Yelləncək

YelləncəkAzərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaqgənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Yelləncək oyunu Novruz bayramı günlərində, ilaxır çərşənbələrdə, həmçinin yaz, yay və payız aylarında ağac budağından kəndirlə asılan yelləncək. Bu mərasim oyununda, əsasən, gənc oğlan və qızlar iştirak edirlər. İştirakçılar bir-bir yelləncəyə minib yellənirlər. Digər iştirakçılar isə halay, yallı məzmunlu oyunlar ifa edirlər.[1]

Yelləncəyə minib yellənənlər Naxçıvanda "Kuflan", Qarabağda "Ucuncaq", Lənkəran bölgəsində "Küf", "Həlaçin", Bakıda "Quyhaquy", Qubada "Havaçağ", Şəkidə "Sulançıx", "Yörtməc", Zəngilanda "Sarımçax", Gəncədə "Səkmən" və sairə adlarla məlumdur.[2]

Oyunun qaydaları

[redaktə | mənbəni redaktə et]

İştirakçılar bir-bir, iki-iki ağac budağından asılmış kəndir yelləncəyə qalxıb yellənir, deyişmə və bayatı şəklində müxtəlif mahnı oxuyur, ətrafdakılar isə əl çalıb şənlənir, halay və yallısayağı rəqs edirlər. Yelləncəkdə yellənən qızın ayaqlarına çubuqla asta-asta vurub xorla oxuyurlar:

Örpəyi çəhrayı qız,
Adaxlının adın de.
Saçları xurmayı qız,
Adaxlının adın de.
Qaşları sürməli qız,
Adaxlının adın de.
Yaylığı yellənən qız,
Adaxlının adın de.
Bura qonaq gələn qız,
Adaxlının adın de.
Ha yellənə-yellənə
Adaxlının adın de.

Yelləncəkdəki qızdan ta cavab almayınca onu yelləndirirlər. Qız cavab verdikdən sonra yelləncəyi saxlayıb yerə salır və bir başqası yelləncəyə minir. Oyun saatlarla davam edir.

  1. * Novruz bayramı ensklopediyası. Bakı-2008 (Şərq-Qərb). səh.199.
  2. Azərbaycan etnoqrafiyası, Bakı-2007, “Şərq-Qərb” nəşriyyatı. Üç cilddə. III cild. səh. 482. ISBN 978-9952-34-152-2