Azad Sahibkarlıq Zonası

sərmayələrin cəlb olunması və iş yerlərinin açılması üçün hökumətin hər cür iqtisadi şərait (vergi və gömrük güzəştləri vermək, qeydiyyat maneələrini aradan qaldırmaq və s.) yaratdığı ərazidir.
Azad Oferta
Azad Ticarət Siyasəti
OBASTAN VİKİ
Azad Ticarət Zonası
Azad Ticarət Zonası (ATZ) — bununla bağlı razılıq imzalamış ölkələri əhatə edən ticarət blokunun yerləşdiyi regiondur. Bu razılıq üzv ölkələr arasında tarifləri, idxal kvotalarını və mal və xidmətlərə tətbiq edilən güzəştləri ləğv edir. Əgər razılıqda vətəndaşların ölkədən ölkəyə hərəkətinə də olan məhdudiyyətlər qaldırılıbsa, bu "açıq sərhəd" hesab edilir. Bu iqtisadi inteqrasiyanın ikinci səviyyəsidir. İnteqrasiyanın bu səviyyəsinə o ölkələr üstünlük verir ki, onların iqtisadiyyatı bir-birini tamamlayır. Əksinə, əgər ölkələr bir-biri ilə iqtisadi baxımdan rəqabətdədirlərsə, bu razılıq əldə etmək üçün stimul yaratmır və ya bu razılıq yalnız müəyyən sahədə olan məhsul və xidmətlərə aid edilir.
Sahibkarlıq
Sahibkar termini ilk dəfə XVIII əsrin əvvəllərində yaşamış fransız iqtisadçısı Risar Kantilon tərəfindən işlənilmişdir. Sahibkar — işin faydalığını qiymətləndirən, yeni müəssisənin təşkili, yaxud yeni ideyanın (məhsulun), yaxud xidmətin işlənib hazırlanması ilə bağlı riski və məsuliyyəti öz üzərinə götürə bilən insandır. Sahibkarlıq ondan ibarətdir ki, işin mənfəətliliyini qiymətləndirməyi və mövcud resursların daha faydalı bölüşdürülməsi qabiliyyəti bacarmaqdır. İqtisadi ədəbiyyatda və praktiki fəaliyyətdə "biznes" "sahibkarlıq" anlayışları sinonim kimi işlədilir. Bu anlayışlar bir-birinə çox yaxın olsalar da kəsb etdiyi mənalara görə bir-birindən əhəmiyyətli dərəcədə fərqlənirlər. Biznes daha geniş məfhumdur. Əslində sahibkarlıq biznesin ayrılmaz tərkib hissəsidir. Biznes bütöv bir sistemdir, onun tərkibinə sahibkarlıq, istehlak, əmək və dövlət biznes növləri daxildir. Sadalanan biznes növləri öz aralarında bir-birilə sıx əlaqədardır və qarşılıqlı fəaliyyət göstərirlər, lakin öz maraqlarını reallaşdıraraq öz rollarını dəqiq yerinə yetirirlər. Biznesin mühüm əlamətləri aşağıdakılardan ibarətdir: — iqtisadiyyat subyektləri arasında fəaliyyətin dəyişməsi, biznesin ayrı-ayrı növlərinin qarşılıqlı fəaliyyətinə tələbat; — öz maraqlarının reallaşdırılmasına cəhd, öz maraqlarını biznes üzrə tərəfdaşına təkid edilməsi; — şəxsi və kollektiv təşəbbüskarlığın təzahürü; — qarşıya qoyulan məqsədə çatmaq üçün riskə getmək qabiliyyəti.
Ələt Azad İqtisadi Zonası
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı (abr. BDTL; ing. Port of Baku) — 1902-ci ildə təsis edilmiş və o vaxtdan Xəzər dənizi limanlarının ən böyüyü və ən əhəmiyyətlisi hesab olunur. 2015-ci il 18 mart tarixində Bakı Limanı yenidən qurulmuş və Qapalı Səhmdar Cəmiyyəti (QSC) yaradılmışdır. 1998-ci ildə Bakı şəhərində qədim ticarət marşrutunu yenidən bərpa etmək və cəlb olunan ölkələr ilə gələcək əməkdaşlıq imkanlarının əsaslarını qoymaq üçün "Qədim İpək Yolu" adlı beynəlxalq konfransı keçirilmişdir. Qədim İpək Yolundan istifadə edən tacirlərin Avropa ilə Asiya arasında səyahəti aylar və bəzən illər boyu davam edirdi və Mərkəzi Avrasiya mərkəzləri kritik regional logistika və paylama mərkəzləri rolunu oynayırdı. Bunların hər birində tacirlərin mal və fikirləri mübadilə etdikləri, müxtəlif mədəniyyətdən olan insanların görüşmək imkanı qazandıqları bir neçə karvansara olurdu. Bu cür ticarət mərkəzləri Avrasiya və Yaxın Şərqdən keçən geniş ticarət dəhlizləri şəbəkəsi vasitəsilə digər regional qovşaq və böyük şəhərlərlə əlaqəli idi. 1994-cü ildə Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının nizamnaməsi təsdiq edilmişdir. Bu nizamnaməyə əsasən liman, hüquqi şəxs olaraq tam təsərrüfat hesablı və özünümaliyyələdirmə prinsipləri əsasında fəaliyyət göstərir.
Qazaxıstanda sahibkarlıq
Qazaxıstandakı kiçik və orta sahibkarlıqlar (KOS) 2017-ci il üçün 1.45.994 müəssisə ilə təmsil olunur. 2010-cu ildən 2017-ci ilə qədər aktiv KOS-lərin sayı 661.598-dən 1.145.994-ə yüksəldi və bu artım orta hüquqi şəxslər istisna olmaqla bütün sahibkarlıq növlərində müşahidə edildi. 2012-ci ilədək Qazaxıstanda KOS-larda 1,8 milyon nəfər işləyir ki, bu da ümumi iqtisadi cəhətdən əhalinin 23% -dir. Eyni zamanda, Qazaxıstanın böyük şəhərlərində KOS-lərdə işləyənlərin sayı aktiv əhalinin 50% -ə çatır. Qazaxıstan sahibkarlığının inkişafı çərçivəsində 1997-ci ildə məqsədi "Sahibkarlığa maliyyə və məsləhət yardımı göstərmək" olan xüsusi bir dövlət fondu yaradılmışdır. Həmçinin, sahibkarlığa regional səviyyədə sahibkarlıq şöbələri tərəfindən xidmətlər göstərilir. 2011-ci ildə kiçik müəssisəyə xidmət dəstəyi verilən xüsusi bir "İş Yol Xəritəsi-2020" proqramı yaradıldı. Bu proqramın əsas operatoru "Damu" dövlət fondudur.Qazaxıstanda sahibkarlığı dəstəkləyən bir sıra QHT və ixtisaslaşmış dərnəklər mövcuddur. Xüsusilə, öz sıralarında Qazaxıstanın təşəbbüskar ittifaqlarını birləşdirən Qazaxıstan Respublikasının Milli Sahibkarlar Palatasını qeyd etmək olar. Qazaxıstanda sahibkarlığı dəstəkləyən ən qədim qeyri-hökumət qurumlarından biri 1992-ci ildə yaradılan Qazaxıstan Sahibkarlar Forumudur.
Azad
Azad — ad. Azad Əliyev Azad Əliyev (dirijor) — Azərbaycan dirijoru, Azərbaycanın əməkdar incəsənət xadimi. Azad Əliyev (heykəltaraş) — Azərbaycan heykəltaraşı, Azərbaycan Respublikasının əməkdar rəssamı. Azad Əliyev (skripkaçı) — Azərbaycanlı skripkaçı, Azərbaycan SSR əməkdar artisti, xalq artisti.
Bufer zonası
Bufer zonası (qoruyan zona) – qorunan təbii ərazilərin (qoruq, milli park və s.) ətrafında müəyyən sahədə (Bufer zonası) təsərrüfat fəaliyyəti məhdudlaşdırılır. Bufer zonası saxlamaqda məqsəd əsas qorunan ərazinin mühafizəsini möhkəmləndirmək və ekoloji tarazlığının sabitliyini saxlamaqdır.
Buzlaq zonası
Demilitarizasiya zonası
Demilitarizasiya zonası (ing. Demilitarized zone və ya DMZ) - hərbçilərdən alınmış termindir, döyüş əməliyyatlarının hazırlanması və aparılması qadağan edilmiş əraziləri bildirmək üçün istifadə edilir. İnformasiya texnologiyaları sahəsində DMZ termini əsasən şəbəkə ekranının xarici seqmenti ilə xarici marşrutizatorun daxili interfeysi arasında qalan şəbəkə seqmentini bildirir. Demilitarizasiya zonasının təyinatı müxtəlif servislər təqdim etmək imkanı saxlamaqla, konfidensial informasiya olan daxili şəbəkəni bütün digər şəbəkələrdən təcrid etməkdir. DMZ zonada, bir qayda olaraq, İnternetdən müraciət olunan informasiya resursları yerləşdirilir. == Ədəbiyyat == İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh. == Xarici keçidlər == SolutionBase: Strengthen network defenses by using a DMZ by Deb Shinder at TechRepublic. Eric Maiwald. Network Security: A Beginner's Guide. Second Edition.
Meşə zonası
Mübarək zonası
Mübarək zonası (rus. Мубарекская зона) — 1970-1980-ci illərdə Sovet İttifaqı hökumətinin KGB-nin təşviqi ilə planladığı, lakin uğursuzluqla nəticələnən təkliflər layihəsidir. Layihə təklifində 1940-cı illərdə Fərqanə vadisinin fərqli bölgələrinə sürgün edilmiş Krım tatarlarını (sənəddə bu millətin adı keçmişdə Krımda yaşayan Tatar milləti olaraq göstərilmişdir) Qaşqadərya vilayətinə bağlı, əsasən sənayeləşməmiş Mübarək zonasına köçürməyi planlanılırdı. Təklifin məqsədi isə Krım tatarlarının yardımı ilə bölgəni sənayeləşdirmək, Krım tatarlarını Krıma geri dönmə istəklərindən əl çəkdirmək üçün onların Özbəkistanda qalıcı olaraq kök salmalarını təmin etmək və Krım Muxtar Sovet Sosialist Respublikasının təkrar qurulması yerinə, Mübarək bölgəsində yeni tatar bölgəsini qurdurmaq idi. Krım tatarları bu planı özlərini Özbəkistanda assimiliyasiya etdirmə, "Mübarək tatarlarına" dönüşdürmə, Krımdan xaricdə tutma, Krım MSSR-nın yenidən qurulmasını əngəlləmə və Krımdan uzaqda süni "vəd edilmiş torpaqlar" qurma təşəbbüsü olaraq gördülər. Dolayısıyla, yalnızca az sayda Krım tatarı bu planı dəstəklədi və ya bu təklif edilən bölgəyə köçdü. Layihəni təşviq edənlər Krım tatarlarını guya "atalarının evi" Orta Asiyada "kök salma"ğa təşviq etmə və Krım ilə olan əlaqələrini yox sayma yönündə intensiv cəhdlər etdilər. Bütün bunlara baxmayaraq, çox az sayda Krım tatarının Mübarəkə köçdüyünü və Krım tatarlarının Krıma geri dönmə istəklərindən əl çəkmədikləri aydın olunca, plan ləğv edildi. Krım tatarları ilə Kazan tatarları arasında nə qədr fərqlər olsa da, Mübarək zonası planından bir qədər öncə, SSRİ KP Mərkəzi Komitəsi "Krım tatar problemini həll etmək" üçün Krım tatarlarını Tatarıstana köçürməyi və Kazan tatarları ilə "yenidən birləşmə"yə təşviq etməyə çalışmış, ancaq bu təklif də Krım tatarları tərəfindən rədd edilmişdir.
Qaçınma zonası
Qaçınma zonası səmanın Bizim Qalaktika tərəfindən gizlənmiş hissəsidir. Qaçınma zonası Süd yolunun Qalaktika mütəvisindən hər iki tərəfdə təxminən 10°-dir. 1878-ci ildə İngilis astronomu Riçard Proktor öz məqaləsində Con Hersşelin Dumanlıqların Ümumi Kataloqundakı "dumanlıq" ifadəsinə əsaslanaraq Qaçınma zonasını Bir neçə Dumanlığın Zonası olaraq qeyd etmişdi. Yerdən müşahidə zamanı Süd Yolunun müstəvisindəki( qalaktika müstəvisi) sönən rəqslər, kosmik toz və ulduzlar vizual oblastda ekstraqalaktik səmanın təxminən 20%-inin görünməsinə mane olur. Nəticədə optik qalaktik kataloqlar adətən qalaktika müstəvisi ətrafında əskikdir. Son illərdə bir çox layihələr Qaçınma zonasının yaratdığı bilik boşluğunu doldurmağa yönəlmişdir. Qalaktikamızdakı qaz və toz optik dalğa uzunluğunda udulmaya səbəb olur və buda ön plandakı ulduzların arxa fondakı qalaktikalarla qarışdırılmasına gətirib çıxarır. Eyni zamanda, dalğaların sönməsi effekti infraqırmızı oblast kimi uzun dalğa uzunluqlarında xarakterikdir və Süd yolu radiodalğa oblastında effektiv şəkildə şəffafdır. İRAS və 2MASS kimi infraqırmızı oblastda müşahidlər ekstraqalaktik səmanın daha tam təsvirini verdi. İki böyük qonşu qalaktikada Maffei 1 və Maffei 2 qalaktikalarında Qaçınma zonası Paolo Maffei tərəfindən 1968-ci ildə infraqırmızı oblasta müşahidələr zamanı aşkar edilmişdir.
Səhra zonası
Tundra zonası
Yarımsəhra zonası
Yarımsəhra – arid iqlim şəraitində formalaşan landşaft tipi. Meşəsiz olub bitki və torpaq örtüyü kompleksi ilə fərqlənir. Y. mülayim və subtropik qurşaqlarda çöl landşaftı ilə səhra landşaftı, tropik qurşaqlarda isə səhra landşaftı ilə savanna landşaftı arasında keçid zonaları təşkil edir. Burada çöl, savanna və səhra landşaftlarının elementləri birləşir. (rus. полупустыня, ing. semi-desert, half-desert) Yarımsəhra, yarımsəhra zonaları — Yerin əsas landşaft tiplərindən biri. Mülayim va subtropik qurşaqlarda çöl ilə səhra, tropik qurşaqlarda isə səhra ilə savanna landşaftları arasında keçid təşkil edir. İqlimi mülayim və subtropik qurşaqlarda quru, kontinental, tropiklərdə qızmar və qurudur. Orta temperatur qışda mülayim qurşaqlarda —20°S-yə qədər, subtropiklərdə 0°S-dən yuxarı, tropiklərdə 12–20°S, yayda müvafiq olaraq 22–25°S, 20–25°S, 30°S-dir.
Ölüm zonası
Ölüm zonası (ing. Kill zone), bəzən öldürülmə zonası (ing. Killing zone) da adlanır — hərbi taktikada, müdafiə atəşi ilə əhatə olunan ərazi, yaxınlaşan düşmən qüvvəsi üçün tələ və məhv ərzində pusqu elementi.
Şengen zonası
Şengen zonası (ing. Schengen Area; fr. Espace Schengen) — Lüksemburqun, Şengen şəhərində 1985-ci ildə imzalanmış Şengen müqaviləsinə əsasən 29 Avropa dövlətində daxili vizasız hərəkəti təmin edən şərti ərazi. Şengen zonası daxilində hərəkət edənlər üçün sərhəd yoxlanışı tələb olunmur və səyahətçilər vahid ölkə prinsipi ilə hərəkət edərək 29 Avropa ölkəsinə sərbəst şəkildə hərəkət edə bilirlər. I Şengen müqaviləsi 1985-ci ilin 14 iyun tarixində beş Avropa ölkəsi arasında imzalanmışdır. Müqaviləni Fransa, Qərbi Almaniya ilə yanaşı Benilüks ölkələri olan Belçika, Hollandiya və Luksemburq imzalanmışdır. 1990-cı ilin 19 iyun tarixində Şengen Müqaviləsinin Tətbiq Konvensiyasının imzalanması ilə razılaşma qüvvəyə minmişdir. Müqavilə Lüksemburq, Fransa və Almaniyanın sərhədlərinin kəsişdiyi yer olan Lüksemburqun Şengen şəhərində imzalandığına görə həmin şəhərin adına adlandırılmışdır. İkinci müqavilə isə Mos çayının ortasındakı Kraliça Mari-Astrid adlı gəmidə imzalanmışdır. Müqavilənin qüvvəyə minməsi 1995-ci ilin 26 mart tarixinə qədər uzanmış və bu müddət ərzində Portuqaliya və İspaniya da Şengen zonasına qoşulmuşdur.
Təhlükə zonası
Təhlükə zonası (ing. The Hurt Locker) — 2008-ci il ABŞ istehsalı müharibə-triller filmi. Film doqquz "Oskar" mükafatına namizəd olub və altı kateqoriya üzrə qalib gəlib. ABŞ ordusunun qulluqçusu serjant Vilyam Ceyms İraqda həyatı bahasına başa gələ biləcək zərərsizləşdirmə missiyasındadır — hər an partlamağa hazır olan minaların əhatəsindədir. Təhlükə zonası — Internet Movie Database saytında.
Sürət zonası
Sürət zonası (ing. Speed Zone!) – 1989-cu ildə macəra-komediya janrında çəkilən filmdir. Digər adı "Top nüvəsi qaçışı 3" kimi səslənir. Yarışçılar yenidən "Avtomobil yarışı"na hazırlaşırlar. Bu yarışa görə avtomobillər çoxlu ştatları qət etməlidilər. Şeyx isə yarışçıların hamısını zindana atmağa hazırdır... Top nüvəsi qaçışı Top nüvəsi qaçışı 2 Sürət zonası — Internet Movie Database saytında.
İqtisad və Sahibkarlıq Universiteti
İqtisad və Sahibkarlıq Universiteti — Qırğızıstan Respublikasıda olan ali təhsil müəssisəsi. İqtisad və Sahibkarlıq Universiteti 1 aprel 1993-ci il tarixli Qırğızıstan Prezidentinin №VII-100 qərarı ilə yaradılmışdır. Bu kararnameye görə universitetə ​​başlanğıcda Cəlal-Abad Ticarət İnstitutu adı verilmişdir. (2005-ci ildə İqtisad və Sahibkarlıq Universitetinə çevrilmişdir). 1993-ci ildə Cəlal-Abad Ticarət İnstitutu, Cəlal-Abad Oblast Dövlət İdarəsi, Qırğızıstan Təhsil Nazirliyi və Türk Dünyası Araşdırmaları Vəqfi arasında imzalanan müqavilə əsasında Qırğız-Türk İşletme Fakültesi quruldu. 2008-ci ildən etibarən Türk Dünyası Qırğız-Türk İctimai Elmlər İnstitutu adını daşıyır. Bu institutun açılmasında Türk Dünyası Araşdırmaları Vəqfi başçısı Prof. Dr. Turan Yazqan'ın fəaliyyətləri böyükdür. Bu institutda Qırğızıstan vətəndaşları daxil Türkiyə, Rusiya, Qazaxıstan, Azərbaycan, Makedoniya, Gürcüstan, Suriya, Özbəkistan, Əfqanıstan vətəndaşları təhsil görməkdədirlər.
Güzəştli Ticarət Zonası
Güzəştli Ticarət Zonası (GTZ) və ya Güzəştli Ticarət Razılığı — üzv ölkələr arasında müəyyən məhsullara azad ticarəti təmin edən ticarət bloku. Bu sözügedən məhsullar üzərində bəzi tariflərin aradan qaldırılmasını nəzərdə tutur. GTZ ticarət anlaşmasının bağlanması ilə əldə olunur. Bu iqtisadi inteqrasiyanın ilk səviyyəsidir. GTZ və azad ticarət zonası (ATZ) arasında fərq o qədər də böyük olmaya bilər, çünki Tarif və Ticarət üzrə Baş Sazişə görə, istənilən GTZ-nin məqsədi sonda ATZ yaratmaqdır. Bunun üstünlükləri Dünya Ticarət Təşkilatına üzv olan ölkələrin təcrübəsində görünür .
Koreya silahsızlaşdırılmış zonası
Koreya silahsızlaşdırılmış zonası (kor. 한반도 비무장지대, Hanbando Bimujangjidae; ing. Korean Demilitarized Zone, DMZ) — Şimali Koreya ilə Cənubi Koreya arasında yerləşən və Koreya yarımadasının iki hissəyə bölən 250 km uzunluğunda və 4 km enində sərhəd xətti. Zona koreya müharibəsindən sonra 1953-cü ildə Şimali Koreya, Çin və Birləşmiş Millətlər Təşkilatı arasında imzalanmış müqavilədən sonra yaradılmışdır. Koreya silahsızlaşdırılmış zonası dünyada ən ciddi şəkildə mühafizə edilən sərhəd xəttlərindən biri hesab olunur və qarşı tərəfə keçid yalnız xüsusi icazə əsasında, məhdud sayda məntəqələrdən mümkündür.
Meşə-tundra zonası
Qarışıq meşələr zonası
Qarışıq meşələr zonası — mülayim qurşaqda qarışıq iynəyarpaqlı və enliyarpaqlı meşələrin ərazisi. Bu meşələr ən çox mərkəzi Çin və Şimali Amerikanın şərqində yayılsa da, Qafqaz, Himalay, Cənubi Avropa və Rusiyanın Uzaq Şərqində də yayılmışdır.
Sağlamlıq Zonası (1965)
Film Sovet İttifaqında yaşlı adamlar üçün yeganə Bakı sağlamlıq zonası, zamanın entuziast həkimlərinin eksperimentləri haqqındadır.
Çernobıl təcrid zonası
Çernobıl təcrid zonası (ukr. Зона відчуження Чорнобильської АЕС‌) - 1986-cı ilin 26 aprel tarixində baş vermiş Çernobıl faciəsindən sonra Çernobıl AES-i və Pripyat şəhərinin ərazilərində yaradılmış xüsusi bölgə.