Фразеологический словарь азербайджанского языка

  • VAHİMƏ BASMAQ (GÖTÜRMƏK)

    bərk qorxmaq, vahimələnmək, xoflanmaq; ~ qorxuya düşmək, xof götürmək, vahiməyə düşmək.

    Полностью »
  • VAHİMƏYƏ DÜŞMƏK

    bax: vahimə basmaq (götürmək).

    Полностью »
  • VAHİMƏYƏ SALMAQ

    qorxutmaq.

    Полностью »
  • VAXT ALMAQ

    kimisə işdən ayırmaq, fikrini başqa tərəfə yönəltmək.

    Полностью »
  • VAXT İTİRMƏK

    vaxtını boş, səmərəsiz yerə sərf etmək.

    Полностью »
  • VAXT QAZANMAQ

    niyyətini həyata keçirmək, fürsət əldə etmək üçün zamandan bəhrələnmək; ~ vaxt udmaq, vaxtı uzatmaq.

    Полностью »
  • VAXT ÖLDÜRMƏK

    vaxtın tez keçməsi üçün boş bir şeylə məşğul olmaq; ~ başını qatmaq.

    Полностью »
  • VAXT UDMAQ

    bax: vaxt qazanmaq.

    Полностью »
  • VAXTI UZATMAQ

    bax: vaxt qazanmaq.

    Полностью »
  • VALI DƏYİŞMƏK

    mövzunu, söhbətin istiqamətini başqa tərəfə yönəltmək; ~ söz azdırmaq; davranışını, mövqeyini dəyişmək

    Полностью »
  • VAR-DÖVLƏTİ BAŞINDAN AŞMAQ

    pulu çox olmaq; ~ pula pul deməmək, pulunu balta kəsməmək.

    Полностью »
  • VAR-YOXDAN ÇIXMAQ

    əlində olan şeylərin hamısından məhrum olmaq, kasıblaşmaq; ~ qabıqdan çıxmaq, quru yerdə qalmaq.

    Полностью »
  • VAR-YOXUNU XORUZA YÜK ELƏMƏK

    bax: xoruza yükləmək.

    Полностью »
  • VARDAN-YOXDAN KEÇMƏK

    bax: varından-dövlətindən keçmək.

    Полностью »
  • VARFOLOMEY GECƏSİ

    günahsız insanların kütləvi şəkildə qətlə yetirilməsini bildirən ifadə.

    Полностью »
  • VARINDAN-DÖVLƏTİNDƏN KEÇMƏK

    müəyyən məqsədə nail olmaq və ya hansısa problemi həll etmək üçün çoxlu pul xərcləmək, malını, pulunu əsirgəməmək; ~ vardan-yoxdan keçmək

    Полностью »
  • VARLIĞA NƏ DARLIQ

    var-dövlətinə güvənib bədxərclik edən adam haqqında işlədilən ifadə.

    Полностью »
  • VAY HALINA!

    hədələmə, təhdidetmə məqamında işlədilən ifadə.

    Полностью »
  • VAY-ŞİVƏN QOPARMAQ (SALMAQ)

    çığır-bağır salmaq, fəryad etmək.

    Полностью »
  • VAYINA OTURMAQ

    yas tutmaq.

    Полностью »
  • VAYINI VERMƏK

    cəzalandırmaq, döymək, əzişdirmək; ~ payını vermək.

    Полностью »
  • VAZ KEÇMƏK

    imtina etmək, fikrini, qənaətini, qərarını dəyişmək; ~ fikrindən daşınmaq (dönmək), əl çəkmək.

    Полностью »
  • VECƏ GƏLMƏK

    lazım olmaq, faydalı olmaq, yaramaq; ~ kara gəlmək.

    Полностью »
  • VECİNƏ ALMAMAQ

    saymamaq, etina etməmək, hesablaşmamaq, çəkinməmək; ~ bir qulağından alıb o biri qulağından vermək (ötürmək)

    Полностью »
  • VEDRƏ BAĞLAMAQ

    dolamaq, haqqında pis danışmaq, gülüş hədəfinə çevirmək; ~ söz qoşmaq, araya qoymaq, süpürgə bağlamaq, lağa qoymaq, məsxərəyə qoymaq, ələ salmaq, zur

    Полностью »
  • VELOSİPED İCAD ETMƏK

    bax: Amerika açmaq.

    Полностью »
  • VETO QOYMAQ

    qadağan etmək, hər hansı bir işin icrasını dayandırmaq.

    Полностью »
  • VƏCDƏ GƏLMƏK

    həvəslənmək, şövqlənmək, ruhlanmaq; ~ cuşa gəlmək, ilhama gəlmək, eşqə gəlmək.

    Полностью »
  • VƏD VERMƏK

    məqsədə çatmaq üçün kimisə inandırmağa çalışmaq, aldatmaq, yalandan söz vermək.

    Полностью »
  • VƏDƏ VERMƏK

    vədələşmək.

    Полностью »
  • VƏDİNƏ XİLAF ÇIXMAQ

    verdiyi sözü yerinə yetirməmək; ~ sözünü tutmamaq, sözünün dalından qaçmaq, altından qaçmaq, əhdindən dönmək

    Полностью »
  • VƏLVƏLƏ SALMAQ

    həyəcan yaratmaq, səs-küy, qarışıqlıq salmaq; ~ çaxnaşma salmaq, qiyamət qoparmaq.

    Полностью »
  • VƏRƏQİ ÇEVRİLMƏK

    halı dəyişmək, pozulmaq, pərt olmaq; məyusluq keçirmək, peşman və ya narazı olmaq.

    Полностью »
  • VƏSAİT YATIRMAQ

    hər hansı məqsəd üçün pul xərcləmək, hər hansı layihəni maliyyələşdirmək; ~ pul qoymaq.

    Полностью »
  • VƏZ VERMƏK

    uzun-uzadı danışmaq; qızışdırmaq, beynini doldurmaq.

    Полностью »
  • VƏZİYYƏTDƏN ÇIXMAQ

    çətin, mürəkkəb situasiyadan qurtulmaq, çıxış yolu tapmaq.

    Полностью »
  • VİNTİ ÇATMAMAQ

    dan. hərdəmxəyal, səy, gic olmaq, ağıldankəm və havalı olmaq.

    Полностью »
  • VİRAN QALMAQ

    dağılmaq, məhv olmaq; ~ xaraba qalmaq, daşı daş üstə qalmamaq.

    Полностью »
  • VİRAN QOYMAQ

    dağıtmaq, məhv etmək; ~ yurduna su calamaq (ələmək), yurdunda turp əkmək, daşı daş üstə qoymamaq.

    Полностью »
  • VİZİT VƏRƏQİ

    şəxsin, ölkənin və s.-nin tanınma simvolu, nəyinsə ən səciyyəvi cəhətlərini əks etdirən bir şey.

    Полностью »
  • VURDU DAŞA, ÇIXDI BAŞA

    hər şeyini itirən insanlar haqqında işlədilən ifadə.

    Полностью »
  • VÜCUDA GƏTİRMƏK

    yaratmaq, canlandırmaq, düzəltmək.

    Полностью »
  • VÜCUDUNU TİTRƏTMƏK

    həyəcanlandırmaq, təsir etmək, sarsıtmaq.

    Полностью »
  • VÜSƏT ALMAQ

    sürətlə yayılmaq, genişlənmək.

    Полностью »
  • YA KEÇƏL HƏSƏN, YA HƏSƏN KEÇƏL

    müqayisə olunan iki şey arasında heç bir fərq olmadığını bildirən ifadə.

    Полностью »
  • YA SƏNƏ VERƏN ALLAH, YA MƏNƏ

    açıq mübarizəyə çıxan adamın qarşı tərəfə hədə ilə işlətdiyi ifadə.

    Полностью »
  • YA ZƏLZƏLƏDƏN, YA VƏLVƏLƏDƏN

    hadisənin başvermə səbəbinin əhəmiyyətsiz olduğunu bildirən ifadə.

    Полностью »
  • YABA İLƏ DOVĞA İÇMƏK

    faydası, səmərəsi olmayan işlə məşğul olmaq; ~ xəlbirlə su daşımaq.

    Полностью »
  • YADA DÜŞMƏK

    hafizədə, yaddaşda yenidən canlanmaq, xatırlanmaq.

    Полностью »
  • YADA SALMAQ

    xatırlamaq, hafizədə, yaddaşda canlandırmaq; ~ gözünün qabağına gəlmək (gətirmək), göz önünə gətirmək, gözünün önündən keçirmək, ağlına gəlmək (gətirm

    Полностью »