ƏLÇİM

is. Bir dəfədə əldə tutulub cəhrədə ip halına gətirilə bilən qədər (yun). O arvad gündə yüz əlçim yun əyirir.
[Tapdıq] …gah yun darağının qoynuna yığılmış əlçimlərə, hərdənbir də cəhrənin tağalağına çox diqqətlə baxırdı. Ə.Vəliyev.
İndi cəhrə uğuldayır, uğuldadıqca yun əlçimi eşilib sapa dönərək iyə toplanırdı. Ə.Əbülhəsən.

□ Bir əlçim – bir əldə tutulacaq qədər.
Göy açıq; Nə bir əlçim bulud; Nə bir qucaq duman. R.Rza.

Этимология

  • ƏLÇİM Cəhrədə ip əyirərkən əldə tutulan yun dəstəsinə əlçim deyilir. Buradakı -çim “tutam”, “dəstə” mənasını verən müstəqil sözdür (şəkilçi deyil)
ƏLÇATMAZLIQ
ƏLÇİN
OBASTAN VİKİ
Əlçim
Əlçim — yuyulub didilərək təmizlənmiş yunu daranmış yunun asan əyirmək məqsədilə hazırlanan əl içi boyda yun. Yunu daramaq üçün xüsusi daraqdan (yun darağından) istifadə edirdilər. Didilib hazırlanmış yunu yun darağı ilə darıyır, daranma zamanı yun sümək və ya əlçim (əlçək, əlçin) şəklinə salınır.

Значение слова в других словарях