bax: sözə qarışmaq.
danışıqla başını qatmaq, danışıb vaxtını almaq.
mövzunu başqa istiqamətə yönəltmək, əsas fikirdən yayınmaq, əsas məsələdən deyil, başqa şeylərdən danışmaq; ~ söhbətin ağzını əymək, söz azdırmaq (dəy
söhbətin nədən getdiyini anlamamaq; ~ təkərə düşmək; sözləri uyğun gəlməmək, bir-birini başa düşməmək
söhbəti yanlış istiqamətə yönəltmək, mövzunu dəyişdirmək; ~ söz arasına söz qatmaq, söhbəti fırlatmaq
bax: sözün təkinə getmək.
haqqında danışmağa başlamaq; ~ söhbət açmaq, söz salmaq.
“aydın danışa bilməmək, mızıldamaq”, “diksiyası zəif olmaq” mənalarında işlədilən ifadə.
birindən sirr olan məlumatı öyrənməyə çalışmaq; ~ söz çəkmək.
hazırcavab olmaq, deyiləni (replika və s.) cavabsız qoymamaq, dərhal cavab vermək.
iki tərəfin məlumatlarını bir-birinə çatdırmaq, xəbərçilik etmək; ~ ara vurmaq.
əsas mövzudan uzaqlaşmaq, mövzunu dəyişmək; ~ söhbətin ağzını əymək, söz azdırmaq.
hər hansı məsələ ilə bağlı rəy öyrənmək və ya fikir formalaşdırmaq üçün üstüörtülü şəkildə söz demək, nəyi isə eşitdirmək; sataşmaq; ~ işarə vurmaq
mövzunu başqa tərəfə yönəltmək, əsas fikirdən, mətləbdən yayınmaq; ~ söhbəti fırlatmaq, söz arasına söz qatmaq, söhbətin ağzını əymək, valı dəyişmək
öyüd-nəsihət eşitməmək, danışığa, məsləhətə əhəmiyyət verməmək; ~ bir qulağından alıb o biri qulağından vermək (ötürmək)
birinin haqqında şayiələr yaymaq; ~ söz gəzdirmək.
danışmağa aman verməyən dilli-dilavər adam haqqında işlədilən ifadə.
kobud cavab vermək; ~ cavab qaytarmaq.
birindən sirr olan məlumatı öyrənmək; ~ söz almaq.
olmayan şey haqqında danışmaq, uydurmaq, şayiə yaymaq, böhtan atmaq; ~ iş toxumaq, səs salmaq.
nə vaxtsa danışılmış şərtə əməl olunacağını və ya deyilmiş sözün qüvvədə olduğunu təsdiq etmək məqsədilə işlədilən ifadə
bax: söz tutmaq.
öyüd-nəsihətə qulaq asmamaq, əməl etməmək; ~ ipə-sapa yatmamaq (gəlməmək).
danlanmaq, məzəmmət edilmək.
xəbərçilik eləmək; ~ ara vurmaq.
xəbər, şayiə yayılmaq.
haqsız sözü qəbul etməmək; qınağa, danlağa, tənqidə dözməmək; ~ qabağından yeməmək.
boş-boşuna, yersiz mübahisə etmək.
bax: şərt kəsmək.
bilmədən, istəmədən bir mövzunu açmaq; ~ ağzından qaçırmaq.
kobud cavab vermək, etiraz etmək; ~ cavab qaytarmaq, üzünə qayıtmaq, üzünə ağ olmaq.
1. Şeir demək. 2. Dolamaq; ~ ələ salmaq, araya qoymaq, lağa qoymaq, məsxərəyə qoymaq, vedrə bağlamaq, zurna bağlamaq
haqqında danışmaq; ~ söz açmaq, söhbət açmaq.
söhbətin mövzusu ilə bağlı, habelə ona əlavə olaraq və ya yeni mövzuya keçid məqsədilə işlədilən ifadə; ~ yeri gəlmişkən
başqasının dediyi sözdən pərt olmaq, tutulmaq; ~ söz dəymək.
hazırcavab olmaq, danışarkən çətinlik çəkməmək.
danışarkən uyğun sözü tapmamaq.
haqqında danışılan hadisənin təxminən söhbətin getdiyi vaxtlarda (səhər, axşam, yay, qış və s.) baş verdiyini bildirən ifadə
vədini, sözünü yerinə yetirməmək, verdiyi vədə əməl etməmək, dediyini icra etməmək; ~ sözünü tutmamaq, sözündən dönmək (qaçmaq), sözünün dalından qaçm
işi yerinə yetirəcəyinə əmin etmək; ~ boyun olmaq.
deyilmiş sözü mənfi mənaya yozmaq; ~ ucundan tutub ucuzluğa getmək, sözdən yapışmaq.
bax: sözdən söz çıxarmaq.
deyilənə əməl etmək, deyiləni qəbul etmək; ~ qulaq asmaq.
başqalarının danışdığı bir mövzuya qoşulub fikir bildirmək, söhbətə müdaxilə etmək; ~ söhbətə qarışmaq
birinin danışdığı sözə başqa məna vermək, hər sözdə bir qüsur tapmaq; ~ qəmiş qoymaq.
müəyyən bir iş görmək üçün birlik, həmrəylik göstərmək, həmrəy olmaq; ~ sözü bir yerə qoymaq.
danışıqları uyğun gəlməmək, əks fikirlər söyləmək, razılığa gəlməmək; mübahisəyə girişmək.
bir-biri ilə həmfikir, həmxasiyyət olmaq; ~ sözləri tutmaq.
bax: sözləri düz gəlmək.
bax: sözü ağartmamaq.