Фразеологический словарь азербайджанского языка

  • TƏRƏF SAXLAMAQ (TUTMAQ)

    müdafiə etmək, qorumaq; ~ havadar çıxmaq, qahmar çıxmaq, tərəfdar çıxmaq.

    Полностью »
  • TƏRƏFDAR ÇIXMAQ

    müdafiə etmək, qorumaq, yanında olmaq; ~ havadar çıxmaq, tərəf saxlamaq (tutmaq).

    Полностью »
  • TƏRƏZİNİN GÖZÜNÜ ƏYMƏK

    haqsızlığa, ədalətsizliyə yol vermək, tərəfkeşlik etmək; ~ pərsəng yerindən oynamaq.

    Полностью »
  • TƏRƏZİYƏ GİRMƏK

    layiq olmadığı halda özünü daha yüksək biri ilə müqayisə etmək; ~ özünü tay tutmaq.

    Полностью »
  • TƏRƏZİYƏ QOYMAQ

    götür-qoy etmək, müqayisə etmək, qiymətləndirmək.

    Полностью »
  • TƏRƏZİYƏ VURMAQ

    tərəzidə çəkmək, ağırlığı ölçmək; ~ mizana vurmaq.

    Полностью »
  • TƏRS DAMARI TUTMAQ

    inad etmək, tərslik etmək, qəti razılaşmamaq; ~ damarı tutmaq, tutması tutmaq, tərs damarına düşmək, iki ayağını bir başmağa dirəmək

    Полностью »
  • TƏRS DAMARINA DÜŞMƏK

    bax: tərs damarı tutmaq.

    Полностью »
  • TƏRS GƏTİRMƏK

    işi avand olmamaq, uğursuzluq baş vermək; ~ bəd gəlmək, pis nəfəsə gəlmək, bəxti yatmaq.

    Полностью »
  • TƏSBEHİNİ SUYA ÇƏKMƏK

    dan. birinin tərəfini tutmaq, müdafiə etmək, dəstəkləmək; yaltaqlanmaq.

    Полностью »
  • TƏSƏLLİ TAPMAQ

    sakitləşmək, daxilən rahatlıq hiss etmək, hər şeyin yaxşı olacağına ümid etmək, inanmaq.

    Полностью »
  • TƏSƏLLİ VERMƏK

    sakitləşdirmək, hər şeyin yaxşı olacağına inandırmaq; ~ ürək-dirək vermək.

    Полностью »
  • TƏSƏVVÜRÜNDƏ CANLANDIRMAQ

    xatırlamaq; ~ gözünün qabağına gəlmək (gətirmək), göz önünə gətirmək, yada salmaq.

    Полностью »
  • TƏSƏVVÜRÜNƏ GƏTİRMƏK

    təsəvvür etmək, mümkün hesab etmək; ~ fikrinə gətirmək, xəyalına gəlmək (gətirmək), xəyalında canlanmaq

    Полностью »
  • TƏSİR ALTINA DÜŞMƏK

    kiminsə göstərişi ilə hərəkət etmək.

    Полностью »
  • TƏSİR ALTINDAN ÇIXMAQ

    təsirindən qurtulmaq, əvvəlki vəziyyətinə qayıtmaq.

    Полностью »
  • ... TƏSİR BAĞIŞLAMAQ

    pis və ya xoş təəssürat yaratmaq, müəyyən təsəvvür, qənaət formalaşdırmaq.

    Полностью »
  • TƏSİRİ ALTINA SALMAQ

    öz tərəfinə çəkmək; ~ girinə keçirmək, öz zurnası ilə oynatmaq, əlində oynatmaq, saqqızını oğurlamaq

    Полностью »
  • TƏSKİNLİK VERMƏK

    sakitləşdirmək, dərdinə şərik olmaq; ~ ürək-dirək vermək, yarasına məlhəm qoymaq, toxtaqlıq vermək.

    Полностью »
  • TƏŞƏBBÜSÜ ƏLƏ ALMAQ

    hər hansı bir işdə liderliyə nail olmaq, öndə olmaq.

    Полностью »
  • TƏŞRİF BUYURMAQ

    gəlmək.

    Полностью »
  • TƏŞVİŞƏ DÜŞMƏK

    narahat olmaq, həyəcanlanmaq; ~ təlaş keçirmək, həyəcan keçirmək, canına vəlvələ (vicvicə) düşmək, canını qorxu almaq, əl-ayağa düşmək, əndişəyə düşmə

    Полностью »
  • TƏŞVİŞƏ SALMAQ

    həyəcanlandırmaq, qorxutmaq; ~ canına qorxu (lərzə, od) salmaq, canına vəlvələ (vicvicə) salmaq, əndişəyə salmaq

    Полностью »
  • TƏZƏ DƏLLƏK ÇIXIB, KƏKİLİ YANDAN QOYUR

    dan. adət-ənənələrə, qanun və qaydalara zidd davranışlar nümayiş etdirən şəxsə münasibətdə istehza ilə işlədilən ifadə; ~ köhnə bazara təzə nırx qoyma

    Полностью »
  • TƏZƏ GƏLDİ BAZARDAN, KÖHNƏ DÜŞDÜ NƏZƏRDƏN

    yeni bir şey (geyim, mühit, dost və s.) əldə etdikdən sonra köhnəni bəyənməyən şəxsə münasibətdə işlədilən qınayıcı ifadə; ~ toyu gördü, tərəngə yadın

    Полностью »
  • TƏZƏRƏYİNİ QOPARMAQ

    dan. arxasınca düşüb qovmaq; ~ qoparağını götürmək.

    Полностью »
  • TIXSIZ BALIQ

    sakit, başqalarına zərrə qədər də ziyanı dəyməyən adam.

    Полностью »
  • TIR DEYİB GENDƏ DURMAQ

    dan. tərslik etmək, inadkar olmaq.

    Полностью »
  • TISBAĞA QININDAN ÇIXIB, QININI BƏYƏNMİR

    bax: qınından çıxıb qınını bəyənməmək.

    Полностью »
  • TİKAN OLUB GÖZÜNƏ BATMAQ

    bax: ox olub gözünə batmaq.

    Полностью »
  • TİKAN ÜSTÜNDƏ OTURMAQ

    bax: iynə üstündə oturmaq.

    Полностью »
  • TİKƏSİ AĞZINDA BÖYÜMƏK

    iyrənmək, diksinmək, hər hansı bir səbəbə görə loğmasını udmamaq.

    Полностью »
  • TİKƏSİ AĞZINDA QALMAQ

    bax: tikəsi boğazında qalmaq.

    Полностью »
  • TİKƏSİ BOĞAZINDA QALMAQ

    qəflətən nəhs, ağır bir xəbər eşidərək son dərəcə təəccüblənmək, sarsılmaq; ~ tikəsi ağzında qalmaq.

    Полностью »
  • TİLSİMƏ DÜŞMƏK

    dolaşıqlıq yaranmaq, həll edilə bilməmək; ~ nəhs gətirmək, it ağzına keçmək, düyünə düşmək.

    Полностью »
  • TİLSİMƏ SALMAQ

    öz təsiri altına salmaq, sehrləmək, ovsunlamaq; işi çətinə, düyünə salmaq.

    Полностью »
  • TİLSİMİ SINDIRMAQ (QIRMAQ)

    uzun müddət problemə çevrilmiş bir işi həll etmək; müəmmalı və dolaşıq olan bir şeyə aydınlıq gətirmək; ~ düyünü açmaq

    Полностью »
  • TİRTAP DÜŞMƏK

    çox yorğun olduğu üçün dərhal yuxuya getmək, bərk yatmaq; ~ ölü düşmək, daş kimi düşmək.

    Полностью »
  • TOXTAQLIQ TAPMAQ

    sakitləşmək, rahatlanmaq.

    Полностью »
  • TOXTAQLIQ VERMƏK

    bax: təsəlli vermək.

    Полностью »
  • TOQQANI SIXMAQ

    bax: kəməri sıxmaq.

    Полностью »
  • TOQQANIN ALTINI BƏRKİTMƏK

    yaxşı yeyib-içmək; ~ qurşağının altını bərkitmək, kəmərin altını bərkitmək.

    Полностью »
  • TOP AĞZINA GETMƏK

    göz görə-görə ölümə getmək; ~ ölümü gözünün altına almaq.

    Полностью »
  • TOP-TÜFƏNGƏ TUTMAQ

    bax: topa tutmaq.

    Полностью »
  • TOPA GÜLLƏ QOYAN

    aranı qızışdıran, davaya təhrik edən.

    Полностью »
  • TOPA TUTMAQ

    sərt tənqid etmək; ciddi şəkildə əleyhinə olmaq; ~ tənqid atəşinə tutmaq, top-tüfəngə tutmaq.

    Полностью »
  • TOR QURMAQ

    bax: tələ qurmaq.

    Полностью »
  • TORA DÜŞMƏK

    kiminsə hiyləsinə aldanmaq, ilişmək, dolaşmaq; ~ tələyə düşmək, kəməndə keçmək, qarmağa keçmək, kələyə düşmək, qəfəsə düşmək, girə keçmək

    Полностью »
  • TORA SALMAQ

    bax: tələyə salmaq.

    Полностью »
  • TORAN ÇALMAQ (QARIŞMAQ)

    tədricən qaranlıq düşmək.

    Полностью »