Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zübeydə Sultan
Zübeydə Sultan (29 mart 1728, Konstantinopol – 4 iyun 1756, Konstantinopol) — 23-cü Osmanlı sultanı III Əhmədin qızı. == Həyatı == Zübeydə Sultan 1728-ci ildə İstanbulda dünyaya gəlmişdir. Atası III Əhməd, anası isə xanımlarından Əminə Musəllin Qadınəfəndidir. Hələ 2 yaşında atası taxtdan endirilmiş, bu səbəblə bütün bacı-qardaşları kimi Köhnə sarayda yaşamağa başlamışdır. Buna baxmayaraq atasından sonra taxta çıxan əmisi oğlu Sultan Mahmud ona qarşı olduqca mülayim olmuşdur. Hətta 1747-ci ilin avqustunda onun adına sahildə bir köşk də inşa etdirmişdi. 6 yanvar 1748-ci ildə Anadolu bəylərbəyi Süleyman Paşa ilə nigahlansa da, nişandan bir neçə ay sonra paşa vəfat etdi. Çox keçmədən 16 dekabr 1748-ci ildə qapıçılar kəndxudası Numan ağa ilə evləndirildi. Nigahın ardından Numan ağa vəzirliklə Saloniki valisi təyin edildi. Cütlüyün toy mərasimi 6 yanvar 1749-cu ildə İstanbulda baş tutdu.
Zübeydə Süpürgəçi
Zübeydə Süpürgəçi (türk. Zübeyde Süpürgeci) — 100, 400 və 800 metr məsafələrə qaçışlarda çıxış edən Türkiyə paralimpiya atleti (T54 sinif - əlil arabasında). O, həmçinin T53/T54 sinfində 4x400m estafet yarışlarında yarışır. == Erkən illər == Zübeydə Süpergəçi 20 iyul 1993-cü ildə anadan olub. O, anadan olduğu gündən əlildir, 16 yaşına kimi çölə çıxmaq həvəsi belə olmayıb. Bağcılar Bələdiyyəsindəki Əlillər Sarayını ziyarət edərkən, yeni həyata başlamaq üçün motivasiya olur. Onun kiçik qardaşı Muhamməd də anadangəlmə əlil idi. == İdman karyerası == Süpürgəçi 2011-ci ildə Paralimpiya idmanlarında iştirak etməyə başlayıb. İdman karyerasına Ömər Kantainin rəhbərliyi altında başlamışdır. 2012-ci ildə İstanbulda Paralimpiya Klubuna qoşulub.
Zübeydə Bəyim Səfəvi
Zübeydə Bəyim Səfəvi və ya Zübeydə Bəgüm (d. Səfəvi imperiyası, XVI əsr - ö. 1632, Səfəvi imperiyası) - Səfəvi şahzadələrindən biri və I Abbasın (1587-1629) qızı. == Həyatı == Anası Fəxricahan Bəyimdir. Fəxricahan Bəyim Kartli çarı VII Baqrat ilə kraliça Kaxetili Annanın qızıdır. V Səfəvi şahı olan I Abbasın qızı olan Zübeydə Bəyim I Abbasdan sonra VI Səfəvi şahı olan I Səfinin də bibisidir. Qardaşının oğlunun hakimiyyəti dövründə siyasi işlərlə məşğul olmuş, I Səfinin taxta çıxması hadisəsində rol oynamışdır. Sonrakı dövrdə siyasətə aktiv şəkildə müdaxilə etməsi oğlanlarının I Səfi tərəfindən edam edilməsinə səbəb olmuşdur. Səfəvi sülaləsndən olan və dövlətdə yüksək vəzifələrdə xidmət edən İsa xan Səfəvi ilə evlənmiş və bir qızı olmuşdur. 20 fevral 1632-ci ildə öldürülmüşd və ya ölmüşdür.
Züleyxa
Züleyxa — yəhudi mifologiyası və müsəlman yazılarında Potifarın həyat yoldaşına verilən addır ki, Peyğəmbər Yusif ilə ünsiyyətdə olmağa çalışırdı, lakin Yusif paklığını saxladı. Quranda Züleyxanın adı deyilməyibdir və ondan Misir əzizinin həyat yoldaşı kimi yad olunub.
Zibeydə (mahnı)
Zibeydə - Azərbaycan musiqiçisi Qara Dərvişin National Pearls albomuna daxil olan mahnısı. == Mahnı haqqında == Mahnının sözləri Zeynal Cabbarzadəyə, bəstə Tofiq Quliyevə, aranjemanı isə Qara Dərvişə aiddir.
Zibeydə xanım
Zibeydə Xanım (türk. Zübeyde Hanım; 1857, Saloniki, Saloniki əyaləti[d], Osmanlı imperiyası – 14 yanvar 1923) — Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün anasıdır. Əslən Karamanlıdır. == Ailə mənşəyi == Osmanlı İmperiyası dövründə, II Mehmed zamanında Anadoludan (İzmir) Rumeliyə köçən və Saloniki yaxınlarındakı Langazada torpaq işləri ilə məşğul olan bir Türkmən ailəsi olan Hacı Sufi ailəsindəndir. Atası: Sofuzade Feyzullah (Sadullah) Ağa, anası : Molla Xanım olaraq xatırlanan Aişə Xanımdır. Dövründə qadınların məktəbə getməsi məşhur olmadığı üçün, oxucu yazar olması səbəbiylə özü də Zibeydə Molla olaraq xatırlanardı. Hacı Sufi kimi dininə bağlı bir ailədən gəldiyi üçün özü də elə idi. Türk tarix kitablarında tez-tez keçən, təhsil sisteminin qarışıq olduğu bir dövrdə, Mustafa Kamalın nə növ bir məktəbə gedəcəyi mövzusundakı mübahisə/müzakirələrdə Zibeydə Xanımın, dini təhsil verən Məhəllə Məktəbinə getməsində israrçı olması bu yüzdəndir. Salonikidə Gömrük Mühafizə Təşkilatında məmur Əli Rza Əfəndi ilə 1871-ci ildə hələ 14 yaşında ikən evləndi. Əli Rza Bəy, sarışın və mavi gözlü bir qadınla evlənməyi xülyalarkən, özündən 20 yaş kiçik olan, qara saçlı və dərin mavi gözlü bu qadına sevdalandığını ifadə etmişdir.
Zibeydə Şeydayeva
Zibeydə Mikayıl qızı Şeydayeva (1 aprel 1860, Quba – 1981) — Peşəkar Azərbaycan xalça ustası, "Əmək veteranı" medalı laureatı,Quba Şəhər Sovetinin deputatı == Həyatı == Zibeydə Şeydayeva 1860-cı il aprel ayının 1-də Quba qəzasının Hil kəndində anadan olmuşdur. Zibeydə Mikayıl qızı Şeydayeva əmək fəaliyyətinə 1874-cü ildə başlamışdır. Çar Rusiyası dövründə manifakturaya üzv olmuş, evdə palaz, xalça və sumaq toxumuşdur. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra 1924-cü ildə o, Qusardakı “Sumaq “ xalça emalatxanasının üzvü olmuşdur. 1974-cü ildən etibarən ömrünün sonunadək Quba xalça emalatxanasında çalışmışdır. Z.M.Şeydayeva 1975-ci ildən etibarən Quba Şəhər Sovetinin deputatı kimi fəaliyyət göstərmişdir. == Mükafatları == Zibeydə Şeydayevanın 100 illik əmək fəaliyyəti dövrün partiya və hökumətləri tərəfindən yüksək qiymətləndirilmişdir. 1974-cü ildə əmək fəaliyyətinin 100 illiyi ilə əlaqədar olaraq və əl ilə yüksək keyfiyyətli xalçalar toxunmasında böyük müvəffəqiyyətlərinə, gənclərə xalça toxumaq ustalığının öyrədilməsi sahəsində xidmətlərinə görə Azərbaycan SSRİ Yerli Sənaye Nazirliyi Quba xalça emalatxanasının xalçaçısı olan Zibeydə Şeydayeva "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif edilmiş, 1975-ci ildə isə “Əmək veteranı” medalına layiq görülmüşdür. Zibeydə Şeydayeva 8 yaşından xalça toxumağa başlamış, ömrünün 100 ildən çoxunu xalça dəzgahı arxasında keçirmişdir. Toxuduğu incə və nazik xovlu Quba xalçaları, nəfis sumax nümunələri Azərbaycan tətbiqi sənət əsərləri ilə birgə London, Paris, Nyu-York və Monrealda keçirilmiş ümumdünya sərgi və yarmarkalarında nümayiş etdirilmişdir.
Zibeydə Əzizbəyova
Zibeydə Salam qızı Əzizbəyova (d.30.12.1915, Şamaxı - may, 1985, Bakı) - biologiya elmləri doktoru (1965). == Həyatı == Zibeydə Salam qızı 30 dekabr 1915-ci ildə Şamaxı şəhərində anadan olmuşdu. 1967-ci ildən Azərb. SSR EA L.M. Komarov ad. Botanika İn-tunda bitkilərin duza davamlılığı laboratoriyasının müdiri işləmişdir. Tədqiqatları, əsasən, bitkilərin duza davamlılığının öyrənilməsinə həsr edilmişdir.
Zübeyrə Tuxuqov
Zubayra Əlixanoviç Tuxuqov (15 yanvar 1991, Qroznı) — rus qarışıq üslublu döyüşçü, yüngül çəki kateqoriyasında təmsilçidir. 2010-cu ildən bəri peşəkar səviyyədə çıxış edir, UFC, Cage Warriors, ProFC, Fight Nights Global mübarizə təşkilatlarının turnirlərində iştirakı ilə tanınır. == Qarışıq döyüş sənəti karyerası == Tuxuqov peşəkar debütünü 2010-cu ildə Pankration Atrium Cup 2 səkkiz nəfərlik, bir gecəlik turnirdə qazanaraq üç rəqibini məğlub etdi. 10-3 qarışıq döyüş sənəti rekordundan sonra o, Rusiya promosyonu olan Döyüş Gecələri ilə imzalanacaq və burada Romano De Los Reyes, Harun Kina və Vaso Bakoceviçi məğlub edərək 3 döyüşünün hamısında qalib gəlmişdi. Döyüş Gecələrində olduğu müddətdə Tuxuqov CWFC 58-də Denys Pidnebesnyi məğlub edərək Cage Warriors üçün döyüşdü. === Ultimate Döyüş Çempionatı === 2013-cü ilin dekabrında Tuxuqovun UFC ilə müqavilə bağladığı və fevralın 15-də UFC Fight Night: Machida vs. Mousasi-də Tiaqo Tavaresə qarşı promosyon olaraq debüt edəcəyi bildirildi. Bununla belə, Tavares açıqlanmayan zədə səbəbindən yarışı tərk etmək məcburiyyətində qaldı və onu UFC-nin yeni üzvü Duqlas Silva de Andrade əvəz etdi.Tuxuqov döyüşdə üstünlük təşkil etdi və yekdil qərarla qalib gəldi. Tuxuqov daha sonra oktyabrın 4-də UFC Fight Night: Nelson vs. Story-də Ernest Çaveslə qarşılaşdı.O, ilk raundda vurduğu zərbələrə görə texniki nokautla döyüşü qazandı.
Züleyxa (ad)
Züleyxa — müsəlman qadın adı. Züleyxa — yəhudi əfsanəsi və müsəlman yazılarında Potifarın həyat yoldaşına verilən ad. Züleyxa Əsədullayeva — ABŞ azərbaycanlısı.
Züleyxa Hacıyeva
Hacıyeva Züleyxa Hacıbaba qızı (d. 25.8.1923, Bakı) - Azərbaycan diktoru, XX əsrdə Azərbaycanın 10 ən görkəmli idmançılarından biri. Azərbaycan Respublikası əməkdar artisti (1979). SSRİ idman ustası (1941). Gimnastika üzrə 7 dəfə Azərbaycan çempionu (1941-48). Azərbaycan Respublikasının Prezidentinin fərdi təqaüdçüsü(2002) == Həyatı == Azərbaycan Sənaye İnstitutunu bitirmişdir (1948). Bakı Şəhər Bədən Tərbiyəsi və İdman Komitəsində sədr müavini (1952-1955) işləmiş, 1942-1992-ci illərdə Azərbaycan radiosunun diktoru olmuşdur. Azərbaycan radiosunda bir çox verilişlərin (Səhər gimnastikası, "Poeziya dəqiqələri", "Axşamınız xeyir" və s.), aparıcısı olmuşdur.
Züleyxa Hüseynova
Züleyxa İsmayıl qızı Hüseynova (29 may 1924, Bakı – 24 may 1996, Bakı) — ictimai və dövlət xadimi, texnika elmləri namizədi, professor, Azərbaycan SSR ali və orta ixtisas təhsili naziri (1965–1970), Azərbaycan Həmkarlar İttifaqı Şurasının sədri (1970–1981), SSRİ Ali Sovetinin (7–8-ci çağırış) deputatı, SSRİ Parlament qrupu Komissiyasının üzvü. == Həyatı == Hüseynova Züleyxa İsmayıl qızı 29 may 1924-cü ildə Bakı şəhərində anadan olmuşdur. İbtidai və orta təhsilini Bakı şəhəri 132 nömrəli məktəbdə almış, daha sonra 1942-ci ildə Azərbaycan Sənaye İnstitutunun neft-mexanika fakültəsinə qəbul olmuşdur. Ali təhsilini başa vurduqdan sonra Züleyxa xanım Yesman adına Energetika İnstitutunun aspiranturasında oxumuşdur. == Fəaliyyəti == O, 1953-cü ildə namizədlik dissertasiyası müdafiə etdikdən sonrakı 6 il ərzində Azərbaycan SSR Elmlər Akademiyasında fəaliyyət göstərib. Daha sonra Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin elm və tədris müəssisələri şöbəsinin müdir müavini təyin edilmişdir. Züleyxa Hüseynova respublikada ali və orta ixtisas təhsili müəssisələrini özündə birləşdirən Ali və Orta İxtisas Təhsili Nazirliyinin yaradılması üçün ardıcıl çalışan ziyalılardan biri idi. O, dəfələrlə Moskvada SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin rəhbərliyi ilə görüşərək müttəfiq respublikalarda müvafiq qurumun yaradılmasının zəruri olduğunu əsaslandırmağa çalışmışdır. Beləliklə, onun səyləri nəticəsində Nazirlər Soveti nəzdində Ali və Orta İxtisas Təhsili Komitəsi yaradılmış, Züleyxa xanım isə komitə sədrinin müavini vəzifəsinə təyin olunmuşdur. Daha sonra 1963-cü ildə isə o, komitənin sədri vəzifəsinə layiq görülmüşdür.1965-ci ilin iyulunda komitə Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinə çevrilmiş, Züleyxa Hüseynova isə nazir təyin edilmişdi.
Züleyxa Həsənova
Züleyxa Əsgəralı qızı Həsənova — tütünçü, Sosialist Əməyi Qəhrəmanı (1949), Qəhrəman ana (1965). Züleyxa Məhərrəm qızı Həsənova — dövlət xadimi, Azərbaycan SSR əhaliyə məişət xidməti naziri (1974–1983).
Züleyxa Seyidməmmədova
Züleyxa Mir Həbib qızı Seyidməmmədova (22 mart 1919, Bakı – 10 noyabr 1994, Bakı) — ilk azərbaycanlı qadın hərbi pilot, Azərbaycan SSR dövlət xadimi, İkinci Dünya müharibəsi iştirakçısı. Züleyxa Seyidməmmədova Jukovski adına Hərbi Hava Akademiyasına qəbul olan ilk azərbaycanlı idi. O, İkinci Dünya müharibəsində iştirak etmiş və Marina Raskova tərəfindən yaradılmış 586-cı qırıcı aviasiya alayının şturmanı olmuşdur. Stalinqrad, Kursk, Korsun-Sevçenkovski döyüşlərində iştirak edən Seyidməmmədova 500 döyüş uçuşu keçirmiş və bir neçə alman təyyarəsini vurmuşdu. Seyidməmmədova Azərbaycan SSR Ali Sovetinin II, VI, VII və VIII çağırışları deputatı olmuşdur. O, 1946–1951-ci illərdə Azərbaycan Lenin Kommunist Gənclər İttifaqının Mərkəzi Komtitəsinin katibi, 1952–1974-cü illərdə Azərbaycan SSR ictimati təminat naziri, 1975-ci ildən etibarən isə Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti Rəyasət Heyəti sədrinin müavini vəzifəsini icra edib. Züleyxa Seyidməmmədova "Lenin", 2-ci dərəcəli "Vətən müharibəsi", 2 "Qırmızı Əmək Bayrağı" və 2 "Şərəf nişanı" ordeni ilə təltif olunmuşdur. == Həyatı == === Erkən illəri === Züleyxa Seyidməmmədova 22 mart 1919-cu ildə Bakı şəhərində anadan olmuşdur. Onun atası Mir Həbib ağa ilk təhsilini dini məktəbdə almış, daha sonra isə Bakı real məktəbində oxumuşdu. Mir Həbib ağa mühasib idi və Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin sağ əli sayılırdı.
Züleyxa İsmayılova
Züleyxa İsmayılova və ya Zuzu (d. 13 iyun 1985, Tallin, Estoniya SSR, SSRİ) — estoniyalı siyasətçi, eko-aktivist, fotoqraf və jurnalist, Tallin şəhərinin keçmiş vitse-meri. == Siyasi karyerası == 2017-ci ilin martında Estoniya Yaşılları partiyasının yeni lideri seçilib. Bu partiyaya 2015-ci ildə üzv olub. Buna qədər isə o, 2005–2012-ci illərdə Sosial-demokrat partiyasının üzvü idi. 2017–2019-cu illərdə Tallin şəhərinin vitse-meri vəzifəsini yerinə yetirib. 2020-ci ilin sentyabrında Estoniya Yaşılları partiyasının həmsədri seçilib və ona ətraf mühitin qorunması məsələləri həvalə edilib. == Şəxsi həyatı == İsmayılovanın atası azərbaycanlı, anası isə estondur. O, atasının vəfatınadək Azərbaycanda yaşayıb, sonra Estoniyaya qayıdıb. İki qız övladı var.
Züleyxa İzmayılova
Züleyxa İsmayılova və ya Zuzu (d. 13 iyun 1985, Tallin, Estoniya SSR, SSRİ) — estoniyalı siyasətçi, eko-aktivist, fotoqraf və jurnalist, Tallin şəhərinin keçmiş vitse-meri. == Siyasi karyerası == 2017-ci ilin martında Estoniya Yaşılları partiyasının yeni lideri seçilib. Bu partiyaya 2015-ci ildə üzv olub. Buna qədər isə o, 2005–2012-ci illərdə Sosial-demokrat partiyasının üzvü idi. 2017–2019-cu illərdə Tallin şəhərinin vitse-meri vəzifəsini yerinə yetirib. 2020-ci ilin sentyabrında Estoniya Yaşılları partiyasının həmsədri seçilib və ona ətraf mühitin qorunması məsələləri həvalə edilib. == Şəxsi həyatı == İsmayılovanın atası azərbaycanlı, anası isə estondur. O, atasının vəfatınadək Azərbaycanda yaşayıb, sonra Estoniyaya qayıdıb. İki qız övladı var.
Züleyxa Əsədullayeva
Züleyxa Əsədullayeva (18 noyabr 1916, Bakı – 20 iyul 2002) — ABŞ azərbaycanlısı. == Həyatı == Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra Züleyxa xanım Əsədullayeva valideynləri ilə birlikdə Türkiyəyə mühacirət edir. 1952-ci ildə amerikalı mühəndislə evlənərək ömrünün sonunadək həyatını ABŞ-də, Vaşinqton ətrafında keçirir. Züleyxa Əsədullayeva 1990-cı ildə Azərbaycana qayıtmışdır. O, jurnalistlər və tələbələr qarşısında etdiyi çıxışında belə demişdir: Bakıya gələn Züleyxa Əsədullayeva humanitar yüklə Sumqayıtdakı uşaq evinə, Sabirabadda qaçqınlar düşərgəsinə, Zaqulbada professor Z. Qindes adına sümük vərəmi dispanserinə gedir. Jurnalistlərlə görüşü zamanı ona verilən "ən güclü uşaqlıq xatirələri" haqqında suala Züleyxa xanım belə cavab vermişdi: Züleyxa Əsədullayevanın 2002-ci ildə ölüb və cənazəsi babası Şəmsi Əsədullayevin qəbri yanında Əmircan qəsəbəsində dəfn olunmuşdur..
Əs-Süveyda
Əs-Süveyda (ərəb. السويداء‎) — Suriyada şəhər, eyniadlı mühafəzənin inzibati mərkəzi.
Zübeyr adaları
Zübeyr adaları (ərəb. مجموعة جزر الزبير və ya sadə: جزر الزبير‎‎)— Qırmızı dənizdəki əsas qalxan vulkanının üstündə dəniz səviyyəsindən 191 m (627 ft) hündürlüyə çatan 10 əsas vulkanik adadan ibarət bir arxipelaq. Tarixi dövrlərdə vulkan püskürməyə davam etmişdir. Hal-hazırda adalar Yəmənə aiddir. == Adalar == Ən böyük ada cavan adalardan biri olan Zübeyrdir. Digər cavan adalar- Mərkəzi Pik, Saba, Xeykok və Sədl. Sədl adasında tarixi dövrlərdə püskürmələr baş vermişdir. Vulkan şimal-şimal-qərbdən cənub-cənub-şərqə doğru olan rift xətti üzərində yaranmışdır. Bu bir müddət partlayış püskürmələri ilə başladı, sonra dəniz eroziyasının baş verdiyi bir dövrdə susma dövrü yaşadı. Bununla yanaşı, hər iki dövr və effuziv püskürmə fəaliyyəti nəticəsində hazırda mövcud olan Stak və Bərrən adaları qrupu yarandı.
Yusif və Züleyxa
Yusif və Züleyxa (ərəbcə: يوسف زلیخا) Quran ayələrində bir ibrət olaraq verilmiş Yusif və Züleyxanın (Kitabi-i Müqəddəsdə Putifarın həyat yoldaşı kimi tanınan və burada adı verilməyən şəxs) hekayəsidir. Müsəlmanların danışdığı bir çox dildə, xüsusən də fars və urdu dillərində saysız-hesabsız deyilmiş və izah edilmişdir. Bu hekayənin ən məşhur versiyası Molla Məscidi tərəfindən fars dilində yazılmış Yusif və Züleyxanın məsnəvisidir. Sonradan hekayənin çox təfərrüatlara sahib olan və Züleyxanın Yusifə olan həsrətinin ruhun Tanrı axtarışını təmsil etməsi istiqamətində sufi təfsiri meydana gəlmişdir. Bu mövzuda uzun bir şeir var. Yusif və Züleyxa adlandırılan Onuncu və on birinci əsrin Fars şairi Firdovsiyə aid edilən əsəri, alimlər kitabın keyfiyyətsiz olmasından və Firdovsinin ömrünün xronikasına uyğun olmadığından rədd etmişdirlər..
Zibeydə Nənə (film)
== Məzmun == Film Quba rayonu sakini, yaşı 100-ü ötən, iki əsr şahidi, qocaman xalça ustası Zibeydə Şeydayeva haqqındadır.
Züleyxa Bajbeuk-Məlikyan
Züleyxa Bajbeuk-Məlikyan (erm. Զուլեյկա Բաժբեուկ-Մելիքյան; 16 oktyabr 1939, Tbilisi) — Ermənistan rəssamı. O, Aleksandr Bajbeuk-Məlikyanın qızıdır. Onun əsərləri 16 sentyabr 2016-cı ildə Ermənistan Milli Qalereyasında atası və bacıları ilə birlikdə Marqarita Xaçatryanın kuratorluğu ilə nümayiş etdirilmişdir. Bajbeuk-Məlikyanın rəssamlıq üslubu Gürcüstanın Tbilisi Dövlət Rəssamlıq Akademiyasının ənənəsi ilə davam edir və yetmişinci illərin təsviri sənəti əsasında formalaşmışdır. Onun teatral və romantik ruhla təcəssüm olunmuş çoxqatlı və nöqtəli metodu parlaqlığı ifadə edir; Onlar həm emosional, həm də musiqilidirlər. Bajbeuk-Məlikyan "əlində fırçası olan musiqiçi" adlandırılmışdır.
Züleyxa Həsənova (tütünçü)
Züleyxa Əsgəralı qızı Həsənova (31 yanvar 1927, Gəyəçöl – 1 dekabr 2011, Masallı rayonu) — Sosialist Əməyi Qəhrəmanı, Qəhrəman ana (1965). == Həyatı == Züleyxa Həsənova 1927-ci il yanvarın 31-də Masallı rayonunun Gəyəçöl kəndində anadan olub. 1943-cü ildən əmək fəaliyyətinə başlayan Z. Həsənova 1949-cu ildə əməkdə fərqləndiyinə görə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. 1965-ci ildə 7-si qız, 4-ü isə oğlan olmaqla 11 uşaq sahibi olan Z. Həsənovaya həm də "Qəhrəman ana" fəxri adı verilib. 1971-ci ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. 2002-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Prezidentin fərdi təqaüdünə layiq görülüb. Z. Həsənova həm Sosialist Əməyi Qəhrəmanı, həm də Qəhrəman ana olan yeganə qadın idi. O, uzun müddət astma xəstəliyindən əziyyət çəkirdi.
Əs-Süveyda mühafəzəsi
Əs-Süveyda mühafəzəsi — Suriyanın 14 mühafəzəsindən biri. == Coğrafiyası == Mühafəzənin ərazisi 5.550 km², inzibati mərkəzi Əs-Süveyda şəhəridir. == Əhalisi == 2008-ci ilin yanvarın 1-nə olan rəsmi təxminə əsasən mühafəzənin əhalisi 0.46 milyon nəfərdir.
Zuberxa
Zuberxa — Dağıstan Respublikasında, Böyük Qafqaz dağlarının şərq hissəsində yerləşən dağ massivi. == Ümumi məlumat == Zuberxa dağ massivi mərkəzi Dağıstanda olub, Kulimer dağ sisteminə daxildir. Massiv Gergebil rayonu ərazisində yerləşir. Hündürlüyü 2338 metrdir. Gergebil tərəfdən massivin nisbi hündürlüyü — 800 metr, Aymaka tərəfdən — 600 metrdir. Massivi cənub-qərbdən Qaragöysu çayı, cənub-şərqdən Zinlak çayı (Aymakin dərəsi), şimal-şərqdən isə Exeb çayı dərəsə əhatə edir. Zuberxa massivi şimaldan tədricən Nakilrox silsiləsinə keçir. Ərazinin şimal-şərq yamacı meyillidir. Digər yamacları isə dik və qayalıdır. Şimal-qərbdə olan dik yamacların hündürlüyü 400 metrə çatır.
Übeyd mədəniyyəti
Übeyd mədəniyyəti və ya Obeyd mədəniyyəti — enolit dövrünə aid mədəniyyət. == Ümumi məlumat == E.ə. V minillikdə Yaxın Şərqdə, xüsusilə Mesopotamiyada mədəni inkişafın yüksək səviyyədə olmuşdur. Məhz bu dövrdə ilk dəfə olaraq Mesopotamiyada qədim şəhər mədəniyyətinin meydana çıxdığını, Şumer mədəniyyətinin bünövrəsinin qoyulmuşdur. E.ə. V minillikdə Cənubi Mesopotamiyada mövcud olmuş Ubeyd arxeoloji mədəniyyəti e.ə. V minilliyin birinci yarısında daha da inkişaf edərək yayılmış və Mesopotamiyanın şimal əyalətlərini əhatə etmişdir. Мəlum olduğu kimi, Ubeyd mədəniyyəti protoşumerlərə və şumerlərə aid edilir. Şumer dili Hind-Avropa dilləri ilə qohum olmamış, onun türk dilləri ilə bağlı olmasına dair inkaredilməz dəlillər aşkar olunmuşdur. Bu mədəniyyət üçün xarakterik olan arxasıüstə uzadılmış skeletlərin Мesopotamiyada yayılması şumerlərin gəlişi ilə əlaqələndirilir.