Фразеологический словарь азербайджанского языка

  • YA KEÇƏL HƏSƏN, YA HƏSƏN KEÇƏL

    müqayisə olunan iki şey arasında heç bir fərq olmadığını bildirən ifadə.

    Полностью »
  • YA SƏNƏ VERƏN ALLAH, YA MƏNƏ

    açıq mübarizəyə çıxan adamın qarşı tərəfə hədə ilə işlətdiyi ifadə.

    Полностью »
  • YA ZƏLZƏLƏDƏN, YA VƏLVƏLƏDƏN

    hadisənin başvermə səbəbinin əhəmiyyətsiz olduğunu bildirən ifadə.

    Полностью »
  • YABA İLƏ DOVĞA İÇMƏK

    faydası, səmərəsi olmayan işlə məşğul olmaq; ~ xəlbirlə su daşımaq.

    Полностью »
  • YADA DÜŞMƏK

    hafizədə, yaddaşda yenidən canlanmaq, xatırlanmaq.

    Полностью »
  • YADA SALMAQ

    xatırlamaq, hafizədə, yaddaşda canlandırmaq; ~ gözünün qabağına gəlmək (gətirmək), göz önünə gətirmək, gözünün önündən keçirmək, ağlına gəlmək (gətirm

    Полностью »
  • YADA YALAQ, QOHUMA DALAQ

    yada, özgəyə yaltaqlıq edərək dosta, qohuma düşmən olan, yaxınlarına arxa çevirən şəxs haqqında işlədilən ifadə

    Полностью »
  • YADDA QALMAQ

    unudulmamaq; ~ beynində qalmaq, ağlında qalmaq, xatirində qalmaq, tarixə düşmək (yazılmaq).

    Полностью »
  • YADDA SAXLAMAQ

    unutmamaq; ~ nəzərdə saxlamaq, ağlında tutmaq, qulağında sırğa etmək (olmaq).

    Полностью »
  • YADDAN ÇIXMAQ

    unudulmaq, xatırlanmamaq.

    Полностью »
  • YADDAŞI QISA OLMAQ

    ən yaxın dövrün hadisələrini, yaxud iştirakçısı olduğu bir  olayı bilərəkdən təhrif etmək, ən vacib məqamı qəsdən unutmaq

    Полностью »
  • YADDAŞI PAS TUTMAQ (ATMAQ)

    heç nə xatırlamamaq; ~ yaddaşını itirmək.

    Полностью »
  • YADDAŞINA YAZMAQ

    bax: beyninə həkk etmək (olunmaq).

    Полностью »
  • YADDAŞINI İTİRMƏK

    unutmaq, heç nə xatırlamamaq, yada sala bilməmək; ~ yaddaşı pas tutmaq (atmaq).

    Полностью »
  • YADINDAN ÇIXARMAQ

    unutmaq, xatırlamamaq; ~ fikrindən çıxmaq, xatirindən çıxmaq, huşundan çıxmaq.

    Полностью »
  • YAĞ-BAL İÇİNDƏ BƏSLƏMƏK

    bax: yağ içində böyrək kimi bəsləmək.

    Полностью »
  • YAĞ-BAL İÇİNDƏ BÖYÜMƏK

    heç nədən korluq çəkmədən böyümək, uşaqlığı çox yaxşı şəraitdə keçmək.

    Полностью »
  • YAĞ-BAL İÇİNDƏ ÜZMƏK (YAŞAMAQ)

    zəngin və firavan yaşamaq, hər şeyi olmaq; ~ süd gölündə üzmək.

    Полностью »
  • YAĞ İÇİNDƏ BƏSLƏMƏK

    bax: yağ içində böyrək kimi bəsləmək.

    Полностью »
  • YAĞ İÇİNDƏ BÖYRƏK KİMİ BƏSLƏMƏK

    naz-nemət içində böyütmək, hərtərəfli qayğısına qalmaq, korluq çəkməyə qoymamaq; ~ ovcunun içində saxlamaq, yağ-bal içində bəsləmək, quş südü ilə bəsl

    Полностью »
  • YAĞ YEYİB YAXADA GƏZMƏK

    keflə yaşamaq, hər cür təminatı olmaq.

    Полностью »
  • YAĞI KƏSİLMƏK

    düşmən olmaq; ~ qənim kəsilmək.

    Полностью »
  • YAĞIŞDAN ÇIXIB YAĞMURA DÜŞMƏK

    bir çətin vəziyyətdən və ya hadisədən qurtarıb daha çətin vəziyyətə düşmək.

    Полностью »
  • YAĞLA ŞORA FƏRQ QOYMAMAQ

    yaxşı ilə pisi fərqləndirməmək; ~ lornan şora fərq qoymamaq.

    Полностью »
  • YAĞLI DİLİNİ İŞƏ SALMAQ

    bax: dilini işə salmaq.

    Полностью »
  • YAĞLI ƏPPƏK OLUB GÖYƏ ÇIXMAQ

    yox olmaq, qeyb olmaq; ~ yoxa çıxmaq.

    Полностью »
  • YAĞLI YERDƏN YAPIŞMAQ

    varlı, imkanlı ailə ilə qohum olmaq.

    Полностью »
  • YAXASI ƏLDƏ QALMAQ

    üzərində məsuliyyət qalmaq, cavabdeh olmaq, məsuliyyətdən qurtara bilməmək.

    Полностью »
  • YAXASI ƏLƏ KEÇMƏK

    tutulmaq, yaxalanmaq.

    Полностью »
  • YAXASINDAN ASILIB QALMAQ

    əl çəkməmək, zəli kimi yapışmaq.

    Полностью »
  • YAXASINDAN ƏL ÇƏKMƏK

    təqibi, sorğu-sualı dayandırmaq; aralanmaq, çıxıb getmək, uzaqlaşmaq.

    Полностью »
  • YAXASINI CIRMAQ (YIRTMAQ)

    canfəşanlıqla nəyi isə sübut etmək; ağlamaq, fəğan etmək; ~ özünü yeyib-tökmək (dağıtmaq).

    Полностью »
  • YAXASINI ƏLDƏ QOYMAQ

    cavabdeh halına salmaq, mübahisə obyektinə çevirmək; ~ işə salmaq.

    Полностью »
  • YAXASINI ƏLƏ VERMƏMƏK

    yaxalanmamaq, tutulmamaq, ehtiyatlı olmaq; tələbi, xahişi olan birisi ilə görüşdən qaçmaq, yayınmaq; ~ ətəyi ələ verməmək, quyruq ələ verməmək

    Полностью »
  • YAXASINI QIRAĞA (KƏNARA) ÇƏKMƏK

    bir işə qarışmamaq, qoşulmamaq, məsuliyyətdən qaçmaq; ~ özünü qırağa (kənara) çəkmək, boyun qaçırmaq

    Полностью »
  • YAXASINI QURTARMAQ

    xilas olmaq; ~ canını qurtarmaq.

    Полностью »
  • YAXASINI TANIMAQ

    dadanmaq, bir adama daim bir şey üçün müraciət etmək.

    Полностью »
  • YAXIN YERƏ YÜK DAŞIMAQ

    dan. yemək (zarafat və ya istehza ilə).

    Полностью »
  • YAXINA BURAXMAMAQ (QOYMAMAQ)

    xoşlamamaq, qəbul etməmək, istəməmək; ehtiyatlanmaq, çəkinmək; ~ yüz metrliyindən qaçmaq, yan gəzmək

    Полностью »
  • YAXŞI BAXMAQ

    xüsusi diqqət göstərmək; ~ əl üstündə saxlamaq.

    Полностью »
  • YAXŞI OLDU

    bax: əcəb oldu.

    Полностью »
  • YAXŞILIĞI DƏYMƏK

    kiməsə kömək etmək; ~ xeyri dəymək (keçmək).

    Полностью »
  • YAXŞILIĞI İTİRMƏK

    nankor olmaq, naxələflik etmək; ~ çörəyi itirmək, çörəyi dizinin üstündə olmaq, naxələf çıxmaq.

    Полностью »
  • YALA HÜRMƏK

    yaltaqlanmaq, yarınmaq; ~ qılığına girmək.

    Полностью »
  • YALAN SATMAQ

    aldatmaq, yalan demək.

    Полностью »
  • YALANA YAMAQ OLMAMAQ

    uydurma və yalan bir şeyə dəstək olmamaq, haqsız olana qol-qanad verməmək.

    Полностью »
  • YALANÇINI MƏNZİLİNƏ KİMİ QOVMAQ

    birisinin verdiyi sözün, vədin, dediyi fikrin dürüst olub-olmadığını sona kimi yoxlamaq.

    Полностью »
  • YALI ARTIQ DÜŞMƏK

    var-dövlətinin çox olmasından harınlamaq, qudurmaq; ~ yemi artıq düşmək, arpası artıq düşmək.

    Полностью »
  • YAMAQ VURMAQ

    lazımsız və uyğun olmayan əlavələr etmək.

    Полностью »
  • YAMAN GÜNƏ DÜŞMƏK (QALMAQ)

    bax: pis günə düşmək (qalmaq).

    Полностью »