Sözün qədim kökü ay (разделять) feilidir, -ır şəkilçisi köç-ür-mək qəlibi üzrə ay felini təsirli feilə çevirib, sonra köklə qaynayıb-qarışıb. Ay sözü “şüur” mənasında qeydə alınıb, görünür, o da feil kimi işlədilib (omonim olub), ay-ıl, ay-ıq kəlmələrindəki şəkilçilər kökün feil olmasından xəbər verir. Bu söz yarmaq feili ilə qohumdur. Mənbələrdə ayırıq və yarıq kəlmələri sinonim kimi də qeydə alınıb. “Отделять” mənası həm ay, həm də ar sözləri ilə bağlı şərh olunub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)