Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yaponca
Yapon dili (yap. 日本語 ) — Yaponiyanın rəsmi dövlət dilidir. Şərq dillərindən hesab olunur. Bu dildə 125 milyon insan danışır. Əlifbası çin dilinin "kanci" xəttindən formalaşmışdır. Kanci hiraqana və katakanada istifadə olunur. Bundan başqa "imatokana" deyilən və sadəcə imperator sarayında istifadə edilən bir xətt növü də var. 2000-dən çox kanci istifadə olunur, lakin hiraqana və kataqana hərəsi 47 hərfdir. Bu xətlərə bəzi əlamətləri artırdıqda başqa səslər əmələ gəlir. Müasir yapon dilində, xüsusən şirkət adları, reklamlar və yapon dilinin kompüterə keçirilməsində romaci adı verilən latın əlifbası da işlənir.
Zapania
Lippia (lat. Lippia) — minaçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Lippia:The Plant List saytında takson barədə məlumat.
Zanonia
Zanonia (lat. Zanonia) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinə aid bitki cinsi. Penar-valli Adans. Juppia Merr. Zanonia angulata Wall.
Zatoka
Zatoka (ukr. Затока) — Ukraynanın Odessa vilayətinin Bilqorod-Dnestrovski rayonunda yerləşən şəhər tipli qəsəbə. Məntəqə yerli bir çimərlik kurortudur. Əlavə olaraq, qəsəbədə Buqaz adlı kiçik bir dəniz limanı var. 2017-ci ildə Zatokada 1,869 nəfər yaşayırdı. Qəsəbə Dnestr estuarisinin çayın Qara dənizə axdığı dilində yerləşir. Qəsəbə Odessa şəhərindən 60 kilometr, Bilqorod-Dnestrovski şəhərindən isə 18 kilometr uzaqlıqla yerləşir. İnzibati və ərazi baxımından Zatoka qəsəbəsi Bilqorod-Dnestrovski şəhər şurasının tərkibindədir. Zatoka qəsəbəsi üç əraziyə – "Limanski", "Solneçi", "Tsentralnıy" rayonlarına bölünmüşdür Qəsəbənin yaxınlığında Tripol mədəniyyəti dövründən qalma bir abidə yerləşir. Zatoka qəsəbəsinin əsası 1827-ci ildə qoyulmuşdur.
Yaponca Vikipediya
Yaponca Vikipediya (yap. ウィキペディア日本語版) — Vikipediyanın yapon dilində olan bölməsidir. İngiliscə Vikipediyadan sonra ən çox ziyarət edilən Vikipediya dil bölməsidir.. 19 yanvar 2016-cı il tarixində məqalələrin sayı 1 000 000-u keçdi. "Nyu-York Taymsın" araşdırmasına görə, Yaponca Vikipediyada məqalələrin əksəriyətini pop-mədəniyyəti haqda məqalələr təşkil edir: filmlər, cizgi filmləri, musiqi, komikslər. 2007-ci ilin may ayında jurnalistlər Yapon dilindəki bölmənin ab-havası və istifadəçilər arasındakı ünsiyyət tərzini 2ch.net tipli imicbordlarla müqayisə ediblər.
Kluj-Napoka
Kluj-Napoka (rum. Cluj-Napoca), 1974-ci ilə qədər adı Kluj olmuşdur, həmçinin Kolojvar (mac. Kolozsvár) və Klauzenburq (alm. Klausenburg‎) adlandırılmışdır — Rumıniyanın şimal-qərbində şəhər, Kluj judetsinin inzibati mərkəzi. Bu, paytaxt Buxarestdən sonra ölkənin ikinci ən böyük şəhəridir. == Əhalisi == 2011-ci ildə keçirilən əhalinin siyahıyaalmasına görə, şəhərin əhalisi 309,1 min nəfərdir. Milli tərkibi: rumınlar — 247,548 nəfər (80,07 %); macarlar — 49,375 nəfər (15,97 %); qaraçılar — 3274 nəfər (1,05 %); almanlar — 520 nəfər (0,16 %); yəhudilər — 152 nəfər (0,05 %); ukraynalılar — 130 nəfər (0,04 %).
Roz Kristian Raponda
Roz Kristian Osuka Raponda (fr. Rose Christiane Ossouka Raponda; 1964, Librevil) — 16 iyul 2020-ci ildən etibarən Qabon Baş naziri olaraq çalışan və ölkənin ilk qadın Baş naziri olan qabonlu siyasətçi. Raponda 1964-cü ildə Librevil şəhərində anadan olub. Raponda Mponqe xalqındandır. Raponda Qabon İqtisadiyyat və Maliyyə İnstitutundan iqtisadiyyat və dövlət maliyyəsi dərəcəsi alıb. Raponda Qabon İqtisadiyyat baş direktoru və Mənzil Bankının baş direktor müavini olaraq çalışıb. 2012-ci ilin fevral ayından 2014-cü ilin yanvar ayına qədər Büdcə və İctimai Maliyyə Naziri olaraq çalışdı. Raponda hakim Qabon Demokrat Partiyasını təmsil edərək 26 yanvar 2014-cü ildə paytaxt Librevilə bələdiyyə sədri seçildi. 1956-cı ildən bu vəzifəni tutan ilk qadın oldu və 2019-cu ilə qədər bu postda çalışdı. Eyni zamanda Afrika Birləşmiş Şəhərləri və Yerli Hökumətlərinin sədri oldu.