iyrənmək; ~ ürəyi bulanmaq, ürəyi ağzına gəlmək.
çox qorxmaq; qorxudan, həyəcandan ölmək.
bax: sarısını udmaq.
rəngi ağarmaq, qorxudan, həyəcandan və s.-dən rəngi saralmaq, sapsarı olmaq; ~ rəngi qaçmaq, rəngi-ruhu qaçmaq
eyni şeyə fərqli münasibət göstərmək, fərq qoymaq.
məsuliyyəti üstündə olmaq; ~ boynunda qalmaq.
bir işi yerinə yetirməyə gücü, imkanı çatmaq, edə bilmək, bacarmaq; ~ gücü çatmaq, baş açmaq.
hər hansı bir işi görəcəyinə söz vermək, əmin etmək, razı olmaq; ~ boyun olmaq.
hansısa işi birinin boynuna qoymaq, tapşırmaq, həvalə etmək.
yerinə yetirmək məcburiyyətində qalmaq; ~ boynuna düşmək, çiyninə düşmək, üzərinə düşmək.
adәtən, bir şәxs ölәndәn sonra onun qohumları arasında soyuqluq yarandıqda, get-gәl kәsildikdә işlədilən ifadә
mümkün olmayan bir şeyi arzulamaq; ~ ölüdən hay gözləmək, olmayacaq duaya amin demək.
bax: öküzdən süd ummaq.
çox gənc, enerjili və güclü adam haqqında işlədilən ifadə.
hər hansı səhvini düzəltməyə, günahını yumağa cəhd etmək, guya adını təmizə çıxartmaq üçün uğursuz addım atmaq
bax: soyub-soyub quyruğunda bıçağı sındırmaq.
çətinliyin bitmədiyini, qarşıda daha ağır işlərin olduğunu anlatmaq üçün işlədilən ifadə.
bax: öl deyəndə ölmək, qal deyəndə qalmaq.
üzüyola olmaq, sözündən çıxmamaq, tapşırılan bir işi can-başla yerinə yetirmək; ~ bir sözünü iki eləməmək
nə dediyini və nə etdiyini bilməmək, azğınlaşmaq, qudurmaq; ~ həddini aşmaq, cızığından çıxmaq.
tədbir görmək, cəzalandırmaq.
çox böyük, həddən artıq iri olmaq, ölçülə bilməmək.
həyata keçməmiş, hələ baş tutmamış xəyali bir işdən gələcək gəlirin üstündə mübahisə etmək, illüziyalara qapılmaq
çox acgöz, pul və sərvət düşkünü olmaq.
adı olan, özü olmayan bir şey; heç nəyə yaramayan.
lap əvvəldən, başlanğıcdan mahiyyətə, müəyyən edilmiş prinsipə uyğun olmamaq, bəslənilən ümidləri doğrultmamaq
1. Yorğunluq və s. nəticəsində hərəkətsiz, halsız olmaq; yorğunluqdan yuxuya getmək, bərk yatmaq; ~ tirtap düşmək, daş kimi düşmək
durğun, hərəkətsiz vəziyyət, dalan.
dalana dirənmiş bir işə təkan vermək, onu irəliyə aparmaq, durğunluğa son qoymaq.
məharətlə hazırlanmış çox dadlı, ləzzətli və cana xeyirli şey haqqında işlədilən ifadə.
dan. ləyaqətsiz, utanc gətirən əməl törətmiş adam haqqında işlədilən ifadə.
ölümlə nəticələnə biləcək davaya başlamaq.
üzülmək, zəifləmək; ~ əldən düşmək, hay-hayı gedib, vay-vayı qalıb, canı ilə əlləşmək.
mümkünsüz bir işlə məşğul olmaq; ~ öküzü qaldırıb altında buzov axtarmaq, öküzdən süd ummaq.
son anlarını yaşamaq; ~ can vermək, can üstə olmaq, ölüm döşəyinə düşmək.
ağır xəstəliyə yoluxmaq; ~ ölüm ayağında olmaq.
ölmək; ~ ruhunu təslim etmək.
ağır fəlakətdən, təhlükədən xilas olmaq, ölümün bir addımlığından qayıtmaq; ~ o dünyanı görüb gəlmək (qayıtmaq), kəfəni yırtmaq
kimin və nəyinsə uğrunda özünü fəda etməyə, canını qurban verməyə hazır olmaq.
məhvinə səbəb olmaq; ~ fəlakətə sürükləmək, bada vermək, güllə qabağına vermək.
ölümlə nəticələnə bilən hərəkətlər etmək; ~ əcəl girləmək (hərləmək), əcəlinə susamaq.
bax: əcəli çatmaq.
bax: ölümü gözünün altına almaq.
ölüm riskinə baxmadan hərəkət etmək; ~ kəfənini boynuna dolamaq, ölümü gözə almaq, top ağzına getmək
qorxmamaq, cəsur olmaq, heç nədən çəkinməmək; ~ geri çəkilməmək, meydana atılmaq.
pis vəziyyətdə qalmaq, vəziyyət daha da pisləşmək, çətinliklə qarşılaşmaq.
yaxın adamı vəfat etmək; ~ yası düşmək.
cənazəsini qaldıracaq heç kimi olmamaq, dəfn etməyə bir kəsi olmamaq; ~ ölüsü yerdə qalmaq.
bax: ölüsü ortada qalmaq.
boş və mənasız həyat yaşamaq.