Фразеологический словарь азербайджанского языка

  • O, ATLI OLUB, MƏN PİYADA

    “çox axtarıram, ancaq tapa bilmirəm” mənasında işlədilən ifadə.

    Полностью »
  • O BABAN ÖLÜB

    “əvvəlki yaxşı işlər daha olmayacaq” mənasında işlədilən ifadə.

    Полностью »
  • O DÜNYANI GÖRÜB GƏLMƏK (QAYITMAQ)

    ağır fəlakətdən, ciddi təhlükədən xilas olmaq, ölümün bir addımlığından qayıtmaq; ~ ölümdən dönmək (qayıtmaq), kəfəni yırtmaq

    Полностью »
  • O DÜNYAYA GEDİB-GƏLMƏK

    sarsılmaq, ağır vəziyyət yaşamaq, ölüb-dirilmək.

    Полностью »
  • O GEDƏN GETDİ

    “birdəfəlik getdi”, “daha qayıtmadı” mənalarında işlədilən ifadə.

    Полностью »
  • O GÜNƏ DAŞ DÜŞƏYDİ (YAĞAYDI)

    bax: ... daş düşəydi (yağaydı).

    Полностью »
  • O Kİ VAR

    lazım olduğundan da çox, həddən artıq.

    Полностью »
  • O VAXTDAN ÇOX SULAR AXIB

    “uzun bir zaman keçib” mənasında işlədilən ifadə.

    Полностью »
  • OBA BİZDƏ, BİZ OBADA

    bir-birinin evinə həddən çox get-gələ mənfi münasibət, kinayə bildirən ifadə.

    Полностью »
  • OCAĞA ODUN ATMAQ

    bax: odun üstünə yağ tökmək.

    Полностью »
  • OCAĞI KOR QALMAQ

    uşaqsız qalmaq, övladı olmamaq, sonsuz olmaq, soyu, nəsli kəsilmək üzrə olmaq.

    Полностью »
  • OCAĞI SÖNMƏK (QARALMAQ)

    evi xaraba qalmaq, ailəsi dağılmaq; ~ çırağı sönmək, işığı sönmək, damı başına uçmaq, evi dağılmaq, evində ocaq yanmamaq, evində bayquşlar ulamaq, oca

    Полностью »
  • OCAĞI YANMAQ

    yaşamaq, ailəsi, nəsli, soyu davam etmək.

    Полностью »
  • OCAĞINDAN TÜSTÜ ÇIXMAMAQ

    bax: ocağı sönmək (qaralmaq).

    Полностью »
  • OCAĞINI KOR QOYMAQ (SÖNDÜRMƏK)

    evini xaraba qoymaq, ailəsini dağıtmaq.

    Полностью »
  • OD ALMAĞA GƏLİB

    oturmağı ilə durmağı bir olmaq, tez gəlib tez də getmək.

    Полностью »
  • OD AYAQLAMAQ

    əzablardan keçmək, çox çalışmaq, səy göstərmək.

    Полностью »
  • OD GÖTÜRMƏK

    bərk hirslənmək, qəzəblənmək; ~ hirsindən qovrulmaq, özündən çıxmaq, od tutub yanmaq.

    Полностью »
  • OD QALAYIB, ODA DÜŞÜB

    etdiyi yaxşılıqlar müqabilndə pislik görən, yaxşılığı başına bəla olan adam haqqında işlədilən ifadə

    Полностью »
  • OD QİYMƏTİNƏ

    çox baha, həddindən artıq baha qiymətə.

    Полностью »
  • OD QOYMAQ (VURMAQ)

    əsəbiləşdirmək, yandırıb-yaxmaq; cəzalandırmaq; ~ yeddi qatından keçmək.

    Полностью »
  • OD PARÇASI

    çox zirək, çevik, diribaş, bacarıqlı.

    Полностью »
  • OD TUTUB YANMAQ

    1. Qızdırması qalxmaq, hərarəti yüksək olmaq.  2. Bərk əsəbiləşmək, qeyzli olmaq; ~ hirsindən qovrulmaq, od götürmək

    Полностью »
  • OD YEYİB GÖYƏ ÜFÜRMƏK

    əsib-coşmaq, hayqırmaq.

    Полностью »
  • ODA ATMAQ (SALMAQ)

    çətin vəziyyətə salmaq, bəlaya düçar etmək, təhlükə ilə qarşı-qarşıya qoymaq; ~ işə salmaq.

    Полностью »
  • ODA DÜŞMƏK

    heç nədən problemlə üzləşmək, xataya düçar olmaq.

    Полностью »
  • ODDAN-ALOVDAN KEÇMƏK

    çətinliklərdən keçmək, əzabdan qurtulmaq.

    Полностью »
  • ODDAN DİRİ, SUDAN QURU ÇIXMAQ

    çox bacarıqlı olmaq, böyük bir bəladan sağ-salamat qurtulmaq; ~ dəyirmanın boğazından ölü salsan, diri çıxar

    Полностью »
  • ODDAN-SUDAN KEÇMƏK

    çox çətinliklər görmək, ağır sınaqlardan çıxmaq, zəngin həyat təcrübəsi olmaq; ~ bərkdən-boşdan çıxmaq

    Полностью »
  • ODLA OYNAMAQ

    təhlükəli işə girişmək, hədsiz dərəcədə riskli davranmaq; ~ riskə getmək.

    Полностью »
  • ODLA SU ARASINDA QALMAQ

    çıxılmaz vəziyyətə düşmək, nə edəcəyini bilməmək, seçim etməkdə çətinlik çəkmək; ~ iki od arasında qalmaq, yuxarı tüpürürəm, bığdır, aşağı tüpürürəm,

    Полностью »
  • ODU BAŞQASININ ƏLİ İLƏ GÖTÜRMƏK

    başqasının əməyini mənimsəmək, çətin bir işi başqasına gördürüb öz adına çıxmaq.

    Полностью »
  • ODU, BUDU

    dan. həmin vaxtdan bəri.

    Полностью »
  • ODU SÖNDÜRÜB KÜLÜ İLƏ OYNAMAQ

    problemin həllindən sonra onunla bağlı əhəmiyyətsiz, ikincidərəcəli məsələlərlə məşğul olmaq; ~ közü söndürüb külü ilə oynamaq

    Полностью »
  • ODUN-ALOVUN İÇİNDƏN ÇIXMAQ

    bəladan, təhlükədən qurtarmaq.

    Полностью »
  • ODUN ÜSTÜNƏ SU ÇİLƏMƏK

    sakitləşdirmək, gərginliyi aradan qaldırmaq.

    Полностью »
  • ODUN ÜSTÜNƏ YAĞ TÖKMƏK

    davanı, münaqişəni daha da qızışdırmaq, şiddətləndirmək, kəskinləşdirmək, təhrikçilik etmək; ~ körük basmaq, ara qarışdırmaq, yanan ocağa nöyüt tökmək

    Полностью »
  • OĞRUNUN YADINA DAŞ SALMAQ

    bax: dəlinin yadına daş salmaq.

    Полностью »
  • OĞUL DAĞI GÖRMƏK

    oğlunu itirmək.  

    Полностью »
  • OX OLUB GÖZÜNƏ BATMAQ

    daim göz önündə olmaqla qıcıqlandırmaq; ~ görməyə gözü olmamaq, zəhləsi getmək, tikan olub gözünə batmaq

    Полностью »
  • OX YAYDAN ÇIXDI

    “artıq gecdir” mənasında işlədilən ifadə; ~ iş işdən keçmək, olan olub, torba dolub.

    Полностью »
  • OXLOV UDMAQ

    təkəbbürlə gəzmək, lovğalanmaq; ~ özünü çəkmək (dartmaq).

    Полностью »
  • OXLOVA MUNCUQ DÜZMƏK

    mümkün olmayan bir şeyi arzulamaq; ~ olmayacaq duaya amin demək.

    Полностью »
  • OXU ATIB YAYINI GİZLƏTMƏK

    fikrini yarımçıq söyləmək, eyhamla, işarə ilə kifayətlənmək, əsl mətləbi üstüörtülü saxlamaq; ~ sözünün canını deməmək

    Полностью »
  • OXU BOŞA ÇIXMAQ

    bax: oxu daşa dəymək.

    Полностью »
  • OXU DAŞA DƏYMƏK

    məqsədinə nail olmamaq, niyyəti, cəhdi baş tutmamaq, uğursuzluqla nəticələnmək, ciddi maneəyə rast gəlmək; ~ oxu boşa çıxmaq, aşı daş çıxmaq, külüngü

    Полностью »
  • OXUNMAMIŞ KİTAB

    naməlum, açılmamış, sirli qalan bir şey.

    Полностью »
  • OLAN OLUB, TORBA DOLUB

    artıq gec olmaq; ~ iş işdən keçmək, ox yaydan çıxdı.

    Полностью »
  • OLMAYACAQ DUAYA AMİN DEMƏK

    bax: oxlova muncuq düzmək.

    Полностью »
  • ON ŞAHIYA GÜLLƏ ATMAQ

    pulu olmamaq; ~ qara qəpiyə güllə atmaq.

    Полностью »