Фразеологический словарь азербайджанского языка

  • ÜRƏYİ AĞZINDAN (YERİNDƏN) ÇIXMAQ

    çox həyəcanlanmaq; çox hərəkət etməkdən yorulub halsızlaşmaq.

    Полностью »
  • ÜRƏYİ ATLANMAQ

    həsrətində olmaq, istəmək; ~ can atmaq.

    Полностью »
  • ÜRƏYİ BÖYÜMƏK

    iftixar, məmnunluq hissi keçirmək, fərəhlənmək, sevinmək.

    Полностью »
  • ÜRƏYİ BULANMAQ

    1. Özünü pis hiss etmək, qusmağı gəlmək; ~ halı pozulmaq.  2. Bir şeydən iyrənmək; kiməsə nifrət etmək; ~ ödü ağzına gəlmək

    Полностью »
  • ÜRƏYİ ÇATLAMAQ

    intizardan, kədərdən, pis xəbərdən bərk həyəcanlanmaq, kədərlənmək; ~ ürəyi partlamaq.

    Полностью »
  • ÜRƏYİ ÇƏKİLMƏK

    gözləməkdən yorulmaq, son dərəcə üzülmək; aclıq hiss etmək, çox acmaq; ~ ürəyi üzülmək.

    Полностью »
  • ÜRƏYİ DAĞ BOYDA OLMAQ

    bax: ürəyi dağa dönmək.

    Полностью »
  • ÜRƏYİ DAĞ-DAĞAYA DÜŞMƏK

    bərk həyəcan və təşviş keçirmək, çox narahat olmaq, səksəkəli olmaq.

    Полностью »
  • ÜRƏYİ DAĞA DÖNMƏK

    qürurlanmaq, böyük sevinc hissi keçirmək, fərəhlənmək.

    Полностью »
  • ÜRƏYİ DAĞLANMAQ

    son dərəcə qəmlənmək, kədərlənmək; ~ ciyəri qana dönmək.

    Полностью »
  • ÜRƏYİ DAŞA DÖNMƏK

    zalımlaşmaq, qəddarlaşmaq, amansız olmaq.

    Полностью »
  • ÜRƏYİ DİLİNDƏ

    səmimi, sadədil, ürəyiaçıq adam haqqında deyilən ifadə.

    Полностью »
  • ÜRƏYİ DURMAMAQ (DÖZMƏMƏK)

    darıxmaq, istəmək, dözə bilməmək.

    Полностью »
  • ÜRƏYİ DÜŞMƏK

    qəfil, gözlənilməz xəbər və ya davranışdan bərk qorxmaq; ~ həyəcan keçirmək, ürək-göbəyi düşmək, ürəyi qırılıb ayağının altına düşmək, ürəyi yerindən

    Полностью »
  • ÜRƏYİ ƏRİMƏK

    acımaq; ~ yazığı gəlmək; kədərdən üzülmək.

    Полностью »
  • ÜRƏYİ ƏSMƏK

    1. Həyəcanlanmaq, qorxmaq. 2. Həddən çox istəmək.

    Полностью »
  • ÜRƏYİ GETMƏK

    1. Bayılmaq; ~ huşunu itirmək.  2. Həddən çox istəmək.

    Полностью »
  • ÜRƏYİ GƏLMƏMƏK

    1. Qıymamaq; ~ əli gəlməmək, heyfi gəlmək.  2. Qorxmaq, ehtiyat etmək, çəkinmək.

    Полностью »
  • ÜRƏYİ GÖTÜRMƏMƏK

    istəməmək, təbiəti qəbul etməmək, özünü pis hiss etmək, narahat olmaq; ~ məzacı çəkməmək (götürməmək), ürəyi xarab olmaq

    Полностью »
  • ÜRƏYİ XARAB OLMAQ

    bərk kədərlənmək, təsirlənmək, özünü pis hiss etmək; ~ ürəyi ağrımaq, ürəyi götürməmək.

    Полностью »
  • ÜRƏYİ İSTƏMƏK

    arzulamaq; ~ könlü istəmək, havası gəlmək, kefi istəmək, könlündən keçmək, könlünə düşmək, qəlbindən keçmək

    Полностью »
  • ÜRƏYİ KÖKSÜNƏ SIĞMAMAQ

    hədsiz dərəcədə fərəhlənmək, qürurlanmaq, qəlbi şadlanmaq, çox sevinmək.

    Полностью »
  • ÜRƏYİ QALMAQ

    bax: gözü arxasınca (dalınca) qalmaq.

    Полностью »
  • ÜRƏYİ QAN AĞLAMAQ

    son dərəcə kədərlənmək, çox mütəəssir olmaq; ~ ürəyi qana dönmək, ürəyi od tutub yanmaq, iztirab çəkmək (keçirmək)

    Полностью »
  • ÜRƏYİ QANA DÖNMƏK

    bax: ürəyi qan ağlamaq.

    Полностью »
  • ÜRƏYİ QIRILIB AYAĞININ ALTINA DÜŞMƏK

    bax: ürəyi düşmək.

    Полностью »
  • ÜRƏYİ QIZMAQ

    bax: ürək qızdırmaq.

    Полностью »
  • ÜRƏYİ QOPMAQ (QIRILMAQ)

    bərk qorxmaq, həyəcan keçirmək; ~ ürəyi qırılıb ayağının altına düşmək, ürəyi düşmək, ürəyi ağzına gəlmək

    Полностью »
  • ÜRƏYİ QUBAR ELƏMƏK (BAĞLAMAQ)

    qüssələnmək; ~ iztirab çəkmək (keçirmək), xiffət çəkmək.

    Полностью »
  • ÜRƏYİ OD TUTUB YANMAQ (ALIŞMAQ)

    bax: ürəyi qan ağlamaq. 

    Полностью »
  • ÜRƏYİ PARÇA-PARÇA OLMAQ

    hansısa xəbərdən təsirlənmək, qəmlənmək, kədərlənmək; ~ iztirab çəkmək (keçirmək).

    Полностью »
  • ÜRƏYİ PARTLAMAQ

    bərk həyəcanlanmaq, dözməmək, sarsıntı və əsəb gərginliyi keçirmək; ölmək; ~ bağrı çatlamaq, ürəyi çatlamaq

    Полностью »
  • ÜRƏYİ SIXILMAQ (QISILMAQ)

    kədərdən, qəmdən, yorğunluqdan, yaxud acınacaqlı bir işdən üzülmək; qüssələnmək, darıxmaq; ~ xiffət çəkmək, qulağı çəkilmək, qəlbi sıxılmaq, qursağı d

    Полностью »
  • ÜRƏYİ SINMAQ

    incimək, narazı qalmaq; ~ qəlbi qırılmaq (sınmaq), könlü qırılmaq.

    Полностью »
  • ÜRƏYİ SİNƏSİNƏ SIĞMAMAQ

    çox sevinmək, fərəhlənmək; ~ ürəyi tel-tel olmaq.

    Полностью »
  • ÜRƏYİ SOYUMAMAQ

    sakitləşməmək, rahat olmamaq, hirsi yatmamaq.

    Полностью »
  • ÜRƏYİ TAB GƏTİRMƏMƏK

    dözməmək, özünü saxlaya bilməmək.

    Полностью »
  • ÜRƏYİ TEL-TEL OLMAQ

    qürurlanmaq, sevinmək; ~ ürəyi sinəsinə sığmamaq.

    Полностью »
  • ÜRƏYİ TUTMAQ

    1. Xoşlamaq, bəyənmək, sevmək; ~ xoşuna gəlmək, ürəyinə yatmaq, ürəyi qızmaq, qanı qaynamaq. 2. Ürəyi sancmaq

    Полностью »
  • ÜRƏYİ ÜSTÜNDƏ DURMAMAQ

    dərin həyəcan keçirmək, narahat olmaq.

    Полностью »
  • ÜRƏYİ ÜZÜLMƏK

    bax: ürəyi çəkilmək.

    Полностью »
  • ÜRƏYİ YANIQLI

    birindən acıqlı, qəzəbli olan, kiməsə qarşı kinli.

    Полностью »
  • ÜRƏYİ YANINDA OLMAQ

    uzaqda olan birisi üçün çox narahat olmaq; ~ canı yanında qalmaq.

    Полностью »
  • ÜRƏYİ YANMAQ

    1. İstəmək, acımaq; ~ canı yanmaq, rəhmi gəlmək, qəlbi yanmaq, ürəyi ağrımaq, yazığı gəlmək. 2. Bərk susamaq; ~ ciyəri yanmaq

    Полностью »
  • ÜRƏYİ YERİNDƏN QOPMAQ

    bax: ürəyi qopmaq.  

    Полностью »
  • ÜRƏYİ YERİNDƏN OYNAMAQ

    bərk həyəcanlanmaq; ~ həyəcan keçirmək.

    Полностью »
  • ÜRƏYİ YERİNƏ GƏLMƏK

    bərk həyəcandan, qorxudan sonra sakitləşmək, rahat olmaq, asudə nəfəs almağa başlamaq.

    Полностью »
  • ÜRƏYİ YUMŞALMAQ

    mülayimləşmək, razı olmaq; ~ rəhmə gəlmək, insafa gəlmək.

    Полностью »
  • ÜRƏYİ YÜNGÜLLƏŞMƏK

    narahatlıq yaradan bir məsələni danışmaq və ya yazmaqla nisbətən rahatlanmaq.

    Полностью »
  • ÜRƏYİNDƏ KÖK SALMAQ

    unudulmamaq, möhkəmlənmək.

    Полностью »