is. Parçadan əlcək tikən, yaxud yundan, iplikdən əlcək toxuyan usta
sif. 1. Hündür olmayan, əl çata bilən, alçaq. Əlçatan divar. Əlçatan rəf. 2. Uzaq olmayan, yaxın. Əlçatan yer
sif. 1. Hündür, uca, yüksək. Əlçatmaz minarə. Əlçatmaz hasar. // məc. Yetişmək, nail olmaq, əldə etmək mümkün olmayan
is. Əlçatmaz şeyin halı, vəziyyəti; uzaqlıq, yaxud yüksəklik, hündürlük
is. Bir dəfədə əldə tutulub cəhrədə ip halına gətirilə bilən qədər (yun). O arvad gündə yüz əlçim yun əyirir
is. Yun daramaq üçün taxta altlığa bənd edilmiş, ucu şiş məftillərdən ibarət alət; daraq
sif. məh. Birinci növbədə nəzərə alınmalı olan; vacib, lazım
sif. Əldə olan, ortada olan, mövcud olan, nağd. Əldəki vəsaitdən lazımınca istifadə etməli
sif. 1. Fabrik, ya zavodda deyil, əl ilə qayrılmış, düzəldilmiş, istehsal edilmiş. Əldəqayrılma şey. – Bəzi mağaza müdirləri … əldəqayırma çəkmələri f
zərf 1. dan. Tez, arada, cəld. Əldən get, bazardan qənd al, gəl. 2. Mağazadan yox, xüsusi şəxsdən, alverçidən
is. Un üyütmək, yarma çəkmək üçün əl ilə işlədilən kiçik dəyirman. Axşam lampa işığında Telli əldəyirmanı ilə yarma çəkirdi
f.sif. Toxunulmamış. [Qərib:] Üç gözəlin biri bizə qohumdur; O birisi əldəyməmiş qovundur. “Aşıq Qərib”
bax əlçatmaz
[ər.] Adətən “əleyhinə” şəklində adlıq və yiyəlik hallardan sonra işlənir: …ziddinə, …qarşı. Əleyhinə səs vermək
sif. [ər. əleyh və fars. …dar] Əleyhinə, ziddinə, əksinə olan; düşmən. O sizə əleyhdar adam deyil. Onda mən əleyhdar bir hərəkət görmədim
is. Əleyhinə, ziddinə olma; düşmənçilik. …Vəliəhdin [yerinə] rus əleyhdarlığı ilə məşhur olan Nizamülmülkü təyin etdilər
is. [ər. əleyh və fr. qaz] Zəhərləyici maddələrdən, qazlardan, tüstüdən və s.-dən qorunmaq üçün filtrli maska
nida [ər.] Sizə (sənə) də salam olsun! “Salaməleyküm” ə (salama) cavab ifadəsi. [Yusif:] Ay əleyküməssalam, qardaşlar, əyləşiniz
is. [ər.] bax alaf. Biri gedib ələf tökür kəllərə; Biri baxır xırmandakı vəllərə. A.Səhhət. Xanqulu mərəkdən ələf gətirib atın qabağına qoydu
is. [ər. “ələf” söz. cəmi] Cürbəcür otlar. O deyirdi ki, Avropa həkimləri ələfiyyatdan bixəbərdirlər
is. köhn. Keçmişdə nəbatatçıya verilən ad …Bitki sistematikası öz başlanğıcını XVI əsrdən götürmüşdür
sif. Əldə edilə bilən, əldə edilmiş. Ələgələn şey
is. Unun kəpək və qeyri zibillərini təmizləmək üçün sağanağa keçirilmiş sıx tordan ibarət alət. Ələk dairəvi qutu şəklində olur
is. Qarışıqlıq, alt-üst. Bu yerdə yer tapılmaz artıq qüssəyə, dərdə; O yerdəsə ürəklər dərddən ələk-vələkdir
sif. Ələk qayıran və satan adam. ◊ Ələkçinin qıl verəni isteh. – əslində heç bir ciddi işlə məşğul olmayıb, özünü iştirakçı, köməkçi kimi göstərməyə ç
is. Ələkçinin işi, peşəsi, sənəti
sif. Əldə edilə bilməyən, ələ keçirmək mümkün olmayan, tapılması çox çətin olan. Ələkeçməz şey. Ələkeçməz fürsət
is. Ələ keçməsi, əldə edilməsi, tapılması mümkün olmama, yaxud çətin olma
“Ələkləmək”dən f.is
bax ələmək
“Ələklənmək”dən f.is
bax ələnmək
sif. xüs. Ələyi olan. Ələkli konveyer
zərf [ər.] Xüsusilə, xüsusən. [Cahan:] Xalan sənə qurban, evlənmək su içmək kimi asan şeydir, onda nə çətinlik var ki? Ələlxüsus sənin kimi cavana
is. [ər.] Bayraq (adətən dini ayinlərdə işlədilən bayraq)
is. [ər.] Dərd, qəm, kədər, qüssə. Ələm, məşəqqət adamı tez qocaldır. – Canə yetdim aləmi-hicran ilə, ey zalim! Rəhm qıl, canım üçün var isə bir dərma
bax əlaman. Haçanacan aman çəkim bu zalım hicran əlindən; Bu ev yıxan ələmdarın aman, ələman əlindən
sif. [ər. ələm və fars. …dar] köhn. Bayraqtutan, bayraqçı, bayraqdar
is. köhn. Bayraqdarlıq
“Ələmək”dən f.is
f. 1. Ələkdən keçirmək. …Qurban oturdu otağın bir küncündə və başladı gəci ələməyə. C.Məmmədquluzadə
sif. Qəmli, kədərli, qüssəli
is. Ələmli (qəmli, kədərli, qüssəli) adamın halı; qəmlilik, kədərlilik, qüssəlilik
[ər. ələm və fars. …nak] bax ələmli
is. Quru sümük. At-inəyin, kəlin bəhsi düşəndə; Çoxu bir ələngə leşdən danışır. “Məsum”
“Ələnmək”dən f.is
məch. 1. Ələkdən keçirilmək. Un ələnmişdir. 2. məc. Çoxlu miqdarda tökülmək. Bir qədər sonra toz çoxaldı, sanki havadan un ələnirdi