Фразеологический словарь азербайджанского языка

  • ŞABALID CİNSİ

    çox xəsis, xeyrə-şərə yaramayan adam.

    Полностью »
  • ŞABALIDDAN YAĞ ÇIXARTMAQ

    mümkün olmayan şeydən də fayda görməyə, qazanc əldə etməyə çalışmaq; ~ yumurtadan yun qırxmaq.

    Полностью »
  • ŞADARAYA DÖNDƏRMƏK

    bax: xəlbirə döndərmək.

    Полностью »
  • ŞADLIĞINA ŞİTLİK ELƏMƏK

    qudurğan olmaq, naşükür olmaq, aza qane olmamaq, daha çox istəmək.

    Полностью »
  • ŞAH ABBASI TAXTDA GÖRÜB, NADİRİ QUNDAQDA

    çox qoca, yaşı keçmiş, uzun ömür yaşamış adam haqqında yumorla işlədilən ifadə; ~ Nadiri taxtda görüb, Süleymanı qundaqda

    Полностью »
  • ŞAH TƏNBƏLİ

    həddindən artıq tənbəl, hərəkətsiz, ərincək.

    Полностью »
  • ŞAHMAR İLANA RAST GƏLMƏK

    əzazil adamla rastlaşmaq, təhlükə ilə üzləşmək.

    Полностью »
  • ŞAHMAT TAXTASINA ÇIXMAQ

    siyasətə qoşulmaq.

    Полностью »
  • ŞAX GƏZMƏK

    alnıaçıq, üzüağ, başıuca olmaq, özünü qürurlu aparmaq, eyibsiz, nöqsansız olmaq, özünü dik tutmaq, camaatın gözünə dik baxmaq

    Полностью »
  • ŞAXI QARA BƏZƏNMƏK

    toyu olduğu zaman həyatını itirmək.

    Полностью »
  • ŞAXINI QIRMAQ (SINDIRMAQ)

    aşağılamaq, təhqir etmək; ~ gözdən salmaq, qürurunu qırmaq (sındırmaq).

    Полностью »
  • ŞAQQANAQ ÇƏKMƏK

    bərkdən gülmək, qəşş edib gülmək; ~ qəhqəhə çəkmək.

    Полностью »
  • ŞAQQULU BƏZƏKLİ QALDI

    dan. birisinin geyinib-kecinərək cidd-cəhdlə hazırlaşdığı tədbir, mərasim baş tutmadıqda işlədilən ifadə

    Полностью »
  • ŞALVARI ƏYNİNDƏN DÜŞMƏK

    çox arıqlamaq; pis dolanmaq, kasıblamaq, güzəranı, maddi vəziyyəti pişləşmək.

    Полностью »
  • ŞALVARINI BAŞINA ÇEVİRMƏK

    alçaltmaq, biabır etmək, ünvanına hədyanlar söyləmək, təhqir etmək.

    Полностью »
  • ŞAM KİMİ ƏRİMƏK

    dərddən, qüssədən, fikirdən üzülmək, arıqlamaq, zəifləmək.

    Полностью »
  • ŞANS DÜŞMƏK

    əlverişli imkan, vaxt və şərait yaranmaq; ~ fürsət düşmək.

    Полностью »
  • ŞANS VERMƏK

    özünü təsdiq etməyə, günahını yumağa, səhvini düzəltməyə imkan vermək; ~ fürsət vermək.

    Полностью »
  • ŞANSI QAÇIRMAQ (İTİRMƏK)

    imkandan məqamında yararlana bilməmək; ~ əldən qaçırmaq, fürsəti əldən vermək (buraxmaq).

    Полностью »
  • ŞAPALAQLA ÜZ QIZARTMAQ

    dan. eyibləri ört-basdır edərək bir şeyi müsbət tərəfdən təqdim etmək; bir işi cüzi imkanlar hesabına ərsəyə gətirmək

    Полностью »
  • ŞATIRI ÇIXMAQ

    yorulmaq, üzülmək, heydən düşmək; ~ əldən düşmək.

    Полностью »
  • ŞEYPUR ÇALMAQ

    hər hansı hərəkət və s.-ni şişirtmək, haqqında pis danışmaq, geniş məlumat yaymaq; ~ hay-küy salmaq, zur-düdük eləmək

    Полностью »
  • ŞEYPURU GEN BAŞINDAN ÇALMAQ

    dan. işi tərsinə, baş-ayaq görmək, işin çəmini, qaydasını bilməmək.

    Полностью »
  • ŞEYTAN BARMAĞI

    mərdimazar, araqızışdıran, bədniyyət adamın müdaxiləsi, pis niyyət, məkr.

    Полностью »
  • ŞEYTAN ƏMƏLİ

    lazımınca dərk olunmayan, insanın heyrətləndiyi və qorxu duyduğu texnoloji vasitə, ixtira və s.

    Полностью »
  • ŞEYTAN QULAĞI KAR OLSUN

    yaxşı gedən işin pozulacağından ehtiyat edərkən və yaxud arzu edilməyən bir şey (hadisə) haqqında danışılarkən deyilən ifadə; ~ göz dəyməsin, qulaqlar

    Полностью »
  • ŞEYTAN YOLDAN ÇIXARIB

    yanlış və təhlükəli yola düşmüş, yolunu azmış adam haqqında işlədilən ifadə.

    Полностью »
  • ŞEYTAN YOLUNA DÜŞMƏK

    pis işlərə qurşanmaq, şərə xidmət etmək, şeytanın sözünə qulaq asmaq; ~ yolunu azmaq, günaha batmaq.

    Полностью »
  • ŞEYTAN YUVASI

    pislik edən, şər işlərlə məşğul olan yaramaz adamların toplaşdığı yer; insanlarda  qorxu və vahimə yaradan, yaramazlıqlar törədən qurum, təşkilat haqq

    Полностью »
  • ŞEYTANA BAC VERMƏMƏK

    bax: şeytana papış tikmək.

    Полностью »
  • ŞEYTANA KƏLƏK (KƏF) GƏLMƏK

    bax: şeytana papış tikmək.

    Полностью »
  • ŞEYTANA PAPIŞ TİKMƏK

    çoxbilmiş, hiyləgər, fırıldaqçı olmaq; ~ şeytana bac verməmək, şeytana kələk (kəf) gəlmək.

    Полностью »
  • ŞEYTANA PAPIŞI TƏRS GEYDİRMƏK

    son dərəcə bacarıqlı, ayıq, zirək, gözüaçıq olmaq; ~ şeytana papış tikmək.

    Полностью »
  • ŞEYTANIN AYAĞINI (QIÇINI) SINDIRMAQ

    bir yerə uzun müddətdən sonra baş çəkmək, çoxdan görmədiyi adamları yoluxmaq.

    Полностью »
  • ŞEYTANIN DA AĞLINA GƏLMƏZ

    xəyala gəlməyən, heyrət, təəccüb doğuran iş, hərəkət haqqında işlədilən ifadə.

    Полностью »
  • ŞEYTANIN ƏLİ ÜZÜNDƏ QALIB

    birisinin ağlasığmaz, əcaib bir əməli ilə bağlı işlədilən ifadə.

    Полностью »
  • ŞEYTANIN SÖZÜNƏ QULAQ ASMAQ

    pis fikrə, niyyətə düşmək.

    Полностью »
  • ŞƏBƏDƏ QOŞMAQ

    bax: şər-şəbədə qoşmaq.

    Полностью »
  • ŞƏFA TAPMAQ

    sağalmaq, xəstəlikdən qurtulmaq.

    Полностью »
  • ŞƏFA VERMƏK

    sağaltmaq, ağrı-acısını azaltmaq.

    Полностью »
  • ŞƏHADƏTƏ YETİŞMƏK

    şəhid olmaq, müqəddəs əməllər uğrunda həlak olmaq.

    Полностью »
  • ŞƏKK GƏTİRMƏK

    inanmamaq, şübhə ilə yanaşmaq.

    Полностью »
  • ŞƏKKƏ DÜŞMƏK

    bax: şübhəyə düşmək.

    Полностью »
  • ŞƏKKƏ SALMAQ

    bax: şübhəyə salmaq.

    Полностью »
  • ŞƏLƏ-KÜLƏSİNİ BAYIRA ATMAQ

    bax: şələ-küləsini qoltuğuna vermək.

    Полностью »
  • ŞƏLƏ-KÜLƏSİNİ QOLTUĞUNA VERMƏK

    qovmaq, kimisə vəzifədən, işdən, oturduğu yerdən uzaqlaşdırmaq, çıxarmaq; ~ şələ-küləsini bayıra atmaq, mitilini bayıra atmaq, xoruzunu qoltuğuna verm

    Полностью »
  • ŞƏLƏ-KÜLƏSİNİ YIĞIŞDIRMAQ

    getməyə, tərk etməyə hazırlaşmaq; nəyi varsa yığışdırıb özü ilə aparmaq.

    Полностью »
  • ŞƏLƏ LƏLƏNİ BASIB

    ikincidərəcəli məqamların əsas mahiyyəti, əhəmiyyətsiz, xırda adamların dəyəri olanları haqsız yerə üstələdiyini bildirən ifadə

    Полностью »
  • ŞƏLƏNİ QOY, GƏL DALAŞAQ

    bir səbəb olmadan dalaşmağa can atan, öcəşən adam haqqında işlədilən ifadə. 

    Полностью »
  • ŞƏLƏSİNİ QOLTUĞUNA VERMƏK

    bax: şələ-küləsini qoltuğuna vermək.

    Полностью »