1. Rəngi sarı, başı üçbucaq şəklində iri zəhərli ilan.
[Rizvan] qapının birindən daxil olan əfi ilanlara düçar olur.
Axırda çalar canını, bir əfi ilandır; Əfisə çalandır.
2. məc. Mənhus, xain, məkrli.
Əfi bir ilan kimi şübhə girir araya!
// Bədxasiyyət, qəlbiqara, diliacı, başqasını sancan adam haqqında.
□ Əfi ilana dönmək, əfi ilan kimi fısıldamaq – son dərəcə qəzəblənmək, qeyzlənmək.
Onlar öz acı həyat təcrübələrindən bilirdilər ki, səfər üstündə Zərrintac xanım necə bir əfi ilana dönür.
Rəhim bəy hirsindən əfi ilan kimi fısıldadı.
3. məc. Klassik şeirdə: gözəlin qıvrım saçları bu ilana təşbeh edilir.
Əfi kimi daim zülfi-müsəlsəl; Qıvrım-qıvrım olub yatar yanında.
Hərdən götür üzdən, gözəlim, əfiyi-zülfün.
□ Əfi baxışlı klas. – ehtiraslı, cazibəli baxışlı.
Yenə səni gördüm, bağrım oxlandı; Ey əfi baxışlı, havalı sərxoş.