Baddi ayıları
United Buddy Bears — bütün dünyada sülh ideyasını dəstəkləyən dünya turnesi çərçivəsində beynəlxalq mədəniyyət layihəsidir.
Hər birinin hündürlüyü 2 metr olan 140-dan çox Baddi ayısı Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmış ölkələrin sayını təmsil edəcəklər. 2002-ci ildə Berlin şəhərində keçirilmiş ilk sərgidən başlayaraq bütün dünyada artıq 40 milyondan çox tamaşaçı "Bir-birimizi daha yaxşı tanımalıyıq ki, bir-birimizi daha yaxşı anlaya, daha çox inana və sülh şəraitində qonşu ola bilək" şüarı ilə səbir, xalqlar arasında dostluq və sülhü təbliğ edir.
== Vəzifəsi ==
Baddi ayıları sakit əl-ələ tutub durur və xalqlar, mədəniyyətlər və dinlər arasında səbir və razılığı təbliğ edirlər. Hər Baddi ayısı öz ölkəsini təmsil edən rəssam tərəfindən bəzənmişdir.
Belə şənlik toplantısında beynəlxalq rəssamlar qrupunun cürbəcür üslub istiqamətləri həyat sevincini yayan vahid bir əsərə birləşir. Ayıların cürbəcür, təmsil olunmuş ölkələrə xas olan bəzənməsinə görə tamaşaçılar dünya ətrafında səyahət edirlər.
Azərbaycan tərəfdən Birləşmiş Baddi Ayılarını rəssam İbrahim Əhrari bəzəmişdir.
== Dəstək və yardım ==
Sərgilər Almaniyanın səfirliklərinin, həmçinin UNİCEF-in bütün dünyada olan xoşməramlı səfirlərinin (Peter Ustinov, Ceki Çan, Miya Ferrou, Ken Don, Kristian Xerbiqer) dəstəyi ilə keçirilir. Bəzi sərgiləri ev sahibi olan ölkələrin prezidentləri və ya baş nazirləri açmışlar, misal üçün, Almaniya prezidenti Horst Köller, Yaponiyanın baş naziri Yuniçiro Koizumi, Avstraliyanın baş naziri Con Hovard və Misir prezidentinin xanımı Suzanna Mübarək.