Фразеологический словарь азербайджанского языка

  • ZAĞ-ZAĞ ƏSMƏK

    bərk qorxmaq.

    Полностью »
  • ZALIMIN ZALIMI OLMAQ

    fağır adamları incidən əzazil və ədalətsiz adamın qənimi olmaq, belələrini cəzalandırmaq.

    Полностью »
  • ZAMANIN NƏBZİNİ TUTMAQ

    cəmiyyətin, dövrün tələblərinə uyğunlaşmaq, gözüaçıq olmaq; ~ həyatın nəbzini tutmaq, zamanla ayaqlaşmaq

    Полностью »
  • ZAMANIN SINAĞINDAN ÇIXMAQ

    əsrlərdən keçib bu günə çatmaq, əbədi dəyərə çevrilmək.

    Полностью »
  • ZAMANLA AYAQLAŞMAQ

    müasirləşmək, yeniləşmək, həyatın tələblərinə uyğunlaşmaq; ~ zamanın nəbzini tutmaq, həyatın nəbzini tutmaq

    Полностью »
  • ZARA GƏLMƏK

    bezmək, usanmaq; ~ təngə gəlmək, boğaza yığılmaq, qan ağlamaq, zinhara gəlmək.

    Полностью »
  • ZARA GƏTİRMƏK

    bezdirmək; ~ boğaza yığmaq, təngə gətirmək, zəhlə aparmaq (tökmək).

    Полностью »
  • ZARAFAT GƏLMƏSİN

    işin ciddiliyini, hadisənin böyüklüyünü vurğulamaq məqsədilə işlədilən ifadə.

    Полностью »
  • ZARAFATA SALMAQ

    müəyyən bir fikri, istək və ya niyyəti yumorla, eyhamla, üstüörtülü şəkildə eşitdirmək.

    Полностью »
  • ZAVAL GÖRMƏMƏK

    sağ-salamat qalmaq, salamat olmaq, heç bir bəlaya düçar olmamaq; zərər görməmək.

    Полностью »
  • ... ZAVAL YOXDUR

    bir şeyin (kəsin) tamamilə təhlükədən uzaq olmasını, xətərsiz ötüşəcəyini bildirən ifadə.

    Полностью »
  • ZAVALA GƏLMƏK

    bədbəxtliyə düçar olmaq, xətər toxunmaq, məhv olmaq.

    Полностью »
  • ZAVALA GƏLMƏMƏK

    qəzaya, bədbəxtliyə düçar olmamaq, məhv olmamaq.

    Полностью »
  • ZAYI ÇIXMAQ

    xarab olmaq, korlanmaq, pisliyə doğru dəyişmək; ~ xarabı çıxmaq, xatası çıxmaq.

    Полностью »
  • ZAYINI ÇIXARMAQ

    xarab etmək, korlamaq, pozmaq.

    Полностью »
  • ZEHNİ AÇILMAQ

    düşünmə qabiliyyəti yaxşılaşmaq, beyni dincəlmək, rahatlaşmaq.

    Полностью »
  • ZEHNİ TUTULMAQ

    fikrini bir yerə toplaya bilməmək; düşünmə qabiliyyətini itirmək, fikirləşə bilməmək.

    Полностью »
  • ZƏHƏR TULUĞU

    həddən artıq acıdil, ətiacı və kobud adam; ~ əzvay tuluğu.

    Полностью »
  • ZƏHƏRİ DİLİNDƏ OLMAQ

    acıdil və söyüşkən olmaq.

    Полностью »
  • ZƏHƏRİNİ TÖKMƏK

    hirslənib acı sözlər demək, başqalarını acılamaq; ~ dişinin dibindən çıxanı demək.

    Полностью »
  • ZƏHLƏ APARMAQ (TÖKMƏK)

    bezdirmək, usandırmaq, narahat etmək, yormaq, dəng etmək; ~ təngə gətirmək, zara gətirmək, baş aparmaq, baş-qulaq aparmaq, baş-beynini aparmaq, başını

    Полностью »
  • ZƏHLƏSİ GETMƏK

    sevməmək, nifrət etmək; ~ görməyə gözü olmamaq, acığı gəlmək, ox olub gözünə batmaq, görəndə gözü ağrımaq, sıtqı sıyrılmaq

    Полностью »
  • ZƏHMƏT ÇƏKMƏK

    əmək sərf etmək, çalışmaq, əməksevər olmaq; ~ tər tökmək, əziyyət çəkmək, külüng çalmaq.

    Полностью »
  • ZƏHMƏTİ HƏDƏR GETMƏK

    bax: hədər getmək.

    Полностью »
  • ZƏHMƏTİ YERDƏ QALMAQ

    çəkdiyi zəhmətin faydası olmamaq.

    Полностью »
  • ZƏHMƏTİNİ YERƏ VURMAQ

    bax: yerə vurmaq.

    Полностью »
  • ZƏHMƏTİNİN BARINI YEMƏK

    çəkdiyi əməyin nəticəsini, bəhrəsini görmək.

    Полностью »
  • ZƏHMİ BASMAQ

    qorxutmaq, bərk qorxuya salmaq, vahimələndirmək.

    Полностью »
  • ZƏHRİ-BAĞRI YARILMAQ

    bax: bağrı yarılmaq.

    Полностью »
  • ZƏHRİ YARILMAQ

    bax: bağrı yarılmaq.

    Полностью »
  • ZƏHRİNİ YARMAQ

    qəfil hərəkət və ya sözlə qorxutmaq; ~ bağrını  yarmaq, ürəyini partlatmaq.

    Полностью »
  • ZƏİF DAMAR

    bax: boş damar.

    Полностью »
  • ZƏİF DAMARINI TUTMAQ (TAPMAQ)

    bax: damarını tutmaq (tapmaq).

    Полностью »
  • ZƏİF NÖQTƏ

    bax: Axilles dabanı.

    Полностью »
  • ZƏMANƏ ADAMI

    dövrün nəbzini tutan, hər şeyə uyğunlaşan adam.

    Полностью »
  • ZƏMANƏ İLƏ AYAQLAŞMAQ

    bax: zamanla ayaqlaşmaq.

    Полностью »
  • ZƏNCİR ÇEYNƏMƏK (GƏMİRMƏK)

    son dərəcə hiddətli olmaq, acıqlı olmaq, bərk əsəbiləşmək; cəzalandırmağa hazır olmaq.

    Полностью »
  • ZƏNCİRİ QIRMAQ

    əsarətdən qurtarmaq, azadlıq əldə etmək; sözə baxmamaq, özbaşınalıq etmək.

    Полностью »
  • ZƏNCİRİNİ DARTIB SAXLAMAQ

    özündən çıxan, əsəbiləşən, heç kimlə hesablaşmayan adamı sakitləşdirmək.

    Полностью »
  • ZƏNNİ YANILMAQ

    gümanı düz çıxmamaq, səhv etmək.

    Полностью »
  • ZƏR TUTMAQ

    nərd oyununda qaydalara zidd olaraq zərləri qoşalayıb atmaq.

    Полностью »
  • ZƏRBƏ ALTINA SALMAQ (QOYMAQ)

    təhlükəli vəziyyətə salmaq.

    Полностью »
  • ZƏRBƏ YEMƏK

    vurulmaq, döyülmək.

    Полностью »
  • ZƏRƏR ÇƏKMƏK (DƏYMƏK)

    bax: ziyan çəkmək (dəymək).

    Полностью »
  • ZƏRƏR YETİRMƏK

    zərbə vurmaq, yaralamaq, əzmək; ~ xəsarət yetirmək.

    Полностью »
  • ZƏRƏRİN YARISINDAN QAYITMAQ

    ziyan gətirə bilən bir işi davam etdirməyib yarımçıq qoymaq; ~ ziyanın yarısından qayıtmaq.

    Полностью »
  • ZƏRİ DƏ VAR, ZORU DA

    bax: dili də var, dilçəyi də.

    Полностью »
  • ZIĞ VERMƏK (VURMAQ)

    dan. bol, çox olmaq, ağzına qədər dolu olmaq; ~ lığ vermək.

    Полностью »
  • ZINQIROV SƏSİNƏ OYNAMAQ

    hər eşitdiyinə uymaq, yüngülxasiyyət olmaq.

    Полностью »
  • ZIRDAN DÜŞMƏK

    dan. gücünü itirmək, iqtidarı qalmamaq, taqətsiz olmaq; ~ heydən düşmək.

    Полностью »