Фразеологический словарь азербайджанского языка

  • QAŞQABAĞINI TURŞUTMAQ

    öz sifətinə acıqlı, yaxud narazı bir ifadə vermək; ~ sımsırığını sallamaq.

    Полностью »
  • QAŞQABAQ GÖSTƏRMƏK

    pis, acıqlı qarşılamaq.

    Полностью »
  • QAŞLA GÖZ ARASINDA

    bir anda, gözlənilmədən; hər zaman mümkün olan bir şey haqqında işlədilən ifadə (daha çox ölüm haqqında deyilir); ~ iki daşın arasında

    Полностью »
  • QAŞLARINI ÇATMAQ

    dərin fikrə dalaraq, yaxud hiddətlənərək qaşlarını yığmaq.

    Полностью »
  • QATARDAN İNDİ DÜŞMƏK

    heç nə görməmək, dünyagörüşü, mədəni səviyyəsi aşağı olmaq.

    Полностью »
  • QATIĞA QARA DEMƏK

    həqiqəti danmaq, düzü inkar etmək, əksini söyləmək.

    Полностью »
  • QATIRÇININ QATIRINI ÜRKÜTMƏK

    kiməsə sataşmaq, dinc durmamaq.

    Полностью »
  • QATLAYIB DİZİNİN ALTINA QOYMAQ

    üstün olmaq, güclü olmaq, qalib gəlmək.

    Полностью »
  • QATLAYIB DÖŞƏYİN ALTINA QOYMAQ

    bir şeyi təkrar dilə gətirməmək, o haqda danışmamaq.

    Полностью »
  • QAYDAYA SALMAQ

    nizamlamaq, sistemləşdirmək, qayda-qanun yaratmaq; ~ yoluna qoymaq, sahmana salmaq.

    Полностью »
  • QAYĞISINA QALMAQ

    bax: qayğısını çəkmək.

    Полностью »
  • QAYĞISINI ÇƏKMƏK

    himayə etmək, yardım göstərmək; ~ başına dolanmaq, qayğısına qalmaq, dərdini çəkmək, əldə gəzdirmək, fikrini çəkmək

    Полностью »
  • QAYTAĞI OYNAMAQ

    ağrıdan qıvrılmaq, çox əziyyət çəkmək.

    Полностью »
  • QAZ UÇDU, QARĞA QONDU

    baş verən hər hansı dəyişikliyin, yerdəyişmənin mənasız, əhəmiyyətsiz olduğunu bildirən ifadə.

    Полностью »
  • QAZ VURUB QAZAN DOLDURMAQ

    gəliri, qazancı çox olmaq.

    Полностью »
  • QAZ YERİŞİ YERİMƏK

    qaz kimi yan basa-basa yerimək; təkəbbürlə yerimək.

    Полностью »
  • QAZA ATDIM, QOZA DƏYDİ

    bir şey üçün çalışırdım, tamam başqa şey alındı.

    Полностью »
  • QAZAN ASMAQ

    xörək bişirmək.

    Полностью »
  • QAZAN DİBİ YALAMAQ

    bax: qab dibi yalamaq.

    Полностью »
  • QAZAN QAYNATMAQ

    altdan-altdan iş görmək, nəyəsə təşəbbüs etmək, hazırlıq görmək; ~ iş çevirmək (fırlatmaq).

    Полностью »
  • QAZAN ÖRTÜLÜ QAYNAMAQ

    gizli baş vermək.

    Полностью »
  • QAZANC QUDURUB MAYANI YEYİB

    alverdə zərərə düşmək, əli gətirməmək mənasında işlədilən ifadə.

    Полностью »
  • QAZANC ÜZÜ GÖRMƏMƏK

    qazanc əldə edə bilməmək, gördüyü bütün işlərdə zərər çəkmək, zərərə işləmək.

    Полностью »
  • QAZANCI BAŞINI YEMƏK

    qazandığı pul ucbatından həyatını itirmək.

    Полностью »
  • QAZANCI QANA DÖNMƏK

    qazancı zəhər olmaq.

    Полностью »
  • QAZANCINI KƏSMƏK

    çörəkpulu qazanmasına mane olmaq; ~ ruzisini kəsmək.

    Полностью »
  • QAZDAN AYIQ

    hər şeyi hiss edən, çevik.

    Полностью »
  • QAZDIĞI QUYUYA ÖZÜ DÜŞMƏK

    əməlinə görə cəzalanmaq, pis niyyətinin, qurduğu tələnin qurbanı olmaq.

    Полностью »
  • QEYBƏT QIRMAQ

    başqasının əleyhinə danışmaq, başqasının dalınca deyinmək, başqa bir adamın sözünü, hərəkətlərini mənfi yöndə müzakirə etmək

    Полностью »
  • QEYDİNƏ QALMAQ

    vəziyyəti ilə maraqlanmaq, qayğı, diqqət göstərmək; ~ dərdinə qalmaq, hayına qalmaq.

    Полностью »
  • QEYRƏTİ YAVANLIQ ETMƏK

    heysiyyətini, şərəfini maddi qazanca, pula, mənfəətə satmaq, biqeyrət olmaq.

    Полностью »
  • QEYRƏTİNƏ SIĞIŞDIRMAMAQ

    qəbul etməmək; ~ özünə sığışdırmamaq.

    Полностью »
  • QEYRƏTİNƏ TOXUNMAQ

    bax: qüruruna toxunmaq.

    Полностью »
  • QEYRƏTİNİ ÇƏKMƏK

    şərəfini, heysiyyətini, namus və ləyaqətini qorumaq, təəssübünü çəkmək.

    Полностью »
  • QEYRƏTİNİ İTİRMƏK

    özünü rüsvay etmək, abırsız olmaq; ~ namusunu satmaq, namusu yeyib, arı belinə bağlayıb (şəlləyib).

    Полностью »
  • QƏBİR QAZMAQ

    birinin əleyhinə işləmək, birini bədbəxt etmək üçün gizlində tədbir görmək; ~ quyu qazmaq.

    Полностью »
  • QƏBRİ QAZILMAQ

    ölümünə az qalmaq, ölümü yaxınlaşmaq; cəzalanması labüd olmaq; ~ fatihəsi oxunmaq (verilmək), işi bitmək

    Полностью »
  • QƏBRİ OD TUTUB YANMAQ

    ölən birinin ruhunun yaxınları tərəfindən edilən bir hərəkətə görə inciməsi, narahat olması.

    Полностью »
  • QƏBRİNİ GÖTÜRMƏK

    məzarın düzəldilməsini sona çatdırmaq.

    Полностью »
  • QƏDDİ ƏYİLMƏK (BÜKÜLMƏK)

    bax: beli bükülmək.

    Полностью »
  • QƏDDİNİ DÜZƏLTMƏK

    maddi cəhətdən vəziyyətini yaxşılaşdırmaq; ~ özünə gəlmək.

    Полностью »
  • QƏDDİNİ ƏYMƏK (BÜKMƏK)

    bədbəxt etmək, sarsıtmaq.

    Полностью »
  • QƏDƏM BASMAQ

    gəlmək, daxil olmaq; ~ ayaq basmaq; başlamaq.

    Полностью »
  • QƏDİR AĞACI ƏKƏRLƏR

    özünə qarşı hörmət tələb edən, öz qədir-qiymətindən danışan adamlara kinayə ilə deyilən ifadə.

    Полностью »
  • QƏDRİNİ BİLMƏK

    layiqincə qiymətləndirmək; ~ qiymət vermək.

    Полностью »
  • QƏFƏSDƏ SAXLAMAQ

    azadlığını, sərbəstliyini əlindən almaq, hərəkət etməsinə imkan verməmək; ~ dörd divar arasında saxlamaq

    Полностью »
  • QƏFƏSƏ DÜŞMƏK

    tutulmaq; ~ tora düşmək.

    Полностью »
  • QƏFLƏT YUXUSUNA GETMƏK

    ətrafında baş verənlərdən bixəbər olmaq, cərəyan edən hadisələrə diqqət yetirməmək.

    Полностью »
  • QƏFLƏT YUXUSUNDAN AYILMAQ (OYANMAQ)

    dərk etməyə başlamaq, ayılmaq, fəaliyyətə, hərəkətə gəlmək, yaxşı-yamanı ayırd etmək; ~ gözü açılmaq

    Полностью »
  • QƏHƏR TUTMAQ

    duyğulanmaq, həyəcanlanmaq, boğularaq ağlamaq istəmək.

    Полностью »