səhvən, haqsız yerə günahlandırılmaq, nahaq yerə qana düşmək.
günahsız yerə kimisə dolaşıq, mübahisəli bir işə qatmaq, ilişdirmək; ~ başına bəla açmaq (gətirmək), işə salmaq, qanını üstünə salmaq
hansısa işə başlamazdan əvvəl münasibət və davranışların çərçivəsini razılaşdırmaq, uzlaşmaq; ~ şərti şumda kəsmək, söz kəsmək
sonradan mübahisə, anlaşılmazlıq olmaması üçün qabaqcadan razılığa gəlmək, bütün şərtləri müəyyənləşdirmək; ~ şərt kəsmək
pərtliyini büruzə verməmək, qürurunu sındırmamaq, başqasının yanında alçalmamaq; ~ özünü sındırmamaq
bax: şapalaqla üz qızartmaq.
məktəbini keçmək, təsiri ilə formalaşmaq.
imkanı, gücü çox olan birisinin uzun sükutdan sonra zəif və əhəmiyyətsiz bir şeylə ortaya çıxmasına münasibət bildirən ifadə
cəsur, mərd və qorxmaz olmaq.
şənlənmək, feyzyab olmaq; ~ ləzzət almaq, zövq almaq.
əzab-əziyyətə qatlaşmaq, həddindən artıq çalışmaq; ~ canına cəfa basmaq.
dan. hər hansı işdə ifrata varmaq, artıq hərəkət etmək; ~ şitini çıxarmaq.
çox incitmək, davamlı əziyyət vermək, sərt cəzalandırmaq; ~ ətini şişə çəkmək, şişə taxmaq.
bax: şişə çəkmək.
hədsiz bayağı, yersiz görünmək; ~ həddini aşmaq, ifrata varmaq.
öz hərəkətlərinə sərhəd qoymamaq, hədd-hüdud bilməmək; ~ ağ eləmək, ağını çıxarmaq, ifrata varmaq, həddini aşmaq
bax: şitini çıxarmaq.
bərk ağlamaq, fəryad, fəğan etmək, üz-gözünü cırmaq; ~ nalə çəkmək, özünə əl qatmaq, yeddi yaylıq götürüb ağlamaq
hədsiz dərəcədə qorxmaq; hədsiz təəccüblənmək, heyrətlənmək.
çox ucuz; ~ su qiymətinə.
yaltaqlanmaq, yarınmaq; ~ özünü gözə soxmaq.
nizam-intizamı, sakitliyi pozmaq, nadinclik etmək, cığallıq etmək; ~ ara qarışdırmaq.
kiminsə ünvanına xoşagəlməz söz-söhbət yaymaq; ~ vedrə bağlamaq, süpürgə bağlamaq, şər-şəbədə qoşmaq
şübhə ilə yanaşmaq, doğruluğuna, səmimiyyətinə inanmamaq, şəkk etmək, şübhələnmək.
şübhələnmək, etibarı itmək; ~ şəkkə düşmək.
şübhə yaratmaq, şübhələndirmək; ~ şəkkə salmaq.
dözmək, tablaşmaq; ~ davam gətirmək, duruş gətirmək.
bax: çanaq ... başında çatladı.
gücü, taqəti tükənmək, heyi qalmamaq; ~ heydən düşmək.
hakimiyyətə gəlmək, vəzifəsinin icrasına başlamaq.
hakimiyyətdən məhrum etmək, hakimiyyətinə, idarəçiliyinə son qoymaq.
1. Varisi olmamaq; ocağını yandıracaq kimsəsi olmamaq. 2. Ölmək.
bərk yorulmaq, zəifləmək; ~ amanı kəsilmək, əldən düşmək, gücdən düşmək, əhədi kəsilmək (üzülmək), nəfəsi çiyinlərindən çıxmaq, hərəkətdən düşmək, nəf
çox yormaq, zəiflətmək; ~ əziyyət vermək, əldən salmaq, əldən-ayaqdan salmaq, əhədini kəsmək, nəfəsini kəsmək, kələyini kəsmək, amanını qırmaq
zəifləmək; ~ girdən düşmək, gücdən düşmək, taqətdən düşmək.
bax: kösövü çıxmaq.
riskli işə girişmək; həyatı, taleyi ilə bağlı riskli qərar vermək; ~ taleyi tərəzinin gözünə qoyulmaq
bax: taleyi ilə oynamaq.
günü-güzəranı pisləşməyə doğru getmək; ~ bəxti dönmək, ruzigarı bəd əsmək.
həyatında xoş, firavan dövr başlanmaq; ~ bəxti açılmaq, bəxti üzünə gülmək, üzünə gün doğmaq.
köməksiz və himayəsiz qoymaq, bir işi, fəaliyyəti dayandırmaq; ~ əlini üstündən çəkmək.
bax: Allah ümidinə qalmaq.
öz təqsiri üzündən müvəffəqiyyətsizliyə uğramaq, uğursuzluğa düçar olmaq.
tamahını, nəfsini saxlamaq; ~ tamahına yiyəlik etmək, nəfsini gözləmək, nəfsinə hakim olmaq.
həvəslənmək, iştahası artmaq, nəfsinə hakim olmamaq; ~ ağzının suyunu axıtmaq.
iradəsi zəif olmaq, nəfsinə qalib gələ bilməmək, nəfsini saxlaya bilməmək; ~ nəfsinin qulu olmaq, tamahı qılıncından iti olmaq
istəmək, əldə etməyə çalışmaq; ~ nəfsi çəkmək, tamahı düşmək.
bax: ağzını sulandırmaq.
istəmək, arzulamaq, ürəyindən, könlündən keçirmək; ~ meyli çəkmək, nəfsi çəkmək, tamah salmaq.
acgözlüklə istəmək, həris olmaq; ~ ağzı sulanmaq, tamah salmaq.