Фразеологический словарь азербайджанского языка

  • SUDAN QURU ÇIXMAQ

    günahı, qəbahəti olduğu halda heç bir ziyan çəkmədən çətin, ağır vəziyyətdən xilas olmaq.

    Полностью »
  • SULARI DURULTMAQ

    qarışıq, mürəkkəb, qeyri-müəyyən bir məsələyə aydınlıq gətirmək.

    Полностью »
  • SUSUZ DƏYİRMAN

    kimsəsiz, unudulmuş, kimsənin gedib-gəlmədiyi yer, məkan; mənasız, məqsədsiz həyat tərzi.

    Полностью »
  • SUYA SALIB-ÇIXARTMAQ

    bərk danlamaq, ciddi cəzalandırmaq; haqsız olduğunu sübut etməklə kimisə pis vəziyyətə salmaq.

    Полностью »
  • SUYOLUNA DÖNDƏRMƏK

    bir yerə zərurət olmadan tez-tez gedib-gəlmək.

    Полностью »
  • SUYU BİR ARXDAN (YERDƏN) AXMAMAQ

    bir-biri ilə dil tapa bilməmək, dolanmamaq, razılaşmamaq, aralarında uyğunluq olmamaq, bir-birinə öyrəşə bilməmək

    Полностью »
  • SUYU BULANDIRIB BALIQ TUTMAQ

    bax: bulanıq suda balıq tutmaq.

    Полностью »
  • SUYU BULANDIRMAQ

    araya fitnə-fəsad salmaq; ~ ara vurmaq, ara qarışdırmaq, duru suyu bulandırmaq.

    Полностью »
  • SUYU PÜFLƏYƏ-PÜFLƏYƏ İÇMƏK

    bax: suyu üfürə-üfürə içmək.

    Полностью »
  • SUYU SOVRULMUŞ DƏYİRMAN

    uçulmuş, dağılmış, viran qalmış, heç nəyə yaramayan yer; ~ susuz dəyirman.

    Полностью »
  • SUYU SÜZÜLƏ-SÜZÜLƏ

    kor-peşman, qanıqara halda, pərt.

    Полностью »
  • SUYU ÜFÜRƏ-ÜFÜRƏ İÇMƏK

    çox tədbirli, ehtiyatlı hərəkət etmək, kəskin və riskli hərəkətlərdən çəkinmək, vasvası olmaq; öz kölgəsindən qorxmaq

    Полностью »
  • SUYUN DİBİNƏ YATMAQ

    yeni fürsət gözləmək məqsədilə gizlənmək, gözə görünməmək; ~ səngərə yatmaq.

    Полностью »
  • SUYUŞİRİN GƏLMƏK

    ilk baxışdan xoş təsir bağışlamaq; ~ ürəyinə yatmaq, qanı qaynamaq, qan çəkmək, xoşuna gəlmək.

    Полностью »
  • SÜD GÖLÜNDƏ ÜZMƏK

    rifah və bolluq içərisində yaşamaq, zəngin olmaq; ~ yağ-bal içində üzmək (yaşamaq).

    Полностью »
  • SÜD GÖLÜNƏ DÜŞMƏK

    rifah və bolluq içərisində yaşamağa başlamaq.

    Полностью »
  • SÜDDƏN ÇIXMIŞ AĞ QAŞIQ

    özünü təmiz, günahsız adam kimi göstərən şəxs haqqında istehza ilə deyilən ifadə.

    Полностью »
  • SÜDƏ SU QATMAQ

    haramlıq etmək; ~ mayasına haram qatmaq.

    Полностью »
  • SÜFRƏSİ AÇIQ OLMAQ

    səxavətli, çörəkverən, qonaqpərvər olmaq.

    Полностью »
  • SÜFRƏSİNƏ HARAM ƏLİ DƏYMƏK

    ruzisi azalmaq, evə alınan ruzinin bərəkəti olmamaq; ~ xeyir-bərəkəti çəkilmək.  

    Полностью »
  • SÜKANI BELƏ SAXLA

    razı qaldığı bir işi həmişə bu səviyyədə görmək istəyən adamın işlətdiyi ifadə.

    Полностью »
  • SÜKUTA DALMAQ

    heç nə deməmək, təkidlə susmaq.

    Полностью »
  • SÜKUTU POZMAQ

    sakitliyə son qoymaq, ortaya çıxıb nə isə demək; ~ səs salmaq.

    Полностью »
  • SÜMSÜYÜNÜ SALLAMAQ

    incimək, narazı qalmaq, pәrt olduğunu bildirmək; ~ burnunu sallamaq, mısmırığını sallamaq.

    Полностью »
  • SÜMÜK SINDIRMAQ

    çalışmaq, bütün qüvvəsini, enerjisini, bacarığını sərf etmək, əlindən gələni əsirgəməmək; ~ can qoymaq, qan-tərə batmaq, dəridən-qabıqdan çıxmaq, külü

    Полностью »
  • SÜMÜKLƏRİ ÇIXMAQ

    çox arıqlamaq; ~ bir dəri, bir sümük qalmaq.

    Полностью »
  • SÜMÜKLƏRİ DƏ ÇÜRÜYÜB

    çoxdan dünyasını dəyişmiş insan haqqında danışarkən işlədilən kobud ifadə

    Полностью »
  • SÜMÜKLƏRİ DİNCƏLMƏK

    ölmək.

    Полностью »
  • SÜMÜYÜ QIZMAQ

    üşüməyi keçmək, tədricən istini duymaq.

    Полностью »
  • SÜMÜYÜ YOĞUNLAMAQ

    tərbiyə edilmək üçün yaşı çoxdan keçmək.

    Полностью »
  • SÜMÜYÜNƏ DÜŞMƏK

    çalınan musiqidən xoşlanmaq, oynamağa həvəslənmək.

    Полностью »
  • SÜMÜYÜNƏ QƏDƏR İŞLƏMƏK

    çox dərin təsir etmək; ~ dərinə işləmək.

    Полностью »
  • SÜMÜYÜNÜ İT SÜMÜYÜNƏ CALAMAQ

    layiq bilinməyən, yaxşı ad çıxarmayan nəsillə qohum olmaq, qız alıb qız vermək.

    Полностью »
  • SÜNBÜLÜNDƏN SU DAMIR

    çox gözəl, cazibədar olan qız, qadın haqqında işlədilən ifadə.

    Полностью »
  • SÜPÜRGƏ BAĞLAMAQ

    haqqında şayiə yaymaq; gülüş hədəfinə çevirmək, lağ etmək; ~ lağa qoymaq, məsxərəyə qoymaq, vedrə bağlamaq

    Полностью »
  • SÜPÜRGƏ ÇƏKMƏK

    nə varsa alıb götürmək, heç bir şey qoymamaq, soyub-talamaq; ~ axırına çıxmaq, kökünə daş atmaq.

    Полностью »
  • SÜRÜŞQULUYA DƏM VERMƏK

    dan. bir yerdən gizlicə getmək, qaçmaq, qaçıb gizlənmək; ~ aradan çıxmaq.

    Полностью »
  • SÜZGƏCDƏN KEÇİRMƏK

    diqqətlə yoxlamaq, hərtərəfli nəzərdən keçirmək, saf-çürük etmək, layiq olanı seçmək; ~ ələkdən keçirmək

    Полностью »
  • ŞABALID CİNSİ

    çox xəsis, xeyrə-şərə yaramayan adam.

    Полностью »
  • ŞABALIDDAN YAĞ ÇIXARTMAQ

    mümkün olmayan şeydən də fayda görməyə, qazanc əldə etməyə çalışmaq; ~ yumurtadan yun qırxmaq.

    Полностью »
  • ŞADARAYA DÖNDƏRMƏK

    bax: xəlbirə döndərmək.

    Полностью »
  • ŞADLIĞINA ŞİTLİK ELƏMƏK

    qudurğan olmaq, naşükür olmaq, aza qane olmamaq, daha çox istəmək.

    Полностью »
  • ŞAH ABBASI TAXTDA GÖRÜB, NADİRİ QUNDAQDA

    çox qoca, yaşı keçmiş, uzun ömür yaşamış adam haqqında yumorla işlədilən ifadə; ~ Nadiri taxtda görüb, Süleymanı qundaqda

    Полностью »
  • ŞAH TƏNBƏLİ

    həddindən artıq tənbəl, hərəkətsiz, ərincək.

    Полностью »
  • ŞAHMAR İLANA RAST GƏLMƏK

    əzazil adamla rastlaşmaq, təhlükə ilə üzləşmək.

    Полностью »
  • ŞAHMAT TAXTASINA ÇIXMAQ

    siyasətə qoşulmaq.

    Полностью »
  • ŞAX GƏZMƏK

    alnıaçıq, üzüağ, başıuca olmaq, özünü qürurlu aparmaq, eyibsiz, nöqsansız olmaq, özünü dik tutmaq, camaatın gözünə dik baxmaq

    Полностью »
  • ŞAXI QARA BƏZƏNMƏK

    toyu olduğu zaman həyatını itirmək.

    Полностью »
  • ŞAXINI QIRMAQ (SINDIRMAQ)

    aşağılamaq, təhqir etmək; ~ gözdən salmaq, qürurunu qırmaq (sındırmaq).

    Полностью »
  • ŞAQQANAQ ÇƏKMƏK

    bərkdən gülmək, qəşş edib gülmək; ~ qəhqəhə çəkmək.

    Полностью »