Фразеологический словарь азербайджанского языка

  • GÜNORTADAN SONRA GÜN GÖRƏN

    vəzifə, mənsəb və pul gördükdən sonra harınlaşan, davranış və münasibətini dəyişən adamlar haqqında işlədilən ifadə

    Полностью »
  • GÜNÜ BAŞA VURMAQ

    adətən, əhəmiyyətsiz bir işlə məşğul olaraq günü tamamlamaq, veyillənmək; ~ gününü keçirmək.

    Полностью »
  • GÜNÜ ÇIXMAQ (DÜŞMƏK)

    biri ilə düşünüşmək, ziddinə getmək; ~ düz gəlməmək.

    Полностью »
  • GÜNÜ GÜNƏ SATMAQ

    işi uzatmaq, gecikdirmək, yubatmaq, ləngitmək.

    Полностью »
  • GÜNÜQARA GƏLMƏK

    yaşayışı pisləşmək, güzəranı çətinləşmək.

    Полностью »
  • GÜNÜNƏ AĞLAMAQ

    acımaq; ~ yazığı gəlmək.

    Полностью »
  • GÜNÜNƏ YANMAQ

    qayğısına qalmaq.

    Полностью »
  • GÜNÜNÜ GÖY ƏSGİYƏ BÜKMƏK

    iztirab və mənəvi işgəncə vermək; ~ gününü qara eləmək, qan uddurmaq, göz verib işıq verməmək, gün verməmək

    Полностью »
  • GÜNÜNÜ KEÇİRMƏK

    faydalı iş görməmək, avaralanmaq; ~ günü başa vurmaq, dəvə yanı yağlamaq.

    Полностью »
  • GÜNÜNÜ QARA ELƏMƏK

    incitmək, əzab-əziyyət vermək, rahatlıq verməmək; ~ dünyasını zindana döndərmək, qan uddurmaq, göz verib işıq verməmək, gün verməmək, gününü göy əsgiy

    Полностью »
  • GÜNÜNÜ SOVMAQ

    bax: baş girləmək.

    Полностью »
  • GÜZƏŞTƏ GETMƏK

    başqasının xeyrinə bir şeydən əl çəkmək, razılaşmaq, başqasının səhvinin üstündən keçmək.

    Полностью »
  • HAKİM KƏSİLMƏK

    təsiri altına almaq.

    Полностью »
  • HAQQ DİLİNDƏ DANIŞMAQ

    ədalətli, insaflı olmaq, haqqı müdafiə etmək.

    Полностью »
  • HAQQ EVİNƏ TAPŞIRMAQ

    dəfn etmək.

    Полностью »
  • HAQQ-HESAB ÇƏKMƏK

    1. Hesabat tələb etmək, sorğu-suala tutmaq, problemi, münaqişəni həll etmək, mübahisəyə son qoymaq; ~ mizan-tərəzi qurmaq, məsələni çürütmək

    Полностью »
  • HAQQ-HESABI ÇÜRÜTMƏK

    aralarındakı məsələni birdəfəlik həll etmək, problemə aydınlıq gətirmək

    Полностью »
  • HAQQ-HESABI İÇƏRİ VERMƏK

    bax: hesabı içəri vermək.

    Полностью »
  • HAQQ QAZANDIRMAQ

    doğru saymaq, düzgün, haqlı hesab etmək; ~ haqq vermək.

    Полностью »
  • HAQQ OLDU

    bax: əcəb oldu.

    Полностью »
  • HAQQ-SAY QOYMAQ

    hörmət etmək, qiymətləndirmək.

    Полностью »
  • HAQQ-SAYI İTİRMƏMƏK

    edilmiş yaxşılığı, xeyirxahlığı unutmamaq.

    Полностью »
  • HAQQ SƏSİNİ UCALTMAQ

    həqiqəti çəkinmədən söyləmək, doğrunu müdafiə etmək.

    Полностью »
  • HAQQ VERMƏK

    bax: haqq qazandırmaq.

    Полностью »
  • HAQQ YOLUNA QAYITMAQ

    pis əməllərindən peşman olub düz yola gəlmək; ~ Allahu-əkbər yoluna qayıtmaq.

    Полностью »
  • HAQQ YOLUNA QAYTARMAQ

    kimisə pis əməlindən çəkindirmək.

    Полностью »
  • HAQQI ÇATMAQ

    1. İxtiyarı, səlahiyyəti olmaq.  2. Kiməsə düşən payı, pulu, rüşvəti və s.-ni vermək; ~ tasa düşmək.

    Полностью »
  • HAQQI TAPDANMAQ

    hüququ pozulmaq, ədalətsizliyə məruz qalmaq.

    Полностью »
  • HAQQIN YOLUNU TAPMAQ

    işin çəmini tapmaq və mühitə uyğunlaşmaqla problemini həll etmək; marağı naminə şəraitə uyğunlaşmaq.

    Полностью »
  • HAQQINI HALAL ETMƏK

    çəkdiyi əziyyəti, olub-keçənləri bağışlamaq.

    Полностью »
  • HAQQINI YEMƏK

    hüququnu pozmaq, başqasına aid olan bir şeyi mənimsəmək.

    Полностью »
  • HAQLI ÇIXARMAQ

    doğrultmaq; ~ bəraət qazandırmaq.

    Полностью »
  • HAQLI ÇIXMAQ

    bir mübahisədə, tələbdə, fikirdə və s.-də doğru olduğu aşkarlanmaq.

    Полностью »
  • HAL APARMAQ

    bax: huşunu itirmək.

    Полностью »
  • HAL ƏHLİ

    1. Kef çəkməyi, vaxtını kefdə keçirməyi sevən adam.  2. Vəziyyəti, eyhamı tez başa düşən; irfan və təsəvvüf elmi ilə məşğul olan

    Полностью »
  • HAL-ƏHVAL TUTMAQ

    salamlaşmaq, halını soruşmaq.

    Полностью »
  • HALA GƏLMƏK

    1. Gücü, qüvvəti, taqəti özünə qayıtmaq, dirçəlmək; ~ özünə gəlmək.  2. Müəyyən ruhi vəziyyət almaq.

    Полностью »
  • HALAL SÜD ƏMMİŞ

    namuslu, dürüst, təmiz, vicdanlı.

    Полностью »
  • HALALLIQ ALMAQ

    nəyisə əldə edəndə, alanda əvvəlki sahibindən xeyir-dua almaq, dil-ağız etmək.

    Полностью »
  • HALALLIQ VERMƏK

    nəyisə bağışlayanda xeyir-dua vermək, arxasınca gözü qalmadığını bildirmək; ~ xeyir-dua vermək.

    Полностью »
  • HALDAN ÇIXMAQ

    hirslənmək, əhvalı dəyişmək; ~ özündən çıxmaq, təbdən çıxmaq.

    Полностью »
  • HALDAN DÜŞMƏK

    üzülmək, çox yorulmaq; ~ əldən düşmək.

    Полностью »
  • HALDAN-HALA DÜŞMƏK

    əhvalı tez-tez dəyişmək; ~ halı dəyişmək, halı qarışmaq.

    Полностью »
  • HALDAN SALMAQ

    çox yormaq, zəiflətmək; ~ əziyyət vermək, əldən-ayaqdan salmaq, əldən-dildən salmaq, taqətdən salmaq, kələyini kəsmək, əhədini kəsmək, nəfəsini kəsmək

    Полностью »
  • HALI DƏYİŞMƏK

    əhvali-ruhiyyəsi korlanmaq, pisləşmək; ~ haldan-hala düşmək, halı xarab olmaq, halı qarışmaq, təbdən-təbə düşmək, əhvalı pozulmaq

    Полностью »
  • HALI XARAB OLMAQ

    vəziyyəti pisləşmək, halı, əhvalı pozulmaq; ~ halı dəyişmək, halı qarışmaq, partlamaya düşmək.

    Полностью »
  • HALI QARIŞMAQ

    normal halından çıxmaq, pisləşmək; ~ haldan-hala düşmək, halı dəyişmək, halı xarab olmaq, halı pozulmaq

    Полностью »
  • HALI POZULMAQ

    vəziyyəti pisləşmək, əhvali-ruhiyyəsi korlanmaq; ~ ürəyi bulanmaq, halı qarışmaq, halı dəyişmək.

    Полностью »
  • HALINI QATMAQ

    bax: halını pozmaq.

    Полностью »
  • HALINI POZMAQ

    hirsləndirmək; ~ qanını qaraltmaq, kefini pozmaq, halını qatmaq.

    Полностью »