Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Canet Yellen
Canet Yellen (13 avqust 1946, Bruklin, Nyu-York ştatı) — 26 yanvar 2021-ci ildən bəri ABŞ-nin 78-ci Maliyyə Naziri vəzifəsində çalışan amerikalı iqtisadçı. O, əvvəllər 2014–2018-ci illərdə Federal Ehtiyat Sisteminin 15-ci sədri vəzifəsində çalışıb. O, həmçinin Ağ Evin İqtisadi Məsləhətçilər Şurasına sədrlik edir və bu, onu belə vəzifələrdə çalışan ilk şəxs və hər iki vəzifəni tutan ilk qadın edir. Bruklinin Bay Ridge adlanan məhəlləsində doğulub böyüyən Yellen 1967-ci ildə Braun Universitetini bitirib və 1971-ci ildə Yel Universitetində iqtisadiyyat üzrə fəlsəfə doktoru dərəcəsi alıb. 1971–1976-cı illərdə Harvard Universitetində dosent olaraq dərs deyən Yellen, 1977–1978-ci illərdə Federal Ehtiyatlar Şurasında daimi iqtisadçı kimi çalışdıqdan sonra 1978–1980-ci illərdə London İqtisadiyyat Məktəbinin fakültəsinə daxil olub. Yellen 1980-ci ildən bu yana mühazirəçisi və Yevgeniya E. və Ketrin M. Trefeten Biznesin İdarə Edilməsi Professoru və İqtisadiyyat Professoru olduğu Berkli Kaliforniya Universitetinin və Haas Biznes Məktəbinin fəxri professorudur. Yellen 1994–1997-ci illərdə Federal Ehtiyat Sisteminin İdarə Heyətinin üzvü olub və prezident Bill Klinton tərəfindən bu vəzifəyə namizəd verildi. 1997–1999-cu illərdə İqtisadi Məsləhətçilər Şurasının sədri vəzifəsini icra edən Yellen daha sonra yenidən akademiyaya qayıdıb. Yellen daha sonra 2004–2010-cu illərdə San-Fransisko Federal Ehtiyat Bankının prezidenti və baş icraçı direktoru təyin edildi. Ardınca isə o prezident Barak Obama nın təyinatı ilə 2010-cu ildən 2014-cü ilə qədər Federal Ehtiyat Sisteminin sədr müavini vəzifəsində Donald Konu əvəzlədi.
Yellicə
Yellicə (Kəlbəcər) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Yellicə (Vedi) — Vedi rayonunda kənd. Yellicə (Ərdəbil) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd.
Yelləncək
Yelləncək — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Yelləncək oyunu Novruz bayramı günlərində, ilaxır çərşənbələrdə, həmçinin yaz, yay və payız aylarında ağac budağından kəndirlə asılan yelləncək. Bu mərasim oyununda, əsasən, gənc oğlan və qızlar iştirak edirlər. İştirakçılar bir-bir yelləncəyə minib yellənirlər. Digər iştirakçılar isə halay, yallı məzmunlu oyunlar ifa edirlər.Yelləncəyə minib yellənənlər Naxçıvanda "Kuflan", Qarabağda "Ucuncaq", Lənkəran bölgəsində "Küf", "Həlaçin", Bakıda "Quyhaquy", Qubada "Havaçağ", Şəkidə "Sulançıx", "Yörtməc", Zəngilanda "Sarımçax", Gəncədə "Səkmən" və sairə adlarla məlumdur. == Oyunun qaydaları == İştirakçılar bir-bir, iki-iki ağac budağından asılmış kəndir yelləncəyə qalxıb yellənir, deyişmə və bayatı şəklində müxtəlif mahnı oxuyur, ətrafdakılar isə əl çalıb şənlənir, halay və yallısayağı rəqs edirlər. Yelləncəkdə yellənən qızın ayaqlarına çubuqla asta-asta vurub xorla oxuyurlar: Yelləncəkdəki qızdan ta cavab almayınca onu yelləndirirlər. Qız cavab verdikdən sonra yelləncəyi saxlayıb yerə salır və bir başqası yelləncəyə minir. Oyun saatlarla davam edir.
Yerləmə
Yerləndirmə (torpaqlama) — şəbəkənin, elektrik qurğusunun və ya avadanlığın hər hansı bir nöqtəsinin yerləndirici qurğu ilə əlaqələndirilməsidir. Əsas xassələri ondan ibarətdir ki, yerləndirici qurğu yerlə kontakta girərək onunla elektrik birləşməsi yaradır. Bu qurğu elektrik cərəyanını yerə ötürməyə xidmət edir. == Yerləndirici qurğular == Elektrotexnikada yerləndirici qurğuları təbii və süni olaraq iki qrupa bölürlər. === Təbii yerləndirici === Təbii yerləndirməyə aid olan konstruksiyalar yerlə daimi kontaktda olurlar. Ancaq onların müqaviməti tənzim olunmadığından və onların müqavimətinə heç bir tələb qoyulmadığından təbii yerləndirmənin konstruksiyalarını elektrik avadanlıqların yerləndirməsində istifadə etmək olmaz. Təbii yerləndiricilərə boruları misal göstərmək olar. === Süni yerləndirici === Süni yerləndirmə elektrik şəbkəsinin, elektrik qurğu və avadanlığının hər hansı bir nöqtəsinin yerləndirici qurğu ilə məqsədli olaraq elektrik əaqləndirilməsidir. Yerləndirici qurğu (YQ) yerləndirici (yerlə bir başa və dolayı yolla əlaqədə olan keçirici hissə və ya bir-biri ilə əlaqələndirilmiş keçirici hissələr tolumu) və yerləndirməli olan hissəni yerləndirici ilə birləşdirən (yerləndirici) naqildən ibarətdir. Yerləndirici sadə metal içlik şəklində (çox vaxt polad, nadir hallarda mis) və ya xüsusi formalı mürəkkəb elementlərdən hazırlanır.
Yelkən
Yelkən — külək gücündən yararlanaraq geniş sahə oluşduracaq şəkildə yan yana dikilən və qayığın dirəyinə uyğun şəkildə taxılaraq onu hərəkət etdirən parça və ya şəritlərin hamısıdır. == Külək prinsipi == Bernoullinin prinsipinə görə külək istiqamətinin yelkənin üzərindəki yükünə bağlı olaraq, yelkənin bir tərəfində digərindən daha çox hava təzyiqi oluşur. Bu təzyiq fərqi qaldırma gücü yaradaraq yelkəni düşük təzyiqin olduğu tərəfə itələyir. Onurğa (vəya borda mərkəzi) yelkən üzərindəki bu yanal gücü yelkən qayığının yana yataraq irəli doğru hərəkətinə dönüşdürür. Bernoulli dənkləmi işlədilərək tapılan təzyiq fərqi, qayığa sərf olunan itkinin bir hissəsini oluşdurur. Əsil itki, momentumun qorunumu sayəsində əmələ gəlir. Külək hərəkət halındakı hava molekullarından əmələ gəlir. Bu molekullar sahib olduqları sürət və kütlə sayəsində müəyyən bir momentum ilə yelkənə çırparlar. Yelkənin qabağından girən külək, arxa tərəfindən çıxarkən momentumunun bir hissəsini qayığa yelkən vasitəsi ilə çatdırır və sürəti yavaşladır. Qayıq özü ağırlığı səviyyəsində qazandığı bu momentumu hərəkətə çevirir.
Yelən
Haşiyə (yelən, şam, ələm) — bəzəkli çərçivə, mətn ətrafında bəzəkli naxışlar. Haşiyə adlanan enli və ensiz zolaqlar Azərbaycanın şimal-şərqində "şam", "ələm", Qarabağda "yelən", Cənubi Azərbaycanda isə "haşiyə" adlanır.
Yellicə (Kəlbəcər)
Yellicə — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Yellicə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Yellicə kəndi Keşdək kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Yellicə kənd Soveti yaradılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının imzaladığı üçtərəfli bəyənatdan sonra kənd 25 noyabr 2020-ci ildə boşaldıldı. == Toponimikası == Yaşayış məntəqəsini XIX əsrdə qonşu Keşdək kəndindən köçmüş ailələr Yellicə adlı binə yerində saldığı üçün belə adlanmışdır. Oykonim "yelli, küləkli yer" mənasındadır. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir.
Yellicə (Ərdəbil)
Yellicə (fars. يلوجه‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 252 nəfər yaşayır (55 ailə).
Yelkən (bürc)
Yelkən (lat. Vela) Göyün cənub yarımkürəsində bürc. Ən parlaq ulduzu 2.7 vizual ulduz ölçülüdür. Azərbaycandan görünür.
Yelkən (qaya)
Yelkən qaya — Karasnodar diyarında təbiət abidəsi. Qaya Qara dənizin sahildə, Gelencik şəhərindən 17 km cənub-şərqdə, Praskovevka kəndinin (sahil boyu 500 metr) və Canxot (4,5 km) xutorunun yaxınlığında yerləşir. == Ümumi məlumat == Yelkən qayası dəniz sahilində yerləşən vertikal şahid dağ mənşəli qumdaşı parçasıdır. Qaya əsas hissədən uçqun səbəbi ilə ayrılmışdır. Xarici görünüşünə görə qaya parçası düördbucaqlı yelkəni xatırladır. O üzdən yelkən adlandırılıb. Qayanın qalınlığı bir metrdən çoxdurur. Hündürlüyü 25 m, uzunluğu isə 20 m-dir. Bəzi mənbələrdə isə hündürlüyü 30 m, uzunluğu isə 25 m qeyd olunur. Qayanın dörddə üçündən çoxu sahilə perpendikulyar olaraq dənizə daxil olub.Qaya üzərində, 2,5 hündürlükdə dəlik var.
Yelkən idmanı
Şxun ingilscə schooner sozundən olub, iki və daha artıq dor ağacı olan yelkənli gəmi deməkdir. Sürətinə və davamlılığına görə şxun digər su nəqliyyatı vasitələrindən fərqlənirdi. Onunla ancaq sabit havada dənizə çıxmaq olardı.Sonrakı dövrdə şxun daxili yanma mühərriki ilə təmin olunduğundan, onunla uzaq səfərlərə də çıxmaq mümkün oldu. Hazırda şxundan həm nəqliyyat vasitəsi kimi, həm də balıqçılıq və su idmanı oyunlarında geniş istifadə edilir. İstifadə tərzindən asılı olaraq şxunun muxtəlif formaları yaradılmışdır. Yelkənli qayıq e.ə. 2400-cü illərdə Misirlilər tərəfindən ecad edilmişdir. İlk yelkənin ləvazimatı papirusdur. Misirlilərin arxasından, Polineziyalılar kanoelərində külək texnologiyasını işlətmişdirlər. Yelkənli qayıqlar daha sonra romalılar, yunanlar, çinlilər, ispanlar, portuqallar, [fransızlar və ingilislər tərəfindən mənimsənmişdir.
Yelena
Yelena — Qadın adı. Yelena Lopez — İspaniyanı təmsil edən bədii gimnast. Yelena Stasova — Rusiya və SSRİ siyasi və dövlət xadimi.
Mersedes Yellinek
Adriana Manuela Ramona Yellinek (alm. Adriana Manuela Ramona Jellinek‎; ləqəbi Mersédes (isp. Mercédes) olub; 16 sentyabr 1889, Vyana – 23 fevral 1929, Vyana) — Avstriyalı iş adamı Emil Yellinekin qızı, "Mersedes" avtomobil markası onun şərəfinə adlandırılıb. Ailəsinin üçüncü uşağı idi. Anası Raxel Qoqqman Senrobert (Rachel Goggmann Cenrobert, 1854–1893) əlcəzairli Səfərad yəhudilərindən idi. Onun babası Adolf Yellinek Vyana şəhərinin baş ravvini olmuşdur. Onu evdə "Mersedes" (Ladino dilində "şəfqət", "məlahət" deməkdir) çağırırdılar. Avstriyalı bankir və Qotlib Daymlerin avtomobil firmasının təsisçisi olan atası müəssisədə buraxılan avtomobil markasını qızının şərəfinə adlandırmışdır. "Mersedes" "Daymler"in əvvəlki modellərinin elementləri əsasında hazırlanmışdır, onun texniki yenilikləri ştamplanmış rama və giriş klapanlarının mexaniki ötürücüsü idi, amma sonradan şirkət onlardan imtina etməli oldular. Maşının idarə edilməsi qeyri-adi dərəcədə asan və ən əsası istismarda etibarlı idi.
Monteneqrolu Yelena
Monteneqrolu Yelena (serb. Јелена Петровић Његош / Jelena Petrović Njegoš; 8 yanvar 1873[…], Çetinye, Monteneqro – 28 noyabr 1952[…], Monpelye, Fransa) — Montenqro şahzadəsi. Efiopiya İmperatoru III Viktor Emanuelin həyat yoldaşı, İtaliya və Albaniya kraliçası. == Bioqrafiyası == Monteneqro Kralı I Nikolanın və həyat yoldaşı Milena Vukotikin qızı. 1896-cı ildə İtaliyanın gələcək kralı Viktor III Emmanuel ilə evlənir. Evlənmək üçün Elena Pravoslavlıqdan Katolikliyə keçir. Elenanın anası Şahzadə Milena, etiraz olaraq Romadakı toyda iştirak etməyi rədd edir. Cütlüyün beş uşağı olur: Yolanda Marqarita (1901–1986), Berqolo qrafı Qiorqio Karlo Kalvi ilə evlidir; Mafalda (1902–1944), Fillip Hessen ilə evlənir, Buhenvald həbs düşərgəsində dünyasını dəyişir; II Umberto (1904–1983), Belçika Marie-Jose ilə evli olur; Covanna (1907–2000), Bolqarıstan Çarı III Borislə evli olur; Maria Franceska (1914–2001), Luiqi Bourbon-Parma ilə evlidir. 28 dekabr 1908-ci ildə Siciliyada bir zəlzələ Messina şəhərini demək olar ki, tamamilə məhv edir. Elena qurbanlara yardım göstərilməsində əhəmiyyətli bir rol oynayır.
Rudolf Çellen
Yuhan Rudolf Çellen (isv. Johan Rudolf Kjellén; 13 iyun 1864[…] – 14 noyabr 1922[…], Uppsala[d][…]) — İsveç sosioloqu, politoloqu. == Həyatı == === Siyasi görüşləri === "Geosiyasət" termini iki yunan sözü - geo - yer, torpaq, politike - siyasət - sözlərinin birləşməsindən əmələ gəlib. Elmə bu termin ilk dəfə 1916-cı ildə isveçli professor R.Çellenin yaradıcılıq axtarışları nəticəsində daxil olub. O, geosiyasəti (ekosiyasət, demosiyasət, sosiosiyasət və kratosiyasət ilə birgə) siyasət elminin ən vacib bölmələrindən biri kimi qəbul edirdi. O, geosiyasətə "Məkanda təcəssüm etmiş coğrafi orqanizm olan Dövlət haqqında elm" tərifini də verib. Geosiyasətin bu cür elmi təfsiri siyasi nəzəriyyədə coğrafi determinizmdən kənara çıxmırdı. Coğrafi determinizmə əsasən, insanın mədəni və sosial birliklərinin təşkili coğrafi amillər olan iqlim, ərazi və s. ilə müəyyənləşdirilirdi. Burada əsas məqam dövlətin məskunlaşdığı və fəaliyyət göstərdiyi ərazini genişləndirməyə çalışan xüsusi orqanizm kimi təqdim olunmasıdır.
Yelena Stasova
Yelena Dmitriyevna Stasova (rus. Елена Дмитриевна Стасова; partiya ləqəbləri: Absolyut, Varvara İvanovna, Quşa, Delnaya, Delta, Zelma, Gerta; 3 (15) oktyabr 1873, Sankt-Peterburq – 31 dekabr 1966, Moskva) — Rusiya və SSRİ siyasi və dövlət xadimi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyətinin sədri (9 – 15 sentyabr 1920-ci il), Sosilaist Əməyi Qəhrəmanı (1960). == Həyatı == Yelena Stasova 3 oktyabr 1873-cü ildə Sankt-Peterburqda zadəgan vəkil Dmitri Stasovun ailəsində dünyaya gəlib. 6 uşaqdan beşincisi olub. Məşhur memar Vasili Stasovun nəvəsi idi. 13 yaşınadək evdə təhsil alıb, 1887-ci ildə birbaşa qadın gimnaziyasının 5-ci sinfinə daxil olub və cəmi 3 il sonra gimnaziyanı qızıl medalla bitirib. Həmin vaxtlarda inqilabçı qadın A. Kollontayla dostluq münasibətləri yaranıb. 20 yaşında V. İ. Leninin həyat yoldaşı Nadejda Krupskaya ilə tanış olub və hər ikisi fəhlələr üçün bazar məktəblərində çalışıblar. 1901-ci ildən "İskra" qəzetinin agenti olub. Sankt-Peterburqda, Oryolda, Moskvada, Minskdə, Vilnüsdə gizli partiya işi aparıb.
Yelena Taranova
Yelena İvanovna Taranova (23 avqust 1961; Bakı, Azərbaycan SSR) — Azərbaycanı təmsil edən atıcı. Azərbaycanı altı dəfə — 2000, 2004, 2008, 2012, 2016 və 2020-ci illərdə Paralimpiya Oyunlarınad təmsil edib. 2000-ci ildə gümüş, 2004-cü ildə isə bürünc medala sahib olub. == Həyatı == Yelena Taranova 1961-ci il avqustun 23-də Bakı şəhərində anadan olub. == Karyerası == === 2000-ci il Sidney Paralimpiadası === XI Yay Paralimpiya Oyunlarında atıcılıq idman növü üzrə turnirdə Azərbaycanı bir idmançı təmsil elədi: Yelena Taranova. Yelena Taranova əvvəlcə qadınların hava tapança ilə atəş turnirinin təsnifat mərhələsində mübarizə apardı. Nəticədə Yelena Taranova təsnifat mərhələsini 360.0 xalla on idmançı sırasında yeddinci pillədə başa vurdu. Bu nəticələrə əsasən Taranova final mərhələsinə vəsiqə qazana bildi. Həlledici mərhələdə isə Yelena Taranova 454.2 xalla 8 idmançı sırasında 7-ci pillənin sahibi oldu.Daha sonra isə Yelena Taranova qarışıq idmançıların hava tapançası ilə atəş turnirinin təsnifat mərhələsində mübarizə apardı. Təsnifat mərhələsinin nəticələrinə əsasən Yelena Taranova mərhələni 528.0 xalla 26 idmançı sırasında 2-ci pillədə başa vurdu.
Yelena Taryeva
Yelena Vladimirovna Taryeva (rus. Елена Владимировна Тарьева; 8 sentyabr 1906, Odessa, Xerson quberniyası[d] – 24 iyul 1962, Bakı) — sovet teatr aktrisası, Azərbaycan SSR xalq artisti (1956). == Həyatı == Yelena Taryeva 8 sentyabr 1906-cı ildə Odessada anadan olmuşdur. Odessa, Moskva, Tiflis, Arxangelsk teatrlarında fəaliyyət göstərmişdir. 1938–1962-ci illərdə Azərbaycan Dövlət Rus Dram Teatrında işləmişdir.Yelena Taryeva, əsasən, xarakterik yaşlı qadın rolları ifa etmişdir. O, 24 iyul 1962-ci ildə Bakıda vəfat etmişdir.
Yelena Tağıyeva
Yelena Tağıyeva (Tağıyeva Yelena Nikolayevna; 14 may 1959, Donetsk, Rostov vilayəti) — AMEA-nın H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Paleocoğrafiya şöbəsinin müdiri, aparıcı elmi işçi, Coğrafiya elmləri doktoru. == Həyatı == Yelena Tağıyeva — 14 may 1959-cu il Russiya Rostov vilayətinin Donetsk şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirib. Azərbaycanın son pleystosendə və holosendə iqlimi və bitki örtüyü (spor-tozcuqların analizinə əsəsən) mövzusunda dissertasiya mudafiə edərək coğrafiya elmlər namizədi adına layiq görülmüşdür. 2012-ci ildə "Kaynozoyda Azərbaycanın bitki örtüyü və iqliminin təkamülü" mövzusunda dissertsiya mudafiə edərək coğrafiya elmlər doktoru adına layiq görülmüşdür. Bakı Dövlət Universitetinin "Fiziki coğrafiya" kafedrasında fəailiyyət göstərib. Çapdan çıxmış elmi əsərlərinin sayı: 93 — xaricdə çıxmış elmi əsərlərinin sayı ː 28 == Əsas elmi nailiyyətləri == Azərbaycan və Qafqazın bəzi hissələrinin paleocoğrafi materialları araşdırılmışdır. İlk dəfə olaraq Azərbaycan ərazisi üçün müasir bitkilərini əks etdirən spor-tozcuq spektrlərin subresent tərkibinin metodikası işlənib hazırlanışdır. Azərbaycan ərazisinin və Qafqazın bitki örtüyü və iqliminin tropik, subtropik, savanna və digər bitki tiplərinin dəyişmə qanunauyğunluqlarını aşkar etmiş muxtəlif dövrlər üçün iqlimin kəmiyyət göstəricilərini təyin etməklə istiləşmə və soyuqlaşma dövrlərini verə bilmişdir. Bir ç ox əsrlər üçün bitki örtüyü xəritəsini və iqlimin say göstəricilərinin dəyişməsi qrafikini tərtib etmişdir.
Yelena Tevdoradze
Yelena Tevdoradze (gürc. ელენე თევდორაძე; 5 sentyabr 1938, Tbilisi) — Gürcüstan siyasətçisi, müəllimi və Gürcüstan parlamentinin keçmiş üzvü. == Həyatı == Tevdoradze 5 sentyabr 1938-ci ildə Tbilisidə anadan olmuşdur. O, 1960-cı ildə Tbilisi Xarici Dillər İnstitutunun Alman dili və ədəbiyyatı fakültəsini bitirmişdir. Tevdoradze 1962–1963-cü illərdə Rustavi şəhərində orta məktəb müəllimi, 1963–1965-ci illərdə yerli komsomolun rəhbəri olmuşdur. O, 1972-ci ildə Tbilisi 3 saylı məktəbin direktor müavini, 1975-ci ildə isə Tbilisinin 90 saylı məktəbinin direktoru vəzifəsinə təyin edilmişdir.Tevdoradze 1993-cü ildən 2003-cü ildə qurum ləğv olunana qədər Gürcüstan Vətəndaşları İttifaqının üzvü olmuşdur. O vaxtdan Vahid Milli Hərəkatın üzvüdür. O, 1995–2008-ci illərdə Gürcüstan parlamentinin üzvü olmuş, 2004–2013-cü illərdə Əfv üzrə Dövlət Komissiyasının prezidenti olmuşdur. O, həmçinin 2004-cü ildə reintreqasiya işləri üzrə nazir müavini olmuşdur.Tevdoradze 2008-ci ildə Gürcüstanda parlamentin inkişafına və insan hüquqlarının müdafiəsinə verdiyi şəxsi töhfəyə görə "Şərəf" ordeni ilə təltif edilmişdir.
Yelena Tokun
Yelena Tokun (15 mart 1974, Moskva) — Rusiyanı təmsil edən su poloçusu. == Karyerası == Yelena Tokun, Rusiya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Niderland yığmasını 5:4 hesabı ilə məğlub edən Rusiya yığması, Sidney Olimpiadasının bürünc medalına sahib oldu.
Yelena Topiya
Yelena Topiya (alb. Helena Thopia; XIV əsr, Albaniya – Albaniya) — Kruya bölgəsini üç müddət ərzində suveren ölkə olaraq qoruyub saxlayan Topiya ailəsindən alban şahzadəsi; 1388–1392, 1394–1402 və 1403–1404-cü illərdə ölkəni idarə edib. == Həyatı == Şahzadə Yelena Topiya Karl Topiya və Voysava Balşanın böyük qızı idi. Onun ilk evliliyi venesiyalı zadəgan Marko Barbariqo ilə olub. Atasının ölümündən sonra, 1388-ci ildə, o, Kruya Qalasını və ətraf bölgəni miras aldı. 1392-ci ildə əri ilə Venesiya qoşunları arasındakı düşmənçilik nəticəsində Venesiyaya sadiq olan ögey qardaşı Nikita Topiya Kruya şəhərinə hücum etdi və onları Balşiç ailəsi arasında sığınacaq tapmağa məcbur etdi. 1394-cü ildə Osmanlılar tərəfindən Kruyanı idarə etmək üçün təyin edilən Konstantin Balşiç onunla evləndi. Konstantin Osmanlı vassalı kimi hökm sürdü və 1402-ci ildə öldürüldü. 1403-cü ildə Nikita Topiya Yelenadan qalanı ələ keçirdi. Konstantinin ölümündən sonra Yelena və oğlu Stefan əvvəlcə Venesiyaya getdilər, sonra isə bacısı Mariya ilə birlikdə yaşadılar.
Yelena Tsıqitsa
Yelena Tsıqitsa (d. 8 aprel 1975) — Ukraynanı təmsil edən həndbolçu. == Karyerası == Yelena Tsıqitsa Ukrayna yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Fransa yığmasını 18:22 hesabı ilə məğlub edən Ukrayna yığması, Afina Olimpiadasını 3-cü yerdə başa vurdu və bürünc medal qazandı.
Yelena Udreya
Yelena Udreya — Rumıniyanın Turizm və regional inkişaf naziri (2009-2012). == Həyatı == 26 dekabr 1973-cü ildə Rumıniyada anadan olub.
Yelena Vıstropova
Yelena Vıstropova (3 noyabr 1988; Mahaçqala, Dağıstan MSSR) — Azərbaycanı təmsil edən qadın boksçu, 2014 və 2016-cı illərin Avropa Çempionatının qalibi. == Karyerası == Yelena Vıstropova 2011-ci ildə Niderlandın Rotterdam şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. Vıstropova 1/8 final mərhələsi çərçivəsində baş tutan görüşdə Niderland nümayəndəsi Mariçelle de Yonq ilə üz-üzə gəldi və rəqibinə məğlub oldu (9:12).Daha sonra Yelena Vıstropova 2012-ci ilin 11–20 mayında Çinin Quançjou şəhərində baş tutan Dünya Çempionatında çıxış elədi. Vıstropova 1/32 final mərhələsində Belarus təmsilçisi Vitoria Kebiovanı 18:8, 1/16 final mərhələsində Braziliya nümayəndəsi Roselli Feitosanı 18:12, 1/8 final mərhələsində Rumıniya təmsilçisi Luminita Turçini (RSCI), 1/4 final mərhələsində Ukrayna nümayəndəsi Liliya Durnyevanı 12:5, 1/2 final mərhələsində İsveç təmsilçisi Anna Laurelli 16:15 hesabı ilə məğlub elədi və final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə isə o, İngiltərə nümayəndəsi Savanna Marşalla 15:18 hesabı ilə məğlub oldu və Dünya Çempionatının gümüş medalına sahib oldu.Yelena Vıstropova 2012-ci ilin avqustunda Birləşmiş Krallıqın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Turnirin 1/8 final mərhələsində Nigeriya nümayəndəsi Edit Ogoya məğlub olan (12:14) Yelena Vıstropova mübarizəsini başa vurdu.Daha sonra Yelena Vıstropova 2014-cü ilin 31 may-8 iyununda Rumıniyanın Buxarest şəhərində baş tutan Avropa Çempionatında çıxış elədi. Vıstropova 1/8 final mərhələsində Macarıstan nümayəndəsi Eszter Olahı 3:0, 1/4 final mərhələsində Polşa təmsilçisi Nataliya Hollinshanı 3:0, 1/2 final mərhələsində isə Rumıniya nümayəndəsi Mihaela Kristiananı 3:0 hesabı ilə məğlub elədi və final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə isə o, İngiltərə nümayəndəsi Stacey Kopelanda 3:0 hesabı ilə qalib gəldi və Avropa Çempionatının qızıl medalına sahib oldu.Yelena Vıstropova 2014-cü ilin 16–24 noyabrında Cənubi Koreyanın Jeju şəhərində baş tutan Dünya Çempionatında çıxış elədi. Vıstropova 1/16 final 4mərhələsində İngiltərə nümayəndəsi Stasi Kopelandı (3:0), 1/8 final mərhələsində Çin Taybeyi təmsilçisi Çen Çi-Çunu (3:0), 1/4 final mərhələsində isə ABŞ nümayəndəsi Danyelle Volfa (2:1) qalib gəlsə də, 1/2 final mərhələsində Panama nümayəndəsi Ateyna Bilona (1:2) məğlub oldu və Dünya Çempionatının bürünc medalına sahib oldu.Daha sonra 2015-ci ilin 12–28 iyununda baş tutan I Avropa Oyunlarında da mübarizə aparan Yelena Vıstropova, turnirin 1/4 final mərhələsindəcə Birləşmiş Krallıq nümayəndəsi Sandi Ryana məğlub oldu (1:2) və mübarizəsini dayandırdı.Yelena Vıstropova 2016-cı ilin 8–18 aprelində Samsun şəhərində baş tutan Avropa Olimpiya Təsnifat Turnirində mübarizə apardı. Vıstropova turnirin 1/16 final mərhələsindəcə Türkiyə nümayəndəsi Səma Çalışqana məğlub oldu (0:3) və mübarizəsini dayandırdı.Daha sonra Yelena Vıstropova 2016-cı ilin 18–28 mayında Qazaxıstanın Astana şəhərində baş tutan Dünya Çempionatında da mübarizə apardı.
Yelena Yankoviç
Yelena Yankoviç (28 fevral 1985, Belqrad – Serbiya tennisçisi. == Karyerası == === Karyerasının əvvəlləri === Yankoviç doqquz yaşı olarkən Red Star Tennis Klubunda böyük qardaşı və məşqçisi Marko ilə tennis məşqləri keçməyə başladı. Sonra Nik Bollettieri adına Tennis Akademiyasında təhsilə başladı. 2001-ci ildə Avstraliya Açığı qazandı. 2001-ci ildə WTA-də oynamağa başladı. İlk turniri olan Indian Vells Mastersdə ikinci dövrədə məğlub oldu. 2003-cü ilin oktyabr ayında, Yankoviç Dubayda ITF-dəki ilk müvəffəqiyyətindən sonra reytinqdə ilk 100-lüyə daxil oldu. Üç ay sonra, Yankoviç 2004 Avstraliya Açıq ilk dövrədə dünya reytinqində ilk 10-luqda olan Yelena Dementiyevanı 6–1, 6–4-lük setlərlə məğlub etməyi bacardı. İkinci dövrdə Cill Kraybasla qarşılaşdı və üç setdə məğlub oldu. May ayında, Yankoviç ilk WTA çempionluğunu qazandı, Budapeşt Grand Priksi, finalda Martına Suçanı 7–6, 6–3-lük setlərlə məğlub edərək çempion oldu.
Yelena Yatsenko
Yelena Yatsenko (d. 4 noyabr 1977) — Ukraynanı təmsil edən həndbolçu. == Karyerası == Yelena Yatsenko Ukrayna yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Fransa yığmasını 18:22 hesabı ilə məğlub edən Ukrayna yığması, Afina Olimpiadasını 3-cü yerdə başa vurdu və bürünc medal qazandı.
Yelena Zelenskaya
Yelena Vladimirovna Zelenskaya (Kiyaşko) (6 fevral 1978, Krivoy Roq, Dnepropetrovsk vilayəti) — Ukrayna Respublikası Prezidenti Volodimir Zelenskinin həyat yoldaşı; Ukrayna Respublikasının birinci xanımı. == Ailəsi == Yelena və Volodimir orta məktəbdə paralel sinifdə təhsil alıblar. Lakin onların tanışlığı bir qədər sonraya – tələbəlik dövrünə təsadüf edib. Həmin vaxt Volodimir Kiyev Dövlət İqtisad Universitetinin Krivoy Roq İqtisadi İnstitutun Hüquq fakültəsində, Yelena isə Texniki Universitetin İnşaat fakültəsinin birinci kursunda təhsil alırdılar. İlk tanışlıqlarından 8 il sonra – 2008-ci ildə onların toyu olub. Hazırda bu ailənin 2 övladı – Aleksandra adlı qızı və Kiril adlı oğlu var. == Şəxsi həyatı == Həmişə gözdən uzaq bir həyat tərzi sürməyə üstünlük verən Yelenanın sosial şəbəkələrdə heç bir fərdi səhifəsi yoxdur.. O, dəbdəbəli tədbirlərdə də iştirak etməyib. Ukrayna telekanallarından birinə müsahibə verərkən həyat yoldaşının prezidentliyə namizədliyini dəstəkləmədiyini açıqlayıb. Ancaq seçki prosesi zamanı bütün görüşlərdə həyat yoldaşının yanında olub.