Фразеологический словарь азербайджанского языка

  • TALEYİN ÜMİDİNƏ QALMAQ

    bax: Allah ümidinə qalmaq.

    Полностью »
  • TALEYİNİ KOR QOYMAQ

    öz təqsiri üzündən müvəffəqiyyətsizliyə uğramaq, uğursuzluğa düçar olmaq.

    Полностью »
  • TAMAH DİŞİNİ ÇƏKMƏK

    tamahını, nəfsini saxlamaq; ~ tamahına yiyəlik etmək, nəfsini gözləmək, nəfsinə hakim olmaq.

    Полностью »
  • TAMAH DİŞİNİ İTİLƏMƏK

    həvəslənmək, iştahası artmaq, nəfsinə hakim olmamaq; ~ ağzının suyunu axıtmaq.

    Полностью »
  • TAMAH GÜC GƏLMƏK

    iradəsi zəif olmaq, nəfsinə qalib gələ bilməmək, nəfsini saxlaya bilməmək; ~ nəfsinin qulu olmaq, tamahı qılıncından iti olmaq

    Полностью »
  • TAMAH SALMAQ

    istəmək, əldə etməyə çalışmaq; ~ nəfsi çəkmək, tamahı düşmək.

    Полностью »
  • TAMAHA SALMAQ

    bax: ağzını sulandırmaq.

    Полностью »
  • TAMAHI ÇƏKMƏK

    istəmək, arzulamaq, ürəyindən, könlündən keçirmək; ~ meyli çəkmək, nəfsi çəkmək, tamah salmaq.

    Полностью »
  • TAMAHI DÜŞMƏK

    acgözlüklə istəmək, həris olmaq; ~ ağzı sulanmaq, tamah salmaq.

    Полностью »
  • TAMAHI QILINCINDAN İTİ OLMAQ

    nəfsinə hakim olmamaq; ~ nəfsinin qulu olmaq, tamah güc gəlmək.

    Полностью »
  • TAMAHINA SAHİB OLMAQ

    bax: nəfsini gözləmək.

    Полностью »
  • TAMAHINA YİYƏLİK ETMƏK

    bax: nəfsini gözləmək.

    Полностью »
  • TAMARZI QALMAQ

    arzusuna çatmamaq, bir şeydə gözü qalmaq; daim aldadılaraq gözləmək; ~ damaq qalmaq.

    Полностью »
  • TAMARZI QOYMAQ

    niyyətinin, istəyinin gerçəkləşməsinə imkan verməmək; ~ damaq etmək, damaq qoymaq, arzusunu ürəyində qoymaq

    Полностью »
  • TAMARZIDAN ALIB DADMIŞA VERMƏK

    işi iş bacarana həvalə etmək; ~ çörəyi çörəkçiyə vermək.

    Полностью »
  • TAMAŞA ELƏMƏYƏ DÖRD GÖZ İSTƏR

    hədsiz gözəl bir şey (mənzərə, sənət əsəri, qadın və s.) haqqında işlədilən ifadə.

    Полностью »
  • TAMAŞAYA QOYMAQ

    səhnələşdirmək, teatr səhnəsində göstərmək.

    Полностью »
  • TANIŞ GƏLMƏK

    kiməsə oxşatmaq, kimi isə xatırlatmaq.

    Полностью »
  • TANRI MƏNƏM, YAĞMARAM

    dan. tərslik edən, yola gəlməyən, inadkarlıq göstərən adam haqqında işlədilən ifadə.

    Полностью »
  • TANRISINA TƏPİK ATMAQ

    naşükür, nankor olmaq, qudurmaq; ~ cızığından çıxmaq, yolunu azmaq, həddini aşmaq.

    Полностью »
  • TANRIYA PAY APARMAQ

    boyu çox uzun olmaq; ~ Allaha pay aparmaq.

    Полностью »
  • TAPDAQ ALTINDA OLMAQ

    bax: ~ ayaq altında qalmaq.

    Полностью »
  • TAR BAĞLAMAQ

    qar topası yığılmaq; təpə əmələ gəlmək.

    Полностью »
  • TARAZLIĞINI İTİRMƏK

    bax: müvazinətini itirmək.

    Полностью »
  • TARİXƏ DÜŞMƏK (YAZILMAQ)

    böyük xidmətləri ilə tarixin yaddaşında qalmaq, unudulmamaq; ~ adı qalmaq, yadda qalmaq.

    Полностью »
  • TARİXİ-NADİRİ YARIYA QƏDƏR OXUMAQ

    savadsız, məhdud dünyagörüşlü və ya yarımçıq təhsilli olmaq; “Tarixi-Nadiri yarıya qədər oxumuşam...” şəklində: birisi çox qəliz danışarkən ona qarşı

    Полностью »
  • TARİXİN YADDAŞINA YAZILMAQ

    bax: tarixə düşmək (yazılmaq).

    Полностью »
  • TASA DÜŞMƏK

    dan. pul ödəmək, haqq, rüşvət vermək; ~ haqqı çatmaq.

    Полностью »
  • TASI DAMDAN DÜŞMƏK

    dan. alçaldılmaq, biabır olmaq.

    Полностью »
  • TASI-PASI YATMAQ

    dan. əsəbiliyi keçmək, sakitləşmək; ~ köpü yatmaq.

    Полностью »
  • TAVAN ALTINDA QALMAMAQ

    borcunu qaytarmaq, xəcalətdən çıxmaq.

    Полностью »
  • TAYLI TAYINI TAPMAQ

    xarakterləri uyğun gəlmək, xasiyyətcə bir-birinə oxşamaq.

    Полностью »
  • TƏBDƏN ÇIXMAQ

    hirslənmək, coşmaq; ~ haldan çıxmaq.

    Полностью »
  • TƏBDƏN-TƏBƏ DÜŞMƏK

    bax: halı dəyişmək.

    Полностью »
  • TƏBİ GƏLMƏK

    ruhlanmaq, ilhamlanmaq; ~ ilhama gəlmək.

    Полностью »
  • TƏDBİR GÖRMƏK

    çarə qılmaq, qabaqlayıcı, önləyici işlər görmək.

    Полностью »
  • TƏƏSSÜBÜNÜ ÇƏKMƏK

    qeyrət və namusunu qorumaq; tərəfkeşlik etmək, müdafiə etmək; ~ tərəf saxlamaq (tutmaq).

    Полностью »
  • TƏKAN ALMAQ

    bir şeydən ruhlanmaq, ilhamlanmaq; ~ güc almaq.

    Полностью »
  • TƏKAN VERMƏK

    irəliləmək, planlarını həyata keçirmək üçün kömək etmək, ruhlandırmaq, həvəsləndirmək.

    Полностью »
  • TƏKƏLLİ TUTMAQ

    layiqincə qiymətləndirməmək, gücünü bilməmək.

    Полностью »
  • TƏKƏR ÜSTÜNDƏ OLMAQ

    tez-tez səfərə çıxmaq, yolda olmaq.

    Полностью »
  • TƏKƏRƏ DÜŞMƏK

    bir anlığa nə baş verdiyini dərk etməmək, tutulub qalmaq; söhbətin nədən getdiyini başa düşməmək; ~ söhbəti tutmamaq

    Полностью »
  • TƏKƏRİ GERİ FIRLANMAQ

    işləri öz yolu ilə getməmək, fəaliyyətində geriləmək.

    Полностью »
  • TƏLAŞ KEÇİRMƏK

    bax: həyəcan keçirmək.

    Полностью »
  • TƏLƏ QURMAQ

    kiminsə işlərinə mane olmaq üçün plan hazırlamaq; ~ hiylə gəlmək (işlətmək), quyu qazmaq, badalaq gəlmək (vurmaq), başına corab hörmək, tor qurmaq, cə

    Полностью »
  • TƏLƏ YİYƏSİ GƏLMƏK

    haqq-hesab çəkilmək, qayda-qanun tələb edilmək.

    Полностью »
  • TƏLƏYƏ DÜŞMƏK

    ilişmək, dolaşmaq, kiminsə hiyləsinə aldanmaq; ~ tora düşmək, kəməndə düşmək, kəməndə keçmək, girə keçmək, qarmağa keçmək

    Полностью »
  • TƏLƏYƏ SALMAQ

    aldadıb ələ keçirmək; ~ tora salmaq, bəndə salmaq, fəndə salmaq, kəməndə salmaq.

    Полностью »
  • TƏMƏL DAŞI QOYMAQ

    bünövrəsini, əsasını yaratmaq.

    Полностью »
  • TƏMİZ SÖHBƏT

    düz, həqiqi, açıq və səmimi danışıq.

    Полностью »