Yelena İvanovna Taranova (23 avqust 1961; Bakı, Azərbaycan SSR) — Azərbaycanı təmsil edən atıcı. Azərbaycanı altı dəfə — 2000, 2004, 2008, 2012, 2016 və 2020-ci illərdə Paralimpiya Oyunlarınad təmsil edib. 2000-ci ildə gümüş, 2004-cü ildə isə bürünc medala sahib olub.
Yelena Taranova | ||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Şəxsi məlumatlar | ||||||||||||||
Tam adı | Yelena İvanovna Taranova | |||||||||||||
Vətəndaşlığı | Azərbaycan | |||||||||||||
Doğum tarixi | ||||||||||||||
Doğum yeri | Bakı, Azərbaycan SSR | |||||||||||||
İdman növü | Atıcılıq | |||||||||||||
Medallar
|
||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Yelena Taranova 1961-ci il avqustun 23-də Bakı şəhərində anadan olub.
XI Yay Paralimpiya Oyunlarında atıcılıq idman növü üzrə turnirdə Azərbaycanı bir idmançı təmsil elədi: Yelena Taranova. Yelena Taranova əvvəlcə qadınların hava tapança ilə atəş turnirinin təsnifat mərhələsində mübarizə apardı.[1] Nəticədə Yelena Taranova təsnifat mərhələsini 360.0 xalla on idmançı sırasında yeddinci pillədə başa vurdu.[1] Bu nəticələrə əsasən Taranova final mərhələsinə vəsiqə qazana bildi.[1] Həlledici mərhələdə isə Yelena Taranova 454.2 xalla 8 idmançı sırasında 7-ci pillənin sahibi oldu.[1]
Daha sonra isə Yelena Taranova qarışıq idmançıların hava tapançası ilə atəş turnirinin təsnifat mərhələsində mübarizə apardı.[2] Təsnifat mərhələsinin nəticələrinə əsasən Yelena Taranova mərhələni 528.0 xalla 26 idmançı sırasında 2-ci pillədə başa vurdu.[2] Bu nəticələrə əsasən Taranova final mərhələsinə vəsiqə qazana bildi.[2] Həlledici mərhələdə isə Yelena Taranova 622.7 xalla 8 idmançı sırasında 2-ci pillənin sahibi oldu və XI Yay Paralimpiya Oyunlarının gümüş medalına sahib oldu.[2] Bununlada Yelena Taranova Paralimpiya Oyunlarında medala sahib olan birinci Azərbaycan idmançı olaraq tarixə düşdü.
XII Yay Paralimpiya Oyunlarında atıcılıq idman növü üzrə turnirdə Azərbaycanı bir idmançı təmsil elədi: Yelena Taranova. Yelena Taranova əvvəlcə qadınların hava tapança ilə atəş turnirinin təsnifat mərhələsində mübarizə apardı.[3] Nəticədə Yelena Taranova təsnifat mərhələsini 362.0 xalla 12 idmançı sırasında 5-ci pillədə başa vurdu.[3] Bu nəticələrə əsasən Taranova final mərhələsinə vəsiqə qazana bildi.[3] Həlledici mərhələdə isə Yelena Taranova 456.2 xalla 8 idmançı sırasında 3-cü pillənin sahibi oldu və XII Yay Paralimpiya Oyunlarının bürünc medalına sahib oldu.[3] Bununlada Yelena Taranova Paralimpiya Oyunlarında 2 dəfə medala sahib olan birinci Azərbaycan idmançı olaraq tarixə düşdü.
Daha sonra isə Yelena Taranova qarışıq idmançıların hava tapançası ilə atəş turnirinin təsnifat mərhələsində mübarizə apardı.[4] Təsnifat mərhələsinin nəticələrinə əsasən Yelena Taranova mərhələni 516.0 xalla 26 idmançı sırasında 12-ci pillədə başa vurdu.[4] Bu nəticələrə əsasən Taranova final mərhələsinə vəsiqə qazana bilmədi.[4]
Azərbaycan Prezidenti İlham Əliyevin 5 fevral 2008-ci il tarixli Sərəncamına əsasən Yelena İvanovna Taranova "Tərəqqi" medalı ilə təltif edildi.[5]
XIII Yay Paralimpiya Oyunlarında atıcılıq idman növü üzrə turnirlər 7-12 sentyabrda baş tutdu. Azərbaycanı bu idman növü üzrə bir idmançı təmsil elədi: Yelena Taranova. Sentyabrın 8-də Yelena Taranova XIII Yay Paralimpiya Oyunlarında mübarizə apardı.[6] 10 metr məsafəyə hava tapançasından atəşaçma turnirinin təsnifat mərhələsində Yelena Taranova 364 xal topladı və mərhələni 17 idmançı sırasında 8-ci pillədə başa vurdu.[6] Bu nəticəyə əsasən Taranova final mərhələsinə vəsiqə qazandı.[6] Final mərhələsində isə Yelena Taranova 460.1 xal topladı və Paralimpiadanı altıncı pillədə başa vurdu.[6][7]
Digər turnirlərdə də Yelena Taranova medala sahib ola bilmmədi.[8][9] Yelena Taranova 25 metr məsafəyə tapançadan atəşaçma turnirinin təsnifat mərhələsində 526 xal topladı və mərhələni 25-ci pillədə, 50 metr məsafəyə tapançadan atəşaçma turnirinin təsnifat mərhələsində isə 516 topladı və mərhələni 16-cı pillədə başa vurdu.[8][9] Bu nəticələrə əsasən Yelena Taranova XIII Yay Paralimpiya Oyunlarını medalsız başa vurdu.[8][9][10][11]
XIV Yay Paralimpiya Oyunlarında atıcılıq idman növü üzrə turnirlər 30 avqust-6 sentyabrda baş tutdu. Azərbaycanı bu idman növü üzrə 2 idmançı təmsil elədi: Əkbər Muradov və Yelena Taranova. Qadınların 10 metr məsafəyə hava tapançasından atəşaçma turnirində mübarizə aparan Yelena Taranova təsnifat mərhələsində 372 xal topladı və mərhələnini beşinci pillədə başa vurdu.[12] Bu nəticəyə əsasən Taranova final mərhələsinə adladı.[12] Final mərhələsində isə Yelena Taranova 465.8 xal topladı və turnirdə yeddinci pillənini sahibi oldu.[12]
25 metr məsafəyə tapançadan atəşaçma turnirinin təsnifat mərhələsində isə Yelena Taranova mübarizə aparmadı.[13]
50 metr məsafəyə tapançadan atəşaçma turnirinin təsnifat mərhələsində isə Yelena Taranova 512 xalla 20-ci pillənin sahibi oldu.[14] Bu nəticələrə əsasən Taranova final mərhələsinə vəsiqə qazana bilmədi.[14]
Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2016-cı il tarixli Sərəncamına əsasən Azərbaycanın Milli Paralimpiya Komitəsinin yaradılmasının 20 illiyi münasibətilə Yelena İvanovna Taranova Azərbaycan Prezidentinin fəxri diplom ilə təltif edildi.[15]
Rio-de-Janero Paralimpiadasında atıcılıq idman növü üzrə turnir 8-14 sentyabrda Milli Atıcılıq Zalında baş tutdu. Azərbaycanı bu idman növü üzrə bir idmançı — Yelena Taranova təmsil elədi. Sentyabrın 9-da Yelena Taranova Rio-de-Janero Paralimpiadasında mübarizə apardı.[16] 10 metr məsafəyə SH1 növündə hava tapançasından atəşaçma turnirinin təsnifat mərhələsində Yelena Taranova 370 xal topladı və 20 idmançı sırasında beşinci pillənin sahibi oldu. Bununla da Taranova final mərhələsinə vəsiqə qazandı.[16] Final mərhələsində isə Yelena Taranova 148.8 xal topladı və Rio-de-Janero Paralimpiadasını dördüncü pillədə başa vurdu.[16][17]
Digər turnirlərdə də Yelena Taranova medala sahib ola bilmədi. Yelena Taranova 25 metr məsafəyə SH1 növündə tapançadan atəşaçma turnirinin təsnifat mərhələsində 560 xal topladə və 13-cü pillənin sahibi oldu.[18] 50 metr məsafəyə SH1 növündə tapançadan atəşaçma turnirinin təsnifat mərhələsində isə Yelena Taranova 502 xal topladı və 27-ci pillənin sahibi oldu.[19] Bununla da Yelena Taranova XV Yay Paralimpiya Oyunlarını medalsız başa vurdu.[20][21]
XVI Yay Paralimpiya Oyunlarında atıcılıq idman növü üzrə turnirlər 30 avqust-5 sentyabrda baş tutdu. Azərbaycanı bu idman növü üzrə 2 idmançı təmsil elədi: Kamran Zeynalov və Yelena Taranova. Kamran Zeynalov və Yelena Taranova 2019-cu ildə Sidney şəhərində (Avstraliya) baş tutan atıcılıq üzrə Dünya Çempionatının nəticələrinə əsasən Paralimpiya Oyunlarına vəsiqə qazandı.[22][23] Paralimpiadadan əvvəl Kamran Zeynalov və Yelena Taranova iyulda Novi-Sad şəhərində (Serbiya) baş tutan Qran-Pri turnirində mübarizə apardı.[24]
Avqsutun 31-də Kamran Zeynalov və Yelena Taranova 10 metr məsafəyə tapança ilə atəş turnirlərində mübarizə apardı.[25] Əvvəlcə təsnifat mərhələsində 2000-ci il Sidney Paralimpiadasının gümüş medalçısı Yelena Taranova çıxış elədi və 538 xalla 18 idmançı sırasında 16-cı pillənin sahibi oldu.[25] Bununla da Taranova final mərhələsinə vəsiqə qazana bilmədi.[25] Daha sonra isə Kamran Zeynalov mübarizə apardı və 542 xal topladı.[25] Bu nəticəyə əsasən Zeynalov təsnifat mərhələsini 27 idmançı sırasında 22-ci pillədə başa vurdu və o, da final mərhələsinə vəsiqə qazana bilmədi.[25]
Sentyabrın 2-də isə Yelena Taranova 25 metr məsafəyə tapança ilə atəş turnirində çıxış elədi.[26] Təsnifat mərhələsində Yelena Taranova 516 xal topladı və 30 idmançı sırasında 28-ci pillənin sahibi oldu.[26] Bununla da o, növbəti dəfə final mərhələsinə vəsiqə qazana bilmədi.[26]
Kamran Zeynalov və Yelena Taranova sentyabrın 4-də sonuncu turnirlərində mübarizə apardı.[27] 50 metr məsafəyə tapança ilə atəş turnirində Kamran Zeynalov 518 xal topladı və təsnifat mərhələsini 20-ci pillədə başa vurdu.[27] Yelena Taranova isə həmin turnirdə 502 xal topladı və təsnifat mərhələsində 34 idmançı sırasında 28-ci pillənin sahibi oldu.[27] Həm Kamran Zeynalov, həm də Yelena Taranova final mərhələsinə vəsiqə qazana bilmədi.[27]