1. VERGİ (müəssisələrdən, idarədən, əhalidən və s.-dən alman məcburi dövlət rüsumu) Sizdən bu il vergi almasın deyə; Dəymədim o qanlar axıdan bəyə (M.Rahim); BAC (köhn.) İrəvan xanlığı Gürcüstana daxil olub, İrakli xana bac verdi (Çəmənzəminli); BAC-XƏRC (köhn.) Kişi bütün dünyadan bac-xərac alır (C.Cabbarlı); BİDEH (köhn.) [Fərhad:] Rəiyyət borcludur özü ac qala.. qazandığının yarısını bidehə verə, qalanlarını da mənə (Ə.Haqverdiyev); DƏHYEK (köhn.) Bəy dəhyek alır, molla yığır xümsü, zəkatı (A.Səhhət); XƏRAC Qacar: Tutaq ki, məşriqdən məğribə qədər; Mənə xərac verdi bütün ölkələr (S.Vurğun); TÖYCÜ (köhn.) Ulduz: Evimizdəki cecimi, kilimi də satıb töycü verməliyik (M.İbrahimov); YASAQ (köhn.) Xan və qalan feodallar “qara camaatdan” puldan, baldan va başqa məhsullardan yasaq (xərac) toplayırdılar (“Tarix”); CİZYƏ.