ayaqqabı

is. 1) soulier m ; 2) chaussure f ; babouche f ; botte f ; chausson m ; galoche f ; pantoufle f ; sabot m ; sandale f ; savate f ; ~ nın palçığını təmizləmək üçün qapı ağzında vurulmuş tiyə décrottoir m ; qadın ~sı soulier m (de femme) à talons hauts ; idman ~sı soulier m de sport ; ov ~sı soulier de chasse ; öz ~sını çıxartmaq déchausser (se) ; ~ geydirmək chausser vt ; botter vt ; ~ geymək chausser (se) ; bu ~ sizin ayağınıza yaxşı olur ce soulier vous chausse bien

ayaqişləmə
ayaqqabıçı
OBASTAN VİKİ
Ayaqqabı
Ayaqqabı və ya başmaq — ayağı fiziki zədələnmələrdən və soyuqdan qorumaq üçün nəzərdə tutulan geyim növüdür. == Tarixi == Ayaqqabının 7 min illik tarixi var. Ayağı zərərli xarici təsirlərdən qoruyan geyim növüdür. İnsan ən erkən inkişaf mərhələsində ayaqqabıya oxşar əşyalardan istifadə etmişlər. Paleolit dövründə ehtimal ki, ayaqabı əvəzinə ayağa xam dəri, yaxud gön dolamışlar. Dağlıq Altayda təqribən e.ə. 5-ci əsrdə dəri və keçədən hazırlanmış ayaqqabı geymişlər. Ayaqqabının növləri təbii coğrafi şəraitdən, başlıcası isə insanların təsərrüfat məşğuliyyətlərindən asılı olmuşdur. Azərbaycanda da ayaqqabıdan ən qədim zamanlardan istifadə etmişlər. Arxeoloji qazıntılar zamanı Mingəçevirdən e.ə.
Daban (ayaqqabı)
Baxmayaraq ki, hündür daban (dikdaban) ayaqqabılarını, adətən, qadınlar istifadə edir, lakin bəzi məkanlar və yerlər var ki, kişilər də geyinir. Kişilərin hündür daban ayaqqabı geyinməsi adəti Monqolustandan gəlib. Onlar atın belində hərəkət edərkən ayaqlarının sürüşüb üzəngidən (atın yəhəri) çıxmaması üçün hündür daban ayaqqabı geyinərmişlər. Misir qəssabları ayaqlarının kəsilən heyvanların içalatına dolaşmaması üçün hündür daban ayaqqabı geyinərdilər. Qədim Misirdə fironlar və zadəganlar səlahiyyətlərini və qüdrətini göstərmək məqsədilə mərasimlərdə hündür daban geyinirdilər. Qədim Yunanıstanda Dram Teatrında tragediya rolunu oynayan aktyor digər aktyorlardan fərqlənmək üçün platformalı çəkmə geyinərdi. Romada həm kişilər, həm qadınlar ayaqlarının küçədə gəzərkən palçığa və ya zibilə batmaması üçün kohtörn (cothurn) (altı hündür ayaqqabı) və ya hündür səndəl geyinərdilər. Yaponiyada bu ayaqqabıların adı getadı və eyni şəraitə əsaslanaraq bugünkü günlərdə də istifadə olunur. XIX əsrdə Amerikada kovboy ayaqqabılarının inkişafına başlandı və indiyədək Birləşmiş Ştatların bəzi yerlərində yenə də məşhurdur. Onun funksiyası da atlının ayaqlarının yəhərdən sürüşməməsi üçündür.
Ayaqqabı əməliyyatı
Ayaqqabı əməliyyatı qısametrajlı bədii filmi rejissor Pərviz Həsənov tərəfindən 2016-cı ildə ekranlaşdırılmışdır. "Debüt" studiyasında istehsal edilmişdir. Film çəkməçi Qədirin başına gələn əhvalatdan bəhs edir. Əsas rolları Qurban İsmayılov, Rasim Cəfər, Almaz Amanova və Leyla Əbdülsəmədova ifa edirlər. == Məzmun == Çəkməçi Qədir (Qurban İsmayılov) xalq arasında tərsliyi ilə tanınır. Dostunun oğlu biznesmen Əmrulla (Rasim Cəfər) Qədirin ayaqqabı dükanından başqa ətrafdakı bütün dükanları satışa razı salır. Tərs Qədiri isə razı sala bilməyəcəyini anlayaraq ona bir fənd qurur. Günlərin bir günü ona iş təklif edir və avans olaraq da pul verir. Qızını (Leyla Əbdülsəmədova) Bakıya festivala göndərmək istəyən və pula ehtiyacı olan Qədir Əmrullanın təklifini qəbul etməli olur və dükanını girov qoyur. Nəticədə iş alınmır və Qədir dükanını itirir.
Rossimoda Ayaqqabı Muzeyi
Rossimoda Ayaqqabı Muzeyi (it. Museo Rossimoda della calzatura) – İtaliyanın Stra kommunasında yerləşən və ayaqqabıya həsr olunmuş muzey. == Tarixi == Muzey 1995-ci ildə Rossimoda ayaqqabı şirkətinin qurucusu Luicino Rossinin arzusuna əsasən yaradılmışdır. Əvvəlcə muzeyin sadəcə şirkətin tarixinə həsr olunması planlaşdırılsa da, daha sonra Riviera-del-Brenta bölgəsinin ənənəvi ayaqqabılarına, qədim Venesiyanın ayaqqabı ənənəsinə və beynəlxalq ayaqqabı dizaynerlərinə həsr olunmuşdur. == Kolleksiya == Muzeydə dünyanın müxtəlif ölkələrindən olan dəb dizaynerlərinin 1500-dən çox ayaqqabı modeli saxlanılır. Burada Endi Vorhol və Allen Consa məxsus ayaqqabı modelləri sərgilənir. Sərgi bölgəsinin sahəsi 700 m2 təşkil edir və XVII əsrdə aid iki mərtəbəli zalda yerləşir. Burada Vigo şirkətinin digər moda evləri ilə əməkdaşlığı nəticəsində hazırlanan prototiplər sərgilənir. Birinci mərtəbə Donna Karan və Mark Ceykobs kimi ABŞ dizaynerlərinə, yuxarı mərtəbə isə Pucci, Yves Saint Laurent, Givenchi, Dior, Vivier, Fendi, Celine, Christian Lacroix, Kenzo kimi Avropa brendlərinə həsr olunmuşdur. Muzeydə həmçinin Luicino Rossiya məxsus eskizlər, rəsmlər və heykəllər, Lakrua və Karl Lagerfeldə aid orijinal eskizlər, Endi Vorholun rəsmlərinin reproduksiyaları, Allen Cons və Daniel Spoerrinin heykəlləri saxlanılır.
Ayaqqabı əməliyyatı (film, 2016)
Ayaqqabı əməliyyatı qısametrajlı bədii filmi rejissor Pərviz Həsənov tərəfindən 2016-cı ildə ekranlaşdırılmışdır. "Debüt" studiyasında istehsal edilmişdir. Film çəkməçi Qədirin başına gələn əhvalatdan bəhs edir. Əsas rolları Qurban İsmayılov, Rasim Cəfər, Almaz Amanova və Leyla Əbdülsəmədova ifa edirlər. == Məzmun == Çəkməçi Qədir (Qurban İsmayılov) xalq arasında tərsliyi ilə tanınır. Dostunun oğlu biznesmen Əmrulla (Rasim Cəfər) Qədirin ayaqqabı dükanından başqa ətrafdakı bütün dükanları satışa razı salır. Tərs Qədiri isə razı sala bilməyəcəyini anlayaraq ona bir fənd qurur. Günlərin bir günü ona iş təklif edir və avans olaraq da pul verir. Qızını (Leyla Əbdülsəmədova) Bakıya festivala göndərmək istəyən və pula ehtiyacı olan Qədir Əmrullanın təklifini qəbul etməli olur və dükanını girov qoyur. Nəticədə iş alınmır və Qədir dükanını itirir.
Bakı Ayaqqabı İstehsalat Birliyi
Bakı Ayaqqabı İstehsalat Birliyi (azərb-kiril. Бакы Ајаггабы Истеһсалат Бирлији) — Azərbaycan SSR-də yüngül sənaye müəssisəsi. == Tarixi == Bəzi mənbələrə görə 1972-ci, bəzilərinə görə 1973-cü ildə yaradılmışdır. Burada lak və xromdan modelli qadın və kişi ayaqqabısı, üzlüyü toxuma parçadan və xromdan olan yüngül ev ayaqqabısı istehsal edilirdi. Birlik 4 və 5 nömrəli ayaqqabı fabriklərini birləşdirirdi. Baş muəssisə olan 5 nömrəli ayaqqabı fabriki 1960-cı ildə fəaliyyətə başlamış, 1971-ci ildə 3 nömrəli ayaqqabı fabriki ilə birləşdirilmişdir. Fabrikdə dövr üçün yeni texnika və mütərəqqi texnologiya tətbiq edilmiş, istehsal prosesləri mexanikləşdirilmiş və avtomatlaşdırılmışdır. Azərbaycanda poliuretan altlıqlı ayaqqabı və isti vulkanizasiya üsulu ilə ayaqqabı istehsalı ilk dəfə burada tətbiq edilmişdir. 1975-ci ildə 3480,1 min cüt ayaqqabı (o cümlədən 1042,2 min cüt modelli ayaqqabı, 2268,7 min cüt ev ayaqqabısı) istehsal edilmişdir. 1976-cı ilin iyuluna aid olan məlumata görə, birliyin beş növ kişi və qadın dövlət keyfiyyət nişanı ilə buraxılırdı.
Daban (ayaqqabıda)
Baxmayaraq ki, hündür daban (dikdaban) ayaqqabılarını, adətən, qadınlar istifadə edir, lakin bəzi məkanlar və yerlər var ki, kişilər də geyinir. Kişilərin hündür daban ayaqqabı geyinməsi adəti Monqolustandan gəlib. Onlar atın belində hərəkət edərkən ayaqlarının sürüşüb üzəngidən (atın yəhəri) çıxmaması üçün hündür daban ayaqqabı geyinərmişlər. Misir qəssabları ayaqlarının kəsilən heyvanların içalatına dolaşmaması üçün hündür daban ayaqqabı geyinərdilər. Qədim Misirdə fironlar və zadəganlar səlahiyyətlərini və qüdrətini göstərmək məqsədilə mərasimlərdə hündür daban geyinirdilər. Qədim Yunanıstanda Dram Teatrında tragediya rolunu oynayan aktyor digər aktyorlardan fərqlənmək üçün platformalı çəkmə geyinərdi. Romada həm kişilər, həm qadınlar ayaqlarının küçədə gəzərkən palçığa və ya zibilə batmaması üçün kohtörn (cothurn) (altı hündür ayaqqabı) və ya hündür səndəl geyinərdilər. Yaponiyada bu ayaqqabıların adı getadı və eyni şəraitə əsaslanaraq bugünkü günlərdə də istifadə olunur. XIX əsrdə Amerikada kovboy ayaqqabılarının inkişafına başlandı və indiyədək Birləşmiş Ştatların bəzi yerlərində yenə də məşhurdur. Onun funksiyası da atlının ayaqlarının yəhərdən sürüşməməsi üçündür.
Dunay sahilindəki ayaqqabılar
Dunay sahilindəki ayaqqabılar və ya Dunay Ayaqqabıları (mac. Cipők a Duna-parton) — Macarıstanın paytaxtı Budapeştdə ucaldılan bir Holokost xatirəsidir. II Dünya müharibəsi zamanı Oxlu Xaç Partiyası izlədiyi siyasətlər nəticəsində ölən Yahudilər xatirəsinə Dunay çayının qərb tərəfinə yerləsdirilmək üzrə, rejissor Can Toqay ilə heykəltaraş Gyula Pauer tərəfindən hazırlanmış və 16 aprel tarixində açılmışdır. == Tarixi == Budapeştdə yəhudilərin kütləvi icraatı II Dünya müharibəsi sonunda, 1944 -1945-ci illərin əvvəllərində Macarıstan Nazi Partiyasının "Çapraz Oklar" üzvləri tərəfindən həyata keçirildi. Məzarda qalmamaq üçün, faşistlər qurbanları çay sahilində vurdular. Yəhudilər Tuna yamacına yük maşını ilə gətirdilər, ayaqqabılarını çıxarmaq və bilinməyən bir istiqamətdə barjalardan götürülməyə əmr etdi. Rəfaət ayaqqabısı ayaqqabılarında satılan və ya Naziler tərəfindən öz ehtiyacları üçün istifadə edildi. Atılan adam sayı minlərlə oldu. Qurbanların tam sayı bilinmir - sular cəsədləri uzaqlaşdırdı. Budapeşt gettosu 1945-ci il yanvarın 18-də Sovet qoşunları tərəfindən azad edildi.

Значение слова в других словарях