İthaf (1990)
== Məzmun ==
Animasiya filmi Stalin repressiyasına və repressiya qurbanlarına həsr edilmişdir.
== Festivallar və mükafatlar ==
1) 1991-ci ildə Oberhauzen Beynəlxalq kinofestivalı
Filmə Diplom verilmişdir.
2) 1991-ci ildə Kiyevdə "KROK-91" Beynəlxalq Animasiya filmləri federasiyasının (ASİF) festivalı
Quruluşçu rejissor Şamil Nəcəfzadəyə ən uğurlu debüt üçün Mükafat verilmişdir.
3) 1991-ci ildə Bakıda "Şərqdən Baxış" Beynəlxalq kinofestivalı
Film ən yaxşı animasiya filminə görə Mükafat almışdır.
== Nümayiş ==
2022-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə, kuratorunun “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalının direktoru Rəşid Ağamalıyevin olduğu “Azərbaycan animasiyasının 50 illiyi” adlı proqrama daxil edilmiş digər keçmiş və müasir milli animasiya filmlərilə Özbəkistanın paytaxtı Daşkənddə keçirilən I Daşkənd Beynəlxalq Animasiya Forumunda (Tashkent International Animation Forum) göstərilib.
== Film haqqında ==
Film quruluşçu rejissor Şamil Nəcəfzadənin cizgi kinosunda ilk işidir.
Filmdə Hüseyn Cavidin "Qəzəl" şeirindən və Azərbaycan xalq musiqisindən istifadə olunmuşdur.
== Filmin heyəti ==
=== Film üzərində işləyənlər ===
Ssenari müəllifi: Şamil Nəcəfzadə
Kinorejissor: Şamil Nəcəfzadə
Quruluşçu rəssam: Şamil Nəcəfzadə
Kinooperator: Ramiz Ağayev
Cizgi rəssamı: Vahid Talıbov
Bəstəkar: Cahangir Zülfüqarov
Səs operatoru: Akif Nuriyev
Rejissor assistenti: Dilarə Balaxanova
Rəssam assistenti: Mehriban Əfəndiyeva
Operator assistenti: Səidə Rəhimova
Rəssam: Əli Əliyev, Xuraman Əkbərova, Əli Məmmədov
Montaj edən: Gülarə İsmayılova
Redaktor: Çingiz Qaryağdı
Filmin direktoru: Faiq Abdullayev
Kadrarxası mətn: Rasim Balayev (titrlərdə yoxdur)
=== Filmi səsləndirən ===
Nəcibə Hüseynova — ana (titrlərdə yoxdur)
== İstinadlar ==
== Mənbə ==
Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.