is. Almanlara, alman mədəniyyət və adətlərinə pərəstiş etmə
sif. 1. Yanaqları qırmızı; alyanaq. Almayanaq qız. 2. Almacıq sümükləri çıxıq. Almayanaq monqollar; Yel qanadlı atlarla aşdılar; Tibet çölünü
is. 1. Son dərəcə bərk, rəngsiz, şəffaf qiymətli daş (xüsusi şəkildə taraşlanmış almaz brilyant adlanır)
sif. Almaz kimi şəffaf; duru, təmiz. Ədalət gözlərindən almazı yaşlar tökərək başıaşağı dərəyə qaçırdı
sif. Vicdanı təmiz, utanılacaq işi olmayan, namuslu. İlk baharın sevincilə xumarlanan gözəl səhər; Min zəfərlə qarşılayır alnıaçıq ordumuzu
is. Yanan bir şeydən çıxan od. Tonqalın alovu uzaqdan görünür. Yanğının alovu hər tərəfi işıqlandırır
sif. Gözlərindən alov saçan, qızğın, ehtiraslı. // Məc. mənada. Mən gurultu qoparmağı ilk öncə; Alovgözlü şimşəklərdən öyrəndim
məch. 1. Yandırılmaq, alışdırılmaq, alov çıxarılmaq. 2. məc. Qızışdırılmaq, şiddətləndirilmək, gücləndirilmək
“Alovlandırmaq”dan f.is
f. 1. Yandırmaq, alışdırmaq, tutuşdurmaq, alov çıxartmaq. Tonqalı alovlandırmaq. Külək yanğını daha da alovlandırdı
“Alovlanmaq”dan f.is
f. 1. Bərk yanmaq, alışmaq, tutuşmaq, alışıb-yanmaq. İldırım vurmuş taya dərhal alovlandı. 2. məc. Qızarmaq, işıqlanmaq, parlamaq
bax alovlandırmaq 1-ci mənada
sif. 1. Şiddətlə yanan, parlayan, alov çıxan. 2. məc. tənt. Hərarətli, atəşin, ehtiraslı, coşqun. Alovlu salamlar
is. Ehtiraslılıq, qızğınlıq, coşqunluq, hərarətlilik
sif. Odsaçan, od püskürən, atəşin, alovlu; hərarətli, qızğın
is. və s. qəd. Qədim türk ordusunda xüsusi zümrə təşkil edən adamların yalnız qılınc və qan bahasına qazanaraq aldıqları titul
[xüs. is.-dən] Alpinizm ilə məşğul olan adam, dağ turisti. İlk alpinist klubları
[Alp dağları adından] Dağ turizmi; uca dağların təpəsinə, buzlaqlara çıxmaqdan ibarət idman növü. Alpinizm tədbirlərinin təşkili
is. 1. Bir şeyin aşağı hissəsi, üstünün əks tərəfi, səth üzərinə qoyulan tərəfi. Qənddanın altı. Dibçəyin altı
zərf Qarmaqarışıq, pozğun, nizamsız, bərbad bir halda. Gəldim bütün kağızlarımı alt-üst gördüm. □ Altını üstünə çevirmək – bax alt-üst etmək (eləmək)
is. zool. Çəki balıqlarının çayların dibində yaşayan bir növü
zərf 1. Aşağı tərəfdən, alt tərəfdən. Altdan tutub qaldırmaq. 2. məc. Gizli, xəlvəti. [Gədə:] Mən onların altdan söydüyünü görmüşəm
zərf bax altdan 2-ci mənada. [Nabat] əlaltı özünə paltar tikdirirdi və altdan-altdan geyinib asta-asta sallanırdı
zərf Yalan, düzgün olmayaraq. [Xan qəti bir səslə:] Düzünü de görüm, necə oldu? – dedi, – bax, birini altdan-üstdən desən, başın cəllad əlindədir! Çəm
zərf Aşağıdan-yuxarı. Aqil altdan-yuxarı Həbibin üzünə baxdı. Ə.Vəliyev
[lat.] mus. Musiqi kökündə əsas səsin yarım ton, yaxud bütöv ton zilləşdirilməsi (yüksəldilməsi) ya da, əksinə, bəmləşdirilməsi (aşağı salınması)
is. [fr.] 1. Bir-birini istisna edən imkanlardan hər biri. 2. Bir-birini istisna edən imkanlardan birini seçmə
miqd. s. Beşdən sonra gələn ədəd – 6
zərf Hər birinə, yaxud hər dəfəsinə altı. Dəftərləri altı-altı ayırmaq. Əsgərlər altı-altı sıraya düzüldülər
1. sif. Alt tərəfi açıq olan. 2. is. məh. Talvar
is. dan. Çaxmağı ilə lüləsi arasında altı güllə tutan, hərlənən topu olan tapança
sif. Üç cüt avarı olan. Altıavarlı qayıq
sif. 1. Altı ay, yarım il davam edən və ya davam etmiş. Altıaylıq hesabat. Altıaylıq bir dövr. Altıaylıq möhlət
sif. Əlində və ya ayağında altı barmaq olan
sif. Altı təpəsi, ucu, başı olan. Altıbaşlı dağ. Altıbaşlı ağac
is. hənd. Altı bucağı olan cisim
sif. Altı bucağı olan. Altıbucaqlı cisim
sif. Altıtərəfli, altı tərəfi olan
sif. Altı cərgə (sıra) şəklində olan, altı sıra şəklində düzülmüş, altı cərgədən ibarət olan. Altıcərgəli əkin
sif. dan. Ölçüsü altı düymə olan. Altıdüymə taxta. Altıdüymə mıx
is. məh. Yer altında yuva tikən göy rəngli bir quş
1. sif. Altı gün sürən və ya sürmüş. Altıgünlük müddət. Altıgünlük səyahət. 2. is. Altı gündən ibarət müddət
sif. 1. Altı mərtəbəsi olan. Altıqatlı ev. Altıqatlı şkaf. 2. Altı qatı, altı layı olan. Altıqatlı karton
1. sif. Ölçüsü (eni, hündürlüyü, qalınlığı) altı düymə (və s.) olan. Altılıq taxta. Altılıq mismar. 2
sif. Altı manata dəyən; qiyməti altı manat olan. Altımanatlıq parça. Altımanatlıq köynək
sif. Hündürlüyü altı mərtəbə olan, altıqatlı. Altımərtəbə(li) ev. – Nəhayət, trest altımərtəbəli yaşayış evinin üstündə durmuşdu
sıra s. Sıra ilə beşincidən sonra gələn ədəd. Altıncı sinif. Altıncı sıra. Həftənin altıncı günü (şənbə)
sif. Altı saat sürmüş və ya sürən; altı saat vaxt tələb edən. Altısaatlıq iş günü. Altısaatlıq yol