Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əhməd Zevail
Əhməd Zevayl (ərəb. أحمد حسن زويل‎, ing. Ahmed H. Zewail; 26 fevral 1946[…], Dəmənhur – 2 avqust 2016[…], Pasadena, Kaliforniya) — Misir-ABŞ kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı (1999). Əhməd Zevayl 1946-cı il fevralın 26-da Misirin şimalındakı Damanhur şəhərində anadan olub. Uşaqlıq illəri Nil çayının sahilində yerləşən Desuk qəsəbəsində keçib. Atası Xasan Zevayl və anası Rauxin Dar övladlarının gələcəyi barədə ciddi düşünür, Əhmədin elmlərə can atmasını hərtərəfli dəstəkləyirdilər. Həmyaşıdlarının xoşagəlməz təsiri altına düşməməsi üçün atası onu gözündən qoymayıb. Öz ailəsinə çox yaxşı qayğı göstərən atası onun üçün örnək idi. O, oğluna öz işinə sədaqətlə xidmət etməyi öyrədirdi. Əhmədin anası təhsil almamışdı, lakin o, övladlarının yaxşı təhsil almasına can atırdı.
Zuvand
Köhnə Zuvand — Masallı rayonunda kənd. Yeni Zuvand — Masallı rayonunda kənd.
Zəvarə
Zəvarə — İranın İsfahan ostanının Ərdistan şəhristanının Zəvarə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,806 nəfər və 2,197 ailədən ibarət idi.
Zəyzid
Baş Zəyzid
Nəvai
Navahi və ya Navahı: Navahi (Ağsu) — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. Nəvai (Xoy) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Zəbid
Zəbid—Yəməndə tarixi bir şəhər. Yəmən Tihaməsində Hudəydənin 100 km. cənubi-qərbində yerləşir. Qırmızı dənizə 25 km. uzaqlıqdadır. Şəhər, adını ortasında qurulduğu verimli vadidən almışdır. Bura öncələri Əşarilərdən Husayb ibn Abdüşəmsə izafətən Husayb adıyla bilinməkdə və bir neçə kənddən meydana gəlməkdəydi. Bölgədə yaşayan Əşar (Əşairə) qəbiləsi mənsublarından içlərində Əbu Musa əl-Əşarinin də olduğu bir heyət 628-ci ildə müsəlman olduqlarını bildirmək üzrə Mədinəyə doğru yola çıxmış, ancaq mindikləri gəmi fırtına üzündən Həbəşistan sahilinə sürüklənincə buradakı mühacirlərə qatılmışdılar. Həzrət peyğəmbərin bölgəyə vali təyin etdiyi Tahir b. Əbu Halə ilə Əbu Musa əl-Əşaridən sonra Yəmən Xüləfa-yi Raşidin və Əməvilər dövründə, ardından Abbasilərin ilk dönəmində valilər tərəfindən idarə olundu.
Baş Zəyzid
Baş Zəyzid — Azərbaycan Respublikasının Şəki rayonunun Baş Zəyzid kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Baş Zəyzid Şəki rayonunun Zəyzid inzibati ərazi vahidində kənd. Zəyzid çayının sahilində Baş Qafqaz silsiləsinin cənub ətəyindədir. Baş Zəyzid variantında da qeydə alınmışdır. Oykonim "yuxarı Zəyzid kəndi" deməkdir. == Coğrafiyası və iqlimi == Kənd Böyük Qafqaz silsiləsinin cənub ətəyində, Zəyzid çayının sahilində yerləşir. == Əhalisi == Kəndin əhalisi 4788 nəfər təşkil edir ki, onun da 2416 nəfəri kişi, 2372 nəfəri isə qadındır. .
Köbər Zəyzid
Köbər Zəyzid — Azərbaycan Respublikasının Şəki rayonunun Orta Zəyzid kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Köbər Zəyzid Şəki rayonunun Zəyzid inzibati ərazi vahidində kənd. Baş Qafqaz silsiləsinin ətəyində, Qanıx-Əyriçay çökəkliyindədir. Köbər komponenti yaşayış məntəqəsini rayonun ərazisindəki Baş Zəyzid və Orta Zəyzid kəndlərindən fərqləndirməyə xidmət edir. Oykonimin "köbər" hissəsi bəzilərinin fikrincə əcdadları xəzərlərin kabar tayfası olan kəbirli tayfa adı ilə bağlıdır. Lakin azərbaycan dilində ayrıca "köbər" sözü mövcuddur, mənası da "dik yer, dikdir, dik torpaq qalağı, hündür yer" deməkdir. Bu cür açıqlama kəndin yerləşdiyi relyefi təsvir etdiyinə görə daha məntiqli ola bilər. Adın "zəyzid" (zəkzid/zəqzit) hissəsinə gəlincə isə, bəziləri onu monqol tayfalarından birinə məxsus olduğunu bildirirlər, lakin digər açıqlamalar da mövcuddur. Məsələn, xalq etimologiyasına görə "zəyzid" sözü üzdə əmələ gələn kəsiklərin müalicəsi üçün istifadə olunan Zəy adlı maddənin adı ilə bağlıdır. Hal-hazırda bu maddədən hələ də bərbərxanalarda istifadə olunur, qanı qısa müddətdə kəsmə qabiliyyətinə malikdir.
Köhnə Zuvand
Köhnə Zuvand — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Masallı rayonunun Güllütəpə kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Köhnə Zuvand kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Əhalisi == Əhalisi 625 nəfərdir.
Orta Zəyzid
Orta Zəyzid — Azərbaycan Respublikasının Şəki rayonunun Orta Zəyzid kənd inzibati ərazi dairəsində kənd. Qafqaz Albaniyasının ən qədim kəndlərindən biridir . Orta Zəyzid kəndi rayonun ən qədim kəndlərindən biri, ölkənin ən qədim yaşayış məskənlərindəndir. Kənddə X-XI əsrə aid Zəyzid məbədi yerləşir. Bundan başqa, iki alban kilsəsi də öz varlığını qoruyub saxlamışdır. Lakin hər üç məbədin diqqətdən kənar qalması onları təbiətin amansız sürprizlərinə qarşı dözümsüz qılır və hər an məhv olmaq təhlükəsi ilə üz-üzə qoyur. Kəndin dağlıq hissəsində Alban qəbiristanlığı yerləşir. Qəbirlərin eramızın VII-VIII əsrlərində və daha əvvəl yaşamış xristian albanlara məxsus olduğu qeyd edilir. Məzar daşlarının kortəbii və nizamsız şəkildə - İslam ənənəsinə zidd yerləşməsi onların xristian olduğunu deməyimizə imkan verir. Tarix kursundan bildiyimiz kimi, albanların İslamı qəbul etməsi eramızın VII-VIII əsrlərinə təsadüf edir.
Yeni Zuvand
Yeni Zuvand (əvvəlki adı: Zuvandlı) — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə Masallı rayonunun Güllütəpə kənd inzibati ərazi dairəsi tərkibindəki Zuvandlı kəndi Yeni Zuvand kəndi adlandırılmışdır. Yaşayış məntəqəsi Lerik rayonunun indi mövcud olmayan Zuvand kəndindən (keçmişdə Masallı rayonunun adı da Zuvand olmuşdur) çıxmış ailələrin bu ərazidə məs­kunlaşması nəticəsində yaranmışdır. Oyko­nim "Zuvanddan gələnlər, zuvandlılar" mə­nasındadır. 2001-ci ildən kəndin adı Yeni Zuvand kimi rəsmiləşdrilmişdir. Əhalisi 888 nəfərdir. Kənddə 1 tam orta məktəb fəaliyyət göstərir.
Zuvand itburnusu
Zuvand itburnusu (lat. Rosa zuvandica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. Qafqazda yayılmışdır. Hündürlüyü 1,5-2 m olan koldur; budaqları yuxarı qalxan və ya bir az əyilmişdir. Tikanları yarpaqların bünövrəsində cüt yerləşmiş, düz və ya bir az əyridir. Orta yarpaqların uzunluğu 5-8 sm, yalançı zoğları ensiz, uzunluğu 8-10 mm, hər tərəfdən çılpaqdır, ancaq alt tərəfdə bol vəzicikli, kənarları cüt dişli və vəzicikli-kirpikciklidir. Əsas oxu gövdə vəzicikləri və seyrək tükcüklərlə örtülmüşdür. Xırda yarpaqları 7 ədəd, enli-ellipsvari, ucu qısa, biz, uzunluğu 1,2-1,8 sm, eni 0,7-1,1 sm-dir, yaşlı zoğlarda tünd, yuxarı tərəfi seyrək, alt tərəfi sıx tükcüklü, hər tərəfdən vəziciklidir, kənarları cüt dişli, dişcikləri vəziciklidir. İyun-iyul aylarında çiçəkləyir. Çiçəkləri xırda, çiçək saplağı hipanti kimi seyrək vəziciklidir, uzunluğu 1-1,2 sm-dir.
Zuvand qaraşəngi
Zuvand qaraşəngi (Elmi adı - Scrophularia zuvandica) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir, Qafqazın endemik növüdür. İkiillik ot bikisidir. Gövdələr çox və ya az, 20-37 sm hündürlükdədir. Yarpaqlar, uzunsov, yumurtavari, lələkvari-kəsilmiş, hissəcikləri lansetvari və ya xətvari, üçkünc dişciklidir. Çiçək qrupu – uzunsov, dar süpürgədir. Ksacıq 2 mm uzunluğunda, kənardan ağ pərdəlidir. Tac 5 mm uzunluğunda, al qırmızı qonur-rəngli, kasacıqdan uzundur. Staminodi sırdadır. Erkəkciklər tacdan çıxır.
Zuvand rayonu
Lerik rayonu — Azərbaycan Respublikasında inzibati–ərazi vahidi. İnzibati mərkəzi Lerik şəhəridir. Lerik rayonu 1930-cu il avqustun 8-də təşkil olunmuşdur. 1938-ci ilədək Zuvand rayonu adlandırılmışdır. Lerik rayonu 1930-cu ilin avqust ayında təşkil edilmişdir. 1938-ci ilə yanvar ayınadək mərkəzi Qosmalıan kəndi olmaqla Zuvand rayonu adlanmışdır. 29 kənd ərazi icra nümayəndəliyi və 29 bələdiyyə qurumu fəaliyyət göstərir. 1084 km² əraziyə malik olan rayonda 161 kənd və bir şəhər vardır. Prezident İlham Əliyevin 13 iyun 2008-ci il tarixli sərəncamı ilə rayon mərkəzi olan Lerik qəsəbəsinə şəhər statusu verilmişdir. Lerik rayonunun ərazisi ən qədim yaşayış məskənlərindən biridir.
Zəvacir (Xudabəndə)
Zəvacir (fars. زواجر‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 808 nəfər yaşayır (198 ailə).
Zəyzid kilsəsi
Zəyzid məbədi — Şəki rayonunun Orta Zəyzid kəndində yerləşən təxminən X-XI əsrlərə aid kilsə. Tikili Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli tarix-memarlıq abidəsi kimi qeydiyyata alınmışdır. Planda xaçvari formaya malik olan Zəyzid kilsəsində şərq qolu istisna olmaqla, xaçın digər qolları düzbucaqlı formaya malikdir. Şərq qolunda yarımdairəvi plana malik apsida yerləşir. Xaçın kəsişmə yerinin küncləri düzbucaqlı kapitel plitəsinə malik pilyastrlar formasında həll edilmişdir. Bir-birinin üstünə asılan yrımdairəvi tağlar yumru kəməri saxlayır. Kəmər üzərində isə kilsənin barabanı və dövrümüzə çatmamış günbəzi yerləşirdi. Kilsənin şimal divarında, bütün divar boyunca çəkilmiş iki qat üzləmə dövrümüzə çatmışdır. Üzləmə üzərində qədim freskaların izləri müşahidə edilməkdədir. Bizim eranın əvvəllərində Qafqaz Albaniyası ərazisində xristianlığın aktiv təbliği və yayılması, IV əsrdən etibarən isə dövlət dininə çevrilməsi çoxlu sayda kilsə və monastırların inşasına vüsət vermişdir.
Zəyzid məbədi
Zəyzid məbədi — Şəki rayonunun Orta Zəyzid kəndində yerləşən təxminən X-XI əsrlərə aid kilsə. Tikili Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli tarix-memarlıq abidəsi kimi qeydiyyata alınmışdır. Planda xaçvari formaya malik olan Zəyzid kilsəsində şərq qolu istisna olmaqla, xaçın digər qolları düzbucaqlı formaya malikdir. Şərq qolunda yarımdairəvi plana malik apsida yerləşir. Xaçın kəsişmə yerinin küncləri düzbucaqlı kapitel plitəsinə malik pilyastrlar formasında həll edilmişdir. Bir-birinin üstünə asılan yrımdairəvi tağlar yumru kəməri saxlayır. Kəmər üzərində isə kilsənin barabanı və dövrümüzə çatmamış günbəzi yerləşirdi. Kilsənin şimal divarında, bütün divar boyunca çəkilmiş iki qat üzləmə dövrümüzə çatmışdır. Üzləmə üzərində qədim freskaların izləri müşahidə edilməkdədir. Bizim eranın əvvəllərində Qafqaz Albaniyası ərazisində xristianlığın aktiv təbliği və yayılması, IV əsrdən etibarən isə dövlət dininə çevrilməsi çoxlu sayda kilsə və monastırların inşasına vüsət vermişdir.
Nəvai (Xoy)
Nəvai (fars. نوايي‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Nəvai Məmmədoğlu
Nəvai Məmmədoğlu (Nəvai Məmməd oğlu İbrahimov) — rəssam, şair, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Türkiyənin İzmir şəhərində yerləşən Uluslararası Aktivist Sanatçılar Birliyinin Təmsilçisi, Azəbaycan Rəsim Komitəsinin başkanı. Nəvai Məmməd oğlu İbrahimov 1965-ci il iyul ayının 3-də Qazaxın Qarayazı qəsəbəsində dünyaya göz açıb. Əslən Qazax rayonunun Aslanbəyli kəndindəndir. 1972-1982-ci illərdə Ağstafa rayonunun Zəlimxan kəndində orta təhsil alıb. 1982-1989-cu illərdə APU-nun bədii qrafika fakültəsində ali təhsil alıb. 1989-cu ildən mütəmadi olaraq mətbuatda əsərləri nümayiş olunur. Fərdi və qarışıq sərgilərin iştirakçısıdır. Bir çox kitabların tərtibatçısı olub. 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. “METİN-X” reklam şirkətinin rəhbəridir.
Nəvai vilayəti
Nəvai vilayəti — Özbəkistanda vilayət.
Zviad Qamsaxurdia
Zviad Konstantinoviç Qamsaxurdiya (gürc. ზვიად კონსტანტინეს ძე გამსახურდია; 31 mart 1939, Tbilisi – 31 dekabr 1993[…], Dzveli Xibula[d]) — Gürcüstan siyasətçisi, dissidenti, alimi və yazıçısı. O, Gürcüstan SSR Ali Sovetinin sədri (1990–1991) və Gürcüstanın 1-ci Prezidenti (14 aprel 1991 – 6 yanvar 1992) olmuşdur. Postsovet respublikalardan olan Gürcüstan Respublikasının demokratik yolla seçilmiş 1-ci prezidenti olan Zviad Qamsaxurdiya daim Rusiyanı onun hökumətinə qarşı sui-qəsddə ittiham edirdi. O, Gürcüstanın inkişaf etdirilməsi üçün xarici dövlətlərdən kömək ala bilməmiş və Qamsaxurdiya hökuməti tərəfindən tanınan Çeçenistanın dövlət başçısı Cövhər Dudayevin simasında özünə etibarlı müttəfiq tapmışdır. O, Gürcüstanı dəhşətli və qanlı vətəndaş müharibəsinə aparan dövlət çevrilişinin qurbanı oldu. Zviad Qamsaxurdiya Abxaziya ilə Gürcüstan arasında mövcud fikir ayrılıqlarının kökündə dayanır. O həmçinin, digər Qafqaz ölkələri ilə yaxın əlaqələr qurmuşdur. Zviad Qamsaxurdiya 31 mart 1939-cu ildə Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərində anadan olmuşdur. O, əslən Zuqdididən, milliyətcə meqrel olan zadəgan gürcü ailəsində anadan olmuşdu.
Zviad Qamsaxurdiya
Zviad Konstantinoviç Qamsaxurdiya (gürc. ზვიად კონსტანტინეს ძე გამსახურდია; 31 mart 1939, Tbilisi – 31 dekabr 1993[…], Dzveli Xibula[d]) — Gürcüstan siyasətçisi, dissidenti, alimi və yazıçısı. O, Gürcüstan SSR Ali Sovetinin sədri (1990–1991) və Gürcüstanın 1-ci Prezidenti (14 aprel 1991 – 6 yanvar 1992) olmuşdur. Postsovet respublikalardan olan Gürcüstan Respublikasının demokratik yolla seçilmiş 1-ci prezidenti olan Zviad Qamsaxurdiya daim Rusiyanı onun hökumətinə qarşı sui-qəsddə ittiham edirdi. O, Gürcüstanın inkişaf etdirilməsi üçün xarici dövlətlərdən kömək ala bilməmiş və Qamsaxurdiya hökuməti tərəfindən tanınan Çeçenistanın dövlət başçısı Cövhər Dudayevin simasında özünə etibarlı müttəfiq tapmışdır. O, Gürcüstanı dəhşətli və qanlı vətəndaş müharibəsinə aparan dövlət çevrilişinin qurbanı oldu. Zviad Qamsaxurdiya Abxaziya ilə Gürcüstan arasında mövcud fikir ayrılıqlarının kökündə dayanır. O həmçinin, digər Qafqaz ölkələri ilə yaxın əlaqələr qurmuşdur. Zviad Qamsaxurdiya 31 mart 1939-cu ildə Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərində anadan olmuşdur. O, əslən Zuqdididən, milliyətcə meqrel olan zadəgan gürcü ailəsində anadan olmuşdu.
Zviad Qoqoçuri
Zviad Qoqoçuri (gürc. ზვიად გოგოჭური; 30 oktyabr 1986) — 90 kq çəki dərəcəsində çıxış edən gürcü paralimpiyaçı cüdoçu. O, 2016-cı ildə Rio-de-Janeyro şəhərində keçirilmiş Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb (90 kq). Qoqoçuri Gürcüstanın Paralimpiya tarixində medal qazanan ilk və hələlik tək idmançıdır.
Zviad Siçinava
Zviad Siçinava - 2009-cu ildən Gürcüstan Futbol Federasiyasının prezidenti 43 yaşlı Siçinava Qaraçay-Çərkəz Respublikasının Sparta kəndində doğulub və hələ də Rusiya vətəndaşıdır. O, 10 il ərzində Moskvanın Tereza Durova teatrının direktoru olub, son illərdə isə Rusiya Mədəniyyət Nazirliyinin tikinti təşkilatının maliyyə direktoru kimi çalışır. 2009-cu ildə ölkə çempionatının yüksək liqasında çıxış edən Zuqdidinin "Baya" klubunun sabiq prezidenti Zviad Siçinava GFF-in növbədənkənar konfransında vahid namizəd olub və 31 mümkün səsdən 29-unu toplayıb.
Əlişir Nəvai
Əlişir Nəvai (9 fevral 1441, Herat, Teymurilər dövləti – 3 yanvar 1501, Herat, Teymurilər dövləti) — özbək əsilli şair, filosof. Nizami Gəncəvinin davamçılarından biri.[mənbə göstərin] Əlişir Nəvai 9 fevral 1441-ci ildə Herat şəhərində anadan olmuşdur. Atası Siyasetddin Kiçkinə Bahadır Teymuroğullarına mənsub aristokrat ailənin başçısı idi və Xorasan əmiri Əbül Qasım Baburun xidmətində dayanırdı. Ana tərəfdən ulu babası Əbu Səid Çiçək isə Mirzə Bayqaranın bəylərbəyi idi. Əsl adı Nizaməddin Əlişir olan Nəvai Mirzə Bayqaranın nəvəsi Hüseyn Bayqara ilə birlikdə böyümüş və təhsil almışdır. Daha sonralar Hüseyn Bayqara Teymurilər dövlətinin hökmdarı olan zaman uşaqlıq dostu Nəvaini özünə köməkçi etdi. Ona möhürdarlıq, divanbəyliyi və sonra da "əmir" rütbəsini verdi. Dövrünün tanınmış alim və şairlərindən biri olan Hüseyn Bayqara və Əlişir Nəvai Heratı dövrün ən böyük mədəniyyət mərkəzinə çevirdilər. Nəvai yaxşı bir dövlət xadimi olduğunu da göstərmişdir. Yalnız elm və sənət ardınca deyil, ölkənin mədəni hala gəlməsində, texniki sənətlərin inkişafında və iqtisadiyyatının güclənməsində də böyük xidmətləri olmuşdur.
Devid
Devid — Dünyada çox işlədilən ad və soyad. Devid Petreus — Amerikalı general, hərbçi. Devid Bleyn — insanlar tərəfindən yarasa adam kimi tanınan şəxs. Devid Boqqs — amerikalı elektrik və radio mühəndisi. Devid Hokni — ingilis rəssam, qrafik, səhnə dizayneri, fotoqraf. Devid Koepp — ABŞ ssenaristi, prodüseri və rejissoru. Devid Lim — İspan İtalo Disko ifaçısı, musiqi yazarı və modeli. Devid Kopperfild (illüziyaçı) — Amerikalı sehirbaz. Devid Pakkard — amerikalı sahibkar. Devid Medyanik — Böyük Britaniya şairi.
Zevin
Zevin — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.
Zeyid
Zeyid — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Buduq bələdiyyəsinin tərkibindədir. Zeyid kəndi qədim tarixə malik yaşayış məskənidir. Bu kənd VII əsrin ikinci yarısına kimi "Şəhərgah"adlandırılmışdır və Qaraçayın sol sahilində Qəbələ-Xınalıq-Şamaxı karvan yolunun üzərində yerləşmişdir. Tarixi mənbələrdən məlum olduğuna görə "Peyğənbər salavatullah"ın sağlığında cənnətlik vəd edilən on iki əshabəsindən biri Zeyd İbn əs-Sabah islam dinini yaymaq üçünşimala gəldiyi məlumdur. Çox böyük ehtimalla kəndin sonrakı adı onun adı ilə bağlıdır. Kənd XII əsrin ortalarına kimi Qaraçayın sol sahilində olmuşdur. "Babadilim" baba ilə bağlı əhvalatdan sonra kənd həmin yerdən 5 km məsafədə digər yerə köçmüşdür. Akademik Məşədixanım Nemətin "Azərbaycan pirləri" kitabında göstərir ki, "Babadilim" babanın diri tarixi 1000–1100-cü illərə təsadüf edir. Deməli kəndin köç etməsi məhz XII əsrə təsadüf edir.
Hevald reaksiyası
Hevald reaksiyası — sərbəst kükürd iştirakı ilə gedən, aldehid və ya ketonun kondensləşməsi (burada R2=H) ilə nəticələnən əvəzolunmuş 2-aminotiofen alınan üzvi reaksiyadır.(aminotiofenlərin alınma reaksiyası) == Tarixi == Reaksiya 1930 ildən Karl Hevaldın adını daşıyır. Reaksiya mexanizmi kəşf olunduqdan 30 il sonra tədqiq edilmişdir. İlkin mərhələ aralıq məhsul (3) əmələ gətirən keton (1) və α-sianoefir (2) arasındakı Knyoevenagel kondensasiyasıdır. Sərbəst kükürdün əlavə edilməsi mexanizmi məlum deyil. Tsiklləşmə və tautomerləşmə lazım olan məhsulu verir: Mikrodalğalı şüalanma reaksiya gedişinə və vaxtına təsir edir. == Variantlar == Hevald reaksiyasının variantlarından birində 3-asetil-2-aminotiyofen dityandan (kükürd və asetonun əlavə olunması, R = CH 3 və ya asetaldehid, R = H olarsa) və sabit olmayan sianasetonun natrium duzundan başlayaraq sintez olunur. Aminotiyofenlərin çoxkomponentli sintezi (Gewald reaksiyası) Gewald tərəfindən əvəzlənmiş 2-aminotiyofenlərin sintezi üçün çoxkomponentli metod elementar kükürd, α-metil (metilen) karbonilin qarşılıqlı təsirindən ibarətdir. == Mənbə == Коваленко, С. Н. Использование реакции Гевальда для синтеза 5-амино-3-метил-N-2-арилтиофен-2,4-дикарбоксамидов и N2-(арил)-5-амино-4-циано-3-метил-2-тиофенкарбоксамидов / С. Н. Коваленко, С. В. Власов, В. П. Черных // Журнал органічної та фармацевтичної хімії. — 2006. — Т. 4, вип.
Sevard yarımadası
Sevard yarımadası (ing. Seward Peninsula) — Alyaskanın şərqində iri bir yarımada. Yarımadanın uzunluğu 320 km, eni — 145-225 km təşkil edir. Şimal-şərqi inzibati cəhətdən Nortuest-Arkyik borosuna aiddir. Cənubdan Berinq dənizinin akvatoriyasına daxil olan Norton körfəzi, şimaldan isə Çukot dənizinin Kosebu körfəzi onun sahillərini yuyur. Qərb qutaracağında Şahzadə Uels burnu yerləşir. Burun Şimali Amerikanın ucqar qərb qutacağını təşkil edir. Şimali Amerika və Asiya materikini Berinq boğazı ayırır. Yarımada qədim Beringiya bərzəxinin bir hissəsini təşkil edir. Yarımadanın ən hündür nöqtəsi Osborn dağıdır ki, onunda hundürlüyü 1437 metrdir.
Əhməd Zevayl
Əhməd Zevayl (ərəb. أحمد حسن زويل‎, ing. Ahmed H. Zewail; 26 fevral 1946[…], Dəmənhur – 2 avqust 2016[…], Pasadena, Kaliforniya) — Misir-ABŞ kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı (1999). Əhməd Zevayl 1946-cı il fevralın 26-da Misirin şimalındakı Damanhur şəhərində anadan olub. Uşaqlıq illəri Nil çayının sahilində yerləşən Desuk qəsəbəsində keçib. Atası Xasan Zevayl və anası Rauxin Dar övladlarının gələcəyi barədə ciddi düşünür, Əhmədin elmlərə can atmasını hərtərəfli dəstəkləyirdilər. Həmyaşıdlarının xoşagəlməz təsiri altına düşməməsi üçün atası onu gözündən qoymayıb. Öz ailəsinə çox yaxşı qayğı göstərən atası onun üçün örnək idi. O, oğluna öz işinə sədaqətlə xidmət etməyi öyrədirdi. Əhmədin anası təhsil almamışdı, lakin o, övladlarının yaxşı təhsil almasına can atırdı.
Evald Aav
Evald Aav (22 fevral (6 mart) 1900, Revel – 21 mart 1939, Tallin) — Estoniya bəstəkarı və xor dirijoru, Estoniya milli operasının yaradıcılarından biri. == Həyatı == Evald Aav 6 mart 1900-cü ildə Estland quberniyasının (indiki Estoniya) Revel (indiki Tallin) şəhərində anadan olmuşdur. İlk piano və musiqi nəzəriyyəsi dərslərini müvafiq olaraq Helmi Vittola-Mohfeld və Anton Kasemetsdən almışdır. 1926-cı ildə Tallin Konservatoriyasını bitirmişdir. Həvəskar xorlara rəhbərlik etmişdir. 1924–1927-ci illərdə Tallin Hərbi Məktəbinin xor və orkestrinə rəhbərlik etmişdir. 1926–1937-ci illərdə opera müğənnisi İde Loo-Talvari ilə evlənmişdir. 1938-ci ildə Mahnı Festivalında baş xor dirijoru olmuşdur. Eyni zamanda, o, yerli və musiqi jurnallarının müəllifi və redaktoru, Yazıçılar İttifaqının və Estoniya Bəstəkarlar İttifaqının üzvü olmuşdur. Ölümündən bir müddət əvvəl Evald Aav soyuqdəyməyə yoluxmuş, lakin xəstəliyinə baxmayaraq, opera tamaşasında işləməyə davam etmişdir.
Kreyq Devid
Kreyq Deyvid (ing. Craig Ashley David; 5 may 1981, Sauthempton, Böyük Britaniya) – ingilis musiqiçi və bəstəkar. == Karyerası == Kreyq Deyvid uşaqlıqdan musiqi ilə məşğul olub. İlk nailiyyəti Böyük Britaniyanın "I’m Ready" mahnı müsabiqəsində qalibiyyəti olub. Bundan sonra Kreyq Mark musiqiçi Mark Hill ilə tanış olur və onunla işləməyə başlayır. 2000-ci ildə "Born To Do It" adlı ilk albomu işıq üzü görür. Albom Böyük Britaniyanın ən çox satılan albomları sırasında birinci yerə qalxır və 19 yaşlı artist bu nailiyyəti qazanmış ən gənc müğənni kimi tarixə düşür. Albomun sinqlları olan "Fill Me İn", "7 Days", "Walking Away", "Rendezvous" dünya çartlarının ilk pillələrini tutur və Kreyqi bütün dünyada tanıdır. 2002 və 2003 illərində Kreyq Deyvid "Ən yaxşı vokal çıxışı" nominasiyasında 2 dəfə Qremmi mükafatının adayı olur. 2002-ci ildə Kreyq Deyvid "Slicker Than Your Average" adlı ikinci albomunu hazırlayır.