Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zəniq (Marağa)
Zəniq (fars. زنق‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 130 nəfər yaşayır (31 ailə).
Zəki Xan Zənd
Zəki Xan Zənd (Məlayer, Həmədan ostanı – 6 iyun 1779 və ya 14 iyun 1779) — Zəndlərin hərbi komandiri və Kərim Xanın Nənə (Ağa Bəyim) tərəfindən qardaşı, həm də əmisi Budaq Xanın oğluydu. == Həyatı == Zənd sülaləsinin üzvü Zəki xan, rəsmi olaraq heç vaxt Zənd hökmdarı olmadı, ancaq 1779-cu il martın 2-də, qardaşı Kərim Xanın vəfatı ardından üç ay ərzində ölkənin gücünü ələ keçirdi. 6 iyun 1779-cu ildə Zəki xan İsfahana gedərkən İzədxast qəsəbəsində qorxu yaratdı. Ancaq bu dəfə o qədər iti getdi ki, hətta öz adamları da şoka düşdü. Aralarında olan bir qrup qəbilə lideri, İzədxast kəndindəki çadırında yatarkən onu öldürdü.
Zəli
Zəlilər və ya Sülüklər (lat. Hirudinea)— Həlqəvi qurdlar (lat. Annelida) tipinə, Kəmərlilər (lat. Clitellata) yarım tipinə aid olan heyvan sinfi. Onlar bu tipin mühüm siniflərindən biri olan Azqıllı qurdların (lat. Oligochaeta) kəskin dəyişilmiş nəsli və ya onun bir şaxəsi hesab olunurlar. == Ümumi xarakteristika == Azqıllı qurdlar sinfinin xarakterik əlaməti hesab olunan seyrək "qıl" örtüyü bunların ən primitiv qədim nümayəndələrində az da olsa rast gəlinir. Bədən seqmentlidir və ya ayrı –ayrı həlqələrdən (tipə xas olan əlamət) ibarətdir. Azqıllı qurdlardan fərqli olaraq bunlarda iki cür seqmentləşmə ayır edilir: xarici (və ya yalançı) və daxili (və ya əsl) seqmentləşmə. Azqıllı qurdlardan fərqli olaraq bütün zəlilərdə əsl seqmentlərin sayı sabitdir – ibtidai zəlilərdə (lat.
Zənci
Zənci (isp. negro "qara (rəng)", — neqroid irqinə aid olan insanların ümumi adı. ədəbiyyatda bəzən kapoid irqinin nümayəndələri olan — buşmenlərvə qottentotları da aid edirlər. Bəzən mulatlar da zənci adlanır. Ancaq zənci və mulatların kompakt yaşadığı Latın Amerikası və Cənubi Afrika Respublikasında onlar bir-birindən ayrılırlar. == Həmçinin bax == Zəncilər == İstinadlar == == Xarici keçidlər == Анучин Д. Н.. Негры // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
Zəng
Zəng (film, 1995)
Zəngi
Zəngi (İsmayıllı) Zəngi (Şəbüstər) Zəngiçay — Ermənistan və Naxçıvan MR-də çay. Zəngi — İsmayıllı rayonu ərazisində çay. Girdiman çayi hövzəsinə daxildir. Zəngi dərə — Qobustan rayonu ərazisində çay. Çay axdığı Zangidərənin adi ilə adlandırılmışdır.
Van Zeni
Van Zeni (24 iyun 1983) — Polşanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Van Zeni Polşanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub. Daha sonra Van Zeni Polşanı 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub.
Gəmi zəngi
Gəmi zəngləri, Gəmidəki zəng olaraq saatları göstərən bir sistemdir. Gemi dəhlizində gəmiçilərin növbə və istirahət vaxtlarını təşkil etmək üçün istifadə edilərdi. Vətəndaş saatlara bənzəməz, zəngin vuruşu saatın zamanı ilə uyğun değildir. Səkkiz zəng vuruşu vardır, dörd saatliq bir qəti hər yarım saatında. Zəng hər yarım saatda çalınır və cüt nizamdan hesablamanı asanlaşdırmaq üçün, sıranın sonunda tək bir zilli. Gəmi zəngləri iki və ya dörd qrupa bölünür və keşikçilər deyə adlandırılır. Her bir növbətçi əsnasında əsaslı vəzifələr olan sükan, seyr, sahil müşahidə və gözətçi alır. Səkkiz zəng dənizçilərə keşik bitdiyini xəbər verir. Dənizçinin ölüm xəbəri də gəmi zəngi ilə bildirilir.
Hindi Zəmi
Hindi Zəmi (fars. هندی‌زمین‎) - İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 192 nəfər yaşayır (66 ailə).
Həkim Qəni
Həkim Qəni (azərb. Hüseynov Qəni Hüseynqulu oğlu‎, 16 fevral 1918, Bakı — 10 iyun 2008, Bakı) — şair, qəzəlxan, füzulişünas alim, tərcüməçi, tibb xidməti polkovniki, prezident təqaüdçüsü. == Həyatı == Həkim Qəni 16 fevral 1918-ci ildə Bakı şəhərində anadan olub. Ali təhsilini Tibb İnstitutunda almışdır (1936–1941). İkinci Dünya Müharibəsinin iştirakçısı olmuş, müharibədə hərbi həkim kimi fəaliyyət göstərmişdir (1941–1945). 1967-ci ildə ordudan tərxis olunub və o, Mirqasımov adına Mərkəzi Xəstəxananın nevropotologiya şöbəsinə rəhbərlik edib. Uzun illər Azərbaycanın baş nevropotoloqu olub. Şair Əliağa Vahidin şəxsi həkimi və yaxın dostu olmuşdur. 1990-cı ildən (başqa məlumata görə 1993-cü ildən) etibarən Vahid poeziya evində "Vahid" ədəbi şairlər məclisinə sədrlik etmişdir. Həkim Qəni 10 iyun 2008-ci ildə Bakı şəhərində ürək çatışmazlığından vəfat etmiş və öz vəsiyyətinə uyğun olaraq Yasamal qəbiristanlığında dəfn olunmuşdur.
Kalium zəyi
Alüminium-kalium sulfat — kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Xassələri == Rəng – ağ, rəngsiz; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə; Şəffaflıq – yarımşəffaf; Sıxlıq – 1,76; S – 2; Ayrılma – {111}üzrə qeyri-mükəmməl; Sınıqlar – qabıqvari; Başqa xassələr – dadı kəmşirindir, ağız büzüşdürücüdür, suda yaxşı həll olur (151 q/l 20°C-də); Morfologiya – kristallar: nadir rast gəlir; oktaedrik, nisbətən az – heksaedrik; Mineral aqreqatları: torpaqvari və sıx kütlələr, qabıqlar, qaysaqlar. == Mənşəyi və yayılması == Arid vilayətlər üçün tipik olan ekzogen əmələgəlmə kimi göl sularının buxarlanması zamanı kristallaşır. Sulfid yataqlarının oksidləşmə zonasında da əmələ gəlir. Birlikdə rast gəldiyi minerallar: başqa sulfatlar, müxtəlif karbonatlar və s. Mineralın tapıldığı yerlər: Qara-Qum (Türkmənistan); Şorsu (Özbəkistan); Şimali Qafqaz; Dağıstan; Tambov və Ulyanovsk yaxınlığında (Rusiya); Katmay (ABŞ) və b. Azərbaycanda Böyük Qafqazın Cənub yamacının pirit saxlayan gil şistlərində yerləşən bir sıra kiçik zəy təzahürləri məlumdur. Bundan başqa bir sıra filiz yataqlarının və təzahürlərinin (Filizçay, Çıraqdərə, Gədəbəy, Bülüldüz və b.) oksidləşmə zonalarında, Kəlbəcər rayonun və Naxçıvan MR-nın bəzi yerlərində aşkar edilmişdir. == Tətbiqi == Dəriaşılama işlərində, boyaq, kağız istehsalında, təbabətdə və b.
Mehriban Zəki
Mehriban Mürvət qızı Zəki (18 dekabr 1966, Bakı) — azərbaycanlı teatr və kino aktrisası, Azərbaycanın xalq artisti (2018), prezident mükafatçısı. == Həyatı == Mehriban Zəki 18 dekabr 1966-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1991-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsini bitirmişdir. 1990-cı ildən 2005-ci ilədək "Yuğ" Dövlət Teatrında aktrisa işləyib və teatrın səhnəsində bir çox rolları oynayıb. 2000-ci ildən 2011-ci ilədək "İbrus" teatrında fəaliyyət göstərmişdir. Hal hazırda Azərbaycan Dövlət Milli Akademik Dram Teatrında işləyir. Eyni zamanda Azərbaycan Dövıət Mədəniyyət və İncəsənət Universitetində Sabah qruplarında pedaqoji fəaliyyətini də davam etdirir. 1995-ci ildə Bişkekdə keçirilən Ümumtürk Mədəniyyətinin bayramı olan "Manas-1000" yubileyində, 1999-cu ildə Parisdə, Moskvada və Bakıda keçirilən "YUNESKO"-nun tədbiri olan Kitabi Dədə-Qorqudun 1300 illik yubileyində iştirak etmişdir. O, "Azərbaycanfilm" kinostudiyasının istehsalı olan bir çox bədii filmlərdə çəkilmişdir: Jurnalist qız ("Ümid"), Lətifə ("Otel otağı"), Elmira ("Ailə"), Gülya ("Məkanın melodiyası"), Teybə ("Küçələrə su səpmişəm"), Maya ("Əlvida, cənub şəhəri"), Nara ("Düyün"), Nərmin ("Yalançılar"). Gözəl səs tembrinə malik olan aktrisa həmçinin filmlərdə mətn oxuyan və vokalçı kimi çıxış etmişdir.
Qıllı zəli
Acanthobdella peledina (lat. Acanthobdella peledina) — acanthobdella cinsinə aid heyvan növü.
Son zəng
Son zəng – Azərbaycanın ümumtəhsil məktəblərində hər il iyunun 14-də qeyd edilən bayram, məktəbdə tədris ilinin bitdiyi gün. Son zəng SSRİ dövründə və dövlət müstəqilliyinin bərpasından sonra 2005-ci ilə qədər mayın 25-i, 2005-ci ildən 2016-cı ilə qədər isə mayın 31-də qeyd olunmuşdur. Son zəng zamanı məktəbi bitirən 11-ci sinif şagirdləri məzun adı qazanır.
Səni deyirlər
"Səni deyirlər" (az.-əski. سني ديرلر مني ديرلر‎) — İnternetdə bir neçə gün ərzində mem olmuş, Azərbaycan dillində ifa edilən Cənubi Azərbaycan mahnısı. Müğənni Əlirza Şərifzadənin yeni təqdim etdiyi "Səni deyirlər" mahnısı İranda yaşayan cənubi azərbaycanlıların böyük marağına səbəb olmuşdur. Mahnıda Cənubi Azərbaycan vilayətinin paytaxtı Urmiya şəhəri və Urmiya gölü vəsf edilir. Onlar bu mahnının sədaları altında küçədə, avtomobil yolunda rəqs edirlər. Gənclər daha sonra lentə alınan görüntüləri sosial şəbəkələrdə paylaşıblar. Bu mahnı "Facebook", "YouTube" və "İnstaqram"da qısa müddətdə populyarlaşıb və böyük marağa səbəb olub. Bəzi istifadəçilər bu həştəqdən istifadə edərək rəsmilərə qarşı etirazlarını da bildirirlər. Güneyli gənclərin bu fleşmobu Urmiya gölünün qurudulması və İran rejiminin sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılmasına etiraz kimi meydana çıxıb. == Həmçinin bax == Tı kto takoy?
Zəki Alasya
Zəki Alasya (18 aprel 1943 – 8 may 2015, İstanbul) — əslən Kiprli, İstanbul doğumlu Türk teatr və film aktyoru. Kıbrıslı Mәhmәd Kamil Paşanın qardaşı oğludur. Zəki Alasya 8 may 2015-ci ildə müalicə olunduğu xəstəxanada qaraciyər xəstəliyindən vəfat etmişdir. == Karyerası == Robert Kolejidən məzun olan sənətçi sənət həyatına da 1959-cu ildə MTTB teatrında həvəskar olaraq başladı. Arena, Genar ve Ulvi Uraz teatrlarında çalışdıqdan sonra Haldun Taner, Metin Akpınar və Ahmet Gülhan ilə birlikdə Devekuşu Kabare Tiyatrosunun qurucuları arasında yer aldı. Film çevirməyə 1973-cü ildən sonra başladı. Metin Akpınar ile birlikdə Türk sinemasında yeni bir ikili təşkil etdilər. Bir çox filmdə yer aldı və 1998-ci ildə Türkiyə Mədəniyyət nazirliyinin Devlet Sanatçısı unvanı almışdır. Salak Milyoner (film), Köyden İndim Şehire, Güler Misin Ağlar Mısın, Nereye Bakıyor Bu Adamlar, Hasip ile Nasip kimi filmləriylə bir komediya ustası olaraq ün qazandı. Zəki Alasya ilk rejissorluq təcrübəsində önəmli yerə sahib olan 1977 və sonrası filmleri olan Aslan Bacanak, Sivri Akıllılar, Caferin Çilesi, Petrol Kralları, Doktor, Köşe Kapmaca, Vay Başımıza Gelenler ve Elveda Dostum yer alır.
Zəki Beyləqani
Şəmsəddin Zəki Beyləqani (شمس الدين البيلقاني) fəqih, hüquqşünas == Həyatı == Şəmsəddin Zəki ibn Hüseyn ibn Ömər Beyləqani Beyləqan şəhərində anadan olmuşdu. Mükəmməl savad almışdı. Fəxrəddin Razinin tələbəsi idi. Əvvəlcə ticarətlə məşğul olmuşdu. Hicri-qəməri 582-ci ildə Dəməşq şəhərinə köçmüşdü. Burda ticarətlə və qanunşünaslıqla ilgilənmişdi. Hicri-qəməri 636-cı ildə Yəmənə daşınmışdı. Orda da fəaliyyətini davam etdirmişdi. 1277-ci ildə Ədəndə vəfat edib.
Zəki Dəmirkubuz
Zəki Dəmirkubuz (1 oktyabr 1964, İsparta) — türk rejissor, ssenarist, aktyor. == Həyatı == Zəki Dəmirkubuz 1964-cü ildə Türkiyənin İsparta vilayətində doğulub. Orta məktəbi bitirər-bitirməz İstanbula gəlib burada liseyə daxil olsa da, ilk semestrdən sonra təhsilini yarımçıq buraxıb fabrik və atelyelərdə işləməyə başlayıb. 1980-ci ilin 12 sentyabr çevrilişində tutulur və 3 il azadlıqdan məhrum edilir. O zaman Zəkinin cəmi 15 yaşı var idi. Həbsdə olarkən ədəbiyyatla məşğul olur. Gələcəyin rejissoru Dostoyevski və Alber Kamyudan çox təsirlənir. Həbsdən çıxdıqdan sonra isə xırda alver işləri ilə məşğul olur. Əsgərliyini təxirə salmaq üçün təhsilini davam etmək qərarına gəlir. Liseydə qiyabi təhsil alıb, "İstabul Universiteti"nin Rabitə fakültəsinə daxil olur.
Zəki Kazımzadə
Zəki Əli İsgəndər oğlu Kazımzadə (1908 – 1986) — professor, texnika elmləri doktoru, Rəna Kazımzadə atası.[mənbə göstərin] 1908-ci ildə Bakı şəhərində anadan olub. Elmi fəaliyyəti dövründə elektrotexnikaya aid bir çox dərs vəsaitləri və elmi əsərlər yazıb. Onun "Ümumi elektrotexnika", "Sənayenin energetik bazası", "Xalq təsərrüfatının avtomatlaşdırılması", "Elektrik enerjisinin yeni üsullarla istehsalı" adlı əsərləri tək Azərbaycanda deyil, həmçinin Yaxın Şərq və Orta Asiya ölkələrində də geniş istifadə olunur. "Elektrotexnikanın nəzəri əsasları" kitabı "Dəyişən və sabit cərəyanın alınması", "Çoxfazalı dəyişən cərəyanlar", "Dəmir nüvəli elektrik dövrələri" və elektrotexnikanın digər nəzəri əsaslarını əhatə edən 21 fəsildən ibarətdir. Professor A.Axundov tərəfindən, azərbaycan dilində 1931-ci ildə hazırlanmış, "Elektrotexnika terminləri lüğəti"-nin təkmilləşdirilmiş və bir çox əlavələr edilmiş yeni nəşri olan, Zəki Kazımzadənin və M.M.Salamzadənin təşəbbüsü ilə “Rusca-azərbaycanca elektrotexnika terminləri lüğəti" 1958-ci ildə işıq üzü görmüşdür. Zəki Kazımzadə və Rəna Kazımzadə tərəfindən tərtib olunmuş, əvvəlki lüğətlərdən həcminə və elmi dəqiqliyinə görə xeyli fərqlənən, 5400-dən artıq termin və söz birləşməsini əhatə edən bu lüğət təkrarən 1991-ci ildə təkrar çap edilmişdir. == İstinadlar == "Rusca-azərbaycanca elektrotexnika terminləri lüğəti" Tərtibçilər : Z.İ.Kazımzadə, R.Z.Kazımzadə.
Zəki Mürən
Zəki Mürən (türk. Zeki Müren; 6 dekabr 1931[…], Bursa – 24 sentyabr 1996[…], İzmir[…]) — Türkiyə müğənnisi. == Həyatı == Zəki Mürən 6 dekabr 1931-ci ildə Türkiyənin Bursa şəhərində (anası priştinalı, atası makedoniyalı olub) mühacir bir ailədə dünyaya gəlib. Bursada başladığı orta təhsilini İstanbulda, Kiramı Refia Alemdaroğlu Liseyində bitirmişdir. İstanbulda Dövlət İncəsənət Akademiyasının Bəzəmə Bölümü Sabih Gözen atelyesindən məzun oldu. Desən işlərini tələbəlik illərindən başladı və bir çox sərgi keçirdi. Zeki Müren, Bursada Tamburi İzzet Gerçekerdən gördüyü solfecio və üsul dərsləriylə musiki məlumatı almağa başladı. 1949-cu ildə, Boğaziçi Liseyində oxuyarkən Agopos Əfəndi (kino rejissoru və ssenari yazan Arşavir Alyanak'ın atası) ilə Udi Kirkordan aldığı dərslərlə də musiqi təhsilini davam etdirdi. Daha sonra fəsil musiqisini yaxşı bilən və böyük bir repertuvarı olan Şərif İçlinin müxtəlif əsərlərini meşk etdi; Refik Fersanın, Sədi İşılayın, Qədri Şençaların əsərlərindən faydalandı. 1950-ci ildə imtahanla İstanbul Radiosuna girdi.
Zəki Vəliyev
Zəki Ögtən
Zəki Ögtən (4 avqust 1941[…], İstanbul – 19 dekabr 2009[…], İstanbul) — məşhur Türk mənşəli teatr və kino rejissoru, ssenarist, 3 dəfə Qızıl Portağal, 2 dəfə OCİC, Qızıl Leopard, Şərəf ordeni, BFİ mükafatları laureatları. == Həyatı == Heydərpaşa liseyinin məzunudur. Gənc yaşlarından teatra böyük həvəsi var idi. Tələbə vaxtlarından teatrda çalışmağa başlayır. Yaşılcam kinostudiyasına daxil olar və Nişan Xəncərin rejissor olduğu "Acı zeytun" filmində rejissor asistenti kimi çalışmağa başlayar. Ömər Lütfi Axad, Xalid Rəfiq, Ətif Yılmaz, Məmduh Ün kimi rejissorların asistenti kimi çalışmışdır. 1963-cü ildə Zəki, "Ölüm bazarı" filminin rejissoru olmuşdur. Yaşadığı ömürdə bir çox mükafatlar qazanıb. 19 dekabr, 2009-cu il, 18:15 radələrində Ögtən, traxikardiya xəstəliyindən vəfat etmişdir.
Zəki İslam
Yusifov Zəki İslam oğlu (Zəki İslam; 10 avqust 1939, Cil, Krasnoselsk rayonu – 2018, Bakı) — Azərbaycan şairi, "Qızıl qələm" mükafatı laureatı. == Həyatı == Zəki İslam 10 avqust 1939–cu ildə Göyçə mahalının Krasnoselo rayonunun Cil kəndində anadan оlub. Azərbaycan Pedaqoji İnstitutunu, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib. Uzun müddət kolxoz və sovxozlarda rəhbər vəzifələrdə işləyib. Azərbaycan Aşıqlar Birliyi İdarə heyətinin üzvüdür. "Qızıl Qələm" mükafatı laureatıdır. Şeirlərini əsasən dini mövzuda yazır. Müasir aşıq şerinin tanınmış nümayəndəsi, dini şeir və poemaların müəllifidir. Zəki İslam məşhədi, kərbəlayi və hacıdır. == Əsərləri == Göyçənin tonqalı sinəmdə yanır.
Zəki Şükürov
Zəki Ruhulla oğlu Şükürov (1 yanvar 1905, Ərdəbil – 1987, Bakı) — neftayıran, Sosialist Əməyi Qəhrəmanı (1959). == Həyatı == Zəki Ruhulla oğlu Şükürov 1 yanvar 1905-ci ildə Cənubi Azərbaycanın Ərdəbil mahalının Mərəlli kəndində anadan olub. Əmək fəaliyyətinə 1920-ci ildə başlamışdır. 1930-cu ildən Vanno Sturua ad. Neftayırma zavodunda operator köməkçisi, 1933-cü ildən operator, 1936-cı ildən baş operator, 1941-ci ildən qurğu rəisi, 1982-ci ildən operator vəzifəsində çalışmışdır. 1986-cı ildən pensiyadadır. Azərbaycan Kommunist Partiyası 28 və 29-cu qurultaylarının nümayəndəsi olmuşdur. İki dəfə Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni və medallarla təltif edilmişdir. Şükürov haqqında sənədli film çəkilmişdir (1974).
Zəki Ərsuzi
Zəki Nəcib əl-Ərsuzi (ərəb. زكي نجيب الأرسوزي‎; iyun 1899, İskəndərun və ya Laziqiyyə – 2 iyul 1968, Dəməşq) — suriyalı siyasətçi və Suriyada Fransa mandatı dövründə milliyətçi.
Zənci abxazlar
Zənci abxazlar (gürc. შავკანიანი აფხაზები) — Abxaziyada yaşayan Afrika mənşəli az saylı etnik qrup.
Yeni Zenit Stadionu
Qazprom Arena (rus. Газпром Арена) və ya Krestovski stadionu (rus. стадион «Крестовский») – Krestovski adasının qərbində, Sankt-Peterburqda yerləşən futbol stadionudur. Adından da bəlli olduğu kimi Zenit ev oyunlarını bu stadionda keçirir. Stadion 2017 FİFA Konfederasiyalar Kuboku üçün tikilib başa çatdırıldı.. Stadionun başa çatdırılma vaxtı dəfələrlə gecikdirilmişdir. Belə ki, stadionun 2007-ci ildə təməli qoyulanda tikintisinin 2008-ci ilin dekabrında başa çatdırılacağı planlaşdırılmışdı., Sonralar isə 2011-ci ildə tikilişinin başa çatdırılacağı düşünülsə də müxtəlif səbəblərdən stadionun tikintisi 2017-ci ilə qədər gecikdirildi. Stadion 67000 tamaşaçı tutumuna malikdir. 1,1 milyard dollara tikilən Yeni Zenit Stadionu tarixə ən baha başa gələn stadionlar içinə adını yazdırdı. == Ümumi baxış == Stadionun arxitektural layihəsi barədə müsabiqədə qalib Kisyo Kurokavanın "The Spaceship" layihəsi oldu.
Zenit
Zenit (ərəbcə səmtürrəs-baş üstdə uca nöqtə) - müşahidəçinin başı üstündə göy sferinin ən yüksək nöqtəsi, başqa sözlə, müşahidəçinin durduğu nöqtədən qaldırılmış şaquli xəttin göy sferində rast gəldiyi xəyali nöqtədir..
Zen
Zen, zen (yap. 禅; sanskr. ध्यान, dhyana – " dərketmə", çin. 禪chan, kor. 선 yuxu, vyet. thiền thien) Çin və bütün Şərqi Asiya Buddizminin ən mühüm məktəblərindən biridir. Son olaraq 5–6-cı əsrlərdə Çində daosizmin böyük təsiri altında formalaşmışdır. Çin, Vyetnam və Koreyada Mahayana Buddizminin dominant rahiblik formasıdır. Geniş mənada Zen mistik dərketmə məktəbi və ya Buddist mistisizmindən yaranan maarifçilik təlimidir. Dar mənada Zen bəzən Yaponiyada özünəməxsus milli xüsusiyyətə malik və XII əsrin sonlarında Çindən gəlmiş Buddizmin təsirli məktəblərindən biri kimi qəbul edilir.
Jan Deni
Jan Deni (fr. Jean Deny; 24 iyul 1879, Kiyev, Rusiya imperiyası – 5 noyabr 1963[…]) — fransız türkoloqu. == Həyatı == Jan Deni 1879-cu ildə anadan olmuşdur. Uşaqlıq illərini Ukraynada keçirmiş Jan Deni atasının fransız dili müəllimi olduğu Odessada Richelieu liseyini və Parisdə Louis le Grand liseyini bitirdikdən sonra eyni zamanda həm Paris hüquq fakültəsində, həm də École des Langues Orientalesdə (ərəbcə, farsca və rusca) oxumuşdur. Təhsilini bitirdikdən sonra Fransa Xarici İşlər Nazirliyində çalışmış və 1908-ci ilədək Fransanın Beyrut, Kudüs, Suriya və Maraş konsulluqlarında işləmişdir. Barbier ue Meynardm ölümündən sonra École des Langues Orientales müdiri Paul Boyer tərəfindən türk dili müəllimi vəzifəsinə təyin edilmiş (1908), iki il sonra da professor elmi dərəcəsini qazanmışdır (1910). 1914-cü ildə əsgər olaraq müharibəyə getmiş, 1915-ci ildə Şərq birliklərində tərcüməçi təyin olunmuşdur. 25 aprel 1915-ci ildə Çanaqqalə müharibəsində iştirak etmişdir. Sarılıq xəstəliyinə tutulduğu üçün 30 sentyabrda Selanik və daha sonra Makedoniyada Florinaya göndərilmişdir. I Dünya müharibəsində iştirak edən Deny türk dili ilə bağlı tədqiqatlarını da davam etdirmişdir.
Katerina Zeno
Katerina Zeno (it. Caterino Zeno) ; (1440-cı illər, Venesiya – 1490-cı illər, Venesiya) — italyan siyasətçi və Venesiya Respublikasının diplomatı. Ağqoyunlu hökmdarı Uzun Həsənin yanında Venesiya səfirliyi etməsi ilə məşhurdur. == Həyatı == Zeno 12 iyul 1418-ci ildə Venesiyada dünyaya gəlmişdir. O, Zeno ailəsinin üzvü olaraq zadəgan ailəsində dünyaya gəlmişdi. Atası Draqone Pietro Zeno (ö. 1430), anası Anna Morosini idi. Anna Morosini Venesiyanın bir müddət doju olmuş Miçele Morosininin qardaşının qızı idi. Zenonun Antonio və Nikolo adlı iki qardaşı, Antonia adlı bir bacısı olmuşdur. Bacısı 1439-cu ildə Antonio Zorzi ilə evlənmişdir.
Leni Rifenştal
Leni Rifenştal (alm. Leni Riefenstahl‎, tam adı Helena Berta Amaliya Rifenştal, alm. Helene Berta Amalie Riefenstahl‎; 22 avqust 1902[…], Berlin – 8 sentyabr 2003[…], Pökkinq[d], Bavariya) — rəqqasə, aktrisa, peşəkar rejissor, peşəkar fotoqraf və peşəkar üzgüçü. == Həyatı == Tarixdə Hitlerin sevimli rejissoru kimi qalan rəqqasə, aktrisa, peşəkar rejissor, peşəkar fotoqraf və peşəkar üzgüçü Berta Helena Amaliya Rifenştal 1902-ci ildə Berlində anadan olub. Onun atası Alfred Rifenştal varlı tacir idi. Amma Lenidə incəsənətə olan ehtiras ona incə zövqlü anası Berta İdadan keçmişdi. Taleyin bir təsadüfü olmasaydı, Leni tarixdə ən uğurlu rəqqasələrdən biri kimi qalacaqdı. Ancaq iyirmi yaşına çatana qədər Almaniya və Praqanın bir neçə şəhərində uğurla çıxış edən Leninin damarları partladı. Gələcək rəqqasənin karyerasına son qoyuldu. Leni Arnold Fankın "Dağın taleyi" filminə baxır.
Sabbatay Zevi
Sabbatay Zevi (שַׁבְּתַאי צְבִי Şavtay Tzvi, digər söyləyişləri Sabbatai Ẓevi, Shabbetai Ẓevi, Sabbatai Sevi, və Türkcədə Sabetay Sevi) (1 avqust 1626 -. C 17 sentyabr 1676 Dulkiqno (indiki Ulsin, Monteneqro) — Səfərad Haxam və kabbalist idi ki uzun zaman gözlənilən yəhud Məsihi olduğunu iddia etdi. O, yəhudi Sabbatayizm hərəkatının banisi idi. Qırx yaşında, Osmanlı Sultan IV Mehmed tərəfindən İslamı qəbul etmək məcburiyyətində qaldı. Onun davamçılarının bəziləridə İslamı qəbul etdi ki təxminən 300 ailə idilər və Dönmə (ağa Dönmə) kimi tanınırdılar.
Sen-Deni
Sen-Deni — Reyunyon adasının mərkəzi. Sen-Deni tolerant bir şəhərdir. Burada məscidlər və kilsələr qonşuluqda yerləşir. Adaya müxtəlif dövrlərdə ərəblər, portuqallar və fransızlar sahiblik ediblər. Hazırda burada müxtəlif dinlərə ibadət edən davranış qaydaları, adət-ənənələrinə görə tamamilə fərqlənən insanlar yaşayırlar. Şəhərin botanika bağında dünyanın ən müxtəlif yerlərindən gətirilmiş 50-dən çox növ ağac əkilib. Şəhərdə tarix və təbiətşünaslıq muzeyi fəaliyyət göstərir ki, burada ekzotik fauna növləri sərgilənir.
Sen-Jeni
Sen-Jeni (fr. Saint-Genis, oks. Sant Genís) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Ser kantonuna daxildir. INSEE kodu — 05143. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 56 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 40 nəfər arasında (15–64 yaş) 33 nəfər iqtisadi fəal, 7 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 82,5%, 1999-cu ildə 78,8%). Fəal olan 33 nəfərdən 31 nəfər (17 kişi və 14 qadın) işləyir, 2 kişi işsizdir.
Yapon yeni
Yen,(円) Yaponiyanın pul vahidi, dünyanın əsas valyuta ehtiyatlarından biri. Yenin simvolu ¥ hərfi qəbul olunmuşdur. Qızl və gümüş pul kimi 1869–1871-ci illərdə buraxılmışdır. Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Yeni Abdinli
Yeni Abdinli — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.