Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yusif Nəğməkar
Yusif Nəğməkar (Mədətov Yusif Məhiş oğlu; 15 iyun 1955, Birinci Aşıqlı, Jdanov rayonu) — şair, yazıçı, 1989-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin, 1995-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Mədətov Yusif Məhiş oğlu 15 iyun 1955-ci ildə Beyləqan rayonunun Birinci Aşıqlı kəndində anadan olmuşdur. Orta təhsilini əvvəlcə Aşıqlı kənd 8-illik, sonra isə Beyləqan rayon 1 saylı orta məktəbində (1961–1971) almışdır. Kənd təsərrüfatı sahəsində 2 il çalışmış və eyni zamanda rayonda çıxan "Yüksəliş" qəzetində müxbir kimi fəaliyyət göstərmişdir. Həmin illərdə şeirləri, oçerk və məqalələri, publisistik ədəbi-tənqidi yazıları ilə özünü oxucu auditoriyasına tanıtmışdır. Daha sonra N. Tusi adına Azərbaycan Dövlət Pedoqoji Universitetinin filologiya fakültəsinə daxil olmuş və oranı bitirərək (1973–1977) Ana dili və Ədəbiyyat ixtisası almışdir. Həmin illər ərzində o, həmçinin ali jurnalistlik kurslarını bitirərək müvafiq ixtisasa da yiyələnmişdir. Təyinatla göndərildiyi Beyləqan rayonu Örənqala qəsəbə orta məktəbi və Orta Əlinəzərli kənd 8-illik məktəbində dil-ədəbiyyat və musiqi müəllimi işləmişdir. (1977–1983). Rayonda müəllim işlədiyi vaxtlarda mətbuatda- "Ədəbiyyat və İncəsənət", "Azərbaycan müəllimi", "Azərbaycan gəncləri" "Sovet kəndi" qəzetlərində, "Ulduz", "Azərbaycan", "Literaturnıy Azerbaydjcan" jurnallarında, "Sabir poeziya günləri", "Çinar pöhrələri", "Poeziya" və digər bu kimi ədəbi almanaxlarda yeni ruhlu şerləri ilə çıxış etmişdir.
Nəğməkar torpaq (film, 1981)
Nəğməkar torpaq — Azərbaycan istehsalı sənədli film. Azərbaycanın incəsənət ustalarının iştirakı ilə çəkilmiş bu film kino dili ilə Azərbaycanın rəngarəng və günəşli palitrasını tamaşaçılara təqdim edir. Filmdə muğam musiqisi, müasir estrada mahnıları və xalq melodiyaları əsasında yaradılmış caz kompozisiyaları səslənir. Filmdə "Arşın mal alan" bədii filmindəki kadrlardan istifadə edilmişdir. Film Mərkəzi Televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir. Film 1-ci kateqoriyaya layiq görülmüşdür. Ssenari müəllifi: Vaqif Səmədoğlu, Ruslan Şahmalıyev Quruluşçu rejissor: Ruslan Şahmalıyev Quruluşçu operator: Kənan Məmmədov Bəstəkar: Tofiq Quliyev Musiqi rəhbəri: Tofiq Quliyev Redaktor: Faiq Dərgahov Səs operatoru: Akif Nuriyev Quruluşçu rəssam: Fikrət Əhədov Filmin direktoru: Tələt Rəhmanov, İbrahim Səfərov Mətni oxuyan: Şahmar Ələkbərov Musiqilərindən istifadə edilən bəstəkarlar: Üzeyir Hacıbəyov, Sergey Raxmaninov, Aleksandr Skryabin, Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Emin Sabitoğlu, Polad Bülbüloğlu, Müslüm Maqomayev, Elza İbrahimova, Mehriban Əhmədova Zilli Namazov — neftçi (titrlərdə yoxdur) Vəliəhd Vəliyev — neftçi (titrlərdə yoxdur) Niyazi Rəşid Behbudov Müslüm Maqomayev Lütfiyar İmanov Zeynəb Xanlarova Fərhad Bədəlbəyli Habil Əliyev Polad Bülbüloğlu Gülarə Əliyeva Xuraman Qasımova Flora Kərimova Akif İslamzadə Aşıq Hüseyn Saraclı Xeyransa Məmmədova Üzeyir Hacıbəyov Adına Azərbaycan Dövlət Simfonik Orkestri Mirzə Fətəli Axundov Adına Azərbaycan Dövlət Opera və Balet Teatrı Azərbaycan Dövlət Rəqs Ansamblı "Qaya" Vokal-İnstrumental Ansamblı "Qarabağ bülbülləri" ansamblı Mərkəzi Televiziya (Moskva) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Xalq Nəğməkarı (1963)
Xalq Nəğməkarı (1979)
Film-konsert SSRİ xalq artisti Lütfiyar İmanova həsr olunmuşdur. Burada müğənninin Moskvada Böyük teatrdakı fəaliyyətindən danışılır. O, filmdə xalq mahnıları və müxtəlif operalardan ariyalar ifa edir Rejissor: Tofiq Mirzəyev Ssenari müəllifi: Tofiq Mirzəyev Operator: Rafiq Cavadov Səs operatoru: Ruhəngiz Qasımova Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 269.
Xalq Nəğməkarı (film, 1963)
Xalq nəğməkarı (film, 1979)
Film-konsert SSRİ xalq artisti Lütfiyar İmanova həsr olunmuşdur. Burada müğənninin Moskvada Böyük teatrdakı fəaliyyətindən danışılır. O, filmdə xalq mahnıları və müxtəlif operalardan ariyalar ifa edir Rejissor: Tofiq Mirzəyev Ssenari müəllifi: Tofiq Mirzəyev Operator: Rafiq Cavadov Səs operatoru: Ruhəngiz Qasımova Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 269.
Nəğmələr
Nəğmələr – Azərbaycan ədəbiyyatında lirik növün ən qədim janrlarından biridir. Məzmunca bir neçə növü vardır: əmək nəğmələri, mərasim nəğmələri, mövsüm nəğmələri, qəhrəmanlıq nəğmələri. Əmək nəğmələrinin ilk nümunələri qədim insanların birgə əmək prosesində yaranmışdır. Holavarlar və sayaçı sözləri əmək nəğmələrinə daxildir. Holavarlar cütçülük və əkinçiliklə, sayaçı sözləri isə qoyunçuluqla bağlı yaranan nəğmələrdir. Qara kəlim aranda, Çıxar gün qızaranda. Xodaq murada çatar, Kəlindən bar alanda. (Holavar) Nənəm, a ağbaş qoyun, Qarlı dağlar aş, qoyun. Yağından plov olar, Quyruğundan aş, qoyun. (Sayaçı sözü) Mərasim (məişət) nəğmələri insanların məişəti və dünyagörüşü ilə bağlıdır.