AXŞAMLAMAQ

f.
1. Yol gedərkən bir yerdə gecələyib qalmaq, axşamı orada keçirmək.
Köçəri quş kimi hər yerə qoşar; Harda axşamlasa, orda da yaşar. S.Vurğun.

2. Bütün gün, axşama qədər bir yerdə və ya bir işdə qalmaq.
3. Axşam olmaq, gün batmaq, hava qaralmaq.
◊ Yaman yerdə axşamladıq! – gözlənilməz halda çətin vəziyyətə düşməyi bildirən ifadə.
[Səriyyə xala:] Yaman yerdə axşamladıq, bala! M.İbrahimov.

Синонимы

  • AXŞAMLAMAQ gecələmək — qalmaq
  • AXŞAMLAMAQ 1. AXŞAMLAMAQ, AXŞAM OLMAQ (DÜŞMƏK), HAVA QARALMAQ (dan.) 2. axşamlamaq bax gecələmək
AXŞAMLAMA
AXŞAMLIQ

Значение слова в других словарях