Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Adi yergilası
Adi yergilası (lat. Physalis alkekengi) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin yergilası cinsinə aid bitki növü. == Botaniki təsviri == Uzun, sürünən, budaqlı, odunlaşmış, yeraltı zoğları olan çoxillik ot bitkisidir. Gövdəsi 25–60 (80) sm düz, budaqlı, bəzən sadədir; aşağı hissəsi çılpaq, orta hissəsi az, təpəsi isə sıx tüklənmişdir. Yarpaqları saplaqlı, uzunluğu 4–12 sm, eni 2.5–6.5 sm yumurtavari, enli yumurtavaridir; qıraqları bəzən azacıq diş-dişli, hər iki tərəfdən çox seyrək tüklüdür. Çiçəkləri tək-tək, qoltuqdadırlar. Çiçəkyanı kasacıqları 4–7 mm uzunluqda üçdilimlidir, sıx tüklənmişdir. Tacı 20 mm, ağımtıl, sıx tükləşmişdir. Giləmeyvəsi 1.2–1.5 sm uzunluqda, narıncı, toxumları 2.5 mm qədər, tumurcuqvari, sarı və ya ağımtıl rəngdədir. May-avqust aylarında çiçəkləyir, iyun-sentyabrda meyvə verir.
Peru yergilası
Peru yergilası (lat. Physalis peruviana) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin yergilası cinsinə aid bitki növü.
Yergilası
Yergilası (lat. Physalis) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinə aid bitki cinsi.
Vergi
Vergi — dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. Vergilərdən qazanılan vəsaitlər tarix boyunca dövlətlər üçün müxtəlif funksiyaları daşıyırdı. Onlara müharibə xərcləri, qanunun həyata keçirilməsi, ictimai nizam saxlamaq, mülkün müdafiəsi, iqtisadi infrastruktur (yollar, tenderlər, müqavilələri həyata keçirmə), ictimai işlər, sosial mühəndislik və dövlətin saxlanılması daxildir. Dövlətlər vergiləri həm də xalqın rifahına və ictimai xidmətlərə xərclənir. Bu xidmətlərin içərisində təhsil sistemi, səhiyyə, pensiyalar, işsizlik üzrə maddi yardım, ictimai nəqliyyat ola bilər. Enerji, su idarəetmə və tullantılar idarəetmə ictimai xidmətlərə ümumiliklə daxildir. Dövlətlər müxtəlif vergiləri və vergi səviyyələri işlədirlər. Bu vergi ağırlığı və ya vəsaitləri fərdilər və vergi qoyula bilən fəaliyyətlərdə iştirak edən əhalinin qrupları (müəssisələr, biznes kimi) arasında bölüşdürmək məqsədi daşıyır. Tarixə əsasən, zadəganlıq kasıblara qoyulan vergilər ilə təmin olunurdu, lakin müasir sosial müdafiə sistemləri yoxsullar, əlillər və ya pensiyaçılara hələ işləyənlərdən alınan vergilərlə kömək göstərmək niyyətindədir. Əlavə olaraq, vergilər xarici yardım və hərbi əməliyyatları maliyyəşdirir, makroiqtisadi göstəricilərə təsir göstərmək (bu xəzinə siyasəti adlanır) və ya istehlak və məşğuliyyət səviyyəsinin dəyişməsi üçün istifadə olunurlar.
Yerfi
Yerfi — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Eyniadlı bələdiyyənin tərkibindədir. Türkdilli kəndlərin tat kəndlərindən əvvəl məskunlaşdığını nəzərə alsaq, deməli o cümlədən Yerfi kəndində də iki min il əvvəldən yaşayış məskəni olub. Kəndin tarixi ilə əlaqədar yer adlarına, qəbristanlıqlarda kənd sakinlərinin qazıntı apardıqları zaman tapılmış nümunələrə də diqqət yetirmək lazımdır. Kənddə üç yerdə qəbiristanlıq vardır. Sağ və sol tərəflərdə olan qəbiristanlıqların sel suları yuyan yerlərində çoxlu açılmış qəbirlər var. Tamamilə itən qəbirlər də çoxdur. Bu qəbirlərin kimə, yaxud hansı əqrəbaya aid olması bilinmir. Kəndin qədim hesab edilən ərazisi məhəllələrə ayrılmışdır: Musa məhəlləsi, Çuxur məhəllə, Güney məhəllə, Nurəlilər məhəlləsi, Əlməmmədlilər məhəlləsi. Bu bölgü kəndin digər tərəfində yoxdur, evlər də nəsillərə görə deyil, qarışıqdır.
Yersi
Yersi — Rusiya Federasiyasının Dağıstan Respublikasının Tabasaran rayonunda kənd. Yersi kənd yaşayış məntəqəsinin inzibati mərkəzi. 2150 nəfərdir Milli tərkibi: Azərbaycanlılar. Mono etnik kənddir. Dini baxımdan islam dininin sünnə məzhəbində etiqad edirlər. 1899-cu ildə kənddə Kərim Məmmədbəyov — sovet dövlət xadimi, 1931-1937-ci illərdə Dağıstan MSSR-in xalq Komissarları Sovetinin Sədri anadan olub .
Ergi
Ergi — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazisində yerləşən Mərzili kəndinə aid olan yaşayış məntəqəsi.
Bəylərin yeri yaşayış yeri
Bəylərin yеri yаşаyış yеri — Tumаslı kəndinin cənubundа yеrləşir. Yаşаyış yеrinin ərаzisi düzənlikdir. Düzənliyin mərkəzi hissəsində uzunsоv, çох dа hündür оlmаyаn təpə vаrdır. Təpənin üzərində "Sеyid qəbri" аdlаndırılаn tək bir məzаr vаr. Həmin məzаr kənd sаkinləri tərəfindən tеz-tеz ziyаrət еdilir. Tədqiqаt zаmаnı yаşаyış yеrinin bəzi qismlərində kül yığınlаrı və bаd qırıqlаrınа rаstlаnmışdır. Аbidədən tоplаnаn kеrаmikа məmulаtı çəhrаyı rəngdə bişirilmiş şirli və şirsiz qаb pаrçаlаrındаn ibаrətdir. Şirli qаb pаrçаlаrınа çох аz rаstlаnır. Kеrаmikа məmulаtı inkişаf еtmiş və Sоn Оrtа əsrlər üçün хаrаktеrikdir. Аrхеоlоji mаtеriаllаrа əsаsən yаşаyış yеrini XVI–XIX əsrlərə аid еtmək оlаr.
Hyrcanogobius bergi
Berq xulu (lat. Hyrcanogobius bergi) — Xulkimilər fəsiləsinə aid olan balıq növü. Xəzər dənizinin endemik növüdür. Pelaqik növdür. 3.6 sm uzunluğa malikdir. Növün latınca adı sovet coğrafiyaşünası və zooloqu Lev Berqin şərəfinə verilmişdir. == Təsərrüfat əhəmiyyəti == Vətəgə əhəmiyyəti yoxdur. == Ədəbiyyat == Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, 145.
Nergi (Urmiya)
Nergi (fars. نرگي‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 974 nəfər yaşayır (160 ailə).
Rövşən Yerfi
Rövşən Yerfi (tam adı: Həsənli Rövşən Həsənbaba oğlu) — Azərbaycan nasiri, esseçi, publisist, Penitensiar Xidmətdə işləmiş ilk yazıçı, ədliyyə mayoru. Rövşən Yerfi 1965-ci ilin aprelin 23-də Quba rayonunun Yerfi kəndində anadan olmuşdur. 1972-1982-ci illərdə orta məktəbi oxumuş, 1982-ci ildən Bakı poçtamtında (indiki “Azərpoçt”) əmək fəaliyyətinə başlamışdır. 1983-1985-ci illərdə orduda qulluq etmişdir. 1986-1992-ci illərdə Bakı Dövlət Universitetinin Kitabxanaşünaslıq-biblioqrafiya fakültəsində ali təhsil almışdır. 1991-1995-ci illərdə Səhiyyə Nazirliyinin orqanı olan "Şəfqət" qəzetində (indiki "Tibb qəzeti") ilk məsul katib, "Millət" qəzetində (1993-1994) məsul katib müavini işləmişdir. 1995-2012 -ci illərdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin zabit əməkdaşı olmuş, müxtəlif rejimli cəzaçəkmə müəssisələrində rejim və tərbiyə işləri sahələri üzrə böyük inspektor vəzifəsində ədliyyə mayoru rütbəsinədək xidmət etmişdir. 2014-2015-ci illərdə “Hədəf nəşrləri”ndə redaktor fəaliyyəti ilə altmışdan çox kitabın hazırlanmasında (redaktə, korrektə, mətn tərtibatı) iştirak etmişdir. 2015-ci ildən milli arxiv xidməti işçisidir. 1993-cü ildə Azərbaycan Jurnalistlər Birliyinin, 2006-cı ildə isə Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.
Sergi Samper
Rəqəmsal yerli
Rəqəmsal yerli — informasiya dövründə böyümüş insan. "Rəqəmsal yerli" termini bu mövzuya toxunan müxtəlif məqalələr yazan amerikalı yazıçı və texnoloq Mark Prenski tərəfindən istifadə edilmişdir. Bu termin xüsusilə 1980-ci ildən sonra doğulmuş şəxslərə aid olan "rəqəmsal dövr"də böyüyən nəsillərə şamil edilmişdir. Çox vaxt millenniallara və Z nəslinə aid edilən bu şəxslər kompüterlər, mobil telefonlar və sosial media kimi elektron cihazlar və platformalar vasitəsilə rəqəmsal məlumat və stimulları tez və rahat şəkildə istehlak edə bilirlər. Rəqəmsal yerlilər rəqəmsal immiqrantlardan, yəni çap mediasının və televiziyanın üstünlük təşkil etdiyi bir dünyada böyümüş insanlardan fərqlənirlər, çünki onlar internetin yaranmasından əvvəl doğulublar. Rəqəmsal nəsil əhatə olunduqları texnologiyaya artan inamla böyüyüblər. Bu, qismən sələflərinin əvvəllər naməlum olan bir mövzuya artan marağı sayəsində idi. Bu rəqəmsal gənc nəsil öz yaşam tərzi sayəsində öz texnologiyalarına köklənmiş və bu onların ayrılmaz və vacib həyat tərzinə çevrilmişdir. Prenski belə nəticəyə gəldi ki, texnologiya ilə gündəlik qarşılıqlı əlaqənin həcminə görə rəqəmsal yerli nəsil tamamilə fərqli düşüncə tərzini inkişaf etdirib. Beyinlər fiziki olaraq dəyişməsə də, yollar və düşüncə tərzi inkişaf etmiş və beyinlər fizioloji cəhətdən keçmiş dövrlərdən fərqli olaraq dəyişmişdir.
Yerli amerikalılar
Hindilər (ing. Indians), həmçinin yerli amerikalılar (ing. Native Americans), Amerika hindiləri (ing. American Indians), qırmızı dərililər (ing. Red skins) və ya qırmızı hindilər (ing. Red Indians) — Amerikanın yerli əhalisinin, Amerika qitəsinin, Cənubi və Şimali Amerikanın yalnız bəzi rayonlarında qalan ən qədim yerli əhalisini təşkil edən tayfa və xalqların ümumi adı. Adları Xristofor Kolumb və başqalarının (15-ci əsr) Amerikanı səhvən Hindistan güman etmələri ilə əlaqədar yaranmışdır. Dil baxımdan bir-biriylə qohum olmayan iki ayrı əsas qrupa bölünürlər: Sibir mənşəli na-dene dilləri və na-dene istisna olmaqla özündə bütün hindi dillərini ehtiva edən amerind dilləri. Alyaska yerliləri adı Alyaskada yaşayan eskimos-aleut xalqlarını və hindiləri topluca xarakterizə etmək üçün istifadə edilir. ABŞ-nin digər əyalətlərində "Native Americans", "American Indians" ya da qısaca olaraq "Indians" adlanırlar.
Txaba-Yerdi
Txaba-Yerdi (inquş Тхьаба-Ерда, ТкъобӀаь-Ерда) — İnquşetiyanın Ceyrax rayonunda, Assa dərəsinin Xayrax və Pui kəndləri arasında, Gürcüstanla sərhəddən çox uzaqda yerləşən qədim xristian məbədi. Ceyrax-Assa Dövlət Tarix-Memarlıq və Təbiət Muzey-Qoruğunun tərkibinə daxildir. Uzunluğu 17 metr, eni 7,5 metrdir. Txaba-Yerdi dağ məbədinin kim tərəfindən və nə vaxt tikildiyi barədə tarixçilər, arxeoloqlar arasında yekdil fikir yoxdur. 10 noyabr 2012-ci ildə kilsədə yüz ildən artıq müddətdə ilk dəfə olaraq pravoslav ibadəti keçirilib. Abidənin adının mənası ilə bağlı alimlər arasında yekdil fikir yoxdur. Bəzi tədqiqatçılar adın inquş dilindən ТкъобIa-Ерды "İnancımız", eyni zamanda "İnam məbədi" mənasını verdiyini, digər tədqiqatçılar isə "İki min müqəddəs" mənasını verdiyini bildirirlər. Üçüncü qrup alimlər isə Txaba-Erdinin Tom-Erdadan, yəni Müqəddəs Tomas məbədindən təhrif edildiyi və sözün əsl mənasında "Thaba-erd bizim ziyarətgahımızdır" versiyasını da irəli sürürlər. Məbədin ilk təsviri 1787-ci ildə hərbi kvartirmeyster L.T.Şteder tərəfindən verilmişdir. 1811-ci ildə geoloq M.Enqelhardt məbədin planını götürür və onun eskizlərini çəkir.
Typhlodromus bergi
Typhlodromus bergi (lat. Typhlodromus bergi) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. Typhlodromus bergi Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Vergi auditi
Vergi auditi – təsərrüfat subyektinin mühasibat və vergi hesabatlarına baxılması üçün qanunvericiliklə müəyyən edilmiş normalara etibarlılıq dərəcəsi və uyğunluğu barədə rəy bildirmək üçün audit təşkilatı tərəfindən xüsusi audit tapşırığının icrası təsərrüfat subyekti tərəfindən müxtəlif səviyyəli büdcələrə və büdcədənkənar fondlara vergi və digər ödənişlərin formalaşdırılması, uçotu və ödənilməsi. Məlum olduğu kimi nəzarət idarəetmənin mühüm funksiyası olmaqla, cəmiyyətin iqtisadi həyatında mühüm yer tutur. İqtisadiyyatda geniş islahatlann aparılması (dövlət əmlakının irimiqyaslı özəlləşdirilməsi, çoxsaylı təsərrüfat subyektlərinin əmələ gəlməsi) və bazar münasibətlərinin əksər hissəsinə dövlət tənzimlənməsinin ləğv edilməsi, dövlət tərəfindən iqtisadiyyatın vəziyyətinə nəzarət sistemində əhəmiyyətli dəyişikliklərin həyata keçirilməsini şərtləndirdi. İndiki yeni şəraitdə sahibkarlar əmlak və vəsaitlərin qorunub saxlanmasında və onlardan daha səmərəli istifadə edilməsində maraqlıdır. Lakin dövlətin xüsusilə vergi və digər məcburi ödəmələrin ödənilməsi sahəsində üst-üstə düşmür. Məhz bu səbəbdən dövlət vergi orqanlannm timsalında təsərrüfat subyektlərinin maliyyə-təsərrüfat fəaliyyəti üzərində nəzarəti gücləndirir. Bazar münasibətlərinə keçid ölkənin maliyyə sisteminin keyfiyyət islahatına səbəb olmuşdur. Müasir şəraitdə maliyyənin təşkilinə ümumi rəhbərlik və müvafiq olaraq maliyyə nəzarəti tənzimləyən dövlət hakimiyyəti orqanlan arasmda bölüşdürülmüşdür. İndiki bazar iqtisadiyyatına keçid şəraitində təsərrüfat-kommersiya fəaliyyəti göstərən müəssisələrin (sahibkarların) əksəriyyəti vergi qanunvericiliyini yaxşı mənimsəmədikləri üçün səhvlərə yol verir və nəticədə maliyyə sanksiyaları ödəmək məcburiyyətində qalırlar. Bu isə həm təsərrüfat subyektləri, həm də vergi orqanlan tərəfindən vergi qanunvericiliyinə riayət olunması, vergilərin düzgün hesablanması, tam və vaxtında büdcəyə köçürülməsi üzərində nəzarətin gücləndirilməsini tələb edir.
Vergi tətili
Vergi tətili — müəyyən bir şəxsdən vergi və ya əvvəlcədən müəyyən edilmiş məsələlərdən müəyyən müddətə vergi ödəməməklə müəyyən istehsal və ya istehlak fəaliyyətlərinin subsidiyasıdır. Vergi tətili, müvəqqəti olsa da, investisiyaların vergi yükünü azaltmaqla yeni investisiyalar üçün stimullaşdırıcı təsir göstərir. ABŞ-də tez-tez tətbiq olunan bu sistem, Türkiyədə də tətbiq olunmaqdadır.
Vergi uçotu
Vergi uçotu — vergi bazasının və həmin verginin məbləğinin hesablanması ilə bağlı təsərrüfat əməliyyatlarının tam, fasiləsiz və sənədlə rəsmiyyətə salınmış uçotunu aparmaqla konkret vergi üzrə vergi bazasının formalaşması haqda informasiyaların pul ifadəsilə toplanmasının, qeydiyyata alınmasının və ümumiləşdirilməsinin nizama salınmış sistemidir. Sözügedən verginin ayrı-ayrı növlərinin uçotu və onların hesablanması Azərbaycan Respublikasının 11 iyul 2000-ci il 905-İQ №-li Qanunu ilə təsdiq edilmiş Vergi Məcəlləsi ilə tənzimlənir. Vergi uçotu mühasibat uçotunun tərkib hissəsi olmaqla vergiyə cəlb olunma və vergi hesabatı tərtib etmək məqsədi ilə mühasibat qaydasında rəsmiyyətə salınması üçün nəzərdə tutulmuşdur.Bununla birlikdə vergi uçotu vergi bazasının düzgün müəyyən edilməsi məqsədilə müstəqil, yaxud mühasibat uçotu məlumatlarında zəruri düzəliş hesablamaları aparmaq hüququna malikdir. Düzəliş hesablamaları qeyri-sistemli qaydada, yəni hesablama yolu ilə alınan düzəlişləri mühasibat uçotunda əks etdirməklə yerinə yetirilir. Bu vergi hesablaması, cədvəl, yaxud vergi kartları kimi təqdim edilən informasiyaların sistemləşdirilməsi və toplanması üçün nəzərdə tutulan vergi registrlərinin işlənməsinə və təsdiq edilməsinə şərait yaradır. ödəyicilərin vergi öhdəliklərini düzgün müəyyən etmək üçün zəruri ilk informasiyaları toplamaq və onları təyin edilmiş qaydada qeydə almaq; ilk vergi informasiyalarını mühasibat və vergi registrlərində və mühasibat uçotunun hesablarında vaxtlı-vaxtında əks etdirmək; vergiödəyicisinin vergi öhdəliklərinin səviyyəsini düzgün müəyyən etmək; düzgün və dəqiq vergi hesabatını formalaşdırmaq; vergi informasiyasının və vergi hesabatının formalaşdırılması üzərində nəzarət aparmaq. Beləliklə, vergi uçotu mühasibat uçotunun tərkib hissəsi kimi qalmaqla vergi öhdəliklərinin düzgün, obyektiv hesablanması və təşkilatın vergi hesabatının tərtib edilməsi üçün zəruri maliyyə informasiyalarının toplanması, qeydə alınması və işlənməsi kimi işlərin yerinə yetirilməsini özündə əks etdirir. Təsərrüfat subyektləri tərəfindən vergilər hesablanarkən zəruri vergi sənədləri tərtib edilir. Vergi sənədləri – vergilərin hesablanmasını, vergi məbləğini və vergi öhdəliyinin həcmini əks etdirən sənədlərdir. Vergi sənədlərinə aşağıdakılar daxildir: uçot-hesabat sənədləri; müşayiətedici sənədlər; vergi uçotu registrləri; bildiriş.
Yengi Molk
Yengi Molk (fars. ينگه ملك‎; azərb. Yengi Mülk‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Milacerd bəxşinin Xosro Beyg dehestanında kənd. Kəndin adı yerli şivədə "Mamudabad" kimi də deyilir. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 126 ailədə 244 nəfəri kişilər və 233 nəfəri qadınlar olmaqla cəmi 477 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Yengi kənd
Yengikənd (Dağıstan)
Yerfi bələdiyyəsi
Quba bələdiyyələri — Quba rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Yerfi dağı
Yerfi dağı — Quba rayonu ərazisində yerləşən, Böyük Qafqaz dağlarının cənub şərqində qərar tutan zirvələrdən biri. Yerfi dağı Azərbaycanın Quba rayonunda, paytaxt Bakıdan 140 km şimal-qərbdə, Yerfi kəndinin yaxınlığında yerləşir. Yerfi dağının zirvəsi dəniz səviyyəsindən 2,069 metr hündürlükdə, ətrafdakı ərazidən 30 metr yüksəklikdədir. Eni 0,75 km-dir. Yerfi dağının ətrafındakı ərazinin cənub-qərbi dağlıqdır, amma şimal-şərqi dərə-təpəlidir. Yerfi dağının ətrafında dağlar və qeyri-adi su mənbələri var. Dağın ətrafı əsasən otlaqlardan ibarətdir. Yerfi dağında ən isti vaxt İyul ayında olur, havanın temperaturu 18° C olur. Ən soyuq vaxt isə, Yanvar ayında olur, −9° C olur. Orta illik yağıntı 763 mm-dir.
Yerfi xalçaları
Yerfi xalçaları — Quba xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları.
Yerli avstraliyalılar
Yerli avstraliyalılar — Britaniya müstəmləkəçiliyindən əvvəl Avstraliyada yaşayan qruplar. Bunlara Avstraliya aborigenləri və Torres boğazı adalıları daxildir. Avstraliyalıların sayı XVIII əsrin axırlarında 250–300 min nəfər idi. Avstraliyalılar 500-dən çox tayfadan ibarət olmuşlar. XIX əsrədək avstraliyalılar ibtidai icma quruluşu şəraitində yaşayıblar. Onlar ovçuluq, yığıcılıq, qismən balıqçılıqla məşğul olurdular. Müstəmləkəçilik siyasəti nəticəsində çox hissəsi qırılmışdır. Qalıqları, başlıca olcaq, Avstraliyanın qərbində və şərqində rezervasiyalarda yaşayır. Avstraliyalıların bir qismi kənd təsərrüfatında işləyir, digərləri ibtidai həyat sürürlər. Yerli avstraliyalar Avstraliya dillərində danışırlar.
Yerli anestetik
Lokal anestetiklər və ya yerli anestetiklər — afferent (qalxan) sinir sisteminə təsir göstərməklə bədənin müəyyən nahiyəsində hissiyyatın müvəqqəti itməsinə səbəb olan dərman preparatlarıdır. Ümumi anestetiklərdən fərqli olaraq yerli təsirlidir və şüur itkisi olmur. Yerli anestetiklərdən cərrahi əməliyyatlar zamanı və stomatologiya təcrübəsində anesteziyada geniş tətbiq olunur. == Quruluşu == Lokal anestetiklər quruluşuna görə 3 hissədən ibarətdir: Hidrofil hissə – karbon radikalları olan hissə Ara hissə – iki və üç karbonlu spirt və ya karboksilli turşu qrupu Lipofil hissə – aromatik qrup Ara zəncir lipofil hissə ilə efir və ya amid rabitəsilə bağlanır.
Yerli anestetiklər
Lokal anestetiklər və ya yerli anestetiklər — afferent (qalxan) sinir sisteminə təsir göstərməklə bədənin müəyyən nahiyəsində hissiyyatın müvəqqəti itməsinə səbəb olan dərman preparatlarıdır. Ümumi anestetiklərdən fərqli olaraq yerli təsirlidir və şüur itkisi olmur. Yerli anestetiklərdən cərrahi əməliyyatlar zamanı və stomatologiya təcrübəsində anesteziyada geniş tətbiq olunur. == Quruluşu == Lokal anestetiklər quruluşuna görə 3 hissədən ibarətdir: Hidrofil hissə – karbon radikalları olan hissə Ara hissə – iki və üç karbonlu spirt və ya karboksilli turşu qrupu Lipofil hissə – aromatik qrup Ara zəncir lipofil hissə ilə efir və ya amid rabitəsilə bağlanır.
Yerli ariçilik
Yerli ariçilik, həmçinin yerli arilər nəzəriyyəsi (IAT) və Hindistandan çıxış nəzəriyyəsi —arilərin Hindistan yarımqitəsinin yerliləri olduğuna və Hind-Avropa dillərinin Hindistandakı bir vətəndən indiki yerlərə şüalanmasına olan inanc. Bu, Hindistan tarixinə "dini-milliyətçi" baxışdır və Qara dəniz-Xəzər çöllərinə əsaslanan müəyyən edilmiş miqrasiya modelinə alternativ kimi təbliğ olunur. Hindistandan çıxış nəzəriyyəsinə dəstək əsasən hindu dini və Hindistanın tarixi və arxeologiyası üzrə hind alimlərinin bir hissəsi arasında mövcuddur. Bu, hindutva siyasətində mühüm rol oynayır.
Yerği kek
Yerği kek — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Qusar rayonunun Sudur kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Yergi kek kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Kənd dəniz səviyyəsindən 2370 metr yüksəklikdə yerləşir. Ləzgi dilində mənası "uzun dırnaq" deməkdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 75 nəfər əhali yaşayır.
Dərgi
Jurnal (fr. journal — gündəlik, gün qeyd etmək, fr. jour — gün sözündən) — kütləvi informasiya vasitəsi olub, çoxsəhifəli dövri nəşr, yüksək poliqrafik səviyyəsi ilə fərqlənən, mətbuatda reklam vasitələindən biri. Jurnallar əsasən gündəlik baş verən və tez-tez dəyişən hadisələrin işaqılandırılması ilə məşğul olmurlar. Onlar həftə, ay kimi müəyyən bir dövrü əhatə edən zaman ərzində baş vermiş hadisələri dərindən təhlil edirlər. Jurnallar uzun müddətli istifadə üçün nəzərdə tutulur, bu səbəbdən də onlar daha qalın cildə malik olur və daha keyfiyyətli kağızda çap edilir. Jurnallar təyinatına görə fərqlənirlər: elmi jurnallar və populyar jurnallar. == Azərbaycanda jurnal növləri == === Elmi jurnal === Elmi-tədqiqat işlərinin nəticələrinin nəşr olunmasında və elmi ictimaiyyətə çatdırılmasında, eləcə də yeni metodikaların və pedaqoji texnologiyaların yayılmasında təhsil və elm sistemində fəaliyyət göstərən elmi və elmi-metodik nəşr. Azərbaycanda elmi jurnallar Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin qərarı ilə dərc olunur. === Populyar jurnal === Bu gün (2008) Azərbaycanda 500-dən çox qəzet və bir neçə jurnal nəşr olunur və bu mətbuat orqanlarında çoxsaylı jurnalist ordusu fəaliyyət göstərir.
Sərgi
Sərgi — mühüm eksponatları özündə cəmləşdirən kolleksiyaların ictimai nümayişi üçün nəzərdə tutulan layihə. Əşyalar, adətən, sərgi sırasında müxtəlif yerlərdən toplanır. Bu tipli layihələr, əsasən, muzeylərin ekspozisiya zallarında və qalereyalarında həyata keçirilir. Sərgilər müxtəlif məzmun daşıya bilər. İncəsənət məzmunlu sərgilər kimi elmi ixtiraların nümayiş olunduğu sərgilər də mövcuddur. Bəzi sərgilər nümayiş olunan eksponatların satışını da həyata keçirir. Əldə olunan vəsait müəyyən qurumların və yaxud muzeyin büdcəsinə daxil olur.
Şərqi
Şərqi — çox vaxt dörd misradan ibarət olub mahnı kimi bəstələnən və oxunan mənzum janr. Şərqidə bəndin ikinci misrası əsər boyu bəndin dördüncü misrasında təkrar edilib təkrir əmələ gətirir. Lakin bu üsula uyğun gəlməyən şərqilər də vardır.
E-dərgi
E-dərgi – İnternetdə, yaxud başqa onlayn xidmətdə yerləşdirilmiş və çox zaman havayı olan nəşr məhsuludur. E-dərgi müstəqil nəşr, həmçinin çap dərgisinin onlayn-versiyası ola bilər. Məqalələr , bir qayda olaraq, müntəzəm: hər həftə və ya hər ay dərc edilirlər və bununla da bloqlara oxşayırlar. Lakin əsas səhifədə adətən məqalələrin tam mətni yox, ancaq mövzuların başlıqları verilir. Adətən müəyyən mövzu seçilir: iqtisadiyyat, biznes, tikinti, dizayn, dekor, floristika, ev və ailə, sağlımlıq, elm, kənd təsərrüfatı və s. E-dərgilər veb-saytlarda mövcud olmaqla yanaşı elektron ünvanlar və CD-disklər vasitəsilə göndərilə bilər. Bəzi nəşrlər müəyyən vaxt keçdikdə məqalələri CD-disklər yazıb ənənəvi poçt vasitəsilə göndərirlər. Hesab olunur ki, ilk belə jurnal Cult of the Dead Cow xakerlar təşkilatı tərəfindən buraxılmışdır. Onlar tərəfindən 1984-cü ildən buraxılan jurnal hal-hazırdada nəçr olunur. 1985-ci ildə tanınmış jurnal Phrack yarınmışdır.
Hüseyn Şərqi
Hüseyn Şərqi Soytürk — Zəncan Universitetinin professorudur. İranda Azərbaycan və fars dillərində nəşr olunan "Xudafərin" jurnalının təsisçisi və baş redaktoru == Həyatı == Azərbaycanda nəşr olunan "Güney Azərbaycan türkologiyası" (2013), "Güney Azərbaycan dramaturgiyası" (2014), eləcə də Cənubi Azərbaycanda nəşr olunan "Azərbaycan ədəbi dil tarixi" (1997), "Azərbaycan ədəbiyyat tarixi" (1997), "Məsihi divanı" (Tehran), "Əski türk kitabları" (Ərdəbil), "Müsəlman-Türk dünyası", "Ədəbi örnəklər" (Tehran) kitabları bunlardan bir neçəsidir. Hüseyn Soytürk Misirin "Xədiviyyə" kitabxanasında saxlanılan, Nizaminin əlyazması şəklində olan anadilli şeirlərini 2006-cı ildə Azərbaycanın "Nurlar" nəşriyyatında nəşr etdirmişdir. Bu şeirlər İranda da nəşr edilmişdir. Nədənsə, Azərbaycanda bu kitab böyük sensasiyaya səbəb olmuş, ancaq diqqətdən yayınmışdır. Görünür, gələcək tədqiqatçılar bu nadir tapıntıya bir daha müraciət etməli olacaqlar. İndiyə qədər İranda onlarla kitab nəşrinə imza atan Hüseyn Soytürk Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı bir çox əsərləri, o cümlədən prof. Cəmil Həsənlinin "Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti" kitabını fars dilinə tərcümə edib nəşr etdirmişdir. == Əsərləri == Divani-Nizami (Gəncəli) : qəsidələr-qəzəllər: Xədiviyyə nüsxəsi - Tehran nəşri əsasında / tərt.: Eloğlu, H.Ş Soytürk. - Bakı : Nurlar NPM, 2006.
Kərkük (dərgi)
Kərkük — İraq Türkman Ədəbiyyatçılar Birliyi tərəfindən ərəb və türk dillərində nəşr edilən dərgi. == Haqqında == İraq Türkman Ədəbiyyatçılar Birliyi tərəfindən nəşr edilən "Kərkük"ün 2003-cü ildə Kərkükdə ilk sayı ərəb və türk dillərində oxuculara təqdim edildi. İlk başda ədəbiyyat nümayəndəsi Mövlud Taha Qayaçının baş yazarlığı ilə yayımlanmış "Kərkük" daha sonra demokratiyanın nəticəsi kimi Kahtan Hörmüzlünün baş yazarlığı ilə fəaliyyətinə davam etdi. Baş redaktor Aydın Kərkük və yazı işləri katibi Həsən Kevsər, Türkiyə üzrə təmsilçisi isə Şəmsəddin Kuzəçi seçilib. Daha çox ədəbi mövzuların yer aldığı "Kərkük" 15 gündə bir çap edilərək 2005-ci ilin aprelində 8 səhifə olmaqla, 15 sayı nəşr edilib. 2006-cı ildən isə qəzet dərgiyə çevrilib.
Nijniye Serqi
Nijniye Serqi — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Pavilyon (sərgi)
Pavilyon, Ümumdünya sərgisi kimi böyük beynəlxalq sərgilərdə tez-tez rast gəlinən bir bina növüdür. Tanınmış bir memar və ya dizayner tərəfindən iştirakçı ölkənin ən son texnologiyasını nümayiş etdirmək üçün dizayn edilə bilər və ya sərgiləyən ölkənin milli memarlıq üslubu kimi qəbul edilə bilər. Məsələn, 1929-cu il Barselona Beynəlxalq Sərgisinin Alman pavilyonu, tanınmış müasir Alman memarları Ludwig Mies van der Rohe və Lilly Reich tərəfindən dizayn edilmişdir.
Qardaşlıq (dərgi)
"Qardaşlıq" (dərgi) — 1961-ci ildə Bağdad şəhərində çap edilmiş dərgi. 1961-ci ildə Bağdad şəhərində çap edilmiş dərgidir. İlk sayı həmin 1961-ci ilin may ayında çap edilmişdir. Dərginin məsul rəhbəri və baş yazarı vəkil Məhəmməd Hac İzzət, katibi Həbib Hörmüzlüdür. Üç ildən sonra dərginin baş yazarı Abdulqadir Süleyman və yenidən Məhəmməd Hac İzzət olub. Dərginin fəaliyyətinin 16-cı ilində 19-cu sayında məsul baş yazar Cəlal Taha Abdulqadir, katibi Dr.Fazil Mehdi Bayat, əməkdaşlıq edən qələm sahibləri Hilmi Osman Məhəmməd, Xəlil Əhməd Əl Huseyni, Adnan Sadullah olub. 2003-cü ilə qədər fasilələrlə olsa da nəşr edilən dərgi Türkman Qardaşlıq Ocağının mətbu orqanı olaraq Səddam rejimindən sonra da fəaliyyətini davam etdirib. Dərginin son sayı 2007-ci ilin oktyabrında Bağdadda çap edilib.
Şərqi slavyan
Şərqi Slavyan sözü üçün aşağıdakılara müraciət edilə bilər: Şərqi slavyan dilləri — slavyan dillərinin üç qolundan biridir Şərqi slavyanlar — Şərqi slavyan dillərində danışan və slavyan xalqlarının alt qrupu olan xaqlar.
Ön yarğı
Qərəz və ya önyarqı — Bir şəxs və ya əşya haqqında müəyyən şərtlərə, hadisələrə və təsvirlərə əsaslanan müsbət və ya mənfi mühakimə, ön qərəz, öncədən olan fikir, ön mühakimə. Bəzi insanlar həyatlarında ilk dəfə gördükləri insanlar haqqında mənfi fikir bildirirlər. Halbuki mənfi fikir bildirdikləri insanı tanısalar çox sevərlər və fikirlərində yanıldıqlarını görərlər. Hətta çox yaxşı dost belə ola bilərlər. Amma onların önyarğıları bunların olmasına mane olur. Yəqin ki, kənar şəxslər bizim də haqqımızda belə fikirlər bildiriblər və bizim bundan xəbərimiz olmayıb. İnsanların bir çoxu belədir. Önyarğının pis bir şey olduğunu belə izah etmək olar. Siz əgər yaxın dostunuzla ilk dəfə tanış olduğunuz zaman önyarğılı davransaydınız indi yaxın dost deyildiniz. Yəni gələcək dostunuzu itirmişdiniz.
Ön yarqı
Qərəz və ya önyarqı — Bir şəxs və ya əşya haqqında müəyyən şərtlərə, hadisələrə və təsvirlərə əsaslanan müsbət və ya mənfi mühakimə, ön qərəz, öncədən olan fikir, ön mühakimə. Bəzi insanlar həyatlarında ilk dəfə gördükləri insanlar haqqında mənfi fikir bildirirlər. Halbuki mənfi fikir bildirdikləri insanı tanısalar çox sevərlər və fikirlərində yanıldıqlarını görərlər. Hətta çox yaxşı dost belə ola bilərlər. Amma onların önyarğıları bunların olmasına mane olur. Yəqin ki, kənar şəxslər bizim də haqqımızda belə fikirlər bildiriblər və bizim bundan xəbərimiz olmayıb. İnsanların bir çoxu belədir. Önyarğının pis bir şey olduğunu belə izah etmək olar. Siz əgər yaxın dostunuzla ilk dəfə tanış olduğunuz zaman önyarğılı davransaydınız indi yaxın dost deyildiniz. Yəni gələcək dostunuzu itirmişdiniz.
Şərqi Nortbruk
Şərqi Nоrtbruk (rus. Восточный Нортбрук, əvvəlki adı Nortbruk olmuşdur.) — Frans-İosif Torpağının cənubunda yerləşən ada. Ən hündür nöqtəsi 344 metr təşkil edir. Bu adaya arxipelaqın digər adalarına nisbətən daha asan çatmaq mümkündür. Ada yayda demək olar ki, bütünlüklə buzdan azad olur. Sahil zolağı boyunca isə ərazi mamırla örtülür . Adanın bütünlüklə buzdan azad ola bilməsi hələ XIX əsrdən Qütb ekspedisiyalarının mərkəzinə çevrilmişdir. Ada Kral Coğrafiya Cəmiyyətinin 1890-1893-cü illər ərzimndə prezidenti olmuş Nоrtbrukun şərəfinə adlandırılmışdır. Əvvəlcə Nortbruk adası tək bir ada hesab olunurdu. Əvvəllər buzlaqla bağlanmış Qərbi və Şərqi Nortbruk arasındakı boğazı 1985-ci ildə “Kapitan Dranitsın” buzqıran gəmisində tarixi-arxeoloji ekspedisiyanın üzvü Rostislav Qaydovski kəşf edib.
Çerri-Hill (Nyu-Cersi)
Çerri-Hill (ing. Cherry Hill) — ABŞ-nin Nyu-Cersi ştatındakı Kamden dairəsində yerləşən şəhər.