Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yulaf
Yulaf (lat. Avena) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi. Bu bitki buğda və arpa ilə müqayisədə daha gəncdir. Onu bizim eramızdan əvvəl ikinci minillikdə becərməyə başlamışlar. Uzun illər ərzində yulaf alaq otu sayılırdı, yalnız şimal bölgələrdə daha davamlı olaraq həmin əkin sahələrində becərilməyə başlamışdır. Yulaf dəyərli ərzaq və yem bitkisidir. Onun qida və yem keyfiyyəti dənin yüksək biolojidəyərilə müəyyənləşdirilir. Yulafın zülalında buğdanın zülalından 10 faiz artıq əvəzedilməz amin turşusu olan lizin (384 mq/100 q) mövcuddur. Yulafın dənində yağın miqdarı 6,2 faizə bərabərdir, bu da digər dənli bitkilərdəki yağın miqdarından artıqdır (çovdar – 2,2 faiz, buğda – 2,5 faiz). İstifadə istiqamətlərinə uyğun olaraq yulafın dəninə spesifik texnoloji tələblər irəli sürülür.
Yutlar
Yutlar — Eramızın əvvəllərində, sonralar onların şərəfinə adlandırılmış Yutlandiya (Latın dilində: Cimbria, Iutia, Iutlandia) yarımadasında məskunlaşmış qədim alman tayfası..b' Eramızın V əsrində Yutlandiya yarımadası danlar tərəfindən işğal edildikdən sonra yutların bir hissəsi qədim Danimarka xalqları ilə qaynayıb qarışdılar, bir hissəsi anqlar və frizlərlə birlikdə Britaniyaya köç etdilər və Kentdə, Xempşirin cənubunda və Vayt adasında məskunlaşdılar. Yutlar IX əsrdə xristianlığı qəbul etmişlər. Yutlar qədim ingilis dilinə də böyük töhfələr vermişlər, onlar ingilis dilinin kent dialektində danışırlar. Шор Т. У. Глава IV. Юты, готы и норманны // Происхождение англо-саксонской расы = Origin of the Anglo-Saxon Race: A Study of the Settlement of England and the Tribal Origin of the Old English People. — Лондон, 1906. — С. 49–65. Юты // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890–1907.
Ular
Ular (lat. Tetraogallus) — toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinə aid quş cinsi. Altay uları (Tetraogallus altaicus) — Altay dağları, Sayanlar; Himalay uları (Tetraogallus himalayensis) — Tyan-Şan, Pamir-Altay, Hindukuş, Kunkun, Himalay dağlarının qərb tərəfi; Qafqaz uları (Tetraogallus caucasicus) — Böyük Qafqaz; Xəzər uları (Tetraogallus caspius) — Tavr dağları və Pont dağları, Elbrus, Kopetdağ, Zaqros; Tibet uları (Tetraogallus tibetanus) — Pamirin şərqi, Himalay dağları, Sino-Tibet dağları, Kunlun.
Yula
Məhəlli sular
Məhəlli sular — hər bir suveren dövlətin sahilindən okeana (dənizə) doğru 12 dəniz mili məsafədə olan sulara deyilir. Bu sularda dövlətin tam suverenliyi tanınır.
Neytral sular
Neytral sular — dənizlərdə quru suları sərhədlərinin suverenlik sahəsini təyin sahənin xaricində qalan beynəlxalq bölgədir. 1982-ci ildə, BMT III.Deniz hüququ haqqında Konvensiyanın milli Kara suları sərhədini maksimum 12 mil olaraq təyin etmişdir. Şəxsi razılaşmalarla müəyyən sərhədlər daha qısa tutula bilər. 31 may 2010-cu il tarixində İsrail komandoları beynəlxalq dibində kömək gəmilərinə hücum edərək dünya ictimaiyyətinin protestolarına səbəb olmuşlar.
Qular (Bükan)
Qular (fars. ‎‎قولر‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 122 nəfər yaşayır (23 ailə).
Qular (Çaldıran)
Qular (fars. قولار‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 64 nəfər yaşayır (11 ailə).
Sular Novruzu
Novruzdan əvvəlki son 4 çərşənbəyə Azərbaycan mədəniyyətində xüsusi əhəmiyyət verilir. Ümumiyyətlə, Çərşənbə günlərində və xüsusilə son dörd Çərşənbə gecə vaxtı diqqətli olunması və təbiətə hörmətsizlik edilməməsi lazım olduğuna inanırlar. Çərşənbələr yazın gəlişindən xəbər verir. Novruza yaradılışın mərhələlərini işarələyən 4 ünsür (su, od, külək və torpaq) ilə əlaqədar müasir ənənələr daxildir. Etnoqraflar çərşənbələrə dörd ünsürün adının Azərbaycanda müasir dövrdə bir neçə şəxs tərəfindən qoyulmasını, nə Cənubi Azərbaycanın, nə də türk dünyasının digər bölgələrinin istər qədim, istərsə də müasir Novruz ənənələrində Novruz çərşənbələrinin dörd ünsürlə adlandırılması hallarının mövcud olmadığını əsaslandırırlar. Əvəzində isə türk dünyasında od, istilik, Günəş anlamını verən "cəmrə" anlayışı mövcuddur. Fevralın 20-də, yəni kiçik çillənın çıxdığı gün cəmrə havaya baxır, yəni hava isinir. Bundan bir həftə sonra, yəni fevralın 27-də cəmrə suya, martın 6-da isə torpağa baxır və Günəşin vasitəsilə havanın, suyun, torpağın isinməsi baş tutur. Tədqiqatçıların araşdırmalarına görə, qədimdən, Azərbaycanın müxtəlif regionlarında çərşənbələrə fərqli adlar verilib. Ən geniş yayılan ardıcıllıqlardan biri bu cürdür: 1) Yalançı çərşənbə; 2) Xəbərçi çərşənbə; 3) Ölü çərşənbəsi (və ya Qara çərşənbə, həmin gün qəbirlər ziyarət olunur); 4) İlaxır çərşənbə.
Yeraltı sular
Yeraltı sular – Yer qabığının üst hissələrindəki süxur qatlarında maye, sülb və ya buxar halında olan sular; su saxlayan süxur xüsusiyyətindən asılı olaraq məsamə, çat və karst sularına bölünür. Yeraltı sular təzyiqsiz qrunt suları və təzyiqli artezian sularına ayrılır. Yeraltı suların tərkibi 60-dan çox kimyəvi elementlə doymuş olur. Yeraltı sular minerallaşma dərəcəsindən asılı olaraq şirin , şortəhər , şor, duzlu sulara bölünür. Temperaturuna görə soyumuş , çox soyuq , ilıq , isti , çox isti və qaynar olur. Tərkibindəki qazlar əsasən karbonlu, hidrogen-sulfidli, azotlu, kükürdlü, metanlı və qarışıq sulara ayrılır. Yeraltı suları-içməli sular, sənaye suları, mineral sular və termal sulara ayırırlar. Sənaye müəsisələrinin, xüsusilə energetika, neft-kimya və kimyəvi komplekslərinin fəaliyyəti, həmçinin neftin çıxarılması zamanı çirkləndirici maddələrin yeraltı sulara daxil olması. Kənd təsərrüfatı da çirklənmə mənbəyi ola bilər: tarlalardan gübrələrin yuyulması, maldarlığın çirkab axıntıları. Müxtəlif tip yeraltı su yataqlarnın öyrənilməsinin əsas prinsipləri aşağıdakılardır: Hər bir obyektdə hidrogeoloji axtarış və kəşfiyyat işlərinin təşkilinin hidrogeoloji əsaslandırılması və iqtisadi səmərəlilik prinsipi Bu prinsip iki hissədən ibarətdir: birinci hissədə şirin YSY-nin axtarış və kəşfiyyat işlərinin təşkili suya əvvəlcədən bildirilmiş təlabata uyğun aparılır.
Yulaf sıyığı
Yulaf sıyığı-Yulaf yarmasından hazırlanır. Yulaf unundan hazırlanır. Bu yemək Şotlandiya, Skandinaviya və Rusiyada həmçinin şərq slavyan xalqlarında bu sıyıq bəzən süd bəzən isə suda hazırlanırdı. Xeyirli yemək olduğu üçün son illərdə çox ölkərdə xeyli popilyarlıq qazanmışdır. Yüksək koloriliyi və tutumu ilə əlaqədar səhər yeməyi kimi istifadə edilir və çox gün ərzində adamı tox tut ur. Milli yemək olan bu sıyığın ovulmuş bəzən də çox da xırdalanmamış çeşidindən istifadə edilir. Hazırlanması bir və ya bir saat yarım çəkir. Hazır sıyığın rəngi bozlu-sarımtıl olur. Sıyıq hazırlanan zaman həcmi azı 4 dəfəyə qədər artıq. Yulaf sıyığına şəkər, duz, süd, qatıq, yağ, mürəbbə, quru meyvələr, darçın, çərəzlər və pendir də əlavə edilir.
Yulay Aznalin
Yulay Aznalin (rus. Юлай Азналин, başq. Юлай Аҙналин; 1722, Salavat rayonu – təq. 1797) — Ufa rayonunun Şaytan-Kudeyskoqosu ulusunun başçısı, 1773–1775-ci illərdə Kəndli müharibəsinin iştirakçısı, Salavat Yulaevin atası. Tekeevo kəndinin sakini, Şaytan-Kudey tarxanı (nəsil) irsilərdən olurdu. 1750-ci ildən. Yulay yüzbaşı kimi xidmət edirdi, 1766-cı ildə nahiyə başçısının vəzifəsinə daxil oldu. 1771-də — 1773-cü ilərdə başqırd qeyri-müntəzəm qoşunlarına xidmət edirdi. Orenburq sərhəd xətlərinin mühafizəsində öz dəstəsi ilə iştirak edirdi, uzaq yürüşlərdə iki dəfə olurdu. Üsyanda onun iştirakı 1755-ci il tamamilə mümkündür, amma sənədli məlumatlarla bu təsdiq edilməmişdir.
Səlcuq Yula
Selcuk Yula (8 noyabr 1959, Ankara – 6 avqust 2013, İstanbul) — Türkiyə yığması və "Fənərbağça" klubunun sabiq oyunçusu, məşhur futbolçu. Yula 1959-cu ilin noyabrın 8-də Ankarada doğulmuşdur. Selçuk Yula futbolçu karyerasına "Şəkərspor"da başlayıb. 1979-cu ildə transfer olduğu "Fənərbağça"da qol krallığı və penalti vuruşları ilə məşhurlaşıb. "Fənərbağça"da iki mövsüm üst-üstə qol krallığı (1981–1982, 16 qol), (1982–1983, 19 qol) yaşayıb. Futbolçu "Fənərbağça" 134 qola imza atıb. O, 1979–1986-cı illərdə sarı-lacivərd komandanın heyətində oynamış, 134 qol vurmuşdu. Daha sonra 1986–1987 mövsümündə Almaniya Bundesliqa klubu olan "Blau Weiss Berlin"ə keçib. Karyerasının sonlarında "Qalatasaray"da 1 mövsüm oynadıqdan sonra futbolçu karyerasını bitirib. 14 dəfə formasını geyindiyi Türkiyə millisində 3 dəfə kapitan olub.
Qular fillərə əks olunur
Bulan
Bulan—Xəzər xaqanlığı xaqan yəhudilikin yayıcısı. Bulanın həyatına aid az məlumat var. Onun adı ilk dəfə İosif Bulanın məktublarında çəkilir. Yəhudili qəbul edəndən sonra adı Sabriel olmuşdur. Həyat yoldaşı Serax xatun yəhudi idi. Onun xaqan yaxud bəy olduğu dəqiqləşdirilməyib. Bulan və Obadiyah xaqan zamanlarında xalq arasında yayılma sürəti artan yəhudilik inancının yayılması üçün hər hansı bir təsir göstərməyən xaqanlar, xalqın dini inancına qarışmamışlar.
Bulaq
Bulaq — yeraltı suyun təbii surətdə yer səthinə çıxmasıdır. Temperaturu 20°-yə qədər olan bulaq soyuq bulaqlar hesab olunur, 20-37° olan subtermal bulaqlar, 37-42° olan termal bulaqlar, 42°-dən yuxarı olan isə isti bulaqlar adlanır. Suyunun tərkibində xeyli həll olunmuş kimyəvi elementlər və qazlar olan bulaqa mineral bulaqlar deyilir. Bulağın əhalinin və sənayenin su ilə təmin olunmasında, habelə suvarmada böyük əhəmiyyəti var. Bəzi çaylar bulaqlardan qidalanır. Azərbaycan dilində "bulaq" sözü ilə eyni mənada, farscadan gələn "çeşmə" sözü də işlənilir. Bulaq və çeşmə kəlmələri məcazi mənada da çox işlənilir: "ilham bulağı", "həyat çeşməsi" və s.
Bulqar
Bulqar (tatar. Bolğar, Болгар) — İdil bulqarları xanlığının partaxtı. Sonra Qızıl Orda nın böyük şəhərlərindən biri. İndi Tatarıstanın Çerdaklı stansiyasından (Ulyanovsk-Ufa dəmiryolu üstündə) 100 km aralıda yerləşir. Tarixin uzaq keçmişində Volqa çayının yuxarılarında Volqa Bulqarıstanı yaranmışdır. Digər qismi Don – Kuban çayları arası bulqarlar isə xəzərlərin güclənən hücumları qarşısında duruş gətirməyərək Asparuxun başçılığı altında Balkanlara köç etmişdir. 660-cı ildə Asparux ordası Dunayın deltasında möhkəmləndi. Bu gün qıpçaq türklərindən olan müasir çuvaşlar türk bulqarlarının xələfləridir. Beləliklə, onların bir hissəsi Asparux xanın başçılğı altında Dunay Bolqarıstanın əsasını qoydu. Bulqar şəhərinin coğrafi yöndən uyğun bir yerdə salınmış olması, yəni Doğu Avropanın İdil-Oka, Klyazma, Kama kimi böyük nəhrlərin kəsişdiyi yerlərdə bulunması, qurudan isə doğrudan-doğruya karvan yolu ilə Orta Asiya ilə bağlı olması Doğu Avropa, Orta və Yaxın Şərq ölkələri ilə sıx ticarət münasibətləri saxlamasına şərait yaratmışdır.
Bulvar
Bulvar (fr. boulevard, alm. bollwerk‎) — möhkəmləndirilmiş torpaq sahəsi, küçə, dəniz və çay sahili kənarında gəzinti üçün ayrılmış sahə. Bulvar piyada gəzintisi, insanların istirahəti üçün nəzərdə tutulur. Eyni zamanda bina və səkiləri tozdan və nəqliyyatla birbaşa təmasdan qoruyur. Bulvarda heykəl və abidələr qoyulur, fontanlar, uşaq və idman qurğuları, kafe və ticarət kioskları yerləşdirilir. Г. И. Воробьёв. Лесная энциклопедия. Москва, изд.Большая российская энциклопедия,1985, т.1, стр.
Burlar
Bur sözü alman və bur dilində "fermer" mənasına gəlir. Cənubi Afrikada bu deyim niderland dilli Keyp sakinlərinə yönəldilir.
Buslar
Buslar – Midiya tayfa ittifaqına daxil olan tayfalardan biri. E. A. Qrantovskiyə görə, bu tayfanın adı İran dillərində buza – bihuşedici içki(pivə) sözündəndir. Q. Qeybullayev isə qeyd edir ki, buza sözü farsca yox, qədim türkcədir. "Müəllif fikirləşməmişdir ki, buza (pivə, şərab) adından heç vaxt etnonim yaranmaz. Buza düzəldən bu tayfanın adı yoxdumu? Əslində Herodotun bus kimi yazdığı etnonim qədim yunan dilində ç və ş səsləri olmadığına görə buş və ya buç olmuşdur. Qıpçaqlarda erkən orta əsrlərdə buşman, indiki başqırdlarda və özbəklərdə buçman, keçən əsrdə Sibir türklərində buzman adlı tayfalar məlumdur. Onların adları buz, buç, buş komponentindən və bəzi qədim türk etnonimləri (məsələn, qaraman, nayman, türkmən və b.) üçün səciyyəvi -man şəkilçisindən ibarətdir." Yaqut Həməvi Cənubi Azərbaycan ərazisində Muşil toponimini qeyd edir. Ehtimal ki, bu ad türk dilləri üçün səciyyəvi b – m əvəzlənməsinə görə bus etnonimindən və el, il – el, tayfa sözlərindən ibarətdir. Cənubi Azərbaycanın Üskiyə mahalında Çiraqil (çiraq tayfasının adından və el, il sözündən), Orta əsrlərdə indi Ermənistan adlanan ərazidə Şirakel (Şirak tayfasının adından və el sözündən) yaşayış məntəqələri məlumdur.
Buxar
Buxar və ya buğ — fizika, kimya və mühəndislikdə buxarlaşmış suyu ifadə edir. 100 dərəcə ətrafındakı istilikdə və standart atmosferik təzyiqdə buxar, safdır, şəffaf qaz halındadır və maye haldakı sudan 1600 qat daha həcimlidir. Buxar suyun qaynama nöqtəsindən daha istidir. Daha yüksək temperaturlardakı buxara qızdırlmış buxar deyilir. Maye haldakı su, çox isti maye bir maddə ilə təmas etdiyində (məsələn lava və ya ərimiş metal), çox tez olaraq buxar halına gələ bilər. Buna buxar partlaması deylir. Bu partlayış xüsusilə bağlı sahələrdə ani təzyiq dəyişikliyi səbəbiylə, son dərəcə böyük ziyanlara səbəb ola bilər. Buxar maşınında buxar vasitəsilə turbin və ya porşenin hərəkətini təmin etmək mümkün olur. Digər sənaye proseslərində buxar borular vasitəsilə yığdığı enerjini istilik transferi ilə köçürür. Buxardakı yığılmış təzyiqin səbəbi suyun yüksək buxarlanma istiliyidir.
Cupar
Cupar— İranın Kirman ostanının Kirman şəhristanının Mahan bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,830 nəfər və 1,054 ailədən ibarət idi.
Duzlar
Duzlar — metal atomlarından və turşu qalıqlarından ibarət olan mürəkkəb maddələrə duzlar deyilir. Elektrolitik dissosiasiya nəzəriyyəsinə əsasən su məhlullarda dissosiasiya edərkən metal kationları və turşu qalığı anionları əmələ gətirən elektrolitlərə duzlar deyilir: KCl → K+ + Cl¯; Na3PO4 → 3 Na+ + PO4¯ Tərkibindən asılı olaraq duzlar aşağıdakı növlərə bölünür: normal, turş, əsasi, ikiqat, qarışıq, kompleks duzlar. Turşu molekulunda hidrogen atomlarının hamısının metal atomları ilə əvəz olunmasından alınan duzlara orta və ya normal duzlar deyilir: Na3PO4, Al(NO3)3 və s. Turşu molekulunda hidrogen atomlarının bir qisminin metal atomları ilə əvəz olunmasından alınan duzlar turş duzlar (hidroduzlar) adlanır. Na2HPO4, Ca(HS)2 və s. Tərkibində metal ionları və turşu qalığından başqa hidroksid qrupu olan duzlar əsasi duzlar (hidroksoduzlar) adlanır: Mg(OH)Cl, Fe(OH)2Cl və s. Turşu molekulunda hidrogen atomlarının iki müxtəlif metal atomları (həmçinin NH4+ ionu ilə) ilə əvəz olunmasından alınan duzlara ikiqat duzlar deyilir: NaKCO3, KAl(SO4)2 və s. Metal atomunun eyni vaxtda iki müxtəlif turşunun hidrogen atomlarını əvəz etməsi nəticəsində əmələ gələn duzlara qarışıq duzlar deyilir: CaCl(OCl), BaCl(NO3) və s. Kristal qəfəsinin düyün nöqtələrində kompleks ionlar saxlayan duzlara kompleks duzlar deyilir: K3[Fe(Cn)6], Fe3[Fe(Cn)6]2 və s. Duzları aşağıdakı üsullarla almaq olar: 1.
Dyunlar
Dyun — dənizin, gölün və böyük çayların qumlu sahilləri boyunda əsən küləyin fəaliyyəti nəticəsində əmələ gələn assimmetrik qum təpəsi və tirələri. Dyunun küləktutar yamacı az meyilli, küləktutmayan yamacı isə dikdir. Dyunların səhraların eol relyef formalarından fərqi qumların həmişə nəm olmasıdır. Hakim küləklərin istiqaməti boyu ildə 1-20 m sürətlə hərəkət edə bilir. Dyunlar iqlim şəraitindən asılı olmayaraq müxtəlif coğrafi zonalarda təsadüf edilir. Onun külək əsən tərəfi 16 dərəcəyə qədər, daha sərt tərəfi isə 35 dərəcəyə qədər olur. Dyunların hündürlüyü 1000–1500 metr olub, uzunluğu isə bir neçə 100 km-ə çatır. O, tək olduğu halda onun kənarı aypara formasında olur, uzun kənarları isə buynuzlar adlanır. Ümumiyyətlə dyun, daimi küləklərin hərəkət istiqamətinə perpendikulyar olur. Qumlu səhralarda tək tərəfli dyunlar birləşərək zəncirvari səhralar əmələ gətirirlər.
Folar
Folar (Portuqaliya dilində:Folar) - Portuqaliyada Pasxa bayramı münasibətilə bişirilən kuliçin müxtəlif növlərindən biridir. Foların tərkibinə su, duz, yumurta, buğda unu daxildir. Portuqaliyanın müxtəlif vilayətlərində folar formasına, konkret reseptinə, duzlu və şirin dadlı olmasına baxmayaraq bütün reseptlərdə yumurta sarısı əsas yer tutur.
Fulad
Fulad Mirzə — Əmir İsfahanın azyaşlı oğlu. Fulad FK — İranın Əhvaz şəhərinin futbol klubu. Zaqe Fulad (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.