Фразеологический словарь азербайджанского языка

  • NADİRİ TAXTDA GÖRÜB, SÜLEYMANI QUNDAQDA

    dünyagörmüş, yaşı çox olan, uzunömürlü, qoca adam haqqında yumorla işlədilən ifadə; ~ Şah Abbası taxtda görüb, Nadiri qundaqda

    Полностью »
  • NAFTALİN İYİ VERMƏK

    köhnəlmək, vaxtı keçmək.

    Полностью »
  • NAFTALİNƏ QOYMAQ

    köhnəltmək, işlətməmək, istifadə etməmək.

    Полностью »
  • NAĞDI QOYUB NİSYƏ DALINCA GETMƏK (DÜŞMƏK)

    asan işi qoyub ağır işdən yapışmaq, özünü ikiqat əziyyətə salmaq; ~ nağdı nisyəyə satmaq.

    Полностью »
  • NAĞDI NİSYƏYƏ SATMAQ

    bax: nağdı qoyub nisyə dalınca getmək (düşmək).

    Полностью »
  • NAĞIL DANIŞMAQ

    uydurma və əsassız söhbətlər etmək.

    Полностью »
  • NAXƏLƏF ÇIXMAQ

    nankor, nanəcib olmaq, etibarsız olmaq; ~ yaxşılığı itirmək, çörəyi itirmək, çörəyi dizinin üstündə olmaq

    Полностью »
  • NAXIŞI GƏTİRMƏK (TUTMAQ)

    işi uğurlu olmaq, şanslı olmaq; ~ bəxti gətirmək.

    Полностью »
  • NAKAM QOYMAQ

    bədbəxt etmək, kama yetməyə qoymamaq; ~ arzusunu ürəyində qoymaq.

    Полностью »
  • NALA-MIXA VURMAQ

    qəti fikir söyləməmək, tərəddüd etmək, dəqiq mövqe bildirməmək; ~ altdan-üstdən danışmaq.

    Полностью »
  • NALƏ ÇƏKMƏK

    fəryad etmək, inləmək, ucadan ağlamaq; ~ şivən qoparmaq (salmaq).

    Полностью »
  • NALI ODA QOYMAQ

    son dərəcə narahat etmək; ~ içinə od salmaq.

    Полностью »
  • NAMUSA BOĞULMAQ

    ədalətsizliyə dözməmək, ləyaqətsizliyi qəbul etməmək, qeyrət və şərəfini qorumaq üçün hərəkətə keçmək

    Полностью »
  • NAMUSU YEYİB, ARI BELİNƏ BAĞLAYIB (ŞƏLLƏYİB)

    abır-həya gözləməmək, mənliyini qorumamaq; ~ qeyrətini itirmək.

    Полностью »
  • NAMUSUNA QISILMAQ

    öz heysiyyətini, qeyrətini, mənliyini, şərəfini qorumaq üçün susmaq; ~ abır gözləmək, abır-həya saxlamaq, abrına qısılmaq

    Полностью »
  • NAMUSUNU İTİRMƏK

    şərəfini, mənliyini, şəxsi ləyaqət hissini itirmək; ~ abrını çölə atmaq, abrını itə atmaq.

    Полностью »
  • NAMUSUNU SATMAQ

    bax: qeyrətini itirmək.

    Полностью »
  • NAR GÜLÜNDƏN İNCİ ÇIXMAQ

    çox çətin bir işdən, sınaqdan uğurla keçmək, niyyəti gerçəkləşmək, arzulandığı kimi nəticələnmək.

    Полностью »
  • NARAZI SALMAQ

    incitmək, küsdürmək; ~ xətrinə dəymək.

    Полностью »
  • NAZ SATMAQ

    əzilib-büzülmək, nəm-nüm eləmək; ~ özünü çəkmək (dartmaq), özünü naza qoymaq.

    Полностью »
  • NAZI İLƏ OYNAMAQ

    bax: nazını çəkmək.

    Полностью »
  • NAZINI ÇƏKMƏK

    əzizləmək, əziyyətinə, şıltaqlığına dözmək, hər istəyinə əməl etmək; ~ əldə gəzdirmək, nazı ilə oynamaq

    Полностью »
  • NAZİK DAMARINI TUTMAQ

    bax: damarını tutmaq (tapmaq).

    Полностью »
  • NƏ AĞ DEYİR, NƏ QARA

    susmaq, danışmamaq, dinməmək.

    Полностью »
  • NƏ AĞZI (HƏDDİ, HÜNƏRİ) VAR

    “ixtiyarı yoxdur”, “haqqı çatmır” mənalarında işlədilən ifadə.

    Полностью »
  • NƏ ALIB-VERƏCƏYİ VAR

    haqqında söhbət gedən şəxslə bağlı birinin işi, əlaqəsi, münasibəti olmadığını bildirən ifadə.

    Полностью »
  • NƏ BADAĞA GƏLİR, NƏ HODAĞA

    hər şeyə etiraz edən, heç bir fikri qəbul etməyən adamlar haqqında işlədilən ifadə.

    Полностью »
  • NƏ BAŞINI AĞRIDIM

    sözün qısası, xülasə, müxtəsər desək.

    Полностью »
  • NƏ BORCUNA

    dəxli, aidiyyəti olmayan bir adamın işə qarışmasına mənfi münasibət bildirən ifadə; ~ nə işinə qalıb

    Полностью »
  • NƏ CORABA YAMAQDIR, NƏ TUMANA BAĞ

    bax: nə ölüyə hay verir, nə diriyə pay.

    Полностью »
  • NƏ DESƏN ÇIXAR

    “əmin olmamaq”, “güvənməmək”, “etibar etməmək” mənalarında işlədilən ifadə.

    Полностью »
  • NƏ DƏVƏ GÖRMÜŞƏM, NƏ DƏ QIĞINI

    “bu barədə heç nə bilmirəm”, “xəbərim yoxdur” mənalarında işlədilən ifadə.

    Полностью »
  • NƏ DƏVƏNİN SÜDÜ, NƏ ƏRƏBİN ÜZÜ

    bədxah, pisniyyətli adamdan uzaq gəzməyi, onun xeyir-şərindən kənar olmağı tövsiyə edərkən işlədilən ifadə

    Полностью »
  • NƏ ELƏYİM, NECƏ ELƏYİM DEMƏYƏSƏN

    “çətinə, çıxılmaza düşməyəsən” mənasında alqış bildirən ifadə; nitq etiketi.

    Полностью »
  • NƏ ƏTDİR, NƏ BALIQ

    heç nə ilə fərqlənməyən, aydın mövqeyi olmayan, xeyrə-şərə yaramayan, bacarıqsız adam haqqında işlədilən ifadə; ~ nə tüfəngə çaxmaqdır, nə sünbəyə tox

    Полностью »
  • NƏ GECƏSİ GECƏDİR, NƏ GÜNDÜZÜ GÜNDÜZ

    dayanmadan çalışan və ya narahat adam haqqında işlədilən ifadə.

    Полностью »
  • NƏ GECƏSİ VAR, NƏ GÜNDÜZÜ

    bax: nə gecəsi gecədir, nə gündüzü gündüz.

    Полностью »
  • NƏ GÜNƏ QALIB

    arıqlamış və ya zahiri görünüşü pisləşmiş adam haqqında işlədilən ifadə; ~ nə kökə düşüb.

    Полностью »
  • NƏ HAVA ÇALSALAR, OYNAYIR

    başqasının dediyi ilə oturub-duran, öz fikri olmayan adam haqqında işlədilən ifadə.

    Полностью »
  • NƏ İNSİ VAR, NƏ CİNSİ

    qeyb olmaq; ~ yoxa çıxmaq, nə iyi tapıldı, nə piyi.

    Полностью »
  • NƏ İŞİNƏ QALIB

    bax: nə borcuna.

    Полностью »
  • NƏ İTİM AZIB

    şəxsin münasib bilmədiyi yerə getmək istəmədiyini bildirən ifadə.

    Полностью »
  • NƏ İYİ TAPILDI, NƏ PİYİ

    bax: nə insi var, nə cinsi.

    Полностью »
  • NƏ İZİ VAR, NƏ DƏ TOZU

    tamamilə, yerli-dibli yoxa çıxan bir şey haqqında işlədilən ifadə.

    Полностью »
  • NƏ KÖKƏ DÜŞÜB

    bax: nə günə qalıb.

    Полностью »
  • NƏ ÖLÜYƏ HAY VERİR, NƏ DİRİYƏ PAY

    bacarıqsız, heç bir işə, xeyrə-şərə yaramayan adamlar haqqında işlədilən ifadə; ~ nə tüfəngə çaxmaqdır, nə sünbəyə toxmaq, nə ətdir, nə balıq

    Полностью »
  • NƏ TÜFƏNGƏ ÇAXMAQDIR, NƏ SÜNBƏYƏ TOXMAQ

    bax: nə ölüyə hay verir, nə diriyə pay.

    Полностью »
  • NƏ UCU VAR, NƏ BUCAĞI

    çox geniş, hüdudsuz, ucsuz-bucaqsız.

    Полностью »
  • NƏ VECİNƏ

    bir şeyə, bir hadisəyə laqeyd münasibəti əks etdirən ifadə.

    Полностью »
  • NƏ YARDAN DOYUR, NƏ ƏLDƏN QOYUR

    “nə rədd edir, nə də qəbul edir” mənasında işlədilən ifadə.

    Полностью »