Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qardili
Qardili — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd.
Qarğıdalı
Qarğıdalı və ya bəzi bölgələrdə Məkə (lat. Zea mays) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin qarğıdalı cinsinə aid bitki növü. Qarğıdalı bitkisinin vətəni Meksikadır ki, dəniz səyyahı Kolumb tərəfindən 1493-cü ildə Avropaya gətirilmişdir. Qarğıdalı bitkisinin hündürlüyü 2-6 metr, kökü isə 100 sm-dək torpağa işləyir. Əkilmiş toxumdan gövdədə 3-6 qıçalar əmələ gəlir ki, hər birində 60-100 erkək və dişi toxumlar olur. Qarğıdalı bitkisinə düzgün aqrotexniki qulluq edilməlidir. Qarğıdalı taxıllar fəsiləsinə aid olmaqla ondan müxtəlif məqsədlər üçün istifadə olunur. Qarğıdalının qiymətli bitki olması ondan ibarətdir ki, o eyni zamanda iki məsələni: Dən ehtiyatlarını tamamlamaq və gövdəsindən yaxşı silos almaq məsələsini həll etməyə imkan verir. Bundan əlavə olaraq qarğıdalı dənindən un, yarma və konserv (şəkərli qarğıdalı) hazırlanır. Sənayedə isə qarğıdalı dənindən nişasta, etil spirti, dekstrin, şəkər, bal, yağ, E vitamini, askorbin və qlutamin turşuları alınır.
Qağacılı
Qağacılı — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Qağacılı oyk. Kürdəmir r-nunun Xırdapay i.ə.v.-də kənd. Şirvan düzündədir. Oykonimin əsli Qax Hacılıdır. Kənd Qax mahalından köçüb gəlmiş hacılı nəslinin məskunlaşması nəticəsində yarandığına görə belə adlanmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1373 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Qarğalı
Qarğalı - İrəvan xanlığının Dərəçiçək mahalında kənd adı. XIX əsrin ortalarından sonra adı çəkilmir. Toponimin mənşəyi barədə iki fikir ola bilər: Karqa tayfasının adını əks etdirir. Toponim türk dillərində karqa "üst-üstə düşmüş buzlaq daşları" sözündəndir. XIX əsrdə Qars əyalətinin Qars dairəsində Qarqaluq kənd xarabalığı, Zaqatala rayonundanunda Qarqalı dağı, Naxçıvanda Qarqalıq kəndi, Qazaxıstanda Karqalı toponimləri ilə mənşəcə eynidir.
Qarğılı
Qarğılı (əvvəlki adı: Qarqulu) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə Cəlilabad rayonunun Mikayıllı kənd inzibati ərazi dairəsi tərkibindəki Qarqulu kəndi Qarğılı kəndi adlandırılmışdır. Yerli məlumata görə, kənd Qarqulu yeri adlı qışlaq ərazisində salındığına görə belə adlandırılmışdır. Bu, həmin ərazidə çoxlu qamış olması ilə bağlıdır. Burada qamışa qarğı (qarqu) deyilir. 2001-ci ildən kəndin adı Qarğılı kimi rəsmiləşdirilmişdir. Kənd dağlıq ərazidə yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 853 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Qarğıdalı (bitki)
Qarğıdalı və ya bəzi bölgələrdə Məkə (lat. Zea mays) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin qarğıdalı cinsinə aid bitki növü. Qarğıdalı bitkisinin vətəni Meksikadır ki, dəniz səyyahı Kolumb tərəfindən 1493-cü ildə Avropaya gətirilmişdir. Qarğıdalı bitkisinin hündürlüyü 2-6 metr, kökü isə 100 sm-dək torpağa işləyir. Əkilmiş toxumdan gövdədə 3-6 qıçalar əmələ gəlir ki, hər birində 60-100 erkək və dişi toxumlar olur. Qarğıdalı bitkisinə düzgün aqrotexniki qulluq edilməlidir. Qarğıdalı taxıllar fəsiləsinə aid olmaqla ondan müxtəlif məqsədlər üçün istifadə olunur. Qarğıdalının qiymətli bitki olması ondan ibarətdir ki, o eyni zamanda iki məsələni: Dən ehtiyatlarını tamamlamaq və gövdəsindən yaxşı silos almaq məsələsini həll etməyə imkan verir. Bundan əlavə olaraq qarğıdalı dənindən un, yarma və konserv (şəkərli qarğıdalı) hazırlanır. Sənayedə isə qarğıdalı dənindən nişasta, etil spirti, dekstrin, şəkər, bal, yağ, E vitamini, askorbin və qlutamin turşuları alınır.
Qarğıdalı (cins)
Qarğıdalı (lat. Zea) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi. Qarğıdalı mədəni şəkildə becərilən birillik bitkidir. Gövdəsinin hündürlüyü 3 m-ə qədər yoğunluğu 3 sm, budaqlanmayan, lakin aşağı hıssəsi oduncaqlaşan bitkidir. Saçaqlı kök sisteminə malik,yarpaqları növbəli, uzun, xətti, yuxarı hissəsi qatlanmış, aşağı hissəsi isə çılpaqdır. Erkək çiçəkləri süpürgəşəkilli, dişi çiçəkləri çoxlu sayda (30 sm) qıça olmaqla, yarpaqların arasında yerləşir. Yumşaq gövdəli, erkəkcik və dişcik çiçək qrupları, zirvəsində isə 2 ayaqlı ağızcığı yerləşmişdir. Çiçəkləri qəhvəyi-qırmızı və açıq-sarı rəngilidir. Özünəməxsus zəif iyli olub, dadı hiss olunacaq dərəcədə olub, seliklidir. Yazda və ya erkən payızda “saçaqlar”ını südlü-mumlu qıçalarını, avqust-sentyabr aylarında silos kimi gövdə və yarpaqları toplanılır.
Qarğıdalı (dəqiqləşdirmə)
Qarğıdalı (cins) —
Qarğıdalı unu
Qarğıdalı unu — qarğıdalının üyüdülməsi nəticəsində əldə edilən incə toza verilən addır. Çörək və xəmir işləri başda olmaqla bir çox qidada istifadə olunur.
Qarğıdalı yarması
Qarğıdalı yarması – ağ dənli və sarı dənli bərк qarğıdalıdan, ağ dənli dişşəкilli qarğıdalıdan və partlayan qarğıdalı sortlarından istehsal edilir. Qarğıdalı yarması cilalanmış olmaqla 5 nömrədə buraхılır. Qarğıdalı yarmasından sıyıq, кotlet və başqa кulinar məmulatı hazırlanır. Əhmədov Ə.I. Ərzaq malları əmtəəşünaslığı. Ali məкtəblər üçün dərsliк. Yenidən işlənmiş və tamamlanmış iкinci nəşr. Baкı: "Iqtisad Universiteti" nəşriyyatı, 2006 – 480 səh.
Qarğılı kəndi
Qarğılı (əvvəlki adı: Qarqulu) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə Cəlilabad rayonunun Mikayıllı kənd inzibati ərazi dairəsi tərkibindəki Qarqulu kəndi Qarğılı kəndi adlandırılmışdır. Yerli məlumata görə, kənd Qarqulu yeri adlı qışlaq ərazisində salındığına görə belə adlandırılmışdır. Bu, həmin ərazidə çoxlu qamış olması ilə bağlıdır. Burada qamışa qarğı (qarqu) deyilir. 2001-ci ildən kəndin adı Qarğılı kimi rəsmiləşdirilmişdir. Kənd dağlıq ərazidə yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 853 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Nüvədi-Qarqadaşı kitabələri
Nüvədi-Qarqadaşı petroqlifləri — Zəngəzur mahalının Meğri rayonunun Nüvədi kəndinin Qarqadaşı dağında daş kitabələrdir. Qafqazın ən qədim sakinlərindən olan Qar-qar (gər-gər) türklərinə aid bu kitabələr e.ə. 1-ci minilliyə aiddir. 1985-ci ildə Nüvədi kənd sakini Həmzə Vəli tərəfindən aşkar edilmiş bu kitabələr bir neçə daşdan ibarətdir. Abidə möhkəm bazalt daşlar üzərində Göytürk hərfləri ilə yazılmış yazılardır. Kitabədəki yazılar quruluşuna görə Orxon-Yenisey yazıları ilə eyni olsa da daha qədimdir. Nüvədi kitabələrində yazılar birləşdiyi halda Orxon-Yenisey kiabələrində birləşmir. 1991-ci ilə qədər ərazidə yalnız azərbaycanlılar yaşasalar da 1991-ci il 8 avqustda ərazi ermənilər tərəfindən işğal olunub. И.Шопен. Исторический памятник состояния армянской области к эпоху ее присоеденения к Российской империи, С-П., 1852, стр.623-626; Ə.Ələkbərli.
Nüvədi-Qarqadaşı petroqlifləri

Qarğıdalı (peyin) böcəyi
Qarğıdalı (peyin) böcəyi lat. Pentodon idiota Hrbst.-Böcəyi qaramtıl, yaxud qonuru-qaramtıl rəngdə olub. Böcəyi qaramtıl, yaxud qonuru-qaramtıl rəngdə olub. Xarici görünüşünə görə adi peyin böcəklərini xatırladır. Başı bədədninə nisbətən çox da böyük olmayıb, qırışıqlıdır. Bığcıqları 20 buğumludur, nəhayəti üç qısa lövhə ilə bitir. Qabaq kürəkciyi qabarıqdır, irəli tərəfdən sıxılaraq nazilmişdir, kənarları girdədir. Qanad üstlüyü qabaq kürəkcikdən bir az enlidir və qarıncığın axırıncı buğumunu örtmür. Ön ayaq baldırlarının xarici tərəfində üç, daxili tərəfində isə bir tikancıq vardır. Böcəyin uzunluğu 15–25 mm-dir.
Qarğıdalı gövdə kəpənəyi
Qarğıdalı gövdə kəpənəyi (lat. Pyrausta nubilalis Hb.)-Dişi kəpənəklər erkəklərdən iri olur. Dişi kəpənəklər erkəklərdən iri olur. Dişilərin qanadları açıq- sarımtıl rəngdədir. Üzərində qəhvəyi rəngdə ləkə və dişli zolaq vardır. Qanadları açılmış halda 27–32 mm, bədəninin uzunluğu isə 13–15 mm-dir. Erkək kəpənəyin ön qanadları açıq- qəhvəyi və ya bozumtul rəngdə olur. Tırtıllar 16 ayaqlı olub, sarımtıl bozdur. Tırtılın beli uzunu tutqun zolaq gedir. Baş, peysər buğumu və axırıncı buğumda qonur rəngli qalxancıqlar vardır.
Qarğıdalı qarabədən böcəyi
Qarğıdalı qarabədən böcəyi (lat. Pedinus femoralis L.)-Bu böcək qara rənglidir və onun ön döşü qanadüstlüyünə möhkəm birləşmişdir. Bu böcək qara rənglidir və onun ön döşü qanadüstlüyünə möhkəm birləşmişdir. Uzunluğu 7,5–9 mm-dir. Sürfələri sarəmtıl, döş buğumları və sonuncu qarıncıq buğumu tutqun sarı rənglidir. Qarıncığın nəhayətindən 4 qılcıq çıxır. Sürfələrin uzunluğu 20 mm-ə qədər ola bilir. Böcəklər bir ildən artıq yaşayır və alaq otları ilə qidalanır. Onlar gecələr fəaldır, gündüzlər isə kəsək, ot topaları və s. altında gizlənir.
Qarğıdalı ətri (film, 1986)
«Qarğıdalı ətri» (it. Il sapore del grano) — 1986-cı ilin İtaliya istehsallı dram janrında filmi. Sssenari müəllifi və rejissor Canni Da Kampo, baş rolları Lorentso Lena və Marko Mestriner oynamışlar. Film gənc professor və onun 12-yaşlı tələbəsi arasında yaşanan homoseksual sevgi haqqında bəhz edir. Kvalifikasiya olunmuş gənc müəllim Lorentso kiçik italyan kəndində işləməyə dəvət alır. Onun şagirdlərindən biri, 12 yaşlı sevimli və ağıllı fermer oğlu Dulio tədricən öz müəllimi Lorentsoya aşiq olur və onlar çox yaxın dost olurlar. Lakin Dulio arzulayır ki, Lorentso onun böyük qardaşı olacaq. Lorentso tez-tez Dulionun evinə qonaq gəlir, onun valideynləri ilə tanış olur. Lorentso eyni zamanda kənddə gənc qadınla taniş olur və ona aşiq olur. Buna baxmayaraq, yeni rəfiqə ilə əlaqələr elə də yaxşı alınmır və buna görə Lorentso onunla ayrılmaq istəyir, çünki o ərə getməyə hazırlaşır.
Hüseynabad-i Qarğalı (Əbhər)
Hüseynabad-i Qarğalı (fars. حسين ابادقارقالو‎) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 52 nəfər yaşayır (10 ailə).