televiziya və ya radio verilişində iştirak etmək; hava telefonu ilə danışmaq.
bax: ehtiyacdan qurtarmaq.
sıxıntıdan qurtulmaq; ~ kasıblığın daşını atmaq.
1. Bayram, qonaqlıq, toy və s. üçün hazırlıq etmək. 2. Dar gün üçün ərzaq, pul və s. toplamaq.
ehtiyatlı, tədbirli olmaq, hər bir ehtimala qarşı tədbir görmək; ~ itlə dostluq edib çomağı yerə qoymamaq
adət-ənənələrə uyğun hərəkət etmək, qəbul olunmuş adət-ənənələrdən kənara çıxmamaq.
1. Qız almaq üçün gedib-gəlmək, elçilik etmək. 2. Kimisə bir işə razı salmaq üçün təkid etmək.
bir qıza bir neçə elçi gəlmək, elçiləri çox olmaq.
kiminsə yanına xahiş üçün vasitəçi göndərmək; bir işin yoluna qoyulması üçün davamlı xahiş etmək, cəhd göstərmək
əhəmiyyətsiz bir şey kimi, qeyri-ciddi, sayğısız yanaşmaq, mənasız hesab etmək.
hədsiz səs-küydən, qarışıqlıqdan sonra birdən-birə yaranmış sükut haqqında işlədilən ifadə.
bax: dilə-dişə düşmək.
bax: dilə-dişə salmaq.
çox bilikli, zəkalı; ~ ağıl dəryası.
kökəlmək, ətlənmək; ~ eni ilə uzunu bir olmaq.
hədsiz dərəcədə kökəlmək, piylənmək; ~ enə vermək.
boş-boşuna gəzmək, faydasız, lazımsız işlərlə məşğul olmaq, veyillənmək.
özünü işə verməmək, dərd-qəm bilməmək, başqalarının hesabına kef çəkmək.
Əncamənin qapı açılıb-örtüləndə çərçivədə hərəkətsiz duran hissəsi.
kişi təbiətli, özünü kişi kimi aparan, kişi ədalı, incə davranmayan qadın haqqında işlədilən ifadə.
“mən nə deyirəmsə, o da olacaq”, “nə olursa olsun, mən deyəni etməlisən” mənalarında işlədilən ifadə
başlanmış bir işi ələ alaraq davam etdirmək.
aşiq olmaq, sevmək; ~ eşq oduna yanmaq.
bax: eşq oduna düşmək.
1. Aşiq olmaq, vurulmaq, sevmək. 2. Hədsiz dərəcədə bir şeyin həvəsində, həsrətində, arzusunda olmaq
həvəslənmək, coşmaq, ruhlanmaq; ~ ilhama gəlmək, vəcdə gəlmək, cuşa gəlmək.
sevməsinə, aşiq olmasına səbəb olmaq, özünə aludə etmək; ~ könlünü ovlamaq.
dəlicəsinə sevmək, vurulmaq; ~ məcnuna dönmək.
xarici görünüşü dəyişən, lakin daxilən, mənən inkişaf etməyən, kobud və axmaq adam haqqında işlədilən ifadə
heç bir hörməti, nüfuzu olmayan, sayılmayan adam haqqında işlədilən ifadə.
bax: eşşək nə bilir zəfəran nədir.
axmaq, qanmaz, yaxşı ilə pisə fərq qoya bilməyən adam haqqında işlədilən ifadə; eşşək nə bilir xurmanın dadını
məğlub olsa da, özünü o yerə qoymamaq; ~ özünü tox tutmaq, özünü sındırmamaq.
güclüdən qorxub gücsüzün yaxasından yapışmaq, güclünün qisasını fağırdan almaq, gücünü gücsüzə göstərmək; ~ eşşəyi qoyub palanı toqqaşdamaq
rüsvay etmək, biabırçı hala salmaq.
bax: eşşəyə gücü çatmır, palanı döyür.
vəzifəsini, səlahiyyətlərini itirmək, sonu çatmaq; ~ işi bitmək, kəlmeyi-şəhadəti oxunmaq, zurnası çalınmaq, kitabı bağlanmaq
dəyəri, hörməti olmayan birinə öləndən sonra həddindən artıq dəyər verilməsinə münasibətdə işlədilən ifadə
vulqar. kobud, tərbiyəsiz, yaramaz adam haqqında işlədilən ifadə.
1. Dəyərini, nüfuzunu, etibarını itirmək, etibar edilməmək, əvvəlki kimi mötəbər olmamaq; ~ nüfuzdan düşmək
bir insanın (dəstənin, qrupun və s.) himayəsində olmaq, bir kəsin və ya bir şeyin salamat, təhlükəsiz qalmasına tam güvənmək
inanmaq, etibar etmək.
gizli qalmalı olan söz, iş haqqında deyilən ifadə; ~ bir daş altda, bir daş üstdə.
evdən kənara çıxmağa icazə verilməmək, evdə saxlanılmaq.
evlənmək, ailə qurmaq, ata-anadan ayrılaraq müstəqil yaşamaq.
qazandığı pulun qədrini bilmək, pulunu ora-bura dağıtmamaq, sağa-sola xərcləməmək, yığıcı olmaq, bədxərc olmamaq
birinə pislik etmək, bədbəxt etmək.
ilk dəfə görülən, haqqında təsəvvür, məlumat olmayan bir şey haqqında işlədilən ifadə.
evdə hər kəsə ağalıq edən, ancaq bayırda səsi çıxmayan, söz deməyə qorxan adam haqqında işlədilən ifadə
ərə getməmiş qız haqqında deyilən ifadə; ~ yurdda qalmaq.