Rossimoda Ayaqqabı Muzeyi
Rossimoda Ayaqqabı Muzeyi (it. Museo Rossimoda della calzatura) – İtaliyanın Stra kommunasında yerləşən və ayaqqabıya həsr olunmuş muzey.
Muzey 1995-ci ildə Rossimoda ayaqqabı şirkətinin qurucusu Luicino Rossinin arzusuna əsasən yaradılmışdır. Əvvəlcə muzeyin sadəcə şirkətin tarixinə həsr olunması planlaşdırılsa da, daha sonra Riviera-del-Brenta bölgəsinin ənənəvi ayaqqabılarına, qədim Venesiyanın ayaqqabı ənənəsinə və beynəlxalq ayaqqabı dizaynerlərinə həsr olunmuşdur.
Muzeydə dünyanın müxtəlif ölkələrindən olan dəb dizaynerlərinin 1500-dən çox ayaqqabı modeli saxlanılır. Burada Endi Vorhol və Allen Consa məxsus ayaqqabı modelləri sərgilənir.
Sərgi bölgəsinin sahəsi 700 m2 təşkil edir və XVII əsrdə aid iki mərtəbəli zalda yerləşir. Burada Vigo şirkətinin digər moda evləri ilə əməkdaşlığı nəticəsində hazırlanan prototiplər sərgilənir. Birinci mərtəbə Donna Karan və Mark Ceykobs kimi ABŞ dizaynerlərinə, yuxarı mərtəbə isə Pucci, Yves Saint Laurent, Givenchi, Dior, Vivier, Fendi, Celine, Christian Lacroix, Kenzo kimi Avropa brendlərinə həsr olunmuşdur.
Muzeydə həmçinin Luicino Rossiya məxsus eskizlər, rəsmlər və heykəllər, Lakrua və Karl Lagerfeldə aid orijinal eskizlər, Endi Vorholun rəsmlərinin reproduksiyaları, Allen Cons və Daniel Spoerrinin heykəlləri saxlanılır.