Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zita Yohann
Zita Yohann (ing. Zita Johann) — ABŞ aktrisasıdır. Zita Yohan 1911-ci ailəsi ilə birgə ABŞ-yə köçmüş və orada ömrünün axırına kimi yaşamışdı. 1931-ci ildən başlayaraq bir neçə filmdə rol almışdır. 1931-1986-cı illər ərzində səkkiz filmdə iştirak etmişdi.
Zita və Gita (film, 1972)
Zita və Gita (Seeta Aur Geeta) — 1972-ci ildə Hindistanda istehsal olunan komediya dram janrında film. Uşaqlıqdan bir-birindən ayrılmış iki əkiz bacının dünya qədər köhnə olan hekayəsi. Qaraçılar tərəfindən oğurlanmış Gita (Hema Malini) rəqqasə olur. Zita isə varlı əmisi tərəfindən tərbiyə olunub və varlı varisə çevrilib....
Litva
Litva (lit. Lietuva) köhnə Azərbaycandilli mənbələrdə Litfa və ya Litvaniya, rəsmi adı Litva Respublikası (lit. Lietuvos Respublika) — Avropada, Baltik dənizinin şərq sahilində dövlət. Şimalda Latviya, cənub-şərqdə Belarus, cənub-qərbdə Polşa və Rusiyanın Kalininqrad bölgəsiylə həmsərhəddir. 2004-cü ildən NATO-nun və Avropa İttifaqının üzvüdür. Bunu Litvanın İntibah dövrünün tətqiqatçılarından biri, fəlsəfə doktoru, professor Bronislav Qenzelis belə təsdiq edir. Litva Polyaklarının Seçimi, lider: V. Tomaşevski. Liberal və Mərkəzçilik İttifaqı, lider: A. Zuokas. Liberal — Demokrat Partiyası, lider: V. Mazuronis. Litva Sosial — Demokrat Koalisiyası, lider: A. M. Brazauskas.
Nitra
Nitra (slovak. Nitra, alm. Neutra‎) — Slovakiyanın qərbində şəhər. Əhalisi 88 minə yaxındır. Nitra, Nitra çayı vadisində, Tribeç dağ massivinin yamacında yerləşir. Nitra bölgəsinin inzibati mərkəzidir. Henrich Benčík (* 1978), futbolçu Ivana Bojdová (* 1985), futbolçu Igor Demo (* 1975), futbolçu Renáta Filová (* 1981), futbolçu Vilmos Fraknói (1843-1924), tarixçi Stanislav Hudec (* 1982), hokkeyçi Monika Katonová (* 1989), futbolçu Ľubomír Kolník (* 1968), hokkeyçi Tomáš Kóňa (* 1984), futbolçu Wilhelm Viktor Krausz (1878–1959), rəssam Anton Lehmden (* 1929), rəssam və qrafik ustası Jan Ivan Lelley (* 1936), mikoloq Monika Matysová (* 1981), futbolçu František Mikloško (* 1947), Politik Dušan Milo (* 1973), hokkeyçi Jan Mojto (* 1948), Mediameneceri və Filmprodüseri Ľubomír Moravčík (* 1965), futbolçu Štefan Ružička (* 1985), hokkeyçi Stefan Schwartz (1851-1924), Venalı medalist Miroslav Stoch (* 1989), futbolçu Jozef Stümpel (* 1972), hokkeyçi Leopold Szondi (1893-1986), psixiatr İspaniya Qvadalaxara Polşa Keltse Serbiya Baçki-Petrovats Çexiya Çeske-Budeyoviçe Avstraliya Qosford Çexiya Kromerjij ABŞ Nepervill Xorvatiya Osiek Slovakiya Spişska Nova Ves Polşa Zelyona-Qura Niderland Zutermer Internetseite der Stadt Nitra NitraLive!
Nitsa
Nitsa (fr. Nice) — Fransada şəhər. Fransız Rivyerasının ən çox səyahət edilən şəhəri – Nis şəhəri soyuq şimal küləklərindən qoruyan Dəniz sahili Alp dağları ilə əhatə olunan Mələklər buxtasının sahilində yerləşir. Nitsa Avropa qitəsinin cənubunda və Fransanın cənub-şərq hissəsində yerləşir. Nitsa – Alp, Provans, Korsika və İtalyanın görüşdükləri yerdir. Şəhər Mavi sahilin ən mənzərəli mərkəzi hissəsində yerləşir. Arxa planda Alp dağlarının zirvələri görünür. Bu zirvələrdən bəzilərinin hündürlüyü dəniz səviyyəsindən 3000 metrə çatır. Nitsa əlverişli iqlimə malikdir. Nitsanın iqlimi mülayim və sabitdir (havanın temperaturu +10 dərəcədən aşağı, yayda isə +25 dərəcədən yuxarı olmur).
Pitsa
Pizza (it. pizza) — İtalyan mənşəli xəmir yeməyidir. Üzərinə bir çox ərzaq məhsulu qoyula bilər. Pendir, sosis, pomidor, kolbasa, bibər, zeytun, qarğıdalı kimi əsas ərzaqlarla yanaşı, bir çox fərqli məmulatların qoyulduğu pizzalar da var. Xüsusilə, ana vətəni olan İtaliyada və Amerika Birləşmiş Ştatlarında bir çox pizza növü yaradılmışdır. Dünyanın bir çox yerində pizza evə çatdırma xidməti vasitəsilə gətirildiyi üçün istehlak səviyyəsi olduqca yüksəkdir. Ola bilər ki, əsl pizza Qədim Yunanıstanda meydana gəlmişdir. Rasional yunanlar xəmiri şirə ilə yoğururmuşlar, bu xörək onlar üçün azuqə mənasını ifadə edirmiş. Əldə olunan yeməyi onların allahları sayılan Elladaya göndərirmişlər. Yunanların vaxtıilə hazırladığı bu pizza "plakuntos" adlandırılırmış.
Sitka
Sitka (ing. Sitka) — Amerika Birləşmiş Ştatlarının Alyaska ştatında yerləşən şəhər.
Sitta
Sitta (lat. Sitta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin sittalar fəsiləsinə aid heyvan cinsi.
Zetta
Zetta – 1021-i bildirən metrik prefiks. Göründüyü kimi, zetta sözünün bir mənası yoxdur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Ziona
Ziona — (20 iyul 1945 – 13 iyun 2021, Aidjal) Hindistanın Mizoram ştatındakı Baktavnq kəndində yaşayan Ziona Chananın 39 arvadı, 94 uşağı, 14 gəlini və 33 nəvəsi var. Ziona, 181 nəfərlik böyük ailəsi ilə 4 mərtəbəli və 100 otaqlı binada eyni dam altında yaşayır. Ailəsinin bütün kişi üzvləri dülgərliklə məşğuldur. Bir gün bütün dünyanı Hz.İsa ilə birlikdə idarə edəcəklərinə inanan və təxminən 4 min üzvü olan "Chana" adlı ailə məzhəbinin də lideri olan Ziona, "Babam tərəfindən qurulan öz məzhəbimizin varisiyəm. İnancımıza görə, istədiyimiz qədər qadınla evlənə bilərik. Atamın da 7 həyat yoldaşı vardı" deyir. İlk evliliyini 17 yaşında edən Ziona bir il içində 10 dəfə evlənib. Evdə adi bir qazanda 30 toyuq , 100 kilo düyü bişirilir, 60 kilo kartof soyulur. Ev işlərinə liderliyi Chananın ilk və ən yaşlı arvadı 69 yaşlı Zathiangi edir. Evin ətrafında dülgər atelyeləri ilə yanaşı axırlar, hin, çəltik tarlası, tərəvəz bağçaları var.
İthaf
İthaf (film, 1969)
Pitza
Pizza (it. pizza) — İtalyan mənşəli xəmir yeməyidir. Üzərinə bir çox ərzaq məhsulu qoyula bilər. Pendir, sosis, pomidor, kolbasa, bibər, zeytun, qarğıdalı kimi əsas ərzaqlarla yanaşı, bir çox fərqli məmulatların qoyulduğu pizzalar da var. Xüsusilə, ana vətəni olan İtaliyada və Amerika Birləşmiş Ştatlarında bir çox pizza növü yaradılmışdır. Dünyanın bir çox yerində pizza evə çatdırma xidməti vasitəsilə gətirildiyi üçün istehlak səviyyəsi olduqca yüksəkdir. Ola bilər ki, əsl pizza Qədim Yunanıstanda meydana gəlmişdir. Rasional yunanlar xəmiri şirə ilə yoğururmuşlar, bu xörək onlar üçün azuqə mənasını ifadə edirmiş. Əldə olunan yeməyi onların allahları sayılan Elladaya göndərirmişlər. Yunanların vaxtıilə hazırladığı bu pizza "plakuntos" adlandırılırmış.
Hitoa
Ixora (lat. Ixora) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinə aid bitki cinsi.
Kita
Kita (Tokio) — Tokionun xüsusi rayonlarından biri.
Lita
Litva litası, lita (lit. litas, çox sayda litai, litų) — 1922-1940 və 1993-cü ildən Litvanın pul vahidi. 100 sentdən ibarətdir (lit. centas, çox sayda centai, centų). ISO 4217 sistemində beynəlxalq kodu LTL. Birinci dünya müharibəsindən sonra müstəqil Litva Respublikası ərazisində digər dövlətlərin valyutaları dövriyyədə idi. Milli pul vahidi olan lit dövriyyəyə 2 oktyabr 1922-ci il tarixindən buraxıldı. Litva SSRİ tərkibinə qatıldıqdan sonra (1940), 25 mart 1941-ci ildən lit SSRİ rublu ilə əvəz edildi. Lit yenidən dövriyyəyə ikinci müstəqillik dövründə, 25 iyun 1993-cü il tarixindən buraxıldı. 25 iyun 1993-cü ildən 31 yanvar 2002-ci ilədək lit ABŞ dollarına 4:1 nisbəti ilə bağlanmışdı, 1 fevral 2002-ci ildən isə avroya 3,4528:1 nisbəti ilə bağlandı. Bu nisbət Litvada avronun istifadəsinə qədər qalacaqdır.
Oita
Oita (yap. 大分市) — Yaponiyanın Kyuşu regionunda (Kyuşu adası) yerləşən Oita prefekturasının eyniadlı paytaxtı.
Pita
Pita — Orta Şərq, Aralıq və Balkan mətbəxlərində məşhur olan girdə bir çörək növüdür.
SİTA
TASS — Rusiya İnformasiya Teleqraf Agentliyi. 1992-ci ildə SİTA-nın bazası əsasında yaradılmışdır.
Vita
Vita Tbilisi BK — Tbilisidə Basketbol klubu.
Cao Zihan
Cao Zihan (d. 4 sentyabr 1993) — Çini təmsil edən su poloçusu. Cao Zihan, Çin yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Braziliya yığmasını 10:5 hesabı ilə məğlub edən Çin yığması, Rio-de-Janeyro Olimpiadasını yeddinci pillədə başa vurdu.
Coreopsis notha
Coreopsis notha (lat. Coreopsis notha) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin koreopsis cinsinə aid bitki növü.
Kiçik Litva
Kiçik Litva (lit. Mažoji Lietuva; alm. Kleinlitauen‎; pol. Litwa Mniejsza; rus. Máлая Литвá) və ya Prussiya Litvası (lit. Prūsų Lietuva; alm. Preußisch-Litauen‎, pol. Litwa Pruska) — Litvanın etnoqrafik bölgəsi və Prussiyanın (sonra isə Almaniyanın Şərqi Prussiya vilayətinin) tarixi bölgəsi. Kleinlittaw ifadəsinin ən erkən istifadəsi XVI əsrdə Prussiyalı Simon Qrunaunun xronikalarında olub. Litva əyaləti , Litva rayonları ), Litva dairəsi və ya sadəcə Prussiya Litvası və ya Litva ifadələri 1618-ci ildən bəri Prussiya hüquqi sənədlərində Litvalıların yaşadığı Narduviya və Skaloviya inzibati vahidləri üçün işlənilirdi.
Litva Karayları
Litva Kəraimləri — Litvada yaşayan türk xalqı. Kəraim xalqının və dininin adı “Bibliyanı oxumaq, öyrənmək, şöhrətləndirmək, onun davamçısı olmaq” mənasını daşıyan ərəb və qədim yəhudi sözü “kara”-dan gəlir. ”Karaim” ifadəsi etnik, dil, və dini mənsubiyyəti göstərmək üçün işlənilir. Litva karaimləri nəzərdə tutulduqda bu iki ifadə üst-üstə düşür. Bu, xəzər və qıpçaq tayfalarından törənmiş türk qrupuna aid olan xalqdır. O, VIII-X əsrlərdə qüdrətli Xəzər dövlətinin tabeliyində olmuşdur. Böyük Vitautas dövründə Trakayda knyaz tərəfindən Krımdan köçürülmüş 380 karaim ailəsi məskunlaşmışdır. Sonralar karaim ailələri Birjayda, Nauyamestisdə, Panavejisdə, Pasvalisdə, Upitdə və Vilnüsdə də məskunlaşdılar. Litva karaimləri ayrıca cimat-icma təşkil edirdilər, onun inzibati və mənəvi mərkəzi Trakay şəhəri idi. Böyük knyaz Kazimirin imtiyazlarına (1441-ci il) əsasən şəhər özünüidarəetmə hüququnu – Maqdeburq hüququnu – qazanmışdır.
Litva Krallığı
Litva Krallığı — XIII əsrin ortalarında Krallıq statusu almış şərqi Avropada orta əsr dövləti. 1251–1263-cü ilər arasında Litva monarxiyası. Kral Mindovq, Litva kralı tacına layiq görülən ilk və tek Litva hökmdarı olmuşdur. 1263-cü ildə Mindovqun öldürülməsindən sonra, bu əsrlərdə ölkədə bütpərəstliyin hökm sürdüyü üçün krallıq statusu itirildi. Litvanın digər hökmdarları, statusları bir kralın vəziyyəti ilə demək olar ki, eyni olmasına baxmayaraq, "Böyük Hersoq" adlanırdı. XIII–XIV əsrlərdə Litvada bütpərəstlik hökm sürərkən, Litva hökmdarları orta əsrlərdə Avropada standart bir krallıq statusu almadılar(çünki Papadan və ya Müqəddəs Roma İmperatorundan bir tac almalı idilər), lakin buna baxmayaraq diplomatik yazışmalarda "kral" (rex) deyə adlandırılırdı. Böyük hersoq Vitovtinin (1392–1430-da hökmranlığı) kral tacını əldə etmək cəhdi də tarixə məlumdur. Almaniyanın kralı (Roma kralı), Müqəddəs Roma İmperiyasının gələcək hökmdarı Siqizmund Vitovtiyə kral tacını və kral ləyaqətinin əlamətlərini göndərir. Litvanın krallığa çevriləcəyi təqdirdə Polşanın itiriləcəyinə inanan polşalılar, Polşa ərazisindən keçən imperator elçilərini ələ keçirdilər və tacı aldılar. Daha sonra Siqizmund Vitovtini kral ləyaqətinə aid etmək hüququna malik olduğunu bildirdi və Vilnüsdə Vitovtiyə tacı özünə qoymağı təklif etdi.
Litva Kəraimləri
Litva Kəraimləri — Litvada yaşayan türk xalqı. Kəraim xalqının və dininin adı “Bibliyanı oxumaq, öyrənmək, şöhrətləndirmək, onun davamçısı olmaq” mənasını daşıyan ərəb və qədim yəhudi sözü “kara”-dan gəlir. ”Karaim” ifadəsi etnik, dil, və dini mənsubiyyəti göstərmək üçün işlənilir. Litva karaimləri nəzərdə tutulduqda bu iki ifadə üst-üstə düşür. Bu, xəzər və qıpçaq tayfalarından törənmiş türk qrupuna aid olan xalqdır. O, VIII-X əsrlərdə qüdrətli Xəzər dövlətinin tabeliyində olmuşdur. Böyük Vitautas dövründə Trakayda knyaz tərəfindən Krımdan köçürülmüş 380 karaim ailəsi məskunlaşmışdır. Sonralar karaim ailələri Birjayda, Nauyamestisdə, Panavejisdə, Pasvalisdə, Upitdə və Vilnüsdə də məskunlaşdılar. Litva karaimləri ayrıca cimat-icma təşkil edirdilər, onun inzibati və mənəvi mərkəzi Trakay şəhəri idi. Böyük knyaz Kazimirin imtiyazlarına (1441-ci il) əsasən şəhər özünüidarəetmə hüququnu – Maqdeburq hüququnu – qazanmışdır.
Nıtva
Nıtva — Rusiya Federasiyasında yerləşən şəhər. Perm diyarına daxildir.
FITA
Beynəlxalq Oxatma Federasiyası (fr. Fédération Internationale de Tir a l'Arc) — 1931-ci ildə Lvov şəhərində yaradılan və hazırda 156 ölkənin üzv olduğu federasiyadır. FITA 4 sentyabr 1931-ci ildə Polşanın Lvov şəhərində (indiki Lvov, Ukrayna) yaradılıb. Onun yeddi təsisçi üzv dövləti Fransa, Çexoslovakiya, İsveç, Polşa, ABŞ, Macarıstan və İtaliya idi. Təşkilatın məqsədi oxatma üzrə müntəzəm çempionatlar yaratmaq və oxatmanı Olimpiya proqramına qaytarmaq idi. Nəhayət 1972 Yay Olimpiya Oyunlarında FITA buna nail oldu. 2011-ci ilin iyul ayında təşkilatın 80 illik yubileyinin qeyd edildiyi FITA Konqresində böyük əksəriyyət təşkilatın adının FITA-dan Beynəlxalq Oxatma Federasiyasına (ing. World Archery Federation) dəyişdirilməsinə səs verdi. Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra, 2022-ci ilin martında Federasiya elan etdi ki, Rusiya və ya Belarusdan olan heç bir idmançı, komanda rəsmisi və ya texniki işçinin hər hansı beynəlxalq oxatma tədbirində iştirakına icazə verilməyəcək, onların bayraqları və himnləri qadağan edilib və bu iki ölkədə oxatma yarışları keçirilməyəcək.
Çita
Çita (rus. Чита) — Rusiya Federasiyasında şəhər, Zabaykal diyarının inzibati mərkəzi.