təpəsi adlanan müqəddəs ziyarətgah dini abidələrdən biridir. Kəndin adları Türk toponimlərindən ibarət yurd yerləri vardır.
Onlardan Bayramın bulağı, Cüt bulağı, Duzlu bulağı, Subatan bulağı, Qurbanəli bulağı, Yun yuyulan bulaq, Koroğlu bulağı, Təkgözənin bulağı, Ağqaya, Kalvayı Vəlinin qayası, Ağdaş qayası, Göyqaya, Şılapqa qayası, Ocaq təpəsi dağı, Dəyirman təpəsi, Koroğlu təpəsi, Şiştəpə, Sarınər təpəsi, Bölgü dərəsi, Nemətin dərəsi, Ağ suyun və qara suyun dərələri, Bənd dərəsi, Məşədi isə dərəsi, Camış ölən dərəsi, Əsəd Binə düşən örüşü, Seyidlər örüşü, Bədəl odluyan örüşü, Hacı-Əlinin böyük yeri, Emin ölən yer, Təndir-torpağı yeri, Dolayılar yeri və Qzaxlının yurdu kimi yerləri göstərmək olar.
Kəndin 4 su dəyirmanı olmuşdur. Ondan ikisi Xudaverdilər tayfasından Məşədi Qurbanəli kişinin, biri Kərimlilər tayfasından, İsgəndər kişinin, o biri də Xudaverdilər tayfasından Hasanalı kişinin dəyirmanları olmuşdur. Həmin dəyirmanlardan İsgəndər kişinin dəyirmanı 1960–1970-ci illərə qədər, Məşədi Qurbanəlinin və Hasanalı kişinin dəyirmanları isə 1945–1946-cı illərə qədər işlənmiş, kənd və ətraf əhalisinə xidmət göstərmişdir.
Kənd rayon mərkəzindən 18 km şimal-qərb tərəfdə, Göyçə mahalının şimal-şərq tərəfində 15 km məsafədə Azərbaycanın indiki Gədəbəy rayonu ilə, şərq tərəfdən 15 km Qaraiman, cənub tərəfdən 3 km Kiçik Məzrə, cənub tərəfdən 1 km, 1926–1927-ci illərdə salınmış erməni kəndi Norakerd, qərb tərəfdən isə 8–10 km məsafədə Göysu kəndləri ilə həmsərhəddir.
Məktəb direktorları | ||
---|---|---|
Soyadı, adı və atasının adı | Başlama tarixi | Bitmə tarixi |
Allahverdiyev Məmmədhüseyn Binnət oğlu | 1928 | 1930 |
Hacıyev İsgəndər Qurbanəli oğlu | 1930 | 1932[5] |
Hüseynov Hüseyn Həsən oğlu | 1932 | 1941 |
Cabbarov Adil Nadir oğlu | 1942 | 1944 |
Hacıyev İsgəndər Qurbanəli oğlu | 1944 | 1971[5] |
Abbasov İslam Zal oğlu | 1971 | 1978 |
Xudiyev Əziz Məşədi oğlu | 1978 | 1981 |
Alıyev Musa Hüseyn oğlu | 1981 | 1988 |
1924–1925-ci illərdə kənddə dövlət tərəfindən ilk məktəb açılmışdır. Məktəbin inzibati binası olmadığı üçün dərslər imkanlı şəxslərin evlərində keçirilmişdir. 1941-ci ilə qədər ibtidai IV illik, sonra VII illik, 1960-cı illərin sonuna qədər VIII illik, 1970-ci illərdən sonra isə tam orta məktəb olmuşdur. 1966-cı ildə iki mərtəbəli yeni məktəb binası istifadəyə verilmişdir.[6]
1965-ci ildə uzun müddət məktəb direktoru işləmiş, Ermənsitan SSR-nin əməkdar müəllimi (1950) İsgəndər Hacıyevin anadan olmasının 60 illik yubileyi rayon səviyyəsində keçirilmişdir.[7]
Təxminən 1967-ci ildə kənddə uşaq bağçası fəaliyyətə başlamışdır. İlk müdir Güləsər olmuşdur. Sonrakı illərdə Gülruba, 1984-cü ildən sonra isə Bəsti Əliyeva olmuşdur.[8]
Kolxoz sədrləri | ||
---|---|---|
Soyadı, adı və atasının adı | Başlama tarixi | Bitmə tarixi |
Elbəyi (Nərimanlı kəndi) | 1930 | 1936 |
Rzayev Qəhrəman Rza oğlu | 1936 | 1937 |
Balıyev Qara Hüseyn oğlu | 1937 | 1942 |
Vəliyev İman İbrahim oğlu | 1942 | 1943 |
Əsədov İsmayıl | 1943 | 1946 |
Allahverdiyev Məmmədhüseyn Binnət oğlu | 1946 | 1950 |
Hüseynov Abbasəli | 1950 | 1954 |
Abbasov İslam Zal oğlu | 1954 | 1959 |
Hüseynov Musa Cabbar oğlu | 1959 | 1961 |
Allahverdiyev Nəriman | 1961 | 1963 |
Allahverdiyev Məmmədhüseyn Binnət oğlu | 1963 | 1965 |
Abbasov İslam Zal oğlu | 1965 | 1971 |
Hüseynov Hüseyn Həmzə oğlu | 1971 | 1973 |
Həbibullayev Əsədulla | 1973 | 1978 |
Hüseynov Musa Cabbar oğlu | 1978 | 1981 |
Abbasov Vəli Mehralı oğlu | 1981 | 1988[9] |
İbrahimov Nazim | 05.1988 | 12.1988 |
Kənddə kolxoz quruculuğu 1930-cu illərdə başlamışdır. Kənddə əsasən heyvandarlıq və əkinçilik inkişaf etmişdir.
Kənddə 1831-ci ildə 166 nəfər, 1873-cü ildə 379 nəfər, 1886-cı ildə 492 nəfər, 1897-ci ildə 671 nəfər, 1908-ci ildə 713 nəfər, 1914-cü ildə 966 nəfər, 1916-cı ildə 894 nəfər azərbaycanlı yaşamışdır[10].
1919-cu il aprelin 13–20-də azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuşlar[11]. İndiki Ermənistanda sovet hakimiyyəti qələbə çalandan sonra sağ qalan azərbaycanlılar geri qayıda bilmişlər. 1922-ci ildə burada 249 nəfər, 1926-cı ildə 414 nəfər, 1931-ci ildə 569 nəfər[12], 1939-cu ildə 758 nəfər, 1959-cu ildə 583 nəfər, 1970-ci ildə 891 nəfər, 1979-cu ildə 955 nəfər[13], 1987-ci ildə 1200 nəfər[14] azərbaycanlı yaşamışdır.
1988-ci ildə azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından qovulmuşlar. İndi burada ermənilər yaşayır.
Kəsəmən kəndində Şeşə Əlilər, Xudaverdilər, Tapanlılar, Kor Hüseynlilər, Usuflular, Kərimlilər, Hacı Əlilər, Abdullalılar, Səfərlilər kimi tanınan nəsillər yaşamışdır.[15]
Texniki problemlərə görə qrafiklər müvəqqəti olaraq söndürülüb. |
|
Kənd əhalisi 1905–1907-ci illərdəki I qaçqınlıq zamanı zorla doğma yurdlarından çıxarılaraq qaçqın düşmüşlər. Kənd əhalisi Daşkəsən, Gədəbəy, Samux və başqa yerlərdə məskunlaşmışdır. Kənd əhalisi 1907-ci ilin yazında doğma yurdlarına qayıtmış, az bir hissəsi məskunlaşdığı ərazidə qalmışdır. Kəndin təxminən 50–60 evi, 150–200 nəfərə yaxın əhalisi olmuşdur.
Kənd əhalisi 1018–1920-ci illərdəki II qaçqınlıq zamanı zorla doğma yurdlarından çıxarılaraq qaçqın düşmüşdür. Kənd əhalisi Daşkəsən, Gədəbəy, Samux, Şəmkir, Gəncə və başqa yerlərdə məskunlaşmışdır. Kənd əhalisi 1921-ci ilin yazında doğma yurdlarına qayıtmış, az bir hissəsi məskunlaşdığı ərazidə qalmışdır. Qaçqınlıq zamanı kəndin təxminən 70–80 evi, 400 nəfərə yaxın əhalisi olmuşdur. 1948–1953-cü illərdəki III qaçqınlıq zamanı kənd əhalisi doğma yurdlarından çıxarılaraq qaçqın düşmüşdür. Kənd əhalisi Tərtər rayonunun Qaradağlı kəndində məskunlaşmış, çox hissəsi 1955–1956-cı illərə qədər yenidən doğma kəndinə qayıtmış, təxminən 25–30 evi, 120–140 nəfərə yaxın əhali Qaradağlı kəndində qalmışdır. Qaradağlı kəndində yaşamaqla bərabər kənd yaxınlığındakı Təzəkənd adlanan yeni yaşayış məntəqəsini də özləri üçün daimi yaşayış məntəqəsi seçdilər.1988–1991-ci illərdəki IV qaçqınlıq zamanı əhalisi tamamilə doğma yurdlarından çıxarılaraq qaçqın düşmüşdür. Kənd əhalisi Bakı, Gəncə, Şəmkir, Gədəbəy, Tərtər, Xanlar, və başqa yerlərdə məskunlaşıblar. Kənd əhalisi bu günə qədər həmin yerlərdə yaşayırlar. Kəndin 160 evi, 1000 nəfərə yaxın əhalisi olmuşdur. Aparılan statistik məlumatlara görə Kəsəmən kəndinin 1905-ci ildən 1988-ci ilin dekabrına qədər 1000-dən çox evi, 10 000 nəfərə yaxın əhalisi olmuşdur.