Фразеологический словарь азербайджанского языка

  • MAAŞ KƏSMƏK

    aylıq məvacib təyin etmək.

    Полностью »
  • MAAŞA BAXMAQ

    yalnız əməkhaqqı ilə dolanmaq, əlavə gəlir mənbəyi olmamaq.

    Полностью »
  • MACƏRA AXTARMAQ

    qeyri-standart, düşünülməmiş hərəkətlərə yol vermək; ağılla deyil, hislərlə hərəkət etmək, nəticəsini fikirləşməmək

    Полностью »
  • MAL YİYƏSİNƏ OXŞAYAR

    “səliqəsiz adamın malı da yöndəmsiz olar”, yaxud “səliqəli adamın malı da təzə, təmiz olar” mənasında işlədilən ifadə

    Полностью »
  • MALI MALA QATMAQ

    bəzi şeyləri yanlış olaraq eyniləşdirmək; fərqli problemləri eyni zamanda həll etməyə çalışmaq; məsələni dolaşdırmaq, işi qarışdırmaq

    Полностью »
  • MALIM YOX, DİVAN APARA, İMANIM YOX, ŞEYTAN APARA

    heç nədən qorxusu, itirəcək bir şeyi olmayan adamın işlətdiyi ifadə.

    Полностью »
  • MALLARI ŞƏRİKLİ DÜŞMƏK

    yersiz, lazımsız mübahisə etmək, münaqişəyə girmək.

    Полностью »
  • MARAQ GÖTÜRMƏK

    diqqəti bir şeyə cəlb olunmaq, təəccüb, heyrət içində olmaq; nəyisə öyrənməyə həvəslənmək.

    Полностью »
  • MARAQ GÜDMƏK

    öz mənfəətini, mənafeyini düşünmək; ~ xeyir güdmək.

    Полностью »
  • MARIĞA DURMAQ (YATMAQ)

    pusmaq, güdmək, gözləmək; bir işi görmək üçün fürsət axtarmaq.

    Полностью »
  • MARS VERMƏK

    nərd oyununda iki xal qazanmaqla rəqibə qalib gəlmək.

    Полностью »
  • MASKA GEYMƏK (TAXMAQ)

    həqiqi simasını, mahiyyətini, iç üzünü gizlətmək.

    Полностью »
  • MASKASINI YIRTMAQ (ÇIXARMAQ)

    ifşa etmək, gizli niyyətlərini aşkara çıxarmaq, iç üzünü açıb göstərmək.

    Полностью »
  • MAT QALMAQ

    1. Təəccüblənmək, heyrət etmək; ~ yerində quruyub qalmaq, barmağı ağzında qalmaq.  2. Şahmatda məğlub olmaq, uduzmaq

    Полностью »
  • MAT QOYMAQ

    hədsiz təəccübləndirmək, heyrətləndirmək.

    Полностью »
  • MAT VERMƏK

    şahmat oyununda qalib gəlmək.

    Полностью »
  • MATƏMƏ BATMAQ

    bax: yasa batmaq.

    Полностью »
  • MATI-QUTU QURUMAQ

    təəccüblənmək, heyrətdən donub-qalmaq, heyrət içində olmaq; ~ tüpürcəyi qurumaq.

    Полностью »
  • MAYA BURAXMAQ (QOYMAQ)

    pul sərf etmək, sərmayə qoymaq; ~ pul tökmək.

    Полностью »
  • MAYADAN YEMƏK

    ticarətdə qazanc əldə edə bilməmək, qoyduğu pulu çıxara bilməmək; ~ ziyana düşmək.

    Полностью »
  • MAYASI BATMAQ

    sərf etdiyi, qoyduğu pulun xeyrini, bəhrəsini görməmək; ~ alveri ölmək, ziyana düşmək, xərci borcunu ödəməmək

    Полностью »
  • MAYASINA HARAM QATMAQ

    haram işlər görmək, nadürüstlük etmək; ~ südə su qatmaq, çörəyinə haram qatmaq.

    Полностью »
  • MAYASINI ÇIXARTMAQ

    biznesə qoyduğu pulu gəlir olmadan qaytarmaq.

    Полностью »
  • MEDALIN TƏRS ÜZÜ

    qüsur, nöqsan; hər hansı işin görünməyən, gizlində qalaraq üzə çıxarılmayan mənfi tərəfi; ~ aysberqin görünməyən tərəfi

    Полностью »
  • MEHR SALMAQ

    sevmək, alışmaq, öyrəşmək; ~ könül bağlamaq, meyil salmaq.

    Полностью »
  • MEHRİNİ KƏSMƏK

    istədiyi adamdan soyumaq; ~ üz çevirmək (döndərmək).

    Полностью »
  • MEHVƏRİNDƏN ÇIXMAQ

    nizam-tərəzi pozulmaq; ~ yerindən oynamaq.

    Полностью »
  • MEŞƏDƏN ÇIXIB

    hədsiz dərəcədə tərbiyəsiz, yöndəmsiz, danışıq və davranışını bilməyən kobud adam haqqında işlədilən ifadə

    Полностью »
  • MEŞƏYƏ ODUNLA GETMƏK

    bir şeyin bol olduğu yerə həmin şeydən aparmaq; bir yerə gedərkən nəyi isə özünə artıq yük eləmək; ~ Tulaya öz samovarı ilə getmək

    Полностью »
  • MEYDAN AÇMAQ

    fəaliyyət üçün imkan yaratmaq, mübarizəyə çağırmaq.

    Полностью »
  • MEYDAN QIZIŞMAQ

    mübahisə, yarışma, qarşıdurma, vuruş, döyüş şiddətlənmək.

    Полностью »
  • MEYDAN QURMAQ

    toplaşmaq, bir yerə yığışmaq.

    Полностью »
  • MEYDAN OXUMAQ

    davaya, döyüşə çağırmaq, hədələmək, güc nümayiş etdirmək; ~ qan-qan demək, qılınc oynatmaq.

    Полностью »
  • MEYDAN SULAMAQ

    özünü hökmran kimi aparmaq, ağalıq etmək, istədiyini etmək, mənəm-mənəmlik etmək; ~ at oynatmaq, qılınc oynatmaq

    Полностью »
  • MEYDAN VERMƏK

    şərait yaratmaq, yol vermək, mane olmamaq.

    Полностью »
  • MEYDANA ATILMAQ

    özünü qabağa vermək, irəli keçmək, döyüşə girmək; ~ ölümün gözünə dik baxmaq.

    Полностью »
  • MEYDANA ÇIXARMAQ

    aşkar etmək, göstərmək; ~ ortalığa çıxarmaq.

    Полностью »
  • MEYDANA GƏLMƏK

    yaranmaq, təşəkkül tapmaq; ~ əmələ gəlmək.

    Полностью »
  • MEYDANDAN QAÇMAQ

    bir işi axıra qədər davam etdirməmək, bacarmamaq, yarıda qoymaq, qorxub geri çəkilmək.

    Полностью »
  • MEYDANI BOŞ GÖRMƏK

    maneənin olmamasından istifadə etmək, istədiyini edə bilmək üçün əlverişli fürsət tapmaq.

    Полностью »
  • MEYDANI DARALMAQ

    fəaliyyət sahəsi azalmaq, məhdudlaşmaq, əl-qol açmağa imkanı olmamaq.

    Полностью »
  • MEYİL SALMAQ

    bir şeyə həvəs göstərmək; sevmək, istəmək, bağlanmaq; ~ könül bağlamaq, mehr salmaq, meyli çəkmək.

    Полностью »
  • MEYİTİ HƏLƏ SOYUMAYIB

    yenicə rəhmətə getmiş şəxs haqqında işlədilən ifadə.

    Полностью »
  • MEYİTİNİ SALMAQ

    bərk döymək, ölümcül hala salmaq; ~ əl bulamaq.

    Полностью »
  • MEYLİ ÇƏKMƏK

    istəmək, ürəyindən, könlündən keçirmək; ~ tamahı çəkmək, könlü çəkmək, könlü istəmək, meyil salmaq.

    Полностью »
  • MEYMUN BAXAR GÜZGÜYƏ, ADINI QOYAR ÖZGƏYƏ

    öz eybini görməyən, ancaq başqalarında eyib axtaran adamlar haqqında işlədilən ifadə.

    Полностью »
  • MEYMUNU ÇİYİNƏ ÇIXARMAQ

    dan. layiq olmayan birisinə yüksək vəzifə vermək; ~ başa çıxarmaq.

    Полностью »
  • MEYMUNU YADA SALMAQ

    arzu olunmayan, işə zərər verə bilən bir şey haqqında düşünmək, onun haqqında danışmaq.

    Полностью »
  • MƏCNUNA DÖNMƏK

    sevgi və məhəbbətdən havalanmaq, eşqdən dəli-divanə olmaq; ~ eşqi başına (topuğuna) vurmaq.

    Полностью »
  • MƏCRASINDAN ÇIXMAQ

    adi halından, normadan çıxmaq; nəzarət və ya təsir edə bilməmək; ~ ox yaydan çıxdı.

    Полностью »