ayaqdan cəld

bax ayaqdan diri
ayaqdan başa qədər
ayaqdan çəkmək
OBASTAN VİKİ
Cəld kərtənkələcik
Cəld kərtənkələcik (lat. Eremias velox) — Kərtənkələcik fəsiləsinə aid kərtənkələ növü. Kiçik ölçülü olub 10,5 sm uzunluğa malik olurlar. Quyruqları 1,5–2 dəfə uzun olur. Rəngi və üzərindəki ləklər fərqli olur. Yuxarı hissəsi boz və qum rəngində olur. Üzərində isə qara və parlaq ləkələrlə örtülü olur. Qarın nahiyəsi ağ rəngdə olur. Əsasən səhra, yarımsəhra və dağlarda yayılırlar. Onlara 1700 m yüksəkliklərdə belə yayıla bilir.
Cəld vallabi
Cəld vallabi (lat. Macropus agilis) — kenquru cinsinə aid heyvan növü.
Cəld və cəsəd
Cəld və cəsəd — 1995-ci ildə Sem Reymi tərəfindən çəkilmiş filimdir. Filmdə baş rolları Şeron Stoun, Rassl Krov və Leonardo Di Kaprio oynayır.
Cəld və yavaş düşünmək
Cəld və yavaş düşünmək — iqtisadiyyat üzrə Nobel mükafatı laureatı, psixoloq Deniel Kaneman tərəfindən 2011-ci ildə dərc edilmiş elmi-populyar kitab. Kitabın əsas tezisi iki düşüncə tərzi arasında fərqləndirmədir: “Sistem 1” sürətli, instinktiv və emosionaldır; "Sistem 2" daha ləng, daha çox düşünən və daha məntiqlidir. Məqsədyönlü qərarları və qərarvermə prosesini araşdıran və psixologiyaya dair baxışlarımızın üfüqlərini genişləndirən əsəri ilə Deniel Kaneman özünə müasir dövrün ən tanınmış mütəfəkkirləri arasında yer qazanıb. Düşüncələri ilə iqtisadiyyat, tibb və siyasət də daxil olmaqla bir çox elm sahələrinə ciddi təsir göstərmiş alim bu kitabında illərlə davam etdirdiyi araşdırmalarının nəticələrini toplayıb. Kitab oxucunu sanki bir “düşüncə səyahəti”nə çıxarır və fikirlərimizi idarə edən iki sistemi izah edir: sürətli, intuitiv və emosional olan I sistem və daha yavaş, daha təmkinli və daha məntiqli olan II sistem. Daniel Kaneman sürətli düşünməyin fövqəladə faydalarını, eyni zamanda çatışmazlıqlarını və şüurlu (koqnitiv) tərəfkeşliyini də diqqətə çatdırır. Bundan başqa, intuitiv təəssüratlarımızın düşüncə və davranışlarımıza təsirlərini də izah edir. Yanılma (səhv etmə) qorxusunun, ya da əksinə, həddən artıq özünəinamın fəaliyyət strategiyalarına nə dərəcədə təsir göstərdiyini, gələcəkdə bizi nəyin xoşbəxt edəcəyini proqnozlaşdırmaqda niyə bu qədər çətinlik çəkdiyimizi, birja oyunlarından tutmuş növbəti tətilimizi harada keçirəcəyimizə qədər həyatın bütün sahələrində təəssübkeşliyimizin necə həlledici rola malik olduğunu görürük. Oxucu ilə sanki canlı söhbətə girən Kaneman intuisiyamıza nə vaxt güvənib-güvənməyəcəyimizi və yavaş düşünməyin nə zaman daha faydalı olacağını öyrədir. İş və şəxsi həyatımızda necə seçim edə, necə davrana və bizə problemlər yaradan yanlış qərarlardan qaçmağın fərqli metodlarından necə yararlana biləcəyimizi göstərir.
Cəld və cəsəd (film, 1995)