Фразеологический словарь азербайджанского языка

  • KEFİ DURMAQ (GƏLMƏK)

    həvəslənmək, yüksək əhvalda olmaq; ~ kefi açılmaq, kefi alçı durmaq, kefi istəmək, kefi kökəlmək.

    Полностью »
  • KEFİ FIŞTIRIQ ÇALMAQ

    bax: kefi doxsan doqquz vurmaq.

    Полностью »
  • KEFİ İSTƏMƏK

    arzulamaq, arzusunda olmaq; ~ ürəyi istəmək, kefi durmaq (gəlmək).

    Полностью »
  • KEFİ KORLANMAQ (POZULMAQ)

    dilxor olmaq; ~ əhvalı pozulmaq, nəşəsi qaçmaq.

    Полностью »
  • KEFİ KÖK

    şad, nəşəli, şən; ~ kefi saz, kefi kök, damağı çağ.

    Полностью »
  • KEFİ KÖK, DAMAĞI ÇAĞ

    bax: kefi kök.

    Полностью »
  • KEFİ KÖKƏLMƏK

    şadlanmaq; ~ kefi açılmaq, kefi alçı durmaq, kefi gəlmək.

    Полностью »
  • KEFİ SAZ

    bax: kefi kök.

    Полностью »
  • KEFİNDƏN QALMAMAQ

    daim kef, nəşə içərisində yaşamaq, heç nəyi vecinə almamaq.

    Полностью »
  • KEFİNƏ DƏYMƏK (TOXUNMAQ)

    inciməsinə səbəb olmaq, incitmək; ~ qəlbinə dəymək (toxunmaq), kefinə soğan doğramaq, qanını qaraltmaq

    Полностью »
  • KEFİNƏ SOĞAN DOĞRAMAQ

    dilxor etmək; ~ qanını qaraltmaq, kefinə dəymək (toxunmaq), burnundan gətirmək (tökmək).

    Полностью »
  • KEFİNİ AÇMAQ

    nəşələndirmək, əyləndirmək, qəm-kədərdən uzaqlaşdırmaq.

    Полностью »
  • KEFİNİ POZMAQ

    dilxor etmək; ~ qanını qaraltmaq, halını pozmaq, halını qatmaq, nəşəsini pozmaq, əhvalını korlamaq, damağına dəymək

    Полностью »
  • KEFİNİ POZMAMAQ

    heç nəyi vecinə almamaq, əhəmiyyət verməmək, narahatlıq keçirməmək; ~ tükü də tərpənməmək.

    Полностью »
  • KEFİNİ SÜRMƏK

    bax: kef çəkmək.

    Полностью »
  • KEFİNİN QAZ QAQQILDADAN VAXTI

    əhvalının çox yaxşı olduğu vaxt.

    Полностью »
  • KEŞİŞƏ SÖYÜRƏM?

    “elə mən də sən deyəni deyirəm” mənasında işlədilən ifadə.

    Полностью »
  • KƏBİNLƏRİ GÖYDƏ KƏSİLMƏK

    bir-biri üçün yaranmaq, hər cəhətdən bir-birinə uyğun, bab olmaq, evlənmələri, qovuşmaları uyğun və real olmaq

    Полностью »
  • KƏF GƏLMƏK

    aldatmaq; ~ hiylə gəlmək (işlətmək), kələk gəlmək.

    Полностью »
  • KƏFƏNİ SARALMAMIŞ

    ölümündən az müddət keçmiş.

    Полностью »
  • KƏFƏNİ YIRTMAQ

    ağır, təhlükəli xəstəlikdən qurtarmaq; təhlükədən xilas olmaq; ~ o dünyanı görüb gəlmək (qayıtmaq), ölümdən dönmək (qayıtmaq)

    Полностью »
  • KƏFƏNİNİ BOYNUNA DOLAMAQ

    ölüm riskinə baxmadan mübarizəyə girişmək; ~ ölümü gözə almaq, ölümü gözünün altına almaq.

    Полностью »
  • KƏKLİYİ AZMAQ

    çox və qarışıq yeməkdən mədəsi ağrımaq, mədəsində köp əmələ gəlmək, özünü narahat hiss etmək.

    Полностью »
  • KƏLƏFİ DOLAŞDIRMAQ

    işləri bir-birinə qatmaq, əngəl yaratmaq; ~ kələfin ucunu itirmək, aləmi bir-birinə qatmaq.

    Полностью »
  • KƏLƏFİ DOLAŞMAQ

    bax: işi çətinə düşmək.

    Полностью »
  • KƏLƏFİ QARIŞMAQ

    vəziyyəti xarablaşmaq, ağırlaşmaq, əhvalı daha da pozulmaq.

    Полностью »
  • KƏLƏFİN UCUNU ƏLƏ KEÇİRMƏK

    bax: kələfin ucunu tapmaq.

    Полностью »
  • KƏLƏFİN UCUNU İTİRMƏK

    pis vəziyyətə düşmək, hadisələrdən baş açmamaq, nə edəcəyini bilməmək, dolaşıb-qalmaq; ~ kələfi dolaşdırmaq

    Полностью »
  • KƏLƏFİN UCUNU TAPMAQ

    bir işin izinə düşüb kökünü, səbəbini tapmaq, nəyisə aydınlaşdırmağa başlamaq; ~ kələfin ucunu ələ keçirmək

    Полностью »
  • KƏLƏK GƏLMƏK

    məqsədinə çatmaq üçün yalan danışmaq, aldatmaq, gizli plan hazırlamaq; ~ hiylə gəlmək (işlətmək), hiyləyə əl atmaq, fənd işlətmək, kəf gəlmək, doqquzl

    Полностью »
  • KƏLƏK İŞLƏTMƏK

    bax: kələk gəlmək.

    Полностью »
  • KƏLƏK QURMAQ

    iz azdırmaq, başqalarını aldatmaq üçün gizli plan qurmaq; ~ hiylə gəlmək (işlətmək), kələk gəlmək.

    Полностью »
  • KƏLƏYƏ DÜŞMƏK

    hiyləyə aldanmaq; ~ tora düşmək.

    Полностью »
  • KƏLƏYƏ SALMAQ

    cəncəlli işə, qalmaqala salmaq; ~ işə salmaq.

    Полностью »
  • KƏLƏYİ BAŞ TUTMAMAQ

    planı həyata keçməmək, niyyəti alınmamaq, hiyləsi, kələyi boşa çıxmaq; ~ kələyinin üstü açılmaq.

    Полностью »
  • KƏLƏYİ KƏSİLMƏK

    yorulmaq, üzülmək; ~ əldən düşmək, taqətdən düşmək, heydən düşmək, nəfəsi kəsilmək.

    Полностью »
  • KƏLƏYİNİ KƏSMƏK

    çox yormaq, zəiflətmək; ~ əziyyət vermək, əldən salmaq, əldən-ayaqdan salmaq, əldən-dildən salmaq, haldan salmaq, taqətdən salmaq, əhədini kəsmək, nəf

    Полностью »
  • KƏLƏYİNİN ÜSTÜ AÇILMAQ

    bax: üstü açılmaq.

    Полностью »
  • KƏLLƏ ATMAQ

    etiraz etmək, narazılıq bildirmək; ~ buynuz çıxarmaq.

    Полностью »
  • KƏLLƏ-KƏLLƏYƏ GƏLMƏK

    döyüşmək, vuruşmaq; toqquşmaq, mübahisə etmək, dirəşmək; ~ baş-başa gəlmək.

    Полностью »
  • KƏLLƏÇARXA ÇIXMAQ

    ifrat həddə çatmaq, həddi aşmaq, həddən artıq çox olmaq; ~ kəlləçarxa vurmaq.

    Полностью »
  • KƏLLƏÇARXA VURMAQ

    bax: kəlləçarxa çıxmaq.

    Полностью »
  • KƏLLƏNİ YERƏ ATMAQ

    yatmaq, tez yuxuya getmək.

    Полностью »
  • KƏLLƏNİ YERƏ QOYMAQ

    1. Yıxılıb yatmaq, yuxulamaq.  2. Ölmək (pis adam haqqında).

    Полностью »
  • KƏLLƏPAÇA SUYUNDAN ÖTRÜ HÖVSANA GETMƏK

    mənasız, kiçik bir işdən ötrü uzağa gedən, heç nəyə görə böyük məsafə qət edən adamlar haqqında işlədilən ifadə

    Полностью »
  • KƏLMEYİ-ŞƏHADƏTİ OXUNMAQ

    haqqında mənfi qərar verilmək, məsələsi həll olunmaq; ~ kitabı bağlanmaq, işi bitmək, fatihəsi oxunmaq (verilmək)

    Полностью »
  • KƏLMƏ KƏSMƏK

    danışmaq, söhbətləşmək, ünsiyyətə girmək.

    Полностью »
  • KƏLMƏSİNİ AĞZINDA QOYMAQ

    bax: sözünü kəsmək.

    Полностью »
  • KƏM BAXMAQ

    pis nəzərlə baxmaq, bədxahcasına yanaşmaq.

    Полностью »
  • KƏMƏNDƏ DÜŞMƏK

    tutulmaq, ilişmək, dolaşmaq, hiylənin qurbanı olmaq; ~ ələ keçmək, tələyə düşmək, tora düşmək, pəncəsinə keçmək, pəncəsinə düşmək

    Полностью »