Фразеологический словарь азербайджанского языка

  • NƏYƏ DESƏN, DƏYƏR

    çox əla bir şey haqqında işlədilən ifadə.

    Полностью »
  • NƏYİ QOYUB NƏ AXTARIRSAN

    “məsələ fikirləşdiyin, dediyin, təsəvvür etdiyin kimi sadə deyil” mənasında işlədilən ifadə.

    Полностью »
  • NƏZARƏT ALTINA ALMAQ

    təqib etmək, izləmək; ~ nəzarətdə saxlamaq.

    Полностью »
  • NƏZARƏT ALTINDA SAXLAMAQ

    bax: nəzarətdə saxlamaq.

    Полностью »
  • NƏZARƏTDƏ SAXLAMAQ

    hərəkətlərinə fikir vermək, təqib etmək, izləmək; ~ nəzarət altına almaq, nəzarət altında saxlamaq, gözdə-qulaqda olmaq

    Полностью »
  • NƏZƏR DƏYMƏK

    bax: göz dəymək.

    Полностью »
  • NƏZƏR NÖQTƏSİ

    bax: baxış bucağı.

    Полностью »
  • NƏZƏR SALMAQ

    baxmaq, nəzərdən keçirmək, yoxlamaq; ~ göz gəzdirmək (dolandırmaq), göz yetirmək, gözdən keçirmək.

    Полностью »
  • NƏZƏRDƏ SAXLAMAQ

    unutmamaq, fikrindən çıxarmamaq; ~ yadda saxlamaq, diqqət mərkəzində saxlamaq, nəzərə almaq.

    Полностью »
  • NƏZƏRDƏ TUTMAQ

    danışarkən haqqında düşündüyü bir şeyi unutmamaq, onu çatdırmağa çalışmaq; ~ fikrində tutmaq.

    Полностью »
  • NƏZƏRDƏN DÜŞMƏK

    bax: gözdən düşmək.

    Полностью »
  • NƏZƏRDƏN QAÇIRMAQ

    bax: gözdən qaçırmaq.

    Полностью »
  • NƏZƏRDƏN QAÇMAQ (YAYINMAQ)

    bax: gözdən qaçmaq. 

    Полностью »
  • NƏZƏRDƏN SALMAQ

    bax: gözdən salmaq.

    Полностью »
  • NƏZƏRƏ ALMAQ

    bir işin hər hansı cəhətini (yaxşı və ya pis) yadda saxlamaq, unutmamaq; ~ nəzərdə saxlamaq.

    Полностью »
  • NƏZƏRƏ GƏLMƏK

    bax: göz dəymək.

    Полностью »
  • NƏZƏRİNƏ ÇATDIRMAQ

    bildirmək, xəbərdarlıq etmək, məlumatlandırmaq.

    Полностью »
  • NƏZƏRİNİ ÜSTÜNDƏN ÇƏKMƏMƏK

    bir şeyə dayanmadan diqqətlə baxmaq; muğayat olmaq, qayğı göstərmək; ~ gözü üstündə olmaq.

    Полностью »
  • NƏZMƏ ÇƏKMƏK

    bir hadisəni, hiss və duyğunu şeirlə təsvir etmək.

    Полностью »
  • NIRX KƏSMƏK (QOYMAQ)

    qiymət müəyyən etmək; ~ qiymət qoymaq.

    Полностью »
  • NİFAQ ALMASI

    mübahisəyə, dava-dalaşa səbəb olan bir şey.

    Полностью »
  • NİFAQ SALMAQ

    çəkişmə, münaqişə, ikitirəlik yaratmaq, münasibətləri korlamaq; ~ ara qarışdırmaq, ədavət toxumu səpmək, dedi-qodu salmaq

    Полностью »
  • NİKOLAYDAN QALMA

    nimdaş, köhnə, qədim; ~ Nuh əyyamından qalma.

    Полностью »
  • NİŞAN VERMƏK

    göstərmək, yönəltmək, istiqamətləndirmək.

    Полностью »
  • NİŞANA GƏLMƏK

    vurulmaq, üstünə hücum etmək, sıradan çıxarmaq üçün əlverişli şərait yaranmaq.

    Полностью »
  • NİTQİ QURUMAQ

    təəccüb, heyrət içində qalıb danışa bilməmək; ~ dili bağlanmaq, dili qurumaq, nitqi tutulmaq, dili-ağzı tutulmaq, dil-dodağı kilidlənmək

    Полностью »
  • NİTQİ TUTULMAQ

    1. Danışıq qabiliyyətini itirmək.  2. Təəccüb, heyrət içində qalıb danışa bilməmək; ~ dili bağlanmaq, dili tutulmaq, dili qurumaq, nitqi qurumaq, dili

    Полностью »
  • NİYYƏT ELƏMƏK (TUTMAQ)

    ürəyində tutduğu arzunun, istəyin gerçəkləşəcəyi təqdirdə müəyyən əməlləri (nəzir vermək, oruc tutmaq, qurban kəsmək və s

    Полностью »
  • NİZƏ SINDIRMAQ

    niyyətini, amalını açıq şəkildə ortaya qoymaq, bu amal uğrunda davamlı mübarizə aparmaq.

    Полностью »
  • NOXTANI ƏLƏ VERMƏK

    başqasının əlində oyuncaq olmaq, başqasının iradəsinə tabe olmaq, başqasının dediyi ilə oturub-durmaq

    Полностью »
  • NOXTASINI BOYNUNA DOLAMAQ

    özbaşına, sərbəst buraxmaq; boşamaq.

    Полностью »
  • NOXTASINI ÇƏKMƏK

    pis yoldan, pis əməldən qaytarmaq; ~ ipini çəkmək (yığmaq), həddini bildirmək (göstərmək), qarşısını almaq (kəsmək)

    Полностью »
  • NÖQSAN TUTMAQ

    eybini, qüsurlarını demək; ~ irad tutmaq, mız qoymaq.

    Полностью »
  • NÖQTƏ QOYMAQ

    bitirmək, qurtarmaq, tamamlamaq; ~ son qoymaq.

    Полностью »
  • NÖQTƏ-VERGÜLÜNƏ KİMİ

    xırda detallarına qədər, yerli-yataqlı, ətraflı.

    Полностью »
  • NÖMRƏ GƏLMƏK

    yalan deyərək aldatmaq, müxtəlif əyri yollardan istifadə etmək; ~ hiylə gəlmək (işlətmək), doqquzluq gəlmək, kələk gəlmək

    Полностью »
  • NUH DEYİR, PEYĞƏMBƏR DEMİR

    tərs, inadkar adam haqqında işlədilən ifadə.

    Полностью »
  • NUH ƏYYAMINDAN QALMA

    bax: Nikolaydan qalma.

    Полностью »
  • NÜFUZDAN DÜŞMƏK

    bax: hörmətdən düşmək.

    Полностью »
  • NÜFUZDAN SALMAQ

    hörmətinə, nüfuzuna xələl gətirmək, aşağılamaq; ~ abırdan salmaq.

    Полностью »
  • O, ATLI OLUB, MƏN PİYADA

    “çox axtarıram, ancaq tapa bilmirəm” mənasında işlədilən ifadə.

    Полностью »
  • O BABAN ÖLÜB

    “əvvəlki yaxşı işlər daha olmayacaq” mənasında işlədilən ifadə.

    Полностью »
  • O DÜNYANI GÖRÜB GƏLMƏK (QAYITMAQ)

    ağır fəlakətdən, ciddi təhlükədən xilas olmaq, ölümün bir addımlığından qayıtmaq; ~ ölümdən dönmək (qayıtmaq), kəfəni yırtmaq

    Полностью »
  • O DÜNYAYA GEDİB-GƏLMƏK

    sarsılmaq, ağır vəziyyət yaşamaq, ölüb-dirilmək.

    Полностью »
  • O GEDƏN GETDİ

    “birdəfəlik getdi”, “daha qayıtmadı” mənalarında işlədilən ifadə.

    Полностью »
  • O GÜNƏ DAŞ DÜŞƏYDİ (YAĞAYDI)

    bax: ... daş düşəydi (yağaydı).

    Полностью »
  • O Kİ VAR

    lazım olduğundan da çox, həddən artıq.

    Полностью »
  • O VAXTDAN ÇOX SULAR AXIB

    “uzun bir zaman keçib” mənasında işlədilən ifadə.

    Полностью »
  • OBA BİZDƏ, BİZ OBADA

    bir-birinin evinə həddən çox get-gələ mənfi münasibət, kinayə bildirən ifadə.

    Полностью »
  • OCAĞA ODUN ATMAQ

    bax: odun üstünə yağ tökmək.

    Полностью »