MÜĞƏNNİ İllərlə əvvəl olduğu kimi, nəfəsimizi çəkib, dərin bir sükut içində canlı Bülbülü, zəmanəmizin ən qüdrətli müğənnilərindən biri Bülbülü, nəğməli Qarabağın qoynunda yetişmiş, təbiətin heyrətli sirri ilə Bülbülü dinləyə bilirik (R.Rza); XANƏNDƏ Bir qədər çəkmir ki, xanəndə qızın odlu baxışları yenə Həmzənin baxışları ilə qarşılaşır (Ə.Qasımov); NƏĞMƏKAR O, ürəyində gizlənib oxuyan gizli nəğməkarın səsinə həmahəng yeriyir, əylənirdi (Ə.Cəfərzadə); OXUYAN [Bəstəkar:] Necə deyim ey, a kişi, oxuyan olmaq istəyir (X.Hasilova).