Толковый словарь азербайджанского языка

  • ƏDNA

    sif. və is. [ər.] klas. 1. Alçaq, rəzil, nanəcib. Şah Abbas cabbarlığının ədna əlaməti bu idi ki, bir oğlunu öldürdü, ikisinin dəxi gözünü çıxartdı

    Полностью »
  • ƏDNALIQ

    is. Alçaqlıq, rəzillik, nanəciblik; alçaq hərəkət. Gözlənməyən ədnalığın icadına ciddən; Himmət edən insanlarına şükr, xudaya! M

    Полностью »
  • ƏDU

    is. klas. Düşmən. Ey eşqə ədu və hüsnə münkər; Təzvirlə çəkmə bunca ahı. Nəsimi. Əgər bütün bəşəriyyət əduvvi-canım ola; Ürək süqut eləməz aldığı məta

    Полностью »
  • ƏDVƏ

    [ər.] bax ədviyyat. Xörəyə ədvə tökmək

    Полностью »
  • ƏDVƏCAT

    bax ədviyyat

    Полностью »
  • ƏDVİYYAT

    top. [ər.] Xüsusi dad, xoş iy, bəzən də rəng vermək üçün xörəyə və şirniyyata qatılan, ya vurulan darçın, hil, sarıkök, mixək və s

    Полностью »
  • ƏDVİYYATLI

    sif. Ədviyyat qatılmış. Ədviyyatlı şirni

    Полностью »
  • ƏDVİYYƏ

    bax ədviyyat. Ədviyyə vurulmuş xörək. – Sağ gündə dolar taxta-tabaq ədviyyə ilə; Onda ki, nənəm sancılanar, zəncəfil olmaz

    Полностью »
  • ƏDVİYYƏLƏMƏ

    “Ədviyyələmək”dən f.is

    Полностью »
  • ƏDVİYYƏLƏMƏK

    f. Xörəyə ədviyyə vurmaq (qatmaq). Xörəyi ədviyyələmək

    Полностью »
  • ƏDVİYYƏLƏNMƏ

    “Ədviyyələnmək”dən f.is

    Полностью »
  • ƏDVİYYƏLƏNMƏK

    məch. Ədviyyə vurulmaq (qatılmaq, tökülmək, səpilmək)

    Полностью »
  • ƏDVİYYƏLİ

    sif. Ədviyyə səpilmiş, ədviyyə vurulmuş. Ədviyyəli plov. Ədviyyəli bozbaş. Ədviyyəli qoğal

    Полностью »
  • ƏDYAL

    is. [rus.] Yataq ləvazimatı, yüngül yorğan. Çoxu yatar, mürgülər, bürünüb ədyalına; Anam yatar, bürünüb yun saçaqlı şalına

    Полностью »
  • ƏDYAN

    is. [ər. “din” söz. cəmi] klas. Dinlər. [İblis:] Min hiylə quran tülkü siyasilər, o hər an; Məzhəb çıxaran, yol ayıran xadimi-ədyan; Onlar əvət, onlar

    Полностью »
  • ƏFƏL

    sif. dan. Əldən düşmüş, iş görə bilməyən, əlindən iş gəlməyən, ətalətli; maymaq. Əfəl adam. – [Koxa:] Bax, bu zatıqırıq, yaramaz, əfəl; Demək, əl qald

    Полностью »
  • ƏFƏLLƏMƏ

    dan. “Əfəlləmək”dən f.is

    Полностью »
  • ƏFƏLLƏMƏK

    f. dan. Əfəl olmaq, əldən düşmək

    Полностью »
  • ƏFƏLLƏŞDİRMƏ

    dan. “Əfəlləşdirmək”dən f.is

    Полностью »
  • ƏFƏLLƏŞDİRMƏK

    f. dan. Əfəl hala salmaq, əldən salmaq

    Полностью »
  • ƏFƏLLƏŞMƏ

    dan. “Əfəlləşmək”dən f.is

    Полностью »
  • ƏFƏLLƏŞMƏK

    f. dan. Getdikcə, yaxud tamamilə əfəl olmaq, əldən düşmək

    Полностью »
  • ƏFƏLLİK

    is. dan. Əlindən iş gəlməmə, atillik, düşkünlük. Əyri adamın bacarıqlı olmağı, düz adamın əfəlliyindən cəmiyyət üçün daha qorxuludur

    Полностью »
  • ƏFƏNDİ

    is. [ər. əsli yun.] 1. Sünni ruhanilərinə verilən ləqəb. Oğlan evi əfəndidən, molladan və s. qohum-əqrəbadan bir dəstə camaat dəvət edib, qız evinə ni

    Полностью »
  • ƏFƏNDİLİK

    is. köhn. Əfəndi ünvanı, əfəndi adı

    Полностью »
  • ƏFĞAN

    is. [fars.] klas. Fəryad, fəğan. Oyadır xəlqi əfğanım; Qara bəxtim oyanmazmı? Füzuli. Hər qədər, kim artıq əfğan eylərəm, əfğan gəlir

    Полностью »
  • ƏFİ

    is. [ər.] 1. Rəngi sarı, başı üçbucaq şəklində iri zəhərli ilan. [Rizvan] qapının birindən daxil olan əfi ilanlara düçar olur

    Полностью »
  • ƏFİL-ƏFİL

    bax əsim-əsim. Əfil-əfil əsmək

    Полностью »
  • ƏFKAR

    is. [ər. “fikr” söz. cəmi] Fikir. [Qətibə:] Bu tədbir azərbaycanlıların bizim əleyhimizə olan hər bir təşəbbüsünə son qoyar

    Полностью »
  • ƏFQAN

    is. Əfqanıstanın əsas əhalisini təşkil edən, İran dilləri qrupuna daxil xalq və bu xalqa mənsub adam

    Полностью »
  • ƏFQANISTANLI

    is. Əfqanıstan əhalisinə mənsub adam

    Полностью »
  • ƏFLAK

    is. [ər. “fələk” söz. cəmi] klas. Fələk, göy. Cəfa oxun mənə yağdırman, ancaq, ey əflak! Demin ki, yeddi kəmanda bir nişanə yetər

    Полностью »
  • ƏFLATUN

    Qədim Yunanıstanın ən böyük filosoflarından birinin adı olub, məcazi mənada “filosof, mahir həkim” mənasında işlənir

    Полностью »
  • ƏFLATUNİ

    sif. [xüs.is.-dən] Sırf mənəvi xarakter daşıyan, qeyri-şəhvani. Əflatuni eşq (məhəbbət). // Praktik məqsəd güdməyən, mücərrəd

    Полностью »
  • ƏFRAD

    is. [ər. “fərd” söz. cəmi] Fərdlər, şəxslər, adamlar. Etiqadımız bundadır ki, vətən, məmləkət orada yaşayan əfradın hamısınındır

    Полностью »
  • ƏFSANƏ

    is. [fars.] 1. Nəsillərdən nəsillərə ağızda dolaşan və mövzusu çox zaman fövqəladə xarakter daşıyan hekayə, rəvayət; əsatir

    Полностью »
  • ƏFSANƏÇİ

    is. Nağılçı, əfsanə uyduran

    Полностью »
  • ƏFSANƏLİ

    sif. Əfsanələrlə dolu, əfsanələrdən ibarət. Əfsanəli nağıl. – Qaranlıq gecələrdə; Karvanlar keçir ikən; Yurdunun əfsanəli; Yoncalı yollarından

    Полностью »
  • ƏFSANƏVİ

    sif. [fars.] 1. Əfsanə mahiyyətində olan, nağıl qəbilindən olan, əfsanəyə aid olan; əsatiri. Əfsanəvi əsər

    Полностью »
  • ƏFSANƏVİLİK

    is. Əfsanəvi olma, qeyriadilik

    Полностью »
  • ƏFSƏR

    is. [alm. “offizier”dən] Zabit. [Allahverdi:] Əynində əfsər paltarı, düymələri qızıl kimi par-par parıldayır

    Полностью »
  • ƏFSUN

    is. [fars.] Ovsun, sehr. Bilməzəm kim, ona təlim nə əfsun etdi. Füzuli. Cadu da əlimdən bacarıb cin də qutarmaz; Əfsunuma bah-bah! M

    Полностью »
  • ƏFSUNÇU

    is. Ovsunçuluqla, sehrbazlıqla məşğul olan adam; ovsunçu, sehrbaz, gözbağlayıcı. [Papas:] …Əfsunçudur, divanədir, aldanmayın, aldanmayın! H

    Полностью »
  • ƏFSUNÇULUQ

    is. Ovsunçunun işi, peşəsi; sehrbazlıq, gözbağlayıcılıq

    Полностью »
  • ƏFSUNKAR

    [fars.] bax əfsunçu. // Füsunkar. [Şeyx Sənan:] Bəlkə məcnunəm, eyləməm inkar; Bais ancaq o hüsni-əfsunkar

    Полностью »
  • ƏFSUNKARLIQ

    bax əfsunçuluq

    Полностью »
  • ƏFSUNLAMA

    “Əfsunlamaq”dan f.is

    Полностью »
  • ƏFSUNLAMAQ

    f. Ovsunlamaq, sehrləmək. Öylə bir incə təravət vardı; Ki, bütün gözləri əfsunlardı. H.Cavid. Züleyxanın iri, qara gözləri kimin üzünə gülsəydi, onu ə

    Полностью »
  • ƏFSUNLANMA

    “Əfsunlanmaq”dan f.is

    Полностью »
  • ƏFSUNLANMAQ

    məch. Ovsunlanmaq, sehrlənmək

    Полностью »