Фразеологический словарь азербайджанского языка

  • QULAQ KƏSİLMƏK

    diqqətlə dinləmək, diqqətlə qulaq asmaq, diqqət etmək.

    Полностью »
  • QULAQ KƏSMƏK

    aldatmaq, aldadıb pulunu və ya başqa bir şeyini əlindən almaq, hiylə ilə birindən bir şey qoparmaq.

    Полностью »
  • QULAQ VERMƏK

    dinləməyə, eşitməyə çalışmaq; ~ qulaqlarını şəkləmək.

    Полностью »
  • QULAQARDINA VURMAQ

    deyilənə qulaq asmamaq, ciddi qəbul etməmək, əhəmiyyət verməmək; ~ qabırğasının qalın yerinə salmaq.

    Полностью »
  • QULAQBURMASI VERMƏK

    cəzalandırmaq, tənbeh etmək; ~ qulağını burmaq.

    Полностью »
  • QULAQLARA KEÇƏ TƏPDİRMƏK

    oyanmağa, maariflənməyə mane olmaq, qəflətdə, cəhalətdə saxlamaq.

    Полностью »
  • QULAQLARA QURĞUŞUN

    arzu edilməyən və ya adı çəkilmək istənilməyən bir şey (hadisə) haqqında danışılarkən deyilən ifadə; ~ şeytan qulağı kar olsun

    Полностью »
  • QULAQLARI TUTULMAQ

    karlıq yaranmaq, eşitməmək; bərk səs-küydən narahat olmaq; ~ baş-beyni getmək.

    Полностью »
  • QULAQLARINI ŞƏKLƏMƏK

    bir şeyi eşitmək həvəsində olub bütün diqqətini ona vermək; ~ qulağı darı dəlmək, qulaq vermək.

    Полностью »
  • QULLUĞUNDA DAYANMAQ (DURMAQ)

    hər istək və tapşırığını yerinə yetirmək; ~ xidmət göstərmək, qulluq göstərmək.

    Полностью »
  • QULLUQ GÖSTƏRMƏK

    bax: qulluğunda dayanmaq (durmaq).

    Полностью »
  • QULP QOYMAQ

    bax: qəmiş qoymaq.

    Полностью »
  • QULPUNDAN ÇIXAN

    imkanı, gücü çatan qədər, bacardığı qədər.

    Полностью »
  • QUM GÖYƏRƏNDƏ

    heç vaxt, heç zaman; ~ keçi ağaca çıxanda, dəvənin quyruğu yerə dəyəndə.

    Полностью »
  • QUMDA EV TİKMƏK

    zəmin, bünövrə yaratmadan, möhkəm əsas, təməl qoymadan bir iş görmək.

    Полностью »
  • QURANA ƏL BASMAQ

    əlini Quran kitabı üstünə qoyaraq and içmək, vəd vermək və ya dediyinin doğru olduğuna başqalarını inandırmaq; ~ çörəyə əl basmaq

    Полностью »
  • QURANDAN DON GEYİNMƏK

    Qurana dönə-dönə and içmək; özünü dürüst və imanlı göstərmək.

    Полностью »
  • QURBAĞA GÖLÜNƏ DAŞ ATMAQ

    sakitləşdirmək, tam sakitlik hökm sürmək.

    Полностью »
  • QURBAN DEMƏK

    çətin bir işin uğurlu alınması üçün Allah yolunda heyvan kəsib paylamağı əhd etmək.

    Полностью »
  • QURBAN GETMƏK

    kiminsə və ya nəyinsə uğrunda canından keçmək.

    Полностью »
  • QURBAN OLSUN ...

    nəyinsə və ya kiminsə xatirinə güzəştə getmək, bağışlamaq məqamında işlədilən ifadə.

    Полностью »
  • QURBAN VERMƏK

    qarşıya qoyulan məqsədə çatmaq üçün özünün və ya başqasının malından, canından keçmək.

    Полностью »
  • QURBANI OLMAQ

    bax: güdazına getmək.

    Полностью »
  • QURD AĞZINDAN ALMAQ

    təhlükədən xilas etmək.

    Полностью »
  • QURD KEÇİNİN NƏYİN YEYİB Kİ

    “bir işi görmək, yaxşılıq etmək üçün hələ imkan var” mənasında işlədilən ifadə.

    Полностью »
  • QURD QUZUYLA OTLAYIR

    əmin-amanlıq, dinclik, qarşılıqlı anlaşma, sakitlik hökm sürən yer haqqında işlədilən ifadə.

    Полностью »
  • QURD ÜRƏYİ YEMƏK

    cəsarətli, ürəkli olmaq, qorxmamaq.

    Полностью »
  • QURDALAYIB QURDUNU ÇIXARMAQ

    bax: qaşınmayan yerdən qan çıxarmaq.

    Полностью »
  • QURDLA QİYAMƏTƏ QALMAQ

    çox yaşamaq, ölməmək, həmişə yaşamaq.

    Полностью »
  • QURDU OYANMAQ (QALXMAQ)

    köhnə ədavəti yada düşmək, içində intiqam hissi oyanmaq; köhnə vərdişi yada düşmək.

    Полностью »
  • QURDU ULAMAQ

    işləri yaxşı getmək; ~ bəxti gətirmək.

    Полностью »
  • QURDUNU ÖLDÜRMƏK

    istəyini, həvəsini təmin etmək; ~ azarını öldürmək.

    Полностью »
  • QURĞU QURMAQ

    hiylə işlətmək; ~ tələ qurmaq, tor qurmaq.

    Полностью »
  • QURSAĞI DARALMAQ

    1. Arıqlamaq, üzülmək.  2. Darıxmaq; ~ ürəyi sıxılmaq (qısılmaq).

    Полностью »
  • QURŞAĞA ÇIXMAQ

    son dərəcə çox olmaq, hədsiz bol olmaq, normadan kənara çıxmaq; ~ həddini aşmaq.

    Полностью »
  • QURŞAĞININ ALTINI BƏRKİTMƏK

    bax: toqqanın altını bərkitmək.

    Полностью »
  • QURU BALIQ

    soyuq, ünsiyyətə girməyən; ~ arpa çörəyi.

    Полностью »
  • QURU BƏY

    kasıb, müflisləşmiş əsilzadə, kübar adam.

    Полностью »
  • QURU QƏFƏS

    çox zəif, üzgün, cansız, arıq adam.

    Полностью »
  • QURU-QURU QURBANI OLMAQ

    sözdə hər şey edib işdə, əməldə kənara çəkilmək.

    Полностью »
  • QURU PALÇIĞI DİVARA YAPIŞDIRMAQ

    yalan danışmaq, uydurmaq; ~ böhtan atmaq.

    Полностью »
  • QURU YERDƏ QALMAQ

    müflisləşmək, hər nəyi varsa əlindən çıxmaq, kasıblaşmaq.

    Полностью »
  • QURU YERDƏ QOYMAQ

    var-yoxunu əlindən almaq, müflis etmək.

    Полностью »
  • QURU YERDƏN ŞAN BAĞLAMAQ

    çox bacarıqlı, zirək olmaq.

    Полностью »
  • QURU YUYUB YAŞ SƏRMƏK

    bərk danlamaq, məzəmmət etmək, töhmətləndirmək; ~ abrını ətəyinə bükmək, abır qoymamaq, abrını tökmək (aparmaq), ağ yuyub qara sərmək, abrını vermək

    Полностью »
  • QURUYUB QALMAQ

    bax: yerində quruyub qalmaq.

    Полностью »
  • QUŞ BURAXMAQ

    dan. danışarkən deyilməsi lazım olmayan söz söyləmək, səhv etmək; ~ ağzından yersiz söz qaçırmaq.

    Полностью »
  • QUŞ DA KEÇƏ BİLMƏZ

    ciddi qorunan, səylə mühafizə edilən yer, qapalı obyekt haqqında işlədilən ifadə.

    Полностью »
  • QUŞ DİLİ OXUMAQ

    şirin dilə tutmaq, gözəl sözlər deyərək yola gətirmək, bir şeyi qəbul etdirmək; ~ dil tökmək.

    Полностью »
  • QUŞ QOYMAQ

    yazıda, siyahıda müəyyən məqamları vurğulamaq üçün onların qarşısında xüsusi işarə (P) qoymaq, qeydlər etmək

    Полностью »