Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zigana
Zigana — TİSAŞ tərəfindən istehsal olunan Türkiyə mənşəli tapançadır. Silah, 2001-ci ildə istehsalına başlanmış olub Türkiyənin xüsusi dizayna sahib ilk tapancalardan biridir. Zigana silahlarında dəyişdirilmiş brouninq tipli kilidləmə sistemi ilə kilidlənmiş slayd qısa geri çəkilmə mexanizminə malikdir. Bundan əlavə, bu silahlarda avtomatik atəş pin bloku da mövcuddur. Zigana PX-9 modeli Malayziyada Türkiyə ilə ortaq olaraq istehsal edilir. Bununla yanaşı, Pakistanda bu silahın modelləri yerli emalatxanalar tərəfindən qeyri-qanuni olaraq istehsal olunur və satılır. Zigana ABŞ-yə Amerika Tactics Import şirkəti tərəfindən daşınır və FS9 və FS40 adları ilə satılır. Bundan əlavə, Zigana K və Zigana F modelləri Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi tərəfindən Zəfər, Zəfər-K və İnam adı ilə istehsal olunur. Azərbaycan — Azərbaycan Quru Qoşunlarında geniş istifadə olunur. Türkiyə — Bəzi hərbi hissələr və özəl təhlükəsizlik şirkətləri tərəfindən istifadə olunur.
İvana Lovriç
İvana Lovriç (d. 1 sentyabr 1984) — Xorvatiyanı təmsil edən həndbolçu. İvana Lovriç Xorvatiya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. 1/4 final mərhələsində İspaniya yığmasına 25:22 hesabı ilə məğlub olan Xorvatiya yığması, London Olimpiadasını 7-ci yerdə başa vurdu.
İvana Milos
İvana Miloş — karyerasını AGİL Novarada davam etdirən xorvatiyalı blokçu. İvana Miloş peşəkar karyerasına 2001-ci ildə öz ölkəsinin voleybol komandası olan Riyekada başlamışdır. Onun bu klubda çıxış etməsində bir sıra səbələr var idi. Başlıca amil isə doğma şəhərində oynamaq istəyi idi. Öz komandasına bağlılığı ilə seçilən Miloş doqquz il bu klubda voleybol oynamışdır. Bu müddət ərzində o, 4 dəfə Xorvatiya çempionluğuna, 5 dəfə isə kubokuna yiyələnmişdi. 2009-cu ildə Xorvatiya milli voleybol komandası ilə birlikdə Peskara şəhərində keçirilən Aralıq dənizi oyunlarında bürünc medal qazanaraq yığma komandadakı ən böyük uğurunu qazanmışdı. 2010–11 mövsümündə karyerasını Azərbaycanda davam etdirən voleybolçu bunun onun arzusu olduğunu söyləmişdi. O, sözügedən mövsümdə İqtisadçı ilə Azərbaycan Superliqasının bürünc medallarına yiyələnmişdi. 2011-ci ildə Azərbaycanın digər bir voleybol klubu olan Lokomotivə transfer olunan İvana burada Avropa Qadınlar CEV Çağırış Kubokunu qazanaraq ilk belə uğuruna imza atmışdı.
İvana Yelçiç
İvana Yelçiç (d. 16 mart 1980; Mostar, Bosniya və Herseqovina) — Xorvatiyanı təmsil edən həndbolçu. İvana Yelçiç Xorvatiya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. 1/4 final mərhələsində İspaniya yığmasına 25:22 hesabı ilə məğlub olan Xorvatiya yığması, London Olimpiadasını 7-ci yerdə başa vurdu.
Arvana
Arvana — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Arvana Yardımlı rayonunun Peştəsər inzibati ərazi vahidində kənd. Talış dağlarının ətəklərindədir. XIV əsrə aid Fəzlullah ibn Ruzbehan Xuncinin Tarixi-aləm arayi-Əmini əsərində Arvanadağı oronimi qeydə alınmışdır. Azərbaycan dilinin dialektlərində arvana "boz diŞi dəvə" deməkdir. Lakin kəndin adı yaxınlığındakı dağlardan birinin adı ilə də adlandırıla bilər. Mənbələrin verdiyi məlumata görə, Peştəsər dağ silsiləsinin Alvan adlanan cənub qərb yamacında Arvana adlı yaşayış məntəqəsinin xarabalığı var. XIX əsrdə salınmış indiki kənd də həmin xarabalığın adı ilə adlanmışdır. Bəzi tədqiqatçılara görə, Arvana etnotoponim hesab edilir.
Havana
Havana (isp. La Habana) — Kubanın paytaxtıdır. 2,2 milyon əhalisi ilə həm Kubanın, həm də Karib dənizindəki ərazilərin ən böyük şəhəridir. Dolanışıq qaynağı başda sigar, qarğıdalı və şəkər qamışı. Havana ayrıca bir turizm şəhəridir. Şəhərdə yaz aylarında sürəti 200 km çatan qasırğalar baş verir. Havana uzun illər ispanların müstəmləkəsi altında qalmışdır. Bu səbəbdən ötəri bəzi küçələrində ispan adət-ənənələri görülər. Havana Latın Amerikanın qabaqda gələn şəhərlərindəndir. Havanada tropik bir iqlimə rast gəlinir.
Sovana
Sovana — İtaliyanın Toskana regionunda şəhər.
Hakkı Kıvanç
Hakkı Kıvanç (d. 18 iyul 1931, Adana - ö. 30 yanvar 2015, İstanbul) — Türkiyənin "Yeşilçam" kino studiyasının məşhur aktyorlarından biri. == Həyatı == Hakkı Kıvanç 18 iyul 1931-ci ildə Türkiyənin Adana şəhərində anadan olmuşdur. 1955-ci ildə "Qızımla bərabər ağladıq" filmində epizodik rolla kino həyatına başlamışdır. "Yeşilçam" filmlərinin ən populyar köməkçi aktyorlarından biri olmuş; Ayxan İşıq, Yılmaz Güney, Cüneyd Arkın, Kamal Sunal kimi şedevr aktyorlarla eyni filmlərdə çəkilmişdir. 1980-ci ildən sonra kinodan əlavə seriallarda da rol almışdır. Ömrü boyu 500-dən çox filmdə rol almış aktyorun son çəkildiyi seriallar "Arka sokaklar" və "Kalb gözü"dür. 30 yanvar 2015-ci ildə İstanbulda mədə xərçəngindən vəfat etmişdir.
Havana Universiteti
Havana Universiteti (isp. Universidad de La Habana) — Kubanın paytaxtı Havana şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarixi == Universitetin əsası 5 yanvar 1728-ci ildə qoyulmuşdur.
Havana şəhəri
Havana (isp. La Habana) — Kubanın paytaxtıdır. 2,2 milyon əhalisi ilə həm Kubanın, həm də Karib dənizindəki ərazilərin ən böyük şəhəridir. Dolanışıq qaynağı başda sigar, qarğıdalı və şəkər qamışı. Havana ayrıca bir turizm şəhəridir. Şəhərdə yaz aylarında sürəti 200 km çatan qasırğalar baş verir. Havana uzun illər ispanların müstəmləkəsi altında qalmışdır. Bu səbəbdən ötəri bəzi küçələrində ispan adət-ənənələri görülər. Havana Latın Amerikanın qabaqda gələn şəhərlərindəndir. Havanada tropik bir iqlimə rast gəlinir.
Kıvanç Tatlıtuğ
Kıvanç Tatlıtuğ (27 oktyabr 1983, Adana) — Türk aktyoru və keçmiş manken. == Həyatı və karyerası == Atası Adanalı, anası Ədirnəli olan Kıvanç, 1983-cü il oktyabrın 27-si Türkiyənin Adanada şəhərində dünyaya gəlmişdir. 2002-ci ildə Best Model of Turkey və daha sonra Best Model of the World seçilməsi ilə məşhurlaşdı. İlk olaraq "Gümüş" adlı serialda Mehmet obrazını canlandıran Tatlıtuğ daha sonra "Menekşe" və "Halil" adlı serialda Halil obrazını canlandırdı. 2008-ci ildə çəkilmiş Qadağan olunmuş eşq serialında Behlül obrazını, 2010-cu ildə qonaq obraz olaraq "Ezel" serialında Səkkiz obrazını, 2011–2013-cü illərdə isə "Kuzey Güney" adlı serialda Kuzey obrazını canlandırmışdır. Son olaraq "Qurd Səyid və Şura" serialında Farah Zeynəb Abdullah ilə baş rolda oynamışdır. 2018-ci il noyabrın 22-sindən 2019-cu il mayın 30-na qədər Show TV-də yayımlanan "Çarpışma" teleserialında Kadir obrazını canlandırmışdır.
Lacerta Igvana
Adi iquana (lat. Iguana iguana) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl iquanlar fəsiləsinin i̇quana cinsinə aid heyvan növü.
Marqarita Zavala
Marqarita Zavala (25 iyul 1967, Mexiko) — Meksikanın birinci xanımı. Marqarita Zavala 1967-ci ilin iyulun 25-də dünyaya gəlib. Ailədə 7 uşaqdan beşinci olan Zavala Meksikada hüquqşünaslıq ixtisası üzrə təhsil alıb. 1993-cü ildə Meksika prezidenti Filipe Kalderonla ailə həyatı quran Zavalanın üç övladı var. Birinci xanım Meksika ailələrinə yardım üzrə dövlət qurumunun məsləhət şurasının prezidentidir.
Mavana (Urmiya)
Mavana (fars. موانا‎‎‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.134 nəfər yaşayır (179 ailə).
Zuvand
Köhnə Zuvand — Masallı rayonunda kənd. Yeni Zuvand — Masallı rayonunda kənd.
Zuvanda
Zuvanda (lat. Zuvanda) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinə aid bitki cinsi.
Köhnə Zuvand
Köhnə Zuvand — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Masallı rayonunun Güllütəpə kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Köhnə Zuvand kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Əhalisi == Əhalisi 625 nəfərdir.
Lüdmila Zıkina
Lüdmila Georgiyevna Zıkina (rus. Людмила Георгиевна Зыкина; 10 iyun 1929[…], Moskva – 1 iyul 2009[…], Moskva) — SSRİ və Azərbaycan SSR xalq artisti, Sosialist Əməyi Qəhrəmanı.
Mbvana Samatta
Mbvana Samatta (23 dekabr 1992, Dar əs Salam) — Tanzaniyalı futbolçu. "Fənərbaxça" klubunun hücumçusudur.
Niv Kavana
Niv Kavana (irl. Niamh Kavanagh; d. 13 fevral 1968, Dublin, İrlandiya) - İrlandiya müğənnisi. O, İrlandiyaya 1993 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazandırmışdır. Niv Kavana 1993-cü ildə İrlandiyanın Milstrit şəhərində keçirilən Avroviziya Mahnı Müsabiqəsində "In Your Eyes" adlı mahnı ilə ev sahibi ölkəni təmsil etmiş və 25 ölkənin iştirak etdiyi müsabiqədə qələbə qazanmışdır.. Mahnı həmin illərdə İrlandiya və Böyük Britaniya radiolarının ən çox səsləndirilən mahnılarından biri idi. Daha sonra 17 illik fasilədən sonra Niv Kavana 2010-cu ildə bir daha Avroviziyaya geri dönmüşdür. Norveçin paytaxtı Oslo şəhərində keçirilən 2010 Avroviziya Mahnı Müsabiqəsində "It's for You" mahnısı ilə İrlandiyanı təmsil edən Niv ölkəsini müsabiqənin final mərhələsinə yüksəltməyə nail olmuşdur. Finalda isə müğənni 25 iştirakçı arasında 23-cü yerdə qərarlaşmışdır. Əsasən Avroviziyadakı qalibiyyətinə görə tanınan müğənni 2015-ci ildən etibarən səhnədən uzaqlaşmışdır və buna səbəb kimi Niv ailəsinə daha çox vaxt sərf etmək istəməsini göstərmişdir.
Qədim Havana
Köhnə Havana (isp. La Habana Vieja) — Kubanın paytaxtı Havana şəhərinin mərkəzi və 15 bələdiyyəsindən (və ya boro) biri. Əhalinin sıxlığına görə Köhnə Havana şəhərdə ikinci yerdədir və orijinal şəhərin əsasıdır. Orijinal Havana şəhərinin divarları Qədim Havanın müasir sərhədləri kimi götürülür. Köhnə Havana 1982-ci ildə YUNESKO-nun Dünya irsi siyahısına salınmışdır. Köhnə Havananın əsası 1519-cu ildə ispanlar tərəfindən Havana körfəzinsdəki təbii limanda qoyulmuşdur. Köhnə Havana xəzinə daşıyan İspaniya qaleonları üçün Yeni dünya ilə Qədim dünya arasında dayanacaq nöqtəsi olmuşdur. XVII əsrdə isə əsas gəmi tikintisi mərkəzlərindən biri olmuşdur. Şəhər barokko və neoklassisizm stillərində inşa olunmuşdur. Köhnə Havananın qədim tikililərinin böyük hissəsi XX əsrin ikinci yarısında baxımsız vəziyyətə düşmüşdür, lakin bir çox tikililər bərpa olunmaqdadır.
Tıvada buddizm
Tıvada buddizm — XVIII-XIX əsrlərdə Tıva ərazisində inkişaf etmiş Tibet buddizminin regional formasıdır. Buddizmin ilk dalğası bu əraziyə 9-cu əsrdə Uyğur xaqanlığı dövründə gəlir. XIII-XIV əsrlərdə Tıva Monqol İmperiyasının tərkibində olarkən ilk buddist məbədləri inşa olunmağa balanılır. Bunu respublikada arxeoloqların aşkar etdiyi ən qədim Buddist məbədləri sübut edir. 18-ci əsrin ikinci yarısında, Cunqar xanlığının Tzin sülaləsi qoşunları tərəfindən məğlub edilməsindən sonra Tıva Manqusun hakimiyyəti altına düşür və eyni zamanda Qeluq məktəbinin nümayəndələri olan monqol lamaları burada fəal missionerlik fəaliyyətinə başlayır. Nyinqma ənənəsi də kök salır. 1770-ci illərdən başlayaraq ilk stasionar Buddist monastırları xureelər meydana gəlir. XIX əsrin ikinci yarısında hər Tıvada kojuun monastırları (xuree) mövcud idi. Onlar iqtisadi baxımdan, yüzlərlə aratın xidmət etdiyi, mal-qaraya sahib olan, ticarətlə məşğul olan böyük təsrrüfatlar idi. Tuva buddizminin başçısı olaraq Çadan xureesinin rəhbəri Kambı Lama adını almışdı.
Zuvand itburnusu
Zuvand itburnusu (lat. Rosa zuvandica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. Qafqazda yayılmışdır. Hündürlüyü 1,5-2 m olan koldur; budaqları yuxarı qalxan və ya bir az əyilmişdir. Tikanları yarpaqların bünövrəsində cüt yerləşmiş, düz və ya bir az əyridir. Orta yarpaqların uzunluğu 5-8 sm, yalançı zoğları ensiz, uzunluğu 8-10 mm, hər tərəfdən çılpaqdır, ancaq alt tərəfdə bol vəzicikli, kənarları cüt dişli və vəzicikli-kirpikciklidir. Əsas oxu gövdə vəzicikləri və seyrək tükcüklərlə örtülmüşdür. Xırda yarpaqları 7 ədəd, enli-ellipsvari, ucu qısa, biz, uzunluğu 1,2-1,8 sm, eni 0,7-1,1 sm-dir, yaşlı zoğlarda tünd, yuxarı tərəfi seyrək, alt tərəfi sıx tükcüklü, hər tərəfdən vəziciklidir, kənarları cüt dişli, dişcikləri vəziciklidir. İyun-iyul aylarında çiçəkləyir. Çiçəkləri xırda, çiçək saplağı hipanti kimi seyrək vəziciklidir, uzunluğu 1-1,2 sm-dir.
Zuvand qaraşəngi
Zuvand qaraşəngi (Elmi adı - Scrophularia zuvandica) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir, Qafqazın endemik növüdür. İkiillik ot bikisidir. Gövdələr çox və ya az, 20-37 sm hündürlükdədir. Yarpaqlar, uzunsov, yumurtavari, lələkvari-kəsilmiş, hissəcikləri lansetvari və ya xətvari, üçkünc dişciklidir. Çiçək qrupu – uzunsov, dar süpürgədir. Ksacıq 2 mm uzunluğunda, kənardan ağ pərdəlidir. Tac 5 mm uzunluğunda, al qırmızı qonur-rəngli, kasacıqdan uzundur. Staminodi sırdadır. Erkəkciklər tacdan çıxır.
Zuvand rayonu
Lerik rayonu — Azərbaycan Respublikasında inzibati–ərazi vahidi. İnzibati mərkəzi Lerik şəhəridir. Lerik rayonu 1930-cu il avqustun 8-də təşkil olunmuşdur. 1938-ci ilədək Zuvand rayonu adlandırılmışdır. Lerik rayonu 1930-cu ilin avqust ayında təşkil edilmişdir. 1938-ci ilə yanvar ayınadək mərkəzi Qosmalıan kəndi olmaqla Zuvand rayonu adlanmışdır. 29 kənd ərazi icra nümayəndəliyi və 29 bələdiyyə qurumu fəaliyyət göstərir. 1084 km² əraziyə malik olan rayonda 161 kənd və bir şəhər vardır. Prezident İlham Əliyevin 13 iyun 2008-ci il tarixli sərəncamı ilə rayon mərkəzi olan Lerik qəsəbəsinə şəhər statusu verilmişdir. Lerik rayonunun ərazisi ən qədim yaşayış məskənlərindən biridir.
Zuvanda crenulata
Zuvanda crenulata (lat. Zuvanda crenulata) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin zuvanda cinsinə aid bitki növü.
Zavala monastırı
Zavala monastırı (serb. Манастир Завала, bosn. və xorv. Manastir Zavala) — Müqəddəs Məryəm ana məbədinə giriş şərəfinə - Bosniya və Herseqovina Federasiyası, Ravno icması, Herseqovina-Neretva Kantonunun Zaxumsko-Herseqovina və Serb Pravoslav Kilsəsinin Primorski yeparxiyasının Zavala kəndindəki monastırı. Məbəd Ostroq dağının ətəyində Popovo-Polye vadisində yerləşir. Zavala monastırının dəqiq qurulma tarixi məlum deyil. Xalq arasında deyilənlənlərə istinadən, bu ərazidə ilk kilsə İmperator I Konstantin tərəfindən ucaldılıb. Monastr haqqında ilk yazılı qeyd 1514-cü ilə aiddir və bu qeyd Abbat Serapionun rəhbərliyi ilə Orahov Do kəndində üzüm bağlarından alınan məhsuldarlıq ilə bağlı idi. 1587-ci ildə yeni məbəd tikildi. 1619-cu ildə Hilandr rahibi Georq (Mitrofanoviç) tərəfindən qeydə alınıb.
Köhnə Havana
Köhnə Havana (isp. La Habana Vieja) — Kubanın paytaxtı Havana şəhərinin mərkəzi və 15 bələdiyyəsindən (və ya boro) biri. Əhalinin sıxlığına görə Köhnə Havana şəhərdə ikinci yerdədir və orijinal şəhərin əsasıdır. Orijinal Havana şəhərinin divarları Qədim Havanın müasir sərhədləri kimi götürülür. Köhnə Havana 1982-ci ildə YUNESKO-nun Dünya irsi siyahısına salınmışdır. == Tarix == Köhnə Havananın əsası 1519-cu ildə ispanlar tərəfindən Havana körfəzinsdəki təbii limanda qoyulmuşdur. Köhnə Havana xəzinə daşıyan İspaniya qaleonları üçün Yeni dünya ilə Qədim dünya arasında dayanacaq nöqtəsi olmuşdur. XVII əsrdə isə əsas gəmi tikintisi mərkəzlərindən biri olmuşdur. Şəhər barokko və neoklassisizm stillərində inşa olunmuşdur. Köhnə Havananın qədim tikililərinin böyük hissəsi XX əsrin ikinci yarısında baxımsız vəziyyətə düşmüşdür, lakin bir çox tikililər bərpa olunmaqdadır.
Divani
Divani — coşğun, təntənəli, döyüşkən ruhlu aşıq şeiri. Divani aşıq məclisinin girişində xüsusi saz havası ilə oxunan fəlsəfi-didaktik və dini-ürfani ruhlu klassik şeir şəkli. Daha çox əruz vəzninin rəməl bəhrində olub, aşıq poeziyasına divan ədəbiyyatından adlamışdır. Üç-beş bənddən ibarət olan divaninin hər bəndi dörd misradır. Divanini təşkil edən misralar 15–16 hecalı olur. Birinci bəndin üçüncü misrası sərbəst, I, II və IV misraları həmqafiyə, sonrakı bəndlərdən ilk üç misra bir-birilə, son misra isə birinci bəndin axırıncı misrası ilə həmqafiyə olur: aaba, ccca, ççça və s. Məsələn; Ələstidən bəli dedim. Nə xoş kamaldı yüküm, Bir gözəlin aşiqiyəm, vəsfi-camaldı yüküm. Həm dərindi, həm dayazdı, həm acıdı, həm şirin, Həmi dürdü, həmi gövhər, həm şəhdi-baldı yüküm. Nütfəsindən əyri olan tez göstərir isbatın, Hər ağac kökündə bitər, hər meyvə gözlər zatın.
Divano
Divano – Eric Levinin 2000-ci ildə Era musiqi layihəsi adından çıxardığı Era 2 adlı albomdan olan sinql. Mahnının musiqisi Eric Leviyə məxsusdur, sözləri isə Bibliya mətnləridir. Mahnıya həmçinin kli də çəkliib.
Gizvana
Gizvana və ya Çiftan (az.-əski. گیزوانا‎, fars. جزونق‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Dəstgirdə qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 26 nəfər yaşayır (9 ailə).
Kivano
Kivano (lat. Cucumis metulifer) — meyvə növü. Kivano meyvəsi Avropa, Şimali Amerika, Mərkəzi və Cənubi Afrikada geniş yayılıb. Bu meyvə qeyri-adi görünüşə malikdir. Belə ki, onun səthi qorxulu tikanlarla örtülüb. İçərisində isə yaşıl maye yığılıb. Dadı banan, kivi və limonun qarışığına bənzəsə də, meyvədən yemiş ətri gəlir.
Miyana
Miyanə (yerli əhali arasında Miyana olaraq da adlanır) (fars. میانه‎) — İranın Şərqi Azərbaycan ostanında şəhər, Miyanə şəhristanının inzibati mərkəzi. Tehrandan 439 km şimal-qərbdə, Təbrizdən isə 187 km cənub-şərqdə yerləşir. Əhalisi 200 min nəfərə yaxındır. Təbriz və Marağadan sonra Şərqi Azərbaycan ostanının üçüncü iri şəhəridir. 1828-ci ilin məşhur Türkmənçay müqaviləsinin imzalanma yeri olan Türkmənçay kəndi də məhz indiki Miyanə şəhristanının tərkibində, Miyanə şəhəri yaxınlığında yerləşir. Bölgənin adı çox güman ki farsca "orta, mərkəz" mənalarını daşıyan "miyan" sözüylə bağlıdır; belə halda "Miyanə" adını "mərkəzdə yerləşən şəhər / mərkəzi şəhər" kimi açıqlamaq olar. Azərbaycanlı publisist-politoloq Reyhan Mirzəzadənin fikrincə, şəhər öz adını üç dağın — Büzgüm, Qaflantı və Üçtəpə dağlarının arasında yerləşdiyinə görə, rusiyalı tarixçi Vasili Bartoldun fikrincə erkən orta əsrlərdə bölgədəki iki ən böyük şəhərin — Ərdəbil və Marağanın arasında, hər iki şəhərdən təxminən eyni məsafədə (təxminən 20 fərsəx) aralı yerləşdiyinə görə, orta əsrlər tarixçisi Yaqut əl-Həməviyə görə isə Marağa və Təbriz arasında yerləşdiyinə görə və onlarla birlikdə bir üçbucaq təşkil etdiyinə görə almışdır. Miyanə Azərbaycanın ən əski şəhərlərindən biridir. Əsası kənd kimi qoyulan bu şəhər tarixi Gərmərud (digər adı Gərməri) mahalının mərkəzi olub, vaxtilə Sərab xanlığının parçası olub.
Nirvana
Nirvana (sanskr. निर्वाण nirvāṇaIAST, «sönmə, dayandırma, rahatlıq») ya da Nirvan (Əski Türkcə: Nirvan) — hinduizm dini fəlsəfəsində bütün canlıların ali məqsədini ifadə edən anlayışdır, həmçinin buddizmdə də mühüm rola malikdir. Nirvana anlayışının çoxlu mənaları olsa da, adətən istirablardan azad olma ilə əlaqələndirilir.
Pirana
Pirana — Cənubi Amerikadakı axarsularda yaşayan, kiçik amma yırtıcılığıyla diqqət çəkən bir çox balıq növü.
Qviana
Qviana (ing. Guyana, fr. Guyane, isp. Guayana) — Cənubi Amerikanın şimal-şərq sahilində yerləşən region. Bura 4 ərazi dahildi: Qayana (keçmiş Britaniya Qvianası) — Qayana dağları və Koranteyn çayı arasında yerləşən dövlət. Surinam (Keçmiş Niderland Qvianası) — Koranteyn və Maroni çayları arasında yerləşən dövlət. Fransa Qvianası — Fransanın dənizaşırı regionu, Maroni və Oyapok çayları arasında yerləşir. Venesuela Qvianası — Venesuelanın cənub-şərqində yerləşən və Qayanaya bitişik olan region.
Silvana
Silvana (fars. سیلوانه‎)— İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanının Silvana bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 1,350 nəfər və 243 ailədən ibarət idi.
Tirana
Tirana (alb. Tiranë) — Albaniyanın paytaxtı. Tirana Adriatik dənizindən 40 km aralıda İşemi və Erzeni çaylarının vadisində yeləşir. Əsası 1614-cü ildə Süleyman Paşa Bardini tərəfindən qoyulmuşdur. Etimoloqlara görə "Tirana" adının mənşəyi etrus xalq etnoniminin latın forması olan "Tirren" sözü ilə bağlıdır. Başqa mülahizəyə görə şəhər Süleyman Bardini tərəfindən Tehranın şərəfinə -Tiqran adlandırılmışdır. 1920-cil fevralın 9-dan rəsmi paytaxt statusu almışdır. Paytaxt Tirana əvvəllər kiçik bir qəsəbə idi, hazırda isə ölkənin ən böyük şəhərlərindən biridir. Paytaxt Tirananın 750 min nəfər əhalisi var. İsgəndər Bəy meydanı şəhərin ən böyük və məşhur meydanlarından biridir.
Livanda nəqliyyat
Livanda nəqliyyat — İnkişaf səviyyəsinin böyük diapazonuyla fərqlənir. Rəfiq Həriri adına Beynəlxalq Hava Limanı ilə yanaşı avtomobil yolları ölkənin paytaxtı olan Beyrut şəhərinə qədər gəlib çıxır. Digər ərazilərdəki yollar isə pis vəziyyətdədir. 1975 və 1990-ci illər arasında vətəndaş müharibəsi və İsraillə İkinci Livan müharibəsi nəqliyyat infrastrukturuna ciddi zərər vurmuşdur. == Avtomobil nəqliyyatı == Livan əsasən geniş yol şəbəkəsinə malik ölkələrdən hesab olunur. Ancaq pis xidmətə görə bəzi sahələr və məskunlaşılmamış yerlər təhlükəli ola bilərlər. Həmçinin yollar həyəcan siqnalları nəticəsində xəbərdarlıqsız bağlana bilərlər. Livanın əsas yolları aşağıdakılardır: Beyrut — Cübeyl — Tərabülüs əş-Şam — Suriya il sərhəddə; Beyrut — Sayda — Sur — İsrail ilə sərhəddə; Beyrut — Bxamdun-əl-Мxatte — Xtaura — Suriya ilə sərhəddə; Xtaura — Zəhlə — Bəəlbək - Каа; Tərabülüs əş-Şam — Bişarri — Bəəlbək. === Avtomagistral === Livanın əsas yollarının bir hissəsi avtomagistral yollarına çevirilmişdir. Onlara aşağıdakılar aiddir: Beyrut avtomagistralı — Tərabülüs əş-Şam (81 km); Beyrut — Кfar-Badde (65 km); Beyrut — Sofar (26 km); Tərabülüs əş-Şam — Xane (20 km).