Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pərdi
Pərdi — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Pərdi kəndi Yardımlı rayonunun Gilar kəndindən köçmüş qədim Gilar bəglərinin yaylağıdır. Gilar kəndinin bəgləri ən qədim pirlər nəslidir və Pərdi də pir-dailəri, yəni pir-tanrıları deməkdir. Ən qədim mənbələrdə Pərdi kəndi Parda kimi qeyd olunur. 19 əsr sənədlərində Yardımlı ərazisindəki Gilar kəndi Pərdi-Gilar adlanır və köçərilər kimi qeyd olunur. Bu köçərilik isə birbaşa mənada yox, sufi mənadadır. Ən qədim mənbələrdə "Dağ və səhralarda dolaşan qüdrəti midiyalılar" dedikdə məhz Gilar bəgləri nəzərdə tutulurdu. Cəlilabad rayonunun 10-a yaxın kəndi (Edişə, Şabanlı, Qasımbəyli və s.) məhz Gilar bəglərin törəmələrinin yaşadığı kəndlərdir. Pərdili oyk. Cəlilabad r-nunun Xanəgah i.ə.v.-də kənd.
Fərdi Qurbanov
Fərdi bankçılıq
Fərdi bankçılıq — imkanlı şəxslər üçün müştərinin pulu ilə əməliyyatların həyata keçirilməsini, onun sərvətinin qorunmasını və artırılmasını nəzərdə tutan bank xidməti. İngilis dilli ölkələrdə bu, sərvətlərin idarə edilməsi, yəni özəl kapitalın idarə edilməsi kimi də tanınır. Çox vaxt özəl bankçılıq, investisiya və məsləhət xidmətlərini əhatə edir. Bank depozitləri müxtəlif yollarla gəlir gətirə bilər. Onlardan ən sadəsi kapital qoyulmadıqda və yalnız illik faiz toplamaqla artım əldə edildikdə “faizlə yaşamaq”dır. Başqa bir seçim fərdi proqram çərçivəsində müxtəlif aktivlərə investisiya qoymaqdır. Genişləndirilmiş xidmətlər üçün müxtəlif variantlar var və müştərinin bank hesabına xidmət göstərilməsi ilə bağlı xidmətlər dəsti hər bir müştəri üçün fərdi olaraq seçilir. PricewaterhouseCoopers (PWC) şirkətinin məlumatına görə, Rusiyanın özəl bank bazarının həcmi 10-12 milyard dolları ötməyib, rus zənginlərinin isə təxminən 300-400 milyard dollarlıq “pulsuz” pulları var idi.Merrill Lynch-ə görə, 44 “dollar” milyarder və 88 min dollarlıq milyonerlər. Eyni zamanda, PWC-nin məlumatına görə, varlı müştərilər Rusiya banklarında və idarəetmə şirkətlərində (MC) 10 000-dən çox olmayan hesab açıblar. Beləliklə, məlum olur ki, özəl bank xidmətləri bazarının potensial Rusiya müştərilərinin 10%-dən çoxu bank xidmətləri ilə əhatə olunmayıb.
Fərdi birlik
Şəxsi birlik, sərhədləri, qanunları və maraqları fərqli olaraq qalarkən eyni monarxa malik olan iki və ya daha çox dövlətin toplusudur. Həqiqi birlik, şəxsi birliyin əksinə, müəyyən dərəcədə bir-biri ilə əlaqəli olan təsisçi dövlətləri, məsələn, bəzi məhdud hökumət institutlarını bölüşdürməklə əhatə edərdi. Şəxsi birlikdən fərqli olaraq, federasiya və unitar dövlətdə bütün üzv dövlətləri əhatə edən mərkəzi (federal) hökumət mövcuddur və özünüidarəetmə dərəcəsi ikisini fərqləndirir. Şəxsi birlikdə hökmdarın irsi monarx olmasına ehtiyac yoxdur. Termini ilk dəfə alman hüquqşünası İohann Stefan Pütter 1760-cı ildə Elementa Iuris Publici Germanici (Alman Dövlət Qanununun Elementləri) kitabına daxil edərək istifadə etmişdir. Şəxsi birliklər bir neçə səbəbə görə yarana bilər, məsələn: Sülalə birliyi, miras və s. vasitəsilə. Məsələn, Əbu Tahir Yəzid ibn Məhəmməd 917-ci ildən Layzanşah olmağına baxmayaraq, öz əmisinəvəsi Əli ibn Heysəmin ölümü ilə həm də Şirvanşah olmuşdu. Fransalı X Lüdovik Fransanı atasından, Navarranı isə anasından miras aldı Dekolonizasiya vasitəsilə. Bəzi keçmiş koloniyalar müstəqil olduqdan sonra keçmiş müstəmləkəçi gücün monarxını özlərininki kimi saxlayırlar.
Fərdi istehsal
Fərdi istehsal - məhsulun müxtəlif çeşidlərdə fərdi (bir ədəd) hazırlanması ilə səciyyələnən istehsal növüdür. Fərdi istehsala böyük turbin, yayma dəzgahları, gəmi, unikal dəzgah, metallurji və dağ-mədən avadanlıqları, həmçinin təmir və sınaq zavodları daxildirlər. Kütləvi və seriyalı istehsaldan fərqli olaraq məhsulun hərəkəti üçün konkret vaxt qoyulmur, o sərbəst ritm daxilində hazırlanır. İş yerləri universal avadanlıqlarla təchiz olunur. Sifarişin yerinə yetirilməsi üçün fərdi texnoloji proseslər layihələndirilir. Sexlər arası avadnlıqlar qrupu göstərilməklə texnoloji marşrutlar işlənir.Texnoloji proses sexlərdə dəqiqləşdirilir. Məhsulun çeşidinin müxtəlifliyi və müərəkkəbliyi yüksək ixtisaslı işçilərin cəlb edilməsini tələb edir. Fərdi istehsal üçün təşkilati işlərin mərkəzləşsizdirlməsi səciyyəvidir. Xüsusi avadanlıqların və tərtibatların tətbiqi, tez-tez məhsulların dəyişilməsi əmək tutumunu və istesal tsiklini artırır. Hissələrin və düyümlərin normallaşdırlması və sinifləşdirilməsi, texnoloji proseslərin tipləşdirilməsi sayəsində burada seriyalı istehsalın bəzi elemntləri tətbiq oluna bilər.
Fərdi yetişkənlik
Fərdi yetişkənlik — orqanizmin çoxalmaya hazır olması. R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Sərdi (Meşkinşəhr)
Sərdi (fars. سردي‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 57 nəfər yaşayır (12 ailə).
Zərbi muğamlar
Zərbi muğam janrının özünəməxsus səciyyəvi cəhətləri var. Öz inkişafı cəhətdən tarixən qədim olan vokal-instrumental zərbi muğamların populyarlığına baxmayaraq, bir janr kimi indiyə qədər o, lazımınca tədqiq edilib öyrənilməmişdir. Bunu əsas səbəblərindən bir son illərə qədər zərbi muğamların not yazısının olmamasıdır. Maraqlıdır ki, janrın mahiyyəti onun adını müəyyənləşdirir.mahnı Məhz zərbi muğam sözü instrumental-vokal muğamların ifası zamanı müğənnini müşayiət edən instrumental ansamblların tərkibində zərbli alətlərə böyük yer verilməsi ilə əlaqədardır. Onu da qeyd edək ki, xanəndə muğam hissələrini oxuyan zaman zərb alətlərinin ritmik formullarını xalq çalğı alətləri ansamblına daxil olan başqa alətlər də ifa edirlər. Bu keyfiyyət digər tərəfdən janrın başqa səciyyəvi cəhətini də müəyyənləşdiri. Məlumdur ki, muğam dəstgahları suitaya bənzər çoxhissəli vokal-instrumental əsərlərdir. Onun səciyyəvi xüsusiyyəti vokalın aparıcı rolundadır. Zərbi muğamlar isə birhissəli kompozisiya təşkil edir. Sərbəst metro-ritmə əsaslanan muğam dəstgahlarının əksinə olaraq zərbi muğamlarda vokal musiqi instrumental müşayiəti dəqiq ölçülü fonuna əsaslanır.
Zərdə (Tarım)
Zərdə (az-əbcəd. زرده‎, fars. زرده‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Gilvan bəxşinin Gilvan qəsəbəsinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 96 nəfər yaşayır (31 ailə).
Zərni (Tarım)
Zərni (az-əbcəd. زرنی‎, fars. زرنی‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Çəvərzəq qəsəbəsinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 128 nəfər yaşayır (41 ailə).
Zərri Abdullayeva
Zərri Mütəllim qızı Abdullayeva (22 iyul (4 avqust) 1912, Qarayeri, Yelizavetpol qəzası – 25 dekabr 1996, Qarayeri, Samux rayonu) — Sosialist Əməyi Qəhrəmanı (1949). Z.Abdullayeva 1949-cu ildə üzümçülük sahəsində yüksək nailiyyətlər əldə etmişdir.
Əsğər Fərdi
Əsğər Fərdi – şair, yazıçı. İranın "Səhər" telekanalının əməkdaşı, Əsğər Fərdi 1963-cü il noyabrın 19-da Təbriz şəhərində dünyaya gəlmişdir. Uşaq ikən Təbrizdə Azərbaycanın böyük şairlərilə taniş olub onlardan ədəbi incəlikər və ədəbiyyat tarixi və klassiklərin əsərlərini öyrənmişdir. 11 yaşında Azərbaycanin milli şairi Mir Mehdi Etimad Natiqi, Abbas Bariz, Yəhya Şeyda, Cavad Azar, Ustad seyid Məhəmməd Hüseyn Şəhriyar və … kimi şairlər və Qulam hüseyn Saidi, Rza Bərahəni, Rəhim Rəyisniya, Qulamhüseyn Fə rnud kimi yazıçılarla yaxından tanış olmuşdur. Yeni üsul tahsil sistemini dəvam etməklə eyni zamanda dini mədrəsədə ərəb ədəbiyyatının müqəddimatı və fiqh elmi təhsilinidə sürdürmüşdür.[mənbə göstərin] O islam əlifbasını və Quran oxumasını anası Hmidə xanım Hicazi dən örənməyə başlayaraq digər müxtəlif elm sahələrində Təbrizdə və Tehranda yaşayan dövrü alimlərdən istifadə etmişdir. Xəttatlıq sənanətini mərhumlar Hacı mirzə Həsən və mirzə Hüseyn Heisinin yanında meşq etmeklə öyrənmişdir. Azərbaycan musiqisinin muğamlarını və guşələrini əli ağa Səlimidən və iran musiqi dəstgahları və guşələrini Ağa Qulamhüseyn Bəycəxani və Hacı Qulamrza Qeytançı dan öyrənmişdir.[mənbə göstərin] Mətnşünaslığı Mirzə Cəfər Sultan ul qurrai dən, Məntiq və Fəlsəfəni Mirzə Böyük ağa ədib ül üləma dan, klassik ərəb ədabiyatını Ustad seyid Həsən Qazi Təbatəbai dən, Qərb fəlsəfəsini Dr. əbdülkərim Suruş dan, Nəhc ül bəlağə – Mövlana Cəlaləddin Ruminin məsnvisini əllamə Şeyx Məhəmməd Tağı Cə`fəri dən, Muasir Iran – Rus – Fransa ədəbiyyat tarixini Yəhya Mirzə Aryənpurdan, Nizami Gəncəvi və Xaqani şirvaninin irsini Cavad ağa Azər dan, Azərbaycan folkloru və klassik ədəbiyyatını Yəhya Şeyda dan, Dilçiliyi (Linqvistika) Dr. Həmid Nıtqi den, muasir Fars dilli publisistikani Şems Aləhməd dən, Piyes və sennari yazmaq üsullarını Qulamhüseyn Saidi dən, Rejissorluğu möhsün Məxmlbaf dan, senedli film montajını Məhərrəm Zeynalzadə dən, Fransız dillinin müqəddimatını – Quran i kərim – Hafiz – Sə`di və badi` Qafiyə – Şeir incəlikləri və bir çox elmi və ədəbi məsələri Ustad Şəheiyar dan öyrenmişdir.[mənbə göstərin] Həmin yeni yetmə yaşlarında siyasi cərəyanlarla irtibata keçib dəfələrlə həbs edilmişdir. Uzun illər ictimai haqlardan məhrum yaşamışdır.
Kərdi (Mahnişan)
Kərdi (fars. كردي‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 298 nəfər yaşayır (63 ailə).
Fərdi kompüter
Fərdi kompüter, ingiliscə qısaltması ilə PC — ölçüsü, imkanları və qiyməti onu fərdi istifadə üçün mümkün edən çoxməqsədli mikrokompüter. Fərdi kompüter bir şəxsin istifadəsi üçün nəzərdə tutulmuş kompüterə deyilir. Fərdi kompüterlərin kompüter mütəxəssisi və ya texniki mütəxəssis tərəfindən deyil, birbaşa son istifadəçi tərəfindən idarə edilməsi nəzərdə tutulur. Böyük, bahalı minikompüterlərdən və meynfreymlərdən fərqli olaraq, eyni vaxtda bir çox insan üçün zamanın bölünməsi fərdi kompüterlərdə istifadə edilmir. İlk növbədə 1970-ci illərin sonu və 1980-ci illərdə "ev kompüteri" termini də istifadə edilmişdir. Fərdi kompüterlərin meydana gəlməsi və eyni zamanda Rəqəmsal İnqilab bütün ölkələrdə insanların həyatına əhəmiyyətli dərəcədə təsir etdi. 1960-cı illərdə institusional və ya korporativ kompüter sahibləri maşınlarla istənilən faydalı işi görmək üçün öz proqramlarını yazmalı olurdular. Fərdi kompüter istifadəçiləri öz proqramlarını inkişaf etdirə bilsələr də, adətən bu sistemlər kommersiya proqram təminatını, əksər hallarda mülkiyyətə aid olan havayı proqram təminatını (freeware), "çalışmağa hazır" və ya binar formatında təmin edilən pulsuz və açıq mənbəli proqram təminatını çalışdırır. Fərdi kompüterlər üçün proqram təminatı adətən aparat və ya əməliyyat sistemi istehsalçıları tərəfindən müstəqil olaraq hazırlanır. Son istifadəçi proqramlaşdırmasının hələ də mümkün olmasına baxmayaraq, əksər fərdi kompüter istifadəçiləri artıq öz proqramlarını yazmağa ehtiyac duymurlar.
Bərdə Zərd (Bükan)
Bərdə Zərd (fars. برده زرد‎‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 984 nəfər yaşayır (202 ailə).
Birinci gün zərfi
Birinci gün zərfi - buraxılış günündə poçt təqvim ştampı vurulmaqla markası ləğv edilmiş zərf. Xüsusi kolleksiya obyektidir.
Fərdi cib kompüteri
PDA — (ing. Personal Digital Assistant, PDA — "fərdi cib kompüteri") —geniş funksional imkanlara malik olan portativ hesablama qurğusudur. Əvvəlcə PDA orqanayzer kimi istifadə üçün nəzərdə tutulmuşdur. Klassik PDA-da zəng etmək xidməti yoxdur. Buna görə də hal-hazırda klassik PDA-lar mobil rabitə funksiyası olan smartfonarla əvəz olunmuşdur. İngilis dilində "cib kompüteri" söz birləşməsi (Pocket PC) Microsoft firmasının ticarət markasıdır, yəni yalnız PDA növlərindən birinə aiddir, amma qurğuların bütün sinfini ifadə etmir. İngilis dilində bu tip qurğuların bütün sinfi üçün PDA abreviaturu istifadə olunur. PDA ixitirasının dəqiq tarixi məlum deyil. Ancaq onu demək olar ki, cib kompüterləri ideyası 1970–1990-cı illərdə meydana gəlmişdir. ilk illərdə yalnız proqramlaşdırılan kalkulyatorlardan ibarət olan PDA daha sonralar videoya baxmağa və internetə girməyə imkan verən rəngli PDA qurğuları ilə əvəz olunmuşdur.
Sərgüzəşti Mərdi-Xəsis
Sərgüzəşti mərdi-xəsis və ya Hacı Qara — 1850-ci ildə, Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun qələmə aldığı komediyadır. Azərbaycan realist dramaturgiyasının və nəsrinin inkişafında Mirzə Fətəli Axundov əhəmiyyətli rol oynamışdır. Onun qələmindən çıxmış "Hekayəti-molla Ibrahim Xəlil kimyagər" (1850), "Hekayəti-müsyö Jordan" (1850), "Sərgüzəşti- vəziri xani-Lənkəran" (1850), "Hekayəti xırsi-quldurbasan" (1851) və digər komediyaları özündən sonrakı ədəbi nəslə böyük təsir göstərmiş, ədəbiyyat xəzinəmizin qızıl fonduna daxil olunmuşdur. M. F. Axundovun geniş şöhrət qazanan əsərlərindən biri də "Sərgüzəşti mərdi-xəsis" və ya "Hacı Qara" (1855) komediyasıdır. Bu komediyanın əsas mövzusu xəsislik və onun törətdiyi bəlalardır. Komediyada Hacı Qaradan sonra ikinci əsas surət Heydər bəydir. İflasa uğramış Heydər bəyin toy xərci əldə etmək üçün Hacı Qara ilə birlikdə Təbrizə qaçaq mal alverinə getməsi və bu səfər zamanı baş vermiş əhvalatlar komediyanın süjet xəttini təşkil edir. Əsər Heydər bəyin monoloqu ilə başlayır. Onun sözlərindən məlum olur ki, Heydər bəy Qarabağın məşhur bəylərindəndir. Onun ata-babaları qaçaqçılıqla məşğul olmuş, "tamam Qarabağı qızıl-gümüşlə doldurmuşlar".
Zərdə Kəmər (Bicar)
Zərdə Kəmər (fars. زرده كمر‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 219 nəfər yaşayır (52 ailə). Əhalisini kürdlər təşkil edir.
Zərli tıs-tıs
Zərli tıs-tıs (lat. Acantholimon glumaceum) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü. Qafqaz, Şərqi Anadolu, Cənub-Qərbi Asiya, Türkiyənin şimal-şərqində təsvir edilmişdir. İran-Turan coğrafi elementinə daxildir. 15-40 sm diametrində olan kolcuqdur. Yastığı, olduqca sıx yarpaqları ərpsiz, xətli-bizvari və sərtdir. Çiçəkləri son sünbüldə toplanıb, ikicərgəli, 5-11 sünbülcüklüdür. Çiçəkaltlıqları pulcuqvari, xarici geniş-yumurtavari, daxildəki uzun və ağ haşiyəlidir. Kasacığın borusu damar boyu tükcüklü, büküyü ağ olub, qara-bənövşəyi damarlıdır. Tacı iri və parlaq qırmızıdır.
Zerti
Zerti — Azərbaycan Respublikasının Laçın rayonu Zerti kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun ləğv edilərək Laçın şəhərinə birləşdirilmiş Qarıkaha kənd Sovetinin mərkəzi Zerti kəndinə keçirilmiş, bu kənd soveti Zerti kənd Soveti adlandırılmışdır. Oykonimin kürd mənşəli zertuyi tayfasının adını daşıdığı güman edilir. Orta əsrlərdə bu tayfa İran-Türkiyə sərhəd zonasında yaşamışdir. Yaşayış məntəqəsi Abdallar (indiki Laçın şəhərinin keçmiş adı) kəndindən çıxmış zertuyi nəslinin indiki ərazidə məskunlaşması nəticəsində yaranmışdır. Bəzi tədqiqatçılara görə, toponim kürd dilindəki zerlzdr (qırmızı) və ti (kənd) sözlərindən düzəlib, "qırmızı kənd" mənasındadır. 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Zerti kəndi mahalın bir hissəsi olmuşdur. Kürdüstan qəzası ləğv edildikdən sonra Zerti Laçın rayonunun tərkibinə daxil edilmişdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.
Toral və Zəri (1979)
Filmdə min il bundan əvvəl olmuş hadisələr, Qobustanda məskunlaşmış ən qədim tayfalar haqqında danışılır. Vaxtilə burada hər şey birmənalı olmuşdur: qəzəb də, məhəbbət də, səmimilik də. Sadəlövhlük, hisslərin açıq büruzə verilməsi amansızlıqla qaynayıb, qarışmışdı. İnsan qəlbinin mürəkkəbliyi və onun dərinliklərində gedən təlatümlər qorxu və düşmənçilik hisslərini qüvvətləndirdi... Müəlliflər göstərmək istəmişlər ki, həyatda hər şey məhv olsa da sənət yaşayır, əbədi olaraq insanlara sevinc və ilham bəxş edir. Multiplikasiya filmi yaşlı tamaşaçılar üçün nəzərdə tutulmuşdur. Film Rüstəm Babaxanovun eyniadlı povesti əsasında ekranlaşdırılmışdır. Əsərin müəllifi: Rüstəm Babaxanov Ssenarinin müəllifi: Həsən Seyidbəyli Rejissor: Əsgər Məmmədov Rəssam: Elçin Axundov Operator: Ramiz Ağayev Bəstəkar: Aqşin Əlizadə Səs operatoru: Akif Nuriyev Cizgi rəssamları: Bəhmən Əliyev, Vahid Talıbov, Rauf Dadaşov, Arifə Hatəmi, Vaqif Məmmədov, Solmaz Hüseynova, Hüseyn Cavid İsmayılov Rejissor assistenti: Sima Qurbanova (S.Qurbanova kimi) (mövqe göstərilməyib) Assistentlər: T.Hüseynov, Ziya Xəqani (Ziya Xaqani kimi) Montaj edən: Nailə Dadaşova Redaktor: Ədhəm Qulubəyov Filmin direktoru: Eldar Əliyev Fazaçı rəssam: Firəngiz Quliyeva (titrlərdə yoxdur) Mətni oxuyan: Şahmar Ələkbərov (titrlərdə yoxdur) Yusif Vəliyev — tayfa üzvü (titrlərdə yoxdur) Sadıq Hüseynov — tayfa başçısı (titrlərdə yoxdur) Rasim Balayev — Toral (titrlərdə yoxdur) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Qasr-i Zərd döyüşü
Qəsr-i Zərd döyüşü 1453-cü ildə Teymurilər hökmdarı Qasım Babür Sultan ilə Qaraqoyunlu Şəxzadə Pirbudaq arasında baş verən toqquşma. Atası Cahanşahın tapşırığı ilə Qum və ətrafını ələ keçirən Pirbudaq ikinci oldu. Onun diqqət yetirdiyi bölgə İsfahan idi. Əslində Qumdakı işini başa vurduqdan sonra İsfahana tərəf hərəkət etdi. Pirbudaqın İsfahana yaxınlaşdığını eşidən İsfahan Camaat başçı Məhəmməd-i Dərəki Pirbudaqın yanına göndərib ona itaət etdiklərini bildirdilər. Xəbər verdilər. Bu arada İsfahanı vermək istəməyən Qasım Babur, Qara İsgəndərin oğlu Əlvənd Mirzə, Ata Həsən-ı Karkın, Həsən-ı Cılbıri, Şeyx Hacı Pəhlivan Hüseyn-i Divanəni 10.000 nəfərlik bir qüvvə ilə İsfahanlılara kömək üçün göndərdi. Zinderun sahillərində məskunlaşdılar və şəhər əhalisindən ərzaq və insan yardımı aldılar. Onlar bunu istəyirdilər. Lakin İsfahanlılar Baburun və onun adamlarının hakimiyyətindən razı qaldılar.
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — Azərbaycan xalqı qarşısında böyük xidmətləri olmuş şəxslər üçün təyin edilmiş fərdi təqaüd. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli fərmanı ilə Azərbaycanın ədəbiyyat və incəsənət xadimlərinin, elm, təhsil, mədəniyyət, iqtisadiyyat, dövlət idarəçiliyində və digər sahələrdə böyük əməyi olmuş şəxslərin xidmətlərinin qiymətləndirilməsi və onların sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə təsis edilmişdir. Fərdi təqaüd Azərbaycan Respublikası Prezidentinin qərarı ilə dövlət büdcəsi hesabına verilir. Təqaüdün təsis edilməsi haqda fərmana uyğun olaraq, hər biri 1000 manat məbləğində 500 fərdi təqaüd müəyyən edilmişdir. 2014-cü ilin əvvəlinə olan rəsmi statistikaya görə, 434 nəfərə Prezidentin fərdi təqaüdü verilir. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli Sərəncamı ilə fərdi təqaüdə layiq görülən ilk 149 nəfərdən biri olan yazıçı Əkrəm Əylisli, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 7 fevral tarixli Sərəncamı ilə bu təqaüddən məhrum edilmişdir. Buna səbəb olaraq "Böhtan dolu əsəri ilə Azərbaycan tarixini məqsədyönlü şəkildə təhrif edən Əkrəm Əylislinin (Əkrəm Nəcəf oğlu Naibovun) Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdündən məhrum edilməsi barədə ictimaiyyətin, o cümlədən Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş soydaşlarımızın çoxsaylı müraciətləri" göstərilmişdir.
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — Azərbaycan xalqı qarşısında böyük xidmətləri olmuş şəxslər üçün təyin edilmiş fərdi təqaüd. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli fərmanı ilə Azərbaycanın ədəbiyyat və incəsənət xadimlərinin, elm, təhsil, mədəniyyət, iqtisadiyyat, dövlət idarəçiliyində və digər sahələrdə böyük əməyi olmuş şəxslərin xidmətlərinin qiymətləndirilməsi və onların sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə təsis edilmişdir. Fərdi təqaüd Azərbaycan Respublikası Prezidentinin qərarı ilə dövlət büdcəsi hesabına verilir. Təqaüdün təsis edilməsi haqda fərmana uyğun olaraq, hər biri 1000 manat məbləğində 500 fərdi təqaüd müəyyən edilmişdir. 2014-cü ilin əvvəlinə olan rəsmi statistikaya görə, 434 nəfərə Prezidentin fərdi təqaüdü verilir. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli Sərəncamı ilə fərdi təqaüdə layiq görülən ilk 149 nəfərdən biri olan yazıçı Əkrəm Əylisli, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 7 fevral tarixli Sərəncamı ilə bu təqaüddən məhrum edilmişdir. Buna səbəb olaraq "Böhtan dolu əsəri ilə Azərbaycan tarixini məqsədyönlü şəkildə təhrif edən Əkrəm Əylislinin (Əkrəm Nəcəf oğlu Naibovun) Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdündən məhrum edilməsi barədə ictimaiyyətin, o cümlədən Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş soydaşlarımızın çoxsaylı müraciətləri" göstərilmişdir.
Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı
Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (ing. Individual Partnership Action Plans; IPAP) — NATO ilə müxtəlif ölkələr arasında hazırlanmış, hər iki tərəf arasında dialoq və əməkdaşlıq üçün kommunikasiyanın məqsədlərini və çərçivəsini müəyyən edən planlar. NATO FTüƏP təşəbbüsünü 2002-ci ildə Praqa Sammitində irəli sürmüşdür. Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı aşağıdakı ölkələrdə tətbiq olunur: Gürcüstan (29 oktyabr 2004) Azərbaycan (27 may 2005) Ermənistan (16 dekabr 2005) Qazaxıstan (31 yanvar 2006) Moldova (19 may 2006) Bosniya və Herseqovina (10 sentyabr 2008) Serbiya (15 yanvar 2015) Azərbaycan, Ermənistan, Moldova, Qazaxıstan və Serbiya hazırda NATO-ya üzv olmaq niyyətində olmadıqlarını bildirsələr də, onların hamısı NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramında iştirak edirlər. Gürcüstan və Ukrayna hazırda NATO-ya üzvlük üçün intensivləşdirilmiş dialoqdan keçir, Bosniya və Herseqovinanın isə Üzvlük Fəaliyyət Planı var və NATO-ya daxil olmaq üçün fəal çalışır.
Berdi Kerbabayev
Berdi Kerbabayev (туркм. Berdy Myradowiç Kerbabaýew; 3 (15) mart 1894 — 23 iyul 1974) — sovet türkmən yazıçısı, dramaturqu, Türkmənistan SSR xalq yazıçısı (1967), Türkmənistan SSR Elmlər Akademiyasının akademiki (1951), "Sosialist Əməyi Qəhrəmanı" (1969), iki "Stalin" mükafatı laureatı (1948, 1951). Berdi Muradoviç Kerbabayev 1894-cü il martın 3-də Türküstan vilayətinin ,indiki Türkmenistanın Əhal vilayətinə daxil olan Təcən qezasının Qovgözərən kəndində anadan olmuşdur. Uşaq ikən Amanşa-Kapan kəndində mollanın nəzdindəki məktəbdə oxuyub. O, Təcən və Kaahk şəhərlərində mədrəsələrdə, sonra Buxarada ərəb və fars dillərini öyrənib. Vətəndaş müharibəsi başlayanda, 1918-ci ilin iyun ayından Əziz xanın basmaçı dəstəsində kargüzar idi. 1918-ci ilin sonunda bolşeviklərlə əlaqədə şübhəli bilinərək ağqvardiyaçılar tərəfindən həbs edildi, lakin səhraya qaçdı və orada uzaq köçərilərdə gizləndi. 1919-cu ilin mayında Qızıl Ordunun Zakaspiysk cəbhəsində siyasi şöbəsinə daxil olur. 1919-cu ilin sonunda ordudan tərxis olundu, Təcənə qayıtdı, vilayət və volost xalq maarif şöbələrində təlimatçı işlədi, təhsil kursları açıb, özü dərs keçirdi. O, Təcən volostunun icraiyyə komitəsinin sədri olub, sonra “Türkmənistan şuraları” qəzetində işləyib.
Berdi qalası
Berdi qalası — Culfa rayonunun Qazançı kəndindən cənub-şərqdə tarixi-arxeoloji abidə. Ad qədim türk dillərində, eləcə də yakut türklərinin müasir dillərində "qala" mənasını daşıyır. Bu ad hazırda Azərbaycanın Bərdə şəhər, Berdi qala, Berd qala və Berdi bəy kimi türk sərkərdələrinin adlarında qalmaqdadır. Sözün birinci "börü" tərkibi həm qədim türk dillərində, həm də F. Rəşidəddinin "Oğuznamə" əsərində "qurd" mənasını daşıyır. Hər iki halda söz qədim türk sözü olub, "qala", "qurdlu dik" mənalarını daşıyır. Qala təbii qayanın üzərindədir. O, hər tərəfdən sıldırım qayalarla əhatə olunmuşdur. Qalanın yalnız şərq tərəfində müdafiə divarının qalıqlarına rast gəlinmişdır. Onun mərkəzi hissəsində heyvan saxlamaq üçün kələk və dördkünc formalı yaşayış binalarının qalıqları durmaqdadır. Yaşayış binaları bir otaqlıdır.
Cüzeppe Verdi
Cüzeppe Fortunino Françesko Verdi (it. Giuseppe Fortunino Francesco Verdi; 10 oktyabr 1813[…], Le Ronkole[d], Taro departamenti[d] – 27 yanvar 1901[…], Milan) — XIX əsr italyan bəstəkarı. Əsasən opera əsərlərinin müəllifi olub. Onun bir çox əsərləri hal-hazırda dünyanın bir çox ölkələrindəki teatr səhnələrində tamaşaya qoyulur. Cüzeppe Verdi kiçik otel işlədən Karlo Verdi ilə kəndli qızı Marianninin ikinci uşağı idi. 10 oktyabr 1813-cü ildə Şimali İtaliyadakı Ronkole şəhərində, hazırda muzey kimi istifadə olunan evdə dünyaya göz açıb. Ailəsindən heç kim musiqi ilə məşğul olmasa da Verdi musiqiyə çox düşkün idi. O, kilsə orqançısından ilk musiqi dərslərini alıb. 10 yaşından etibarən bazar günləri kilsədə orqan çalmağa başlayıb. Heç vaxt musiqi ilə məşğul olmayan ailəsi onun musiqi təhsili alması üçün böyük səy göstərir, köhnə piano aldıqdan sonra Busetto qəsəbəsinə göndərərək oradakı bədii mühitdən yararlanmasını təmin edib.
Giuseppe Verdi
Cüzeppe Fortunino Françesko Verdi (it. Giuseppe Fortunino Francesco Verdi; 10 oktyabr 1813[…], Le Ronkole[d], Taro departamenti[d] – 27 yanvar 1901[…], Milan) — XIX əsr italyan bəstəkarı. Əsasən opera əsərlərinin müəllifi olub. Onun bir çox əsərləri hal-hazırda dünyanın bir çox ölkələrindəki teatr səhnələrində tamaşaya qoyulur. Cüzeppe Verdi kiçik otel işlədən Karlo Verdi ilə kəndli qızı Marianninin ikinci uşağı idi. 10 oktyabr 1813-cü ildə Şimali İtaliyadakı Ronkole şəhərində, hazırda muzey kimi istifadə olunan evdə dünyaya göz açıb. Ailəsindən heç kim musiqi ilə məşğul olmasa da Verdi musiqiyə çox düşkün idi. O, kilsə orqançısından ilk musiqi dərslərini alıb. 10 yaşından etibarən bazar günləri kilsədə orqan çalmağa başlayıb. Heç vaxt musiqi ilə məşğul olmayan ailəsi onun musiqi təhsili alması üçün böyük səy göstərir, köhnə piano aldıqdan sonra Busetto qəsəbəsinə göndərərək oradakı bədii mühitdən yararlanmasını təmin edib.
Txaba-Yerdi
Txaba-Yerdi (inquş Тхьаба-Ерда, ТкъобӀаь-Ерда) — İnquşetiyanın Ceyrax rayonunda, Assa dərəsinin Xayrax və Pui kəndləri arasında, Gürcüstanla sərhəddən çox uzaqda yerləşən qədim xristian məbədi. Ceyrax-Assa Dövlət Tarix-Memarlıq və Təbiət Muzey-Qoruğunun tərkibinə daxildir. Uzunluğu 17 metr, eni 7,5 metrdir. Txaba-Yerdi dağ məbədinin kim tərəfindən və nə vaxt tikildiyi barədə tarixçilər, arxeoloqlar arasında yekdil fikir yoxdur. 10 noyabr 2012-ci ildə kilsədə yüz ildən artıq müddətdə ilk dəfə olaraq pravoslav ibadəti keçirilib. Abidənin adının mənası ilə bağlı alimlər arasında yekdil fikir yoxdur. Bəzi tədqiqatçılar adın inquş dilindən ТкъобIa-Ерды "İnancımız", eyni zamanda "İnam məbədi" mənasını verdiyini, digər tədqiqatçılar isə "İki min müqəddəs" mənasını verdiyini bildirirlər. Üçüncü qrup alimlər isə Txaba-Erdinin Tom-Erdadan, yəni Müqəddəs Tomas məbədindən təhrif edildiyi və sözün əsl mənasında "Thaba-erd bizim ziyarətgahımızdır" versiyasını da irəli sürürlər. Məbədin ilk təsviri 1787-ci ildə hərbi kvartirmeyster L.T.Şteder tərəfindən verilmişdir. 1811-ci ildə geoloq M.Enqelhardt məbədin planını götürür və onun eskizlərini çəkir.
Ferdi Tayfur
Ferdi Tayfur (15 noyabr 1945, Adana) – türkiyəli müğənni, oyuncu, rejissor, şair, bəstəkar, yazıçı və müsəlman iş adamı, Türkiyənin ən uğurlu və məşhur simalarından biri. Musiqi və oyunculuq dünyasında 30-dan çox musiqi və film albomu olsa da, 1982-ci ildə Ferdifon Müzik musiqi şirkətini qurdu. O, həmçinin 2009-cu ildə İmran Sənayesinə daxil olub. Arabesk Kralı (türkcə: Arabesk'in Kralı) türk xalqı tərəfindən ona verilən məşhur bir tituldur. Onu Fərdi Baba olaraq də tanıyırlar. Sorğuya görə, 2021-ci ildə Türkiyənin ən populyar musiqi siması adını məşhur televiziya proqramı olan Şarkılar Bizi Söylər qazanıb. Həmçinin Türkiyə musiqisi'nin qurucularından və qabaqcıllarından biridir.
Zeri (Xoy)
Zeri (fars. زري‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1.598 nəfər yaşayır (293 ailə).
Ferdi Sabit Soyer
Ferdi Sabit Soyer (d. 5 mart 1951, Nikosiya, Kipr) - Şimali Kipr Türk Respublikasının baş naziri.
Azəri
Azərbaycanlılar (az-əbcəd. آذربایجانلیلار‎), Azərbaycan türkləri və ya azərilər (az-əbcəd. آذریلر‎) — əsasən İranın şimal-qərbini əhatə edən Cənubi Azərbaycanda və Azərbaycan Respublikasında yaşayan türk xalqı. Azərbaycan və İrandan başqa, həm də indiki Rusiya (Dağıstan), Gürcüstan (Borçalı), Türkiyə (Qars və İğdır) və İraq ərazisində yaşayırlar. Antropoloji cəhətdən Avropoid irqinin Kaspi tipinə aiddirlər. Azərbaycan dilində danışırlar. Dindarları əsasən İslam dininin şiə təriqətindədirlər (yalnız Cəfəri məzhəbində). Müasir Azərbaycan etnosunun Cənubi Qafqaz və Şimal-Qərbi İran ərazisində formalaşması prosesi çoxəsrlik bir proses olmuş və əsasən, XV əsrin sonlarında başa çatmışdır. Azərbaycanlılar saylarının çoxluğuna görə Qafqazda birinci, Gürcüstan və İranda isə ikinci xalqdır. Azərbaycanın özündə isə 10,1 milyona yaxın (2019) azərbaycanlı yaşayır (ölkə əhalisinin 93,6%-i).
Bordi
Bordi - 1468-ci ilə aid ermənicə mənbədə Rəvan əyalətinin Sisəcan nahiyəsində kənd adı. Buradi adının ermənicə yazılmışdır. Fars dilində bur əkilməmiş yer, boşaldılimış yer və deh kənd sözlərindən ibarətdir.
Bərdə
Bərdə şəhəri — Bərdə rayonunun inzibati mərkəzi. 1948-ci ildə rayon tabeli şəhər statusu almışdır. Qədim Bərdə şəhəri indiki ərazisindən təqribən 5 kilometr kənarda yerləşib. Tarixi mənbələrə görə, eradan əvvəl 4–5 ci əsrlərdən inkişaf edən bu şəhər 1500 il əvvəl Qafqazın ən böyük şəhərindən biri olub və sonralar Azərbaycan ərazisindəki Albaniya dövlətinin iri yaşayış məntəqəsi hesab edilib. 75 kvadratmetr ərazidə aparılan arxeoloji tədqiqatlar zamanı şəhərin tarixini 3 təbəqədə izləmək mümkün olub. Üst təbəqə IX–X əsrləri, 2-ci mədəni təbəqə II əsrdən VIII əsrə qədər olan dövrü, 3-cü təbəqə b.e.ə. IV əsrdən bizim eranın III əsrinə qədər olan dövrü əhatə edir. Qədim alban tayfalarının məskunlaşdığı Bərdənin xarabalıqları altından müxtəlif dövrlərə aid sənətkarlıq nümunələri ilə yanaşı evlərin qalıqları, təndirlər, ocaq yerləri, quyular aşkar edilib. Arxeoloqlar qazıntılar zamanı Bərdə şəhərinin 943-cü ildə ruslar tərəfindən işğalını əks etdirən izlərə də rast gəlib. Bərdə ərazisindən Mesopotomiya, Yunan və Parfiya mədəniyyəti dövrlərinə aid pullar da tapılıb.
Bərdəi
Bərdəi (və ya Bərdəvi) — Azərbaycanda daha işlədilən təxəllüs, əslən Bərdədən olanlar tərəfindən istifadə olunur. Bu təxəllüsü olan tanınmış insanlar Əbusəid Bərdəi - hənəfi alimi.
Dəndi
Dəndi- İranın Zəncan ostanının Mahnişan şəhristanının Ənquran bəxşində şəhər və bu bəxşin mərkəzidir. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Dərgi
Jurnal (fr. journal — gündəlik, gün qeyd etmək, fr. jour — gün sözündən) — kütləvi informasiya vasitəsi olub, çoxsəhifəli dövri nəşr, yüksək poliqrafik səviyyəsi ilə fərqlənən, mətbuatda reklam vasitələindən biri. Jurnallar əsasən gündəlik baş verən və tez-tez dəyişən hadisələrin işaqılandırılması ilə məşğul olmurlar. Onlar həftə, ay kimi müəyyən bir dövrü əhatə edən zaman ərzində baş vermiş hadisələri dərindən təhlil edirlər. Jurnallar uzun müddətli istifadə üçün nəzərdə tutulur, bu səbəbdən də onlar daha qalın cildə malik olur və daha keyfiyyətli kağızda çap edilir. Jurnallar təyinatına görə fərqlənirlər: elmi jurnallar və populyar jurnallar. Elmi-tədqiqat işlərinin nəticələrinin nəşr olunmasında və elmi ictimaiyyətə çatdırılmasında, eləcə də yeni metodikaların və pedaqoji texnologiyaların yayılmasında təhsil və elm sistemində fəaliyyət göstərən elmi və elmi-metodik nəşr. Azərbaycanda elmi jurnallar Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin qərarı ilə dərc olunur. Bu gün (2008) Azərbaycanda 500-dən çox qəzet və bir neçə jurnal nəşr olunur və bu mətbuat orqanlarında çoxsaylı jurnalist ordusu fəaliyyət göstərir.
Dərzi
Dərzi və ya dərzilik tekstil məhsullarını emal edərək geyim, paltar və ya ev tekstili məhsullarına çevirən insanlara verilən addır. Xüsusi tikiş məharəti tələb edən bu sahə fərdə identik olaraq xüsusi günlərdə nəzərdə tutulmuş sifarişli geyimlər tikən, həmçinin müəyyən standartlara uyğun olmayan, ölçülərə uyğun gəlməyən şəxslərə paltar tikən insana dərzi deyilir. Bu peşə Osmanlıda da çox edilmişdir. Dərzi və ya dərzilik, toxuculuq məhsullarını geyim və ya ev toxuculuq məhsullarına çevirənlərə deyilir. Şəxslərin istəklərinə görə geyim, şalvar, yubka, bluza, köynək, gödəkçə, gəlinlik paltarı, axşam paltarı və palto istehsal edən və/və ya təmir edən şəxsdir.
Fərid
Fərid — kişi adı.
Fərxi
Fərxi — İranın İsfahan ostanının Xur və Biyabanək şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,600 nəfərdən ibarət idi.
Gərmi
Germi — İranın Ərdəbil ostanında şəhər, Germi şəhristanının inzibati mərkəzi. Germi şəhəri Ərdəbil şəhərinin şimalında, Parsabad şəhərinin cənubunda yerləşir. Şəhər Ərdəbildən 90 km, Parsabaddan isə 150 km. aralıdır. Əhalisi 32 000 nəfərdir, əsasən maldarlıq və əkinçiliklə məşğuldur. Şəhərin adı çox güman ki farsca "isti, ilıq" mənalarını daşıyan "gərm" sözündən gəlir. Burada yay isti, qış mülayim keçir. Şəhər dörd dağın arasındadır.
Çerri-Hill (Nyu-Cersi)
Çerri-Hill (ing. Cherry Hill) — ABŞ-nin Nyu-Cersi ştatındakı Kamden dairəsində yerləşən şəhər.
Cerki
Cerki (ing. jerky) - qaxac edilmiş, nazik kəsilmiş ət parçaları. Xüsusi qaydada bişirilir. Cersinin tək və ya iştahaçıcı kimi istifadə etmək olar. Cersi sözü ch'arki terminindən irəli gəlir və mənası "saralmış ət" deməkdir. əsas məqsəd əti müəyyən müddət basdırma etməkdir. Avropada cersi Napaleonun dövründə məşhurlaşmağa başladı . Cersi ABŞ və Qərbi Avropada çox məşhurdur. 1996-cı ildə NASA-nın əsas yeməklərindən biri olur. O artıq çəki yaratmır və yüksək keyfiyyətə malikdir.